VI. FƏNNİN TEMATİKASI ÜZRƏ SƏRBƏST
VƏ FƏRDİ İŞ ÜÇÜN TAPŞIRIQLAR
6.1. SƏRƏST İŞ ÜÇÜN TAPŞIRIQLAR
I mövzu. Müasir dövrün qlobal problemləri və onların
həlli sahəsində KİV-in vəzifələri: ümumi nəzər
1. Müasir dövrün qlobal problemlərinin təsnifatını verin,
yaranma səbəblərini izah edın.
2. Qlobalistikanın mahiyyətini açın, əsas istiqamət və
inkişaf mərhələlərini sadalayın.
3. Roma klubunun yaranması zərurətini izah edin,
fəaliyyəti barədə qısa məlumat verin.
4. Qlobal problemlərin həllində KİV-in rolunu, yerini və
ümumi vəzifələrini əsaslandırrın.
II
mövzu.
Jurnalistika və müasir dövrün qlobal
qeosiyasi problemləri.
1. Geosiyasətin yaranması, növləri və inkişaf mərhələləri
müasir vəziyyəti barədə ümumi məlumat verin.
2. Azərbaycanın geosiyasi vəziyyətinin xüsusiyyətlərini
izah edin.
3. KİV-i geosiyasi problemlərin həlli amili kimi
xarakterizə edin.
4. Ölkənin geosiyasi problemlərinin həlli kontekstində
Azərbaycan KİV-inin spesifik vəzifələrini
müəyyənləşdirin.
III
mövzu.
Jurnalistika və müasir qlobal
iqtisadi problemlər. Planetar iqtisadi inteqrasiya.
59
1. Müasir iqtisadi gerçəkliyin xüsusiyyətlərini izah edin.
2. Problemin KİV-də
işıqlandırılmasında yeni
tendensiyaları izləyin.
3. Planetar iqtisadi inteqrasiya məsələlərinin
işıqlandırılmasında paradiqma və sinerji amillərini
əsaslandırın.
4. Qlobal iqtisadi problemlərin həlli ilə əlaqədar
təbliğatçılıq işinin forma və metodlarını sadalayın.
IV mövzu. Jurnalistika və qlobal demoqrafiya problemləri
1. Müasir qlobal demoqrafiya problemlərinin
mənzərəsini yaradın.
2. Əhali konsepsiyalarını KİV-in mövzu obyekti kimi
xarakterizə edin.
3. Demoqrafiya prboemlərinin həllində jurnalistikanın
rolu və vəzifələrini müəyyənləşdirin.
4. Qlobal demoqrafiya problemlərinin həllində jurnalist
sənətkarlığı amilinin vacibliyini əsaslandırın.
V mövzu. Jurnalistika və qlobal ərzaq problemi
1. Qlobal ərzaq problemini jurnalistikanın əsas
mövzularından biri kimi xarakterzə edin.
2. Ərzaq prboeminin həlli yollarının araşdırılmasında
jurnalistikanın rolunu müəyyən edin.
3. Qlobal ərzaq probleminin həlli sahəsində KİV-in
iştirakı istiqamətlərini araşdırın.
4. Bu sahədə təbliğat işinin forma və metodlarının,
mətbuatın çıxışlarının janr xüsusiyyətlərinini
sadalayın.
60
VI mövzu. Jurnalistika və qlobal ekoloji problemlər
1. Ekoloji problem anlayışını izah edin.
2. Ekoloji jurnalistikanın formalaşmasını və müasir
vəziyyətini təsvir edin.
3. Dünya ekoloji jurnalistikasının mövzu istiqamətlərinə
və jurnalist-ekoloq üçün tələblərə nəzər yetirin.
4. Televiziya və qəzet ekoloji jurnalistikasının oxşar və
fərqli cəhətlərinin xarakteristikasını açın.
VII mövzu. Jurnalistika və qlobal psixoekoloji
problemlər
1. Müasir informasiya yayımı sistemində elektron KİV-
lərin və rəqəm texnologiyalarının yerini və rolunu
qiymətləndirin.
2. Elektron KİV-lərin və rəqəm texnologiyalarının
qlobal davranışa və sağlamlığa psixoekoloji təsir
imkanlarına nəzər yetirin.
3. Psixoekoloji problemlərin həllində KİV-in qarşısında
qoyulan tələbləri sadalayın.
VIII mövzu. Jurnalistika və beynəlxalq terrorizm
problemi
1. Beynəlxalq terrorizmə münasibətdə ümumi və fərqli
cəhətləri izah edin.
2. Beynəlxalq terrorizmin işıqlandırılmasının mücərrəd
jurnalistika adlandırılmasının motivlərini əsaslandırın.
3. Beynəlxalq terrorizmin qarşısının alınması yollarının
araşdırılmasnda jurnalistikanın iştirakının psixoloji və
sosioloji aspektlərini izləyin.
4. Beynəlxalq terrorizm probleminin həlli sahəsində
KİV-in vəzifələrini sadalayın.
61
IX
MÖVZU
.
J
URNALISTIKA VƏ QLOBAL NARKOMANIYA
PROBLEMI
1. Narkomaniyanın müasir dövrün qlobal problemi və
jurnalistikanın mövzusu kimi xarakteristikasını açın.
2. Narkomaniya probleminin dünya jurnalistikasında
işıqlandırılması tendensiyalarını izləyin.
3. Dünya və Azərbaycan KİV-ində narkomaniya
probleminin işıqlandırılması təcrübəsini müqayisəli
şəkildə təhlil edin.
4. Antinarkotik təbliğat işinin forma və metodlarını,
mətbuatın çıxışlarının janr xüsusiyyətlərini müəyyən
edin.
X mövzu. Jurnalistika və qlobal miqrasiya prosesləri
1. Müasir miqrasiya proseslərini qlobal problem və KİV-
in əsas mövzularından biri kimi xarakterizə edin.
Növləri, motivləri, meylləri və marşrutları barədə
məlumat verin.
2. Azərbaycanda irihəcmli insan yerdəyişmələrinin
tarixinə və miqrasiyanın inkişaf tendensiyalarına
retrospektiv nəzər yetirin.
3. Geniş və tənzimlənməyən miqrasiyanın cəmiyyət
üçün böyük iqtisadi və sosial problemlər əmələ
gətirməsinin səbəblərini izah edin.
4. Miqrasiya proseslərinin tənzimlənməsi sahəsində
beynəlxalq və milli təcrübə və sənədləri müqayisəli
şəkildə təhlil edin.
5. Bu sahədə istifadə edilən təbliğatçılıq işinin forma və
metodları, janr rəngarəngliyi, KİV-in çıxışlarının
təsirliliyinin artırılmasının yaradıcılıq amillərini
sadalayın.
62
XI mövzu. Jurnalistika və qlobal korrupsiya problemi
1. Korrupsiya anlayışı. Korrupsiyanı müasir dövrün
qlobal problemi və KİV-in əsas mövzularindan
biri kimi səciyyələndirin.
2. Korrupsiyanı sosial-siyasi həyatın elementi,
dövlətçiliyi və beynəlxalq sabitliyi sarsıdan (milli
və transmilli cinayətkar qruplar vasitəsilə) amil
kimi xarakterizə edin.
3. Korrupsiyanın qarşısının alınmasının beynəlxalq
mülki-hüquqi və prosessual aspektlərini,
korrupsiya ilə mübarizənin modellərini izah edin.
4. Korrupsiyanın xarakteristikasının açılmasında,
korrupsiyaya qarşı vətəndaş mübarizəsinin praktik
mexanizmlərinin formalaşmasında və tətbiqində
KİV-in rolunu və vəzifələrini müəyyən edin.
XII mövzu.
Qlobal problemlərin həlli beynəlxalq
təşkilatların
və jurnalistikanın fəaliyyət sferasında
1. Qlobal problemlərin həllində beynəlxalq
təşkilatların yerini və rolu qiymətləndirin.
2. Qlobal problemlərin araşdırılmasında, qlobal
problemlərlə bağlı vəziyyəti öyrənən ümumdünya
xidmətinin təşkilində, sivilizasiyanın mühafizəsi
üzrə beynəlxalq hüququn müxtəlif aspektlərinin
işlənib hazırlanmasında BMT və digər beynəlxalq
təşkilatların fəaliyyəti barədə qısa məlumat verin.
3. Qlobal problemlərin beynəlxalq xarakterinin
açılmasında və beynəlxalq təşkilatların onların
həllinə cəlb edilməsində, bu sahədə onların
fəaliyyətinin işıqlandırılmasında KİV-in rolunu
qiymətləndirin.
63
4. Bu mövzuda materialların tematik və janr
xüsusiyyətlərini açmağa çalışın.
6.2. FƏRDİ İŞ ÜÇÜN ÇALIŞMALAR VƏ
TAPŞIRIQLAR
Müasir qlobal problemlərin həllində KİV-in
iştirakının təsirliliyini artıran amillərin – jurnalistin peşə
mövqeyinin və peşəkarlığının əxz edilməsi, xüsusilə də gənc
jurnalistlərin jurnalist sənətkarlığı vərdişlərinə yiyələnmələri
məqsədi ilə onlara fərdi yaradıcılıq tapşırıqları verilir və bu
tapşırıqlar xüsusi olaraq ayrılmış məsləhət saatlarında
müzakirə edilir.
Bu çalışma və tapşırıqlar, konkret situasiyaların təhlili
müəllimlər tərəfidən istifadə edilə, diskurs və təhlillər üçün
stimul rolunu oynaya, habelə tələbələrin kollokvium və
seminarlarda iştiraklarının və bilik səviyyələrinin
qiymətləndirilməsi üçün də tətbiq edilə bilər.
Dostları ilə paylaş: |