Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə66/94
tarix02.01.2022
ölçüsü0,71 Mb.
#2727
1   ...   62   63   64   65   66   67   68   69   ...   94
Fertillik  əmsalı - bir ananın öz həyatı boyunca dünyaya 
gətirdiyi uşaqların sayı. 
Ekoloji stress – təbiətə onun özünübərpa imkanını itirmə 
həddinə qədər bir ölçüdə göstərilən antropogen təsir prosesi. 
XX əsrin ortalarından sonra reallığa çevrilmişdir. 
Ekopolitologiya – siyasi qlobalistikanın cəmiyyətlə  təbiət 
arasındakı qlobal qarşılıqlı  fəaliyyətin siyasi aspektlərini 
öyrənən bölməsi. 
Ekosistem -.müəyyən sahəni tutan canlı  və cansız aləmin 
qarşılıqlı əlaqəsinin məcmusu. Müəyyən sahəni tutan canlı və 
cansız aləm anlayışı. Ekosistem ayrı-ayrı orqanizmlər, 
populyasiya və ya növlər və  məskunlaşma mühiti kimi 
düşünülür. 
Eroziya - dağ suxurlarının, torpağın və digər törəmələrin 
tərkibinin və səthinin bütövlüyünün dəyişməsi, dağılması. Su 
axarlarının lillənməsinə, sənaye avadanlıqlarının çirklənməsi-
nə və s. səbəb olur. 
Jurnalistika –  
a) bütövlükdə  cəmiyyətin  sosial sisteminin  bir hissəsi, eyni 
zamanda,  fəaliyyətləri (dövri mətbuatın, radio və televiziya 
proqramlarının hazırlanması  və kütləvi auditoriyaya çatdırıl-
ması) jurnalistikanın infrastrukturu (texniki, informasiya, 
təşkilati-idarə, tədris müəssisələri və elmi mərkəzlər) ilə 
təmin olunan qəzet və jurnal, kitab nəşriyyatları, teleradio 
şirkətləri redaksiyalarının daxil olduğu xüsusi sosial insitut; 


85 
 
b) aktual sosial informasiyanın toplanılması, hazırlanması və 
vaxtaşırı yayılması üzrə ictimai fəaliyyətdir, ... jurnalist 
fəaliyyətinin məhsuludur, müəyyən elmi bilik və  təhsil 
sahəsidir; 
c)  qəzetlərdə, jurnallarda, radioda, televiziyada, İnternetdə, 
bütövlükdə dövri nəşrlərdə ədəbi-publisistik fəaliyyət
ç) kütləvi informasiya vasitəsi, dördüncü hakimiyyət, doğru, 
həm də yalan informasiya, yaradıcılıq, publisistika, 
cəmiyyətin güzgüsü. 
İnsan – informasiya mənbəyi sistemində  əsas halqa, “canlı 
mənbə”dir: a) insan hər zaman hadisələrin  şahidi və ya 
iştirakçısıdır, həmişə bu hadisələr barədə informasiyanın 
saxlayıcısı qismində  çıxış edir; b) insan özü haqqında, 
xüsusilə  də özünün daxili aləmi haqqında informasiyanın 
daşıyıcısı” daşıyıcısıdır (insan barədə faktik məlumatları 
sənədlərdən və aparılan müşahidələrdən əldə etmək olar); c) 
insan başqasından alınan informasiyanın translyasiya 
vasitəsidir; ç) insan çoxçalarlı  və qiymətli informasiya 
təchizatçısıdır. 

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin