15
2.1.3. Bioloji proseslərin mahiyyəti və məzmununu, baş verən dəyişiklikləri riyazi
üsullarla əsaslandırır.
1. İnsan və onun sağlamlığı
3.1. İnsanın biososial təbiəti haqqında bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. İnsanın formalaşmasında sosial amillərin rolu və əhəmiyyətinə dair
təqdimatlar hazırlayır.
3.1.2. İnsanın ali sinir fəaliyyətinin mexanizmini şərh edir və təqdimatlar
hazırlayır.
3.2. Sağlamlığın qorunmasına dair bacarıqlar nümayiş etdirir.
3.2.1. İrsi xəstəliklər, onların qarşısının alınması yollarını faktlarla izah edir.
3.2.2. Sağlam həyat tərzi və reproduktiv sağlamlığın əhəmiyyətini şərh edir,
referatlar hazırlayır.
4. Canlılar və ətraf mühit
Şagird:
4.1. Canlıların bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və
bacarıqlar nümayiş etdirir.
4.1.1. Ekoloji amillərin canlıların həyatında rolunu şərh edir, təqdimatlar
hazırlayır.
4.2. Ətraf mühitin qorunması ilə bağlı bacarıqlar nümayiş etdirir.
4.2.1. Regional ekoloji problemlərlə bağlı müşahidələrini ümumiləşdirib,
təqdimatlar hazırlayır.
4.2.2. Azərbaycanda canlılar aləminin növ müxtəlifliyinin qorunması ilə bağlı
faktları toplayıb təqdimatlar hazırlayır.
X sinif
X sinfin sonunda şagird:
canlıları öyrənən elm sahələrinin (embriologiya, paleontologiya, genetika)
xüsusiyyətlərinə, makrotəkamülə dair topladığı məlumatları təqdim edir;
canlıların kimyəvi tərkibində baş verən dəyişiklikləri müasir avadanlıqlardan
istifadə etməklə izah edir;
bioloji proseslərin, onda baş verən dəyişikliklərin mexanizmini şərh edir;
insanın tarixi inkişaf mərhələlərini, insanda baş verən psixi dəyişiklikləri izah
edir;
yoluxucu xəstəliklər, onlardan qorunma yolları haqqında materiallar toplayır,
sağlam həyat tərzində gigiyena qaydalarının rolunu və əhəmiyyətini
dəyərləndirir;
ekoloji problemlərin aradan qaldırılmasının irsi xəstəliklərin azalmasına təsirini
əsaslandırır;
qlobal ekoloji problemler və onların həlli yollarını, ekoloji tarazlığın
qorunmasının əhəmiyyətini şərh edir.
Dostları ilə paylaş: