Azərbaycan respublikasinin


    M a d d ə   108 1



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə36/88
tarix02.01.2022
ölçüsü1,09 Mb.
#39764
1   ...   32   33   34   35   36   37   38   39   ...   88
AR Konsititusiyası

53

 

 



M a d d ə   108

1

. 

Azərbaycan  Respublikasının  Birinci  vitse-prezidentinin 

təminatı

54

 

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və onun ailəsi dövlət hesabına 

təmin  edilir.  Azərbaycan  Respublikasının  Birinci  vitse-prezidentinin  və  onun  ailəsinin 

təhlükəsizliyini xüsusi mühafizə xidmətləri təmin edir. 

 

M a d d ə   1 0 9 .   Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri



55

 

Azərbaycan Respublikasının Prezidenti: 

1) Azərbaycan Respublikasının Milli Məclisinə seçkiləri təyin edir

2)  Azərbaycan  Respublikasının  dövlət  büdcəsini  Azərbaycan  Respublikası  Milli 

Məclisinin təsdiqinə təqdim edir; 



3) dövlət iqtisadi və sosial proqramlarını təsdiq edir; 

4) Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə Azərbaycan Respublikasının 

Baş  nazirini  vəzifəyə  təyin  edir;  Azərbaycan  Respublikasının  Baş  nazirini  vəzifədən 

azad edir; 

5)  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  üzvlərini  vəzifəyə  təyin  və 

vəzifədən  azad  edir;  zəruri  hallarda  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

iclaslarına sədrlik edir; 

6)  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  istefası  haqqında  qərar  qəbul 

edir; 

7)  Azərbaycan  Respublikasının  dövlət  büdcəsində  icra  hakimiyyəti  üçün  nəzərdə 



tutulmuş xərclər çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları yaradır; 

8) A


zərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası 

Nazirlər  Kabinetinin  qərar  və  sərəncamlarını,  mərkəzi  və  yerli  icra  hakimiyyəti 

orqanlarının aktlarını ləğv edir; 

9) 


Azərbaycan 

Respublikasının 

Konstitusiya 

Məhkəməsi, 

Azərbaycan 

R

espublikasının  Ali  Məhkəməsi  və  Azərbaycan  Respublikasının  apellyasiya 



məhkəmələri 

hakimlərinin 

vəzifəyə 

təyin 


edilməsi 

haqqında 

Azərbaycan 

Respublikasının  Milli  Məclisinə  təqdimatlar  verir;  Azərbaycan  Respublikasının  digər 

məhkəmələrinin  hakimlərini  vəzifəyə  təyin  edir;  Azərbaycan  Respublikasının  Baş 

prokurorunu  Azərbaycan  Respublikası  Milli  Məclisinin  razılığı  ilə  vəzifəyə  təyin  və 

vəzifədən azad edir; 

10) Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin 

və vəzifədən azad edilməsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat 

verir,  Azərbaycan  Respublikası  Mərkəzi  Bankı  İdarə  Heyətinin  üzvləri  sırasından 

Azərbaycan Respublikası Mərkəzi Bankının sədrini təyin edir; 

11)  Azərbaycan  Respublikasının  hərbi  doktrinasını  Azərbaycan  Respublikası  Milli 

Məclisinin təsdiqinə verir; 

12)  Azərbaycan  Respublikası  Silahlı  Qüvvələrinin  ali  komanda  heyətini  vəzifəyə 

təyin və vəzifədən azad edir; 

13)  Azərbaycan  Respublikası  Prezidentinin Administrasiyasını  təşkil  edir  və onun 

rəhbərini təyin edir; 

14)  Azərbaycan  Respublikasının  İnsan  hüquqları  üzrə  müvəkkilinin  seçilməsi 

haqqında Azərbaycan Respublikası Milli Məclisinə təqdimat verir; 

15)  Azərbaycan  Respublikasının  xarici  ölkələrdə  və  beynəlxalq  təşkilatlarda 

diplomatik  nümayəndəliklərinin  təsis  edilməsi  haqqında  Azərbaycan  Respublikası  Milli 

Məclisinə  təqdimat  verir,  Azərbaycan  Respublikasının  xarici  ölkələrdə  və  beynəlxalq 

təşkilatlarda diplomatik nümayəndələrini təyin edir və geri çağırır; 

16) xarici dövlətlərin diplomatik nümayəndələrinin etimadnamə və övdətnamələrini 

qəbul edir; 

17)  dövlətlərarası  və  hökumətlərarası  beynəlxalq  müqavilələri  bağlayır, 

dövlətlərarası  və  Azərbaycan  Respublikasının  qanunlarından  fərqli  qaydalar  nəzərdə 

tu

tan  hökumətlərarası  müqavilələri  təsdiq  və  ləğv  olunmaq  üçün  Azərbaycan 



Respublikasının Milli Məclisinə təqdim edir; təsdiqnamələri imzalayır; 

18) referendum təyin edir; 

19) qanunları imzalayır və dərc edir; 

20) vətəndaşlıq məsələlərini həll edir




21) siya

si sığınacaq verilməsi məsələlərini həll edir; 

22) əfv edir; 

23) dövlət təltifləri ilə təltif edir; 

24) ali hərbi və ali xüsusi rütbələr verir; 

25)  ümumi  və  qismən  səfərbərlik  elan  edir,  habelə  səfərbərlik  üzrə  çağırılanları 

tərxis edir; 

26) Azərbaycan Respublikası vətəndaşlarının müddətli hərbi xidmətdə çağırılması 

və müddətli hərbi xidmətdə olan hərbi qulluqçuların ehtiyata buraxılması barədə qərarlar 

qəbul edir; 

27) Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasını yaradır; 

28)  Azərbaycan  Respublikası  Silahlı  Qüvvələrinin  təyinatı  ilə  bağlı  olmayan 

vəzifələrin  icrasına  cəlb  edilməsinə  razılıq  verilməsi  barədə  Azərbaycan 

Respublikasının Milli Məclisinə təqdimat verir; 

29) fövqəladə və hərbi vəziyyət elan edir; 

30) Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə müharibə elan edir və sülh 

bağlayır; 

31)  Azərbaycan  Respublikasının  dövlət  büdcəsində  bu  məqsədlər  üçün  nəzərdə 

tutulmuş xərclər çərçivəsində xüsusi mühafizə xidmətləri yaradır; 

32)  bu  Konstitusiya  ilə  Azərbaycan  Respublikası  Milli  Məclisinin  və  məhkəmə 

orqanlarının səlahiyyətlərinə aid edilməyən digər məsələləri icra qaydasında həll edir. 

M a d d ə   1 1 0 .   Qanunların imzalanması 

I.  Azərbaycan  Respublikasının  Prezidenti  qanunları  ona  təqdim  olunmuş  gündən 

başlayaraq  56  gün  ərzində  imzalayır.  Qanun  Azərbaycan  Respublikası  Prezidentinin 

etirazını  doğurursa,  o,  qanunu  imzalamayıb  öz  etirazları  ilə  birlikdə  göstərilən  müddət 

ərzində Azərbaycan Respublikasının Milli Məclisinə qaytara bilər. 

II.  Konstitusiya  qanunları  Azərbaycan  Respublikasının  Prezidenti  tərəfindən 

imzalanmazsa,  qüvvəyə  minmir.  Azərbaycan  Respublikasının  Milli  Məclisi  83  səs 

çoxluğu ilə  qəbul  edilən  qanunları  95  səs  çoxluğu  ilə,  63  səs  çoxluğu  ilə qəbul  edilən 

qanunları  isə  83  səs  çoxluğu  ilə  yenidən  qəbul  edirsə,  belə  qanunlar  təkrar 

səsvermədən sonra qüvvəyə minir. 

 

M a d d ə   110



1

. 


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin