Azərbaycan respublikasinin


Dövlətlərarası  və  hökumətlərarası  beynəlxalq  müqavilələr



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə37/88
tarix02.01.2022
ölçüsü1,09 Mb.
#39764
1   ...   33   34   35   36   37   38   39   40   ...   88
AR Konsititusiyası

Dövlətlərarası  və  hökumətlərarası  beynəlxalq  müqavilələr 

bağlamaq hüququnun verilməsi

56

 

 

Azərbaycan  Respublikasının  Prezidenti  dövlətlərarası  və  hökumətlərarası 

beynəlxalq müqavilələr bağlamaq hüququnu vitse-prezidentə, Azərbaycan Respublikası 

Nazirlər Kabinetinin üzvlərinə və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi 

digər şəxslərə verə bilər. 

 

M a d d ə   1 1 1 .   Hərbi vəziyyət elan edilməsi 



Azərbaycan  Respublikasının  Prezidenti  Azərbaycan  Respublikası  ərazisinin 

müəyyən  hissəsi  faktik  işğal  olunduqda,  xarici  dövlət  və  ya  dövlətlər  Azərbaycan 




Respublikasına  müharibə  elan  etdikdə,  Azərbaycan  Respublikasına  qarşı  real  silahlı 

hücum təhlükəsi yarandıqda, Azərbaycan Respublikasının ərazisi blokadaya alındıqda, 

habelə  blokada  üçün  real  təhlükə  olduqda  Azərbaycan  Respublikasının  bütün 

ərazisində  və  ayrı-ayrı  yerlərində  hərbi  vəziyyət  elan  edir  və  bu  barədə  qəbul  etdiyi 

fərmanı 24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir. 

M a d d ə   1 1 2 .   Fövqəladə vəziyyət tətbiq edilməsi 

Azərbaycan Respublikasının Prezidenti təbii fəlakətlər, epidemiyalar, epizootiyalar, 

böyük ekoloji və başqa qəzalar baş verdikdə, habelə Azərbaycan Respublikasının ərazi 

bütövlüyünün  pozulmasına,  dövlətə  qarşı  qiyama  və  ya  dövlət  çevrilişinə  yönəldilən 

hərəkətlər  edildikdə,  zorakılıqla  müşayiət  olunan  kütləvi  iğtişaşlar  yarandıqda, 

vətəndaşların həyatı və  təhlükəsizliyi yaxud dövlət təsisatlarının normal fəaliyyəti üçün 

qorxu  törədən  digər  münaqişələr  meydana  gəldikdə  Azərbaycan  Respublikasının  ayrı-

ayrı yerlərində fövqəladə vəziyyət tətbiq edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat 

müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir. 

M a d d ə   1 1 3 .   Azərbaycan Respublikası Prezidentinin aktları 

I.  Ümumi  qaydalar  müəyyən  etdikdə  Azərbaycan  Respublikasının  Prezidenti 

fərmanlar, başqa məsələlər barəsində isə sərəncamlar qəbul edir. 

II.  Azərbaycan  Respublikası  Prezidentinin  fərman  və  sərəncamlarında  başqa 

qayda nəzərdə tutulmayıbsa, onlar dərc edildiyi gündən qüvvəyə minir.  

M a d d ə   1 1 4 .   Azərbaycan Respublikası Nazirlər Kabinetinin statusu 

I.  Azərbaycan  Respublikasının  Prezidenti  icra  səlahiyyətlərinin  həyata 

keçirilməsinin  təşkili  məqsədi  ilə  Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetini 

yaradır. 

II.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  Azərbaycan  Respublikası 

Prezidentinin yuxarı icra orqanıdır. 

III.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  Azərbaycan  Respublikasının 

Prezidentinə tabedir və onun qarşısında cavabdehdir. 

IV.  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  iş  qaydasını  Azərbaycan 

Respublikasının Prezidenti müəyyənləşdirir. 

M a d d ə   1 1 5 .   Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərkibi 

Azərbaycan 

Respublikası 

Nazirlər 

Kabinetinin 

tərkibinə 

Azərbaycan 

Respublikasının Baş naziri, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti 

orqanlarının rəhbərləri daxildirlər. 

M a d d ə   1 1 6 .   Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefası 

Yeni  seçilmiş  Azərbaycan  Respublikasının  Prezidenti  vəzifəsini  tutduğu  və 

səlahiyyətlərini icra etməyə başladığı gün Azərbaycan Respublikasının Nazirlər Kabineti 

Azərbaycan Respublikası Prezidentinə istefa verir. 




M a d d ə   1 1 7 .   Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclasları 

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  iclaslarına,  bir  qayda  olaraq, 

Azərbaycan Respublikasının Baş naziri sədrlik edir. 

M a d d ə   1 1 8 .   Azərbaycan  Respublikası  Baş  nazirinin  təyin  edilməsi 




Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin