AZ
ƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
Az
ərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini
hazırlayan komissiya t
ərəfindən hazırlanmış, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində (referendumda) qəbul
edilmi
şdir.
1995-ci il noyabrın 27-d
ən qüvvəyə minmişdir.
2002-ci il avqustun 24-d
ə ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş dəyişikliklərlə.
2009-cu il martın 18-d
ə ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş əlavə və dəyişikliklərlə.
2016-cı il sentyabrın 26-da keçirilmi
ş ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş əlavə və dəyişikliklərlə.
Az
ərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, “Azərbaycan Respublikasının dövlət
müst
əqilliyi haqqında” Konstitusiya aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin
firavanlı
ğının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş,
indiki v
ə gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə
a
şağıdakı niyyətlərini bəyan edir:
- Az
ərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;
- Konstitusiya ç
ərçivəsində demokratik quruluşa təminat vermək;
- v
ətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;
- xalqın irad
əsinin ifadəsi kimi, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;
-
ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək;
- ümumb
əşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və
bu m
əqsədlə qarşılıqlı fəaliyyət göstərmək.
Yuxarıda sadalanan ülvi niyy
ətlərlə ümumxalq sәsvermәsi - referendum yolu ilə bu Konstitusiya qəbul edilir.
B
İRİNCİ BÖLMƏ