[18] 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71) ilə 8-ci maddənin üçüncü hissədə “kolxozların və təhsil ocaqlarının” sözləri “o cümlədən təhsil müəssisələrinin” sözləri ilə əvəz edilmişdir.
[19] 21 aprel 1993-cü il tarixli 572 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1994-cü il, № 9, maddə 96) ilə 8-ci maddənin dördüncü hissəsi yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:
“18 yaşına çatmış və daha yuxarı yaşlı çağırışçıların çağırış məntəqəsini dəyişdirməsinə aprelin 1-dən iyulun 1-dək və oktyabrın 1-dən dekabrın 31-dək yol verilmir. Bu dövrdə çağırış məntəqəsinin dəyişdirilməsinə təsdiqedici sənədlər hərbi komissarlığa təqdim edilərkən yol verilir, bu şərtlə ki, çağırışçı:
müdiriyyət tərəfindən başqa yerdə işə keçirilmiş olsun;
ailənin tərkibində, yaxud mənzil alması ilə əlaqədar yeni yaşayış yerinə keçmiş olsun;
tədris müəssisəsinə qəbul edilmiş olsun, və təhsil almağa getsin və ya tədris müəssisəsini bitirmiş olsun və təyinat üzrə işə göndərilsin”.
21 dekabr 2010-cu il tarixli
Dostları ilə paylaş: |