Azərbaycan Respublikasında ixrac
-
idxal əməliyyatları
üzrə gömrük rüsumlarının
dərəcələri haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikasının "Gömrük Məcəlləsi"nə və "Gömrük tarifi haqqında" Qanununa
uyğun olaraq gömrük tarifləri mexanizminin daha da təkmilləşdirilməsi yolu ilə xarici iqtisadi
əlaqələrin səmərəliliyinin artırılması, sahibkarlıq fəaliyyətinin, ölkədə rəqabətədavamlı məhsulların
istehsalının inkişafı üçün lazımi şəraitin yaradılması və daxili bazarın qorunması məqsədi ilə
Azərbaycan Respublikasının Nazirlər Kabineti
qərara alır:
1. Çıxarılıb.
[1]
2 Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin əmtəə nomenklaturası malların
beynəlxalq təcrübədə qəbul olunmuş təsnifat sisteminə uyğun olaraq aparılsın.
3. Çıxarılıb.
[2]
4. Müəyyən
edilsin ki, Azərbaycan Respublikasının "Gömrük tarifi haqqında" Qanununun 33
-
cü maddəsinə uyğun olaraq aşağıdakılar gömrük idxal rüsumuna cəlb olunmur:
4.1. Çıxarılıb;
[3]
4.2.
Çıxarılıb;
[4]
4.3. Beynəlxalq təşkilatların, xarici dövlətlərin hökumətlərinin, habelə dövlətlərarası və
hökumətlərarası sazişlərə əsasən xarici hüquqi və fiziki şəxslərin ayırdıqları əvəzsiz
maliyyə və
texniki yardımları, qrantlar
,
hesabına idxal olunan mallar;
[5]
4.4. təmənnasız paylanılması üçün humanitar yardım kimi fiziki şəxslər tərəfindən gətirilən
mallar.
[6]
4.5. fövqəladə halların qarşısının alınması və bu halların nəticələrinin aradan qaldırılması
məqsədilə maddi
-
texniki təchizat sisteminin
yaradılması, seysmik
-
müşahidə məntəqələrinin və
qəza
-
xilasetmə dəstələrinin yerləşdiriləcəyi bazaların təşkili və onların fəaliyyəti üçün Azərbaycan
Respublikasının Fövqəladə Hallar Üzrə Dövlət Komissiyasının təsdiqedici sənədi əsasında idxal
olunan xüsusi texniki vasitələr, avadanlıqlar, cihazlar, alətlər, komplektləşdirici məmulatlar, ehtiyat
hissələri, ləvazimatlar və materiallar.
[7]
4.6. Neft-
qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru
kəmərləri haqqında və bu qəbildən olan digər sazişlərə uyğun olaraq Azərbaycan Respublikasına
verilməsi nəzərdə tutulan əsas fondların, daşınar əmlakın və digər aktivlərin Azərbaycan
Respublikasının Dövlət Neft Fonduna və ya hasilatın pay bölgüsü haqqında sazişlərdə
Azərbaycan Respublikasını təmsil edən hüquqi şəxslərə hər hansı şəkildə təqdim edilməsi üzrə
əməliyyatlar.
[8]
[9]
4.7. Azərbaycan Respublikası vətəndaşlarının pasportları və şəxsiyyət vəsiqələri blankları,
onların fərdiləşdirilməsi, “Giriş
-
çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat
-
axtarış sisteminin yaradılması və tətbiqi, əl
-
barmaq izlərinin,
güllə və gilizlər üzərindəki
izlərinmüəyyən
edilməsi
üçün
gətirilən
avadanlıqlar,
məmulatlar,
ləvazimatlar
və
materiallar,
polisə telefon zənglərinin qəbulu üzrə xüsusi
"102" xidmətinə
-
Zəng Mərkəzi
Sisteminə (ZMS) daxil olan avadanlıqlar,
məmulatlar, ləvazimatlar və materiallar,
dəniz
səviyyəsindən 1300 metrdən hündürlükdə yerləşən dağlıq ərazilərdə turizm sahəsində olan
investisiya layihələrinin həyata keçirilməsi üçün, ehtiyaclarını yerli xammal və materiallar
hesabına ödəmək mümkün olmadıqda, layihə çərçivəsində idxal edilən mallar.
[10]
4.8. lizinq müqaviləsinin obyekti olan qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas
vəsaitə aid, idxal gömrük rüsumlarından azad olunan daşınar əşyaların xarici iqtisadi fəaliyyətin
əmtəə nomenklaturası üzrə siyahısı təsdiq edilsin (əlavə olunur).
[11]
4.11. ixrac məqsədli neft
-
qaz fəaliyyəti ilə əlaqədar avadanlıq və materiallar (Azərbaycan
Respublikasının Dövlət Neft Şirkəti tərəfindən ixrac məqsədli neft
-
qaz fəaliyyəti üzrə Azərbaycan
Respublikasına idxal olunan avadanlıq və materialların təsdiq olunmuş siyahısı gömrük
orqanlarına təqdim edildiyi təqdirdə).
[12]
4.13. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi və onun tabeliyində olan
müəssisələr tərəfindən müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı məqsədilə idxal
edilən texnologiyalar, avadanlıqlar və dəstləşdirici hissələr.
[13]
4.14.
Xüsusi iqtisadi zonaya idxal edilən mallar (aksizli mallar istisna olmaqla).
[14]
4.15. milli yığma komandaların hazırlığı ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada
ölkəyə gətirilən idman avadanlığı, texnikası və malları.
[15]
4.15. Azərbaycan Respublikasının Dövlət Taxıl Fonduna tədarük edilməsi məqsədi ilə idxal
olunan taxıl və taxıl emalı məhsulları.
[16]
4.16. "Azərbaycan Milli Elmlər Akademiyasının təsdiqedici sənədi əsasında idxal gömrük
rüsumundan azad olunan elmi cihazların və avadanlıqların xarici iqtisadi fəaliyyətin mal
nomenklaturası (XİF MN) üzrə Siyahısı" təsdiq edilsin (əlavə olunur).
[17]
4.17. "Qeyri-
neft sektorunda istehsalın təşviqi məqsədi ilə idxal gömrük rüsumundan azad
olunan
malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturu (XİF MN) üzrə Siyahısı" təsdiq edilsin
(əlavə olunur).
[18]
4.18. Beynəlxalq standartlara cavab verən su nəqliyyat vasitələrini istehsal edən strateji
əhəmiyyətli sənaye müəssisələrinin tikintisi üçün layihə çərçivəsində Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin təsdiqedici sənədləri əsasında idxal olunan mal və avadanlıqlar.
[19]
4.18. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi
tərəfindən alınan qeydiyyat şəhadətnamələri, sürücülük vəsiqələri, qeydiyyat nişanları, xidmətlə
bağlı
digər blanklar və büdcə vəsaiti hesabına idxal olunan avadanlıqlar.
[20]
4.20. İstehsal gücü gündə 5000 (beş min) ton klinker və ya ildə 2 (iki) milyon ton semen
t
təşkil edən və APİ (American Petroleum İnstitute) standartlarına cavab verən quyu
-tamponaj
sementi istehsal edən sement zavodlarının tikintisi üçün layihə çərçivəsində idxal olunan mallar,
materiallar və avadanlıqlar.
[21]
4.21. Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivlərində yerləşdirilməsi üçün idxal
olunan qızıl.
[22]
4.22. “Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət
Agentliyinin təsdiqedici sənədləri əsasında, alternativ və bərpa olunan enerji mənbələri üzrə
fəaliyyətinə xüsusi icazə verilmiş şəxslər tərəfindən gömrük rüsumlarından azad olunmaqla idxal
edilən, alternativ və bərpa olunan enerji və ondan səmərəli istifadə edilməsi sahəsində tətbiq
olunan qurğuların, onların istehsalı üçün avadanlıqların hissə və ləvazimatlarının xarici iqtisadi
fəaliyyətin mal nomenklaturası
(XİFMN) üzrə Siyahısı” təsdiq edilsin (əlavə olunur).
[23]
4.23. “Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təsdiqedici
sənədinə əsasən, Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidenti olan hüquqi şəxs və
hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs tərəfindən gömrük
rüsumlarından azad olunmaqla idxal edilən qurğuların, hissə və ləvazimatların xarici iqt
isadi
fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı” təsdiq edilsin (əlavə olunur).
[24]
4.24. Azərbaycan Respublikasının 2016
-
cı il üzrə yanacaq
-enerji ba
lansına uyğun olaraq
Azərbaycan Respublikası Energetika Nazirliyinin təsdiqedici sənədləri əsasında "Azərenerji" Açıq
Səhmdar Cəmiyyətinə elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut.
[25]
5. Çıxarılıb.
[26]
6. Müəyyən edilsin ki, dövlətlərin, hökumətlərin və beynəlxalq təşkilatların, hüquqi və fiziki
şəxslərin xətti ilə təmənnasız paylanılması üçün humanitar yardım kimi gətirilən malların gömrük
rəsmiləşdirilməsində, həmin malları gətirən humanitar təşkilatlar Azərbaycan Respublikası
ərazisində mövcud qaydada qeydiyyatdan keçməsi barədə sənədi, digər hüquqi və fiziki şəxslər
isə Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının razılığını gömrük orqanlarına
təqdim etməlidirlər.
[27]
7. Çıxarılıb.
[28]
8.
Çıxarılıb.
[29]
9.
Çıxarılıb.
[30]
10.
Çıxarılıb.
[31]
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997
-
ci il 16 iyun tarixli 62 nömrəli qərarı,
həmin qərarın 9
-
cu bəndi istisna olmaqla və 1997
-
ci il 15 iyul tarixli 79 nömrəli qərarı,
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə" 1998
-
ci il 5 avqust tarixli 167 nömrəli qərarının 1
-ci
bəndinin 5
-
ci və 6
-
cı abzasları və "Azərbaycan
Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə" 1998
-
ci il 30 oktyabr tarixli 218 nömrəli qərarının 1
-
ci bəndinin Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1998-
ci il 22 aprel tarixli 91 nömrəli qərarına aid olan hissələri
qüvvəsini itirmiş hesab
edilsin.
[32]
12. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
[33]
Azərbaycan
Respublikasının Baş naziri
A.RASİZADƏ
Bakı şəhəri, 22 aprel 1998
-ci il
№ 91
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1998-
ci il 22 aprel tarixli 91 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
[34]
GÖMRÜK RƏSMİLƏŞDİRİLMƏSİNƏ GÖRƏ ALINAN GÖMRÜK YIĞIMLARININ
MİQDARI
Çıxarılıb
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarına
1 NÖMRƏLİ ƏLAVƏ
[35]
AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZİSİNƏ GƏTİRİLƏN VƏ GÖMRÜK İDXAL RÜSUMUNA
CƏLB OLUNMAYAN MALLARIN SİYAHISI
Çıxarılıb
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarına
2 NÖMRƏLİ ƏLAVƏ
[36]
AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİSİNƏ GƏTİRİLƏN VƏ GÖMRÜK DƏYƏRİNİN 5 FAİZİ
HƏCMİNDƏ GÖMRÜK İDXAL RÜSUMUNA CƏLB OLUNAN
MALLARIN SİYAHISI
Çıxarılıb
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarına
ƏLAVƏ
(Azərbaycan Respublikasının Nazirlər Kabinetinin
1999-cu il 27 fevral tarixli 25 nömrəli qərarının mətnində)
[37]
AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİSİNƏ GƏTİRİLƏN MALLAR ÜZRƏ GÖMRÜK İDXAL
RÜSUMLARININ DƏRƏCƏLƏRİ
Çıxarılıb