Azərbaycan Respublikasında qızılca və məxmərəyə qarşı Milli İmmunlaşdırma Kampaniyası 2006-cı ildə öz işinə başlayır



Yüklə 10,26 Kb.
tarix13.03.2017
ölçüsü10,26 Kb.
#11085


Azərbaycan Respublikasında qızılca və məxmərəyə qarşı Milli İmmunlaşdırma Kampaniyası 2006-cı ildə öz işinə başlayır.

Qızılca və Məxmərəyə qarşı Azərbaycan respublikası Səhiyyə Nazirliyinin Vişnevskaya-Rastropoviç Fondu, ABŞ-ın Yoluxucu Xəstəliklər üzərində Nəzarət Mərkəzi, ABŞ-ın Beynəlxalq Yardım Foundu, UNİCEF və Dünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq şəraitində həyata keçirdiyi milli proqram nəticəsində 3 milyon adam qızılca və məxmərəyə qarşı peyvəndlə təmin ediləcək.

Bakı, 14 iyul 2005 - Bu gün Azərbaycan respublikası Səhiyyə Nazirliyinin, Vişnevskaya-Rostropoviç Fondu, UNİCEF və Dünya Səhiyyə Təşkilatının nümayəndələri həyata keçirilməsi 2006-cı ilin mart ayına nəzərdə tutulan Qızılca və Məxmərəyə qarşı Milli İmmunlaşdırma Kampaniyasına ilk addım kimi Anlaşma Memorandumu imzaladılar.

Kampaniya 2006-cı ilin mart ayından başlayaraq 2 həftə müddətində əhalinin 3,042,000-ni əhatə edəcəkdir. Kampaniya bütün ölkədə 7-23 yaşlarındakı şəxsləri, paytaxt Bakı şəhərində isə əlavə olaraq 23-29 yaş qruplarına daxil olan şəxsləri də əhatə edəcək.

Kampaniya ölkədə bütövlükdə qızılcanın eliminasiyası və anadangəlmə məxmərək sindromunun praktik olaraq qarşısının alınması strategiyasının mühüm komponentidir. Kampaniya ölkədə immunlaşdırma proqramının gücləndirilməsinə imkan yaradacaqdır və buna görə də təsərrüfat və təhlükəsiz immunlaşdırmaya xüsusi diqqət ayırmaqla çox dəqiq işlənib hazırlanacaq planlaşdırma tələb edir.

Dünya miqyasında peyvəndlə-qrşısı alınan digər xəstəliklərlə müqayisədə qızılca daha çox uşaq ölümü ilə nəticələnir. Qızılcanı keçirib sağ qalan uşaqlar fiziki qabiliyyətlərində daimi qüsur qalması təhlükəsindən azad deyildirlər. Hər il 30 və 40 milyon uşaq qızılcaya tutulurlar. 2003-cü ildə pnevmaniya, diareya və aclıqdan təxminən 530,000 uşaq tələf olmuşdur.

“Səhiyyə Nazirliyi bütün beynəlxalq təşkilatları, QHT-ləri, dövlət təşkilatları və Kütləvi İnformasiya Vasitələrinin nümayəndələrini kampaniyaya hazırlıq istiqamətində əhalinin sosial səfərbərliyi naminə səylərini birləşdirməyə çağırır. Azərbaycan hökuməti bütün əlaqədar hökumət təşkilatlarını kampaniyanın müvəffəqiyyətlə həyat keçməsi istiqamətində səfərbərliyini öz öhdəsinə götürəcəkdir” Səhiyyə Naziri Dr. Əli İnsanov dedi.

“Hər bir insan qızılca kimi peyvəndlə qarşısı alınan xəstəliklərdən müdafəi edilməlidir. Hər bir uşağa bu peyvənd edilməlidir. Biz qızılcanın eliminasiyası üçün bütün səylərimizi birləşdirməliyik və bu kampaniya həmin istiqamətdə mühüm addımdır. ” UNİCEF-in Azərbaycandakı Nümayəndəliyin Rəhbəri Xanım Hanaa Singer dedi.

“Qızılca, məxmərək və anadangəlmə məxmərək sindromu Dünya Səhiyyə Təşkilatının Avropa Regionunda uşaqlar və gənclər arasında peyvəndlə-qarşısı alınan xəstəliklər sırasında mühüm yer tutur. Azərbaycan Hökuməti tərəfindən öhdəliyə götürülmüş bu təşəbbüs qızılca və məxmərəyin eliminasiyası ilə bağlı regional səviyyədə məqsədlərin təyin edilməsi istiqamətində vacib bir öhdəlikdir və bu məqsədlərə çatmaq üçün biz xəstəliyə qarşı həssas hər bir fərdi vaksinlə təmin etməliyik.” Dünya Səhiyyə Təşkilatının məsləhətçisi Dr. Nedret Emiroglu dedi.

Səhiyyə Nazirliyi bu kampaniyanın planlaşdırılması, kordinasiyası və monitorinqi üçün öhdəlik daşıyaraq onun həyata keçirilməsi istiqamətində aparıcı rol oynayacaqdır.

UNİCEF planlaşdırma, təchizat, soyuq zəncir sisteminin gücləndirilməsi və sosial mobilizasiya istiqamətində texniki dəstək göstərəcəkdir.



Dünya Səhiyyə Təşkilatı planlaşdırma sahəsində digər texniki məsələlər üzrə dəstək göstərəcək və kampaniyanın immunizasiyanın təhlükəsiz təminatı, vaksinlərin təmini, müşahidə, tibbi personal üçün təlim məşğələlərinin keçirilməsi və təlim materiallarının istehsalı üzrə milli və rayon səviyyəsində kampaniyanın müxtəlif aspektlərinə nəzarəti təmin edəcəkdir.

Vişnevskaya-Rastropoviç Fondu planlaşdırma, soyuq zəncir sisteminin gücləndirilməsi və sosial mobilizasiya istiqamətində texniki dəstək göstərəcəkdir.
Yüklə 10,26 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin