XXX. AVTOMOBİL NƏQLİYYATI
turşulu və qələvilli akkumulyatorların doldurulması və təmiri ilə məşğul olan akkumulyatorçu;
oturacaq yerlərinin sayı 14-dən artıq olan avtobusda işləyən avtomobil sürücüsü (şəhərdaxili, zavoddaxili, şəhərətrafı-daxili, şəhərətrafı daşımalarla və yük avtomobillərinin təmirinə və texniki xidmətinə cəlbedilməmək şərti ilə bir növbə daxilində kənd yerlərində daşımalarla məşğul olanlardan başqa);
yükgötürmə qabiliyyəti 2,5 tondan artıq olan avtomobillərdə işləyən avtomobil sürücüsü (şəhərdaxili, zavoddaxili, şəhərətrafı daxili, şəhərətrafı daşımalarla və yük avtomobillərinin təmirinə və texniki xidmətinə cəlb edilməmək şərti ilə bir növbə daxlində kənd yerlərində daşımalarla məşğul olanlardan başqa);
etilləşdirilmiş benzin ilə işləyən maşın mühərrikinin detallarının yuyulmasını əl ilə yerinə yetirən yuyucu maşının maşinisti;
etilləşdirilmiş benzinlə işləyən mühərrikin sınağı ilə məşğul olan avtomobil təmiri üzrə çilingər;
avtotəsərrüfatlarda etilləşdirilmiş benzinlə işləyən karbratorlu mühərriklərinin yanacaq cihazlarının təmiri ilə məşğul olan yanacaq cihazı üzrə çilingər.
Dostları ilə paylaş: |