IV. MƏDƏN İŞLƏRİ
Açıq mədən işləri, işləyən və tikilən şaxtaların və mədənlərin üz səthi, zənginləşdirilmə, aqlomerasiya, briketləşdirilmə, mədən və əsaslı-mədən işləri üzrə ümumi peşələr
şpurların qazmaçısı;
partladıcı;
yararsız layların yükləyicisi;
yanğının qarşısının alınması və söndürülməsi üzrə mədən fəhləsi;
faydalı qazıntılardan süxur və kənar əşyaların təmizlənməsi ilə məşğul olan mədən fəhləsi;
bərkidici materialların şaxtaya daşınması ilə məşğul olan yeraltı mədən fəhləsi;
qazıntıların və süxurların yüklənməsi və boşaldılması ilə məşğul olan yükləyici;
bərkidici materialları şaxtaya daşıyıcı (yerüstü işlərdə);
yol-xətt fəhləsi;
xırdalayıcı;
dəmirçi-burdoldurcu;
bərkidici;
yükvuran maşının maşinisti;
qazma qurğusunun maşinisti;
şaxtaların səhtdən dibə qədər olan hissəsinin tam qazılması üzrə qurğunun maşinisti;
ekskavator maşinisti;
karxanalarda, kəsimlərdə, yararsız laylarda əl işi ilə məşğul olan yol montyoru;
vaqonetlərin əl ilə diyirləndirib gətirilməsi və aparılması ilə məşğul olan aşırıcı;
qazmaçı;
vaqonetlərin əl üsulu ilə itələyib qurğulara verilməsi ilə məşğul olan liftçi;
bunkerlərin təmizlənməsi ilə məşğul olan təmizləyici;
açıq mədən işlərində məşğul olan və avadanlıqların təmiri üzrə növbətçi elektrik çilingəri (çilngər);
mədənçıxarmada avadanlığın, mexanizmlərin, su və hava magistrallarının təmiri və xidməti ilə məşğul olan növbətçi elektrik çilingəri (çilingər).
Dostları ilə paylaş: |