Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi



Yüklə 0,73 Mb.
səhifə7/61
tarix13.12.2023
ölçüsü0,73 Mb.
#175881
1   2   3   4   5   6   7   8   9   10   ...   61
DEVdR3Vob0xy97cUnAKQBSERK0f3jUI1B4oeBZj2

Qeyri-normativ hüquqi akt:

Konkret (birdəfəlik) təş­ki­lati, nəzarət və ya sərən­camverici təd­bir­lə­rin hə­yata ke­çi­ril­məsi məq­sədi ilə qəbul edilən və ya digər birdəfəlik tətbiq hal­ları üçün nəzərdə tutulan hüquqi aktlar qeyri-normativ hüquqi aktlar sayılır.

Konstitusiya Qanununda qeyri-normativ hüquqi aktı hüquqi aktların digər növlərindən fərqləndirən əsas cəhət kimi onun konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə qəbul edilməsi və ya digər birdəfəlik tətbiq halları üçün nəzərdə tutulması müəyyən edilmişdir. Konstitusiya Qanunu qeyri-normativ hüquqi akta anlayış verməklə yanaşı, bu növdən olan hüquqi aktların normativ hüquqi aktlarla uyğunluğu barədə məcburilik müəyyən edir. Belə ki, Qanunun 3.2-ci maddəsinə əsasən qeyri-normativ hüquqi aktlar müvafiq normativ hüquqi akt əsasında qəbul edilməlidir və onun müvafiq normasına istinad etməlidir.


Konstitusiya Qanuna əsasən qeyri-normativ hüquqi aktlara aşağıdakılar aiddir:

Normativ xarakterli akt :
Qanunun mənasına görə hüquqi aktın 3-cü növü olan normativ xarakterli aktı digər hüquqi aktlardan fərqləndirən əsas cəhət onun məhdud subyektlər dairəsi üçün nəzərdə tutulmasıdır. Belə ki, normativ xarakterli akt - Kons­titu­siya Qanununun 4.1-ci maddəsində müəyyən edilmiş, məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir.
Konstitusiya Qanununa əsasən normativ xarakterli aktlar aşağıdakılardır:

Konstitusiyanın 131-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Ali Məhkəməsi məhkəmələrin praktikasına aid məsələlər üzrə izahlar verir. Bu baxımdan qeyd olunmalıdır ki, Ali Məhkəmənin Plenumu tərəfindən verilən izahların hüquqi statusu qanunvericiliklə dəqiq müəyyən edilməmişdir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinə 29.11.2019-cu il tarixdə edilmiş dəyişikliyə əsasən Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarının cinayət prosesini həyata keçirən orqanlar üçün tövsiyə xarakteri daşıması barədə müddəa ləğv edilsə də, həmin izahların hüquqi qüvvəsini təsbit edən norma qanunvericiliyə daxil edilməmişdir. Hesab edirik ki, bu hal təcrübədə çətinliklərin yaranmasını şərtləndirə, Ali Məhkəmənin Plenumu tərəfindən verilən müvafiq izahların hüquqi qüvvəsinə münasibətdə fərqli yanaşmaların meydana çıxmasına səbəb ola bilər.
Normayaratma fəaliyyətinin müstəsna əhəmiyyəti nəzərə alınmaqla, qanunvericilik bu fəaliyyətin həyata keçirilməsinin konkret prinsiplərini müəyyən etmişdir. Qanunun mənasına görə həmin prinsiplər normayaratma fəaliyyətində şəffaflığın, bu fəaliyyətin səmərəliliyinin təmin edilməsi məqsədini daşıyır. Qanunun 8-ci maddəsi normayaratma fəaliyyətinin ümumi prinsiplərini müəyyən etməklə, eyni zamanda bu fəaliyyətin Konstitusiyanın 149-cu maddəsinə uyğun olaraq hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmaqla həyata keçirilməli olduğunu təsbit edir. Qanuna əsasən normayaratma fəaliyyətinin prinsipləri aşağıdakılardır:



  • Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluq və qanun­ların üstünlüyü;

  • aşağı dövlət orqanlarının aktlarının yuxarı dövlət orqanlarının aktlarına uyğunluğu;

  • beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarının üstünlüyü;

  • mütənasiblik;

  • dövlət orqanlarının vətəndaşlar qarşısında cavabdehliyi;

  • normayaratma fəaliyyətinin demokratikliyi və şəffaflığı;

  • normativ hüquqi aktların ziddiyyətsizliyi;

  • insanların hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsi və sosial ədalət;

  • ictimai münasibətlərin hüquqi tənzimlənməsinin sistemliliyi və kompleksliyi.

Qanunvericilik normayaratma fəaliyyətinin yuxarıda göstərilən prinsiplər əsasında, eyni zamanda normayaratma orqanlarının fəaliyyətində aşkarlığın təmin edilməklə həyata keçirilməsini tələb edir. Konstitusiya Qanununun 9-cu maddəsində normayaratma orqanlarının fəaliyyətində aşkarlığın təmin edilməsinin aşağıdakı üsulları əks olunmuşdur:


1. normayaratma orqanlarının fəaliyyəti və onların qəbul etdikləri normativ hüquqi aktlar haqqında fiziki və hüquqi şəxslərin məlumatlandırılması;
2. normativ hüquqi aktların rəsmi nəşrlərdə, digər kütləvi informasiya vasitələrində dərc edilməsi və ya onların digər üsullarla açıqlanması;
3. normativ hüquqi aktların layihələrinin normayaratma orqanlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsi.

Bundan əlavə, Konstitusiya Qanunu şəffaflığın təmin edilməsi məqsədilə normayaratma orqanının qərarı ilə normativ hüquqi aktın layihəsinin açıq (ictimai və ya peşəkar) müzakirəyə çıxarılmasının mümkünlüyünü də nəzərdə tutmuşdur.





Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin