Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi


Maddə 93. Məhkumların tibbi-sanitariya təminatı



Yüklə 0,55 Mb.
səhifə73/136
tarix28.12.2021
ölçüsü0,55 Mb.
#17219
1   ...   69   70   71   72   73   74   75   76   ...   136
Maddə 93. Məhkumların tibbi-sanitariya təminatı

93.1. Cəzaçəkmə müəssisələrində müalicə-profilaktika, sanitariya-profilaktika və sanitariya-epidemiologiya işi qanunvericiliyə, habelə cəzanın icrası qaydasına və şərtlərinə uyğun təşkil edilir və həyata keçirilir.

93.2. Cəzaçəkmə müəssisələrində məhkumlara tibbi xidmət göstərmək üçün tibb-sanitariya hissələri, həmçinin yoluxucu xəstələrin, alkoqolizm və narkomaniyaya düçar olanların, habelə vərəmli xəstələrin stasionar müalicəsi və saxlanılması üçün müalicə müəssisələri təşkil edilir.

Azadlıqdan məhrum etmə növündə cəza çəkən narkoloji xəstələrin narkoloji yardım almaq hüququnun hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir. Azadlıqdan məhrum etmə növündə cəza çəkən və abstinent sindromu vəziyyətində olan narkoloji xəstələr digər xəstələrdən ayrı saxlanılır.

93.3. Cəzaçəkmə müəssisələrinin müdiriyyəti məhkumların ümumi və şəxsi sanitariya-gigiyena tələblərinə əməl edilməsini təmin edir;

93.4. Yemək qəbul etməkdən imtina edən və bununla əlaqədar həyatı üçün təhlükə yaranan məhkumların tibbi rəyə əsasən məcburi qaydada qidalandırılmasına yol verilir.

93.5. Cəzaçəkmə müəssisələrində məhkumlara tibbi xidmət göstərilməsi, sanitar nəzarətinin təşkili və həyata keçirilməsi, müəssisədən kənar tibb müəssisələrindən istifadə və bu məqsədlə onların tibb işçilərinin cəlb edilməsi qaydası normativ hüquqi aktlarla müəyyən edilir.

93.6. Məhkumlar tibbi məsləhət və müalicə almaq üçün pullu xidmət göstərən tibb müəssisələrinə müraciət etmək hüququna malikdirlər. Bu növ xidmətlərin, dərmanların ödəniş haqqı məhkum və ya onun qohumları tərəfindən həyata keçirilir. Belə hallarda tibbi məsləhətin verilməsi və müalicənin aparılması cəzaçəkmə müəssisəsinin tibb-sanitariya hissəsində, habelə müalicə müəssisəsində həmin müəssisənin tibb işçilərinin müşahidəsi altında həyata keçirilir. (4, 16)


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin