Maddə 12. Məhkumların şəxsi təhlükəsizlik hüququ
12.1. Məhkumlar şəxsi təhlükəsizlik hüququna malikdirlər.
12.2. Azadlığın məhdudlaşdırılması, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun həyatına, sağlamlığına, yaxud şəxsiyyətinə qarşı digər məhkumlar tərəfindən və ya başqa şəxslər tərəfindən təhlükə yaranarsa, o, xüsusi müəssisənin və ya cəzaçəkmə müəssisəsinin müdiriyyətinə təhlükəsizliyini təmin etmək üçün ərizə və ya şifahi müraciət etmək hüququna malikdir.
12.3. Cəzanı icra edən xüsusi müəssisənin və ya cəzaçəkmə müəssisəsinin müdiriyyəti təhlükənin aradan qaldırılması üçün məhkumun təhlükəsiz yerə köçürülməsi və ya başqa tədbirlər görülməsi barədə qərar qəbul edir.
Dostları ilə paylaş: |