Xüsusi hissə
II bölmə. Məhkumun cəmiyyətdən təcrid edilməsi ilə əlaqədar olmayan cəzaların icrası
IV fəsil. Cərimə növündə cəzanın icrası
Maddə 23. Cərimə növündə cəzanın icrası qaydası
23.1. Məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Icra məmuru cərimənin ödənilmədiyi halda məhkumu, ondan cərimənin məcburi tutulacağı barədə xəbərdar edir.
23.2. Məhkum cəriməni üzürlü səbəbdən bir ay müddətində ödəyə bilmədikdə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə məhkumun ərizəsinə əsasən cərimənin ödənilməsinin altı ayadək müddətə təxirə salınması və ya müddəti göstərilməklə onun hissə-hissə ödənilməsi haqqında qərar qəbul edə bilər.
Dostları ilə paylaş: |