Maddə 66. Cəzaçəkmə müəssisələrinin növləri
66.1. Cəzaçəkmə müəssisələri yetkinlik yaşına çatmayan şəxslər üçün tərbiyə müəssisələrindən, yetkinlik yaşına çatmış şəxslər üçün müxtəlif rejimli cəzaçəkmə müəssisələrindən, həbsxanalardan və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrindən ibarətdir. İstintaq təcridxanaları penitensiar müəssisə olmaqla təsərrüfat və məişət xidməti işlərinə görə bu müəssisədə saxlanılan məhkumlar üçün cəzaçəkmə müəssisələrinin vəzifələrini yerinə yetirirlər.
66.2. Cəzaçəkmə müəssisələri məntəqə tipli, ümumi, ciddi, xüsusi rejimli cəzaçəkmə müəssisələrinə, tərbiyə müəssisələri isə ümumi və möhkəm rejimli müəssisələrə bölünürlər.
66.3. Müalicə müəssisələrində stasionar şəraitdə müayinə və müalicəyə ehtiyacı olan məhkumlar cəza çəkirlər. (16)
Dostları ilə paylaş: |