Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi


Maddə 109. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərə tənbeh tədbirlərinin tətbiqi qaydası



Yüklə 0,55 Mb.
səhifə89/136
tarix28.12.2021
ölçüsü0,55 Mb.
#17219
1   ...   85   86   87   88   89   90   91   92   ...   136
Maddə 109. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərə tənbeh tədbirlərinin tətbiqi qaydası

109.1. Tənbeh tədbirlərinin tətbiqi zamanı məhkuma öz əməlini yazılı və ya şifahi qaydada izah etmək imkanı verilir, xətanın törədilmə şəraiti, məhkumun şəxsiyyəti və cəzanın çəkilməsi müddətindəki davranışı nəzərə alınır. Verilən tənbeh tədbirləri xətanın ağırlığına və xüsusiyyətinə uyğun olmalıdır. Tənbeh tədbirləri xətanın aşkar olunduğu vaxtdan on gün ərzində tətbiq edilir. Əgər həmin xəta ilə əlaqədar yoxlama aparılarsa onun başa çatdığı gündən, lakin xətanın törədildiyi vaxtdan bir aydan gec olmayaraq tənbeh tədbiri tətbiq edilir. Eyni zamanda törədilən bir neçə xəta üçün bir tənbeh tədbiri tətbiq edilir.

109.2. Tənbeh tədbirləri yazılı şəkildə cəzaçəkmə müəssisəsinin müdiriyyətinin əsaslandırılmış qərarı ilə verilir. Məhkumun bu Məcəllənin 107.1-107.3, 107.5 və 125-ci maddələrində nəzərdə tutulmuş tənbeh tədbirlərinin tətbiqindən müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət vermək hüququ vardır. Əsas olduqda, tənbeh tədbiri ləğv edilə bilər. Şikayətin verilməsi tənbeh tədbirinin icrasını dayandırmır.

109.3. Məhkumlar kamera tipli otaqlara və birnəfərlik kameralara bu tənbeh tədbirlərinin müddəti göstərilməklə keçirilirlər.

109.4. Kamera tipli otağa keçirilmiş məhkuma—kamera tipli otağa keçirilməkdən başqa, digər tənbeh tədbirləri tətbiq edilə bilər.

109.5. Tənbeh tədbiri verildiyi gündən bir il ərzində məhkuma yeni tənbeh tədbiri tətbiq edilməzsə o, tənbehi olmayan sayılır. (16)



Maddə 110. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərin cərimə təcridxanalarında, kamera tipli otaqlarda və birnəfərlik kameralarda saxlanılması şərtləri

110.1. Cərimə təcridxanalarına keçirilmiş məhkumlara görüşlər, telefon danışıqları verilmir, ərzaq məhsulları və ən zəruri mallar əldə etmək, bağlama, sovqat və ya banderol almaq qadağan edilir. Onların hər gün bir saatlıq gəzinti hüquqları vardır.

110.2. Tənbeh tədbiri qaydasında kamera tipli otaqlarda və ya birdəfəlik kameralarda saxlanılan məhkumlar aşağıdakı hüquqlara malikdirlər:

110.2.1. ərzaq məhsulları və ən zəruri malların əldə edilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş məbləğində pul xərcləmək;

110.2.2. bir bağlama, sovqat və ya banderol almaq;

110.2.3. hər gün bir saat gəzintidən istifadə etmək;

110.2.4. cəzaçəkmə müəssisəsinin müdiriyyətinin icazəsi ilə bir qısa müddətli görüş almaq.

110.3. Kamera tipli otaqlarda və ya birnəfərlik kameralarda saxlanılan məhkumlar digər məhkumlardan ayrı işləyirlər.

110.4. Cərimə təcridxanalarında, kamera tipli otaqlarda və birnəfərlik kameralarda özünə xəsarət yetirmə və özünü xəstəliyə vurma halları istisna olmaqla, müalicə müəssisələrinə və cəzaçəkmə müəssisələrinin tibb-sanitariya hissələrinə keçirilmiş məhkumların burada saxlanılma vaxtı verilən tənbehin çəkilmə müddətinə hesablanır.

110.5. Cərimə təcridxanalarında, kamera tipli otaqlarda və birnəfərlik kameralarda saxlanılan məhkumların maddi-məişət təminatı həbsxanalarda ümumi saxlanma şəraitində olan məhkumlar üçün müəyyən edilmiş normalara uyğun müəyyən edilir.

110.6. Bir təqvim ili ərzində cərimə təcridxanasında saxlanma müddəti altmış gündən, kamera tipli otaqlarda və birnəfərlik kameralarda isə altı aydan çox ola bilməz. (16)

Maddə 111. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərə həvəsləndirmə və tənbeh tədbirlərini tətbiq edən vəzifəli şəxslər

Bu Məcəllənin 105 və 107-ci maddələrində göstərilən həvəsləndirmə və tənbeh tədbirlərini məhkumlara cəzaçəkmə müəssisəsinin müdiriyyəti tətbiq edir.




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin