167-3.1. Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma —
səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmək ilə cəzalandırılır.
167-3.2. Bu Məcəllənin 167-3.1-ci maddəsində nəzərdə tutulmuş əməlləri maliyyələşdirmə —
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (116)