Azərbaycan Respublikasının Cinayət Məcəlləsi


Maddə 185. Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə



Yüklə 0,72 Mb.
səhifə170/352
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#39487
1   ...   166   167   168   169   170   171   172   173   ...   352
Cinayət Məc

Maddə 185. Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə

    185.1. Avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma)—

    • min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması (bax) və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    185.2. Eyni əməllər:

      185.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

      185.2.2. təkrar törədildikdə;

      185.2.3. həyat üçün təhlükəli olmayan zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə;

      185.2.4. zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə—



    • üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması (bax) və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    185.3. Bu Məcəllənin 185.1 və ya 185.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:

      185.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;

      185.3.2. külli miqdarda ziyan vurmaqla törədildikdə;

      185.3.3. həyat üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə—


    • beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    185.4. Bu Məcəllənin 185.1—185.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə —

    • on ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (61, 111, 128, 131)


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin