Azərbaycan Respublikasının Cinayət Məcəlləsi


İyirmi dördüncü fəsil. İqtisadi fəaliyyət sahəsində olan cinayətlər



Yüklə 0,72 Mb.
səhifə175/352
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#39487
1   ...   171   172   173   174   175   176   177   178   ...   352
Cinayət Məc

İyirmi dördüncü fəsil. İqtisadi fəaliyyət sahəsində olan cinayətlər

Maddə 190. Qanuni sahibkarlıq fəaliyyətinə mane olma

    190.1. Fərdi sahibkarın və ya kommersiya təşkilatının qeydiyyatından qanunsuz olaraq imtina etmə və ya onların qeydiyyatından boyun qaçırma, müəyyən fəaliyyət növünü həyata keçirmək üçün xüsusi razılığın (lisenziyanın) verilməsindən qanunsuz olaraq imtina etmə və ya onun verilməsindən boyun qaçırma, təşkilati-hüquqi və ya mülkiyyət formasından asılı olmayaraq fərdi sahibkarın və ya kommersiya təşkilatının hüquqlarını və ya qanuni maraqlarını məhdudlaşdırma, habelə fərdi sahibkarın və ya kommersiya təşkilatının müstəqilliyini qanunsuz məhdudlaşdırma və ya onların fəaliyyətinə başqa cür qanunsuz müdaxilə etmə, bu əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən sui-istifadə etməklə törədildikdə—

    190.2. Eyni əməllər qanuni qüvvəyə minmiş məhkəmə qərarını pozmaqla və ya külli miqdarda ziyan vurmaqla törədildikdə—

    • cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri ilə cəzalandırılır.

    Qeyd: Bu Məcəllənin 192.1, 192-1.1, 192-1.2, 193.1, 194.1-1, 195.1, 195-1.1, 195-1.2, 195-2.1, 196.1, 197.1, 198.1, 200-2.1, 201-1.1, 203.1, 204.2, 205-2.1, 210.1, 211.1 və 212.1-ci maddələrində «xeyli miqdar» dedikdə, iyirmi min manatdan yuxarı, lakin yüz min manatdan artıq olmayan məbləğ, 190.2, 192-1.3.2, 194.2.4, 195.2, 195-1.3, 195-2.2, 196.2, 197.2, 198.2, 200-2.3, 201-1.2, 202.2, 202-1.2, 202-2.1, 203.2, 203-1.1, 204.3.2, 205.2.3, 205-2.2.3, 210.2, 211.2 və 212.2-ci maddələrində «külli miqdar» dedikdə yüz min manatdan artıq olan məbləğ, 192.2.1, 192.2.2, 193.2.1 və 193.2.2-ci maddələrində «külli miqdar» dedikdə yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, 192.3.1, 192.3.2, 193.3.1 və 193.3.2-ci maddələrində «xüsusilə külli miqdar» dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. (1, 29, 45, 65, 80, 98, 111, 125, 128, 131, 132)


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin