Azərbaycan Respublikasının Cinayət Məcəlləsi


Maddə 307. Cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə



Yüklə 0,72 Mb.
səhifə306/352
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#39487
1   ...   302   303   304   305   306   307   308   309   ...   352
Cinayət Məc

Maddə 307. Cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə

    307.1. Ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə —

    • min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    307.2. Qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə—

    • üç min manatdan altı min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    307.3. Qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə—

    • iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    Qeyd: Arvadı (əri), övladları, valideynləri və qanunvericiliklə dairəsi müəyyən edilmiş digər yaxın qohumları tərəfindən hazırlanmış və ya törədilmiş cinayət barəsində xəbər verməyən şəxs bu Məcəllənin 307.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb oluna bilməz. (1, 45, 128)

Otuz üçüncü fəsil. Korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər (29, 64)


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   302   303   304   305   306   307   308   309   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin