Azərbaycan Respublikasının Cinayət Məcəlləsi


Maddə 85. Yetkinlik yaşına çatmayanlara təyin edilən cəzanın növləri



Yüklə 0,72 Mb.
səhifə74/352
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#39487
1   ...   70   71   72   73   74   75   76   77   ...   352
Cinayət Məc

Maddə 85. Yetkinlik yaşına çatmayanlara təyin edilən cəzanın növləri

    85.1. Yetkinlik yaşına çatmayanlara aşağıdakı cəza növləri təyin edilir:

      85.1.1. cərimə;

      85.1.2. ictimai işlər;

      85.1.3. islah işləri;

      85.1.3-1. azadlığın məhdudlaşdırılması; (bax)

      85.1.4. müəyyən müddətə azadlıqdan məhrum etmə.



    85.2. Cərimə, yalnız müstəqil əmək haqqı və ya bu cəzanın icrasına yönəldilə bilən əmlakı olan yetkinlik yaşına çatmayana təyin edilir. Cərimə altı yüz manatadək miqdarda təyin edilir.

    85.3. İctimai işlər səksən saatdan üç yüz iyirmi saatadək müddətə təyin olunur və yetkinlik yaşına çatmayan məhkumun bacardığı, onun təhsildən və əsas işindən asudə vaxtlarda yerinə yetirdiyi işlərdən ibarətdir. Bu cəza növünün icra müddəti on beş yaşınadək şəxslər üçün gündə iki saatdan, on beş yaşından on altı yaşınadək şəxslər üçün isə gündə üç saatdan çox ola bilməz.

    85.4. Yetkinlik yaşına çatmayanlara islah işləri iki aydan bir ilədək müddətə təyin edilir. Bu zaman məhkumun qazancından məhkəmənin hökmü ilə müəyyən edilmiş miqdarda, beş faizdən iyirmi faizə qədər pul dövlət nəfinə tutulur.

    85.4-1. Azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. (bax)

    85.5. Azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Yetkinlik yaşına çatmayan məhkumlar cəzalarını aşağıdakı tərbiyə müəssisələrində çəkirlər:



      85.5.1. yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar — ümumi rejimli tərbiyə müəssisələrində;

      85.5.2. əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş yetkinlik yaşına çatmayan oğlanlar — möhkəm rejimli tərbiyə müəssisələrində. (1, 45, 73, 131)




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin