Azərbaycan Respublikasının daxili işlər orqanlarinda xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə


Daxİlİ İşlər orqanlarında xİdmətə qəbul



Yüklə 51,95 Kb.
səhifə3/38
tarix02.01.2022
ölçüsü51,95 Kb.
#46152
1   2   3   4   5   6   7   8   9   ...   38
168-IIQ Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə

Daxİlİ İşlər orqanlarında xİdmətə qəbul

11. Daxili işlər orqanlarında xidmətə könüllük əsasında, şəxsi keyfiyyətlərinə, fiziki və peşə hazırlığına sağlamlıq vəziyyətinə və təhsil səviyyəsinə görə bu orqanlarda xidmətə yararlı olan, habelə hərbi xidmət keçmiş və hərbi mükəlləfiyyəti (qadınlar istisna olmaqla). Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən, yaşı 20-dən aşağı və bir qayda olaraq yaşı 30-dan yuxarı olmayan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.4

Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının tədris müəssisələrinə yaşı 18-ə çatmamış tam orta təhsilli şəxslər də qəbul edilə bilərlər.5

Maliyyə, təsərrüfat, kriminalistik təhqiqatlar, tibb xidmətlərinə, həmçinin mühəndis-proqramçı, təhsil müəssisələrində orta və böyük rəis heyəti vəzifələrinə yaşı 35-dək olan şəxslər qəbul oluna bilərlər.

Zərurət yarandıqda təhsil müəssisələrinə və digər xidmət sahələrinə yaşı 40-dək olan elmi dərəcəyə malik mütəxəssislər müstəsna hal kimi qəbul oluna bilərlər.

Bu Əsasnamə ilə müəyyən edilmiş tələblərə cavab verən şəxslər siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq müddətli müqavilə əsasında qəbul edilə bilərlər. Müddətli müqavilənin forması və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.6

12. Daxili işlər orqanlarına xidmətə qəbul üçün müraciət edən şəxsin təqdim etdiyi sənədlərdə birlikdən təhrif olunmuş məlumatların qeyd edilməsi həmin şəxsin daxili işlər orqanlarına xidmətə qəbul olunmaması üçün əsasdır.

Daxili işlər orqanlarının əməkdaşı yaxın qohumunun məhkum olunması haqqında ona məlum olduğu vaxtdan 1 ay müddətində xidmət etdiyi orqanın rəhbərliyinə məlumat verməlidir.

13. Daxili işlər orqanlarında xidmətə qəbul olunan şəxs aşağıdakı sənədləri təqdim edir:

1) şəxsi ərizə;

2) şəxsiyyətini təsdiq edən sənəd;

3) əmək kitabçası;

4) hərbi bilet;

5) müvafiq təhsilə malik olmasını təsdiq edən sənəd;

6) tərcümeyi-hal;

7) yaxın qohumları və himayəsində olan şəxslərin anadan olduğu, iş (təhsil) və yaşayış yeri haqqında məlumatlar.

14. Daxili işlər orqanlarında xidmətə qəbul olunan şəxslərin sənədləri, həmçinin onların və yaxın qohumlarının haqqında məlumatlar Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada yoxlanılmalıdır.

Zəruri hallarda xidmətə qəbul olunan şəxs barədə “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş qaydada əməliyyat-axtarış tədbirləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilə bilər.7

15. Daxili işlər orqanlarında xidmətə qəbul olunan şəxslərin fiziki hazırlığı və sağlamlığı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanın müəyyənləşdirdiyi qaydada yoxlanılmalıdır.

16. Daxili işlər orqanlarında xidmətə qəbul müsabiqə və şəffaflıq əsasında həyata keçirilir (müsabiqədə test imtahanlarından və müsahibədən ibarətdir). Müsabiqənin elan edilməsi keçirilməsi və yekunlarına dair müvafiq qərarın qəbul edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.8

17. İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyət olmayan və ya məhdud fəaliyyəti hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, əvvəllər işdə yol verdiyi ciddi nöqsanlara, daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olmasına, xidmətə tam yararsız olmasına, daxili işlər orqanlarının əməkdaşı adına ləkə gətirən hərəkətlərə görə daxili işlər və digər hüquq-mühafizə orqanlarından xaric edilmiş şəxslər daxili işlər orqanlarında xidmətə qəbul oluna bilməzlər.9

18. Əvvəllər daxili işlər orqanlarından xaric edilmiş və sonradan xidmətə qəbul edilən şəxslərin yaş məhdudiyyətləri bu Əsasnamənin 137-ci maddəsi ilə müəyyən edilir.

19. Daxili işlər orqanlarının sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə tam orta və orta ixtisas təhsilli şəxslər qəbul edilirlər. Daxili işlər orqanlarının kiçik rəis heyəti vəzifələrinə xidmətə ali təhsilli şəxslərin qəbulu Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. 10

20. Orta və böyük rəis heyəti vəzifələrində xidmətə bir qayda olaraq xüsusi təyinatlı və digər təhsil müəssisələrini bitirən orta ixtisas və ali hüquq təhsilli şəxslər qəbul edilirlər. 11

Digər ixtisasları olan şəxslərin xidmətə qəbulu Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun həyata keçirilir.

21. Daxili işlər orqanlarının sıravi və rəis heyəti vəzifələri bu Əsasnaməyə uyğun olaraq bilavasitə vəzifələrə təyin olunma yolu ilə komplektləşdirilir.

22. Sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbul Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş səlahiyyətlər daxilində müvafiq vəzifələri şəxslər tərəfindən həyata keçirilir.

23. Orta və böyük rəis heyəti vəzifələrində xidmətə qəbul, bu vəzifələrə sıravi və kiçik rəis heyətindən olan əməkdaşları təyin edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

24. Daxili işlər orqanlarında əməkdaşları hərbi xidmətə çağırılmır və hərbi qeydiyyatdan çıxarılaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyatda alınırlar. 12

25. Daxili işlər orqanlarında orta və böyük rəis heyəti vəzifələrində xidmətə ilk dəfə qəbul edilən şəxslərin təyin olunduqları vəzifələrdən və hazırlıq səviyyələrindən asılı olaraq onlar üçün sınaq müddəti müəyyən edilə bilər. Sınaq müddəti müəyyən edilmiş şəxslər müvafiq vəzifəyə xüsusi rütbə verilmədən təyin olunur və onlara yalnız vəziyə məvacibi həcmində əmək haqqı ödənilir.

Həmin şəxslər sınaq müddəti dövründə həvalə edilən vəzifələrini yerinə yetirilər və daxili işlər orqanları, əməkdaşları üçün müəyyən edilmiş hüquq və təminatlardan istifadə edirlər.

Sınaq müddəti daxili işlər orqanları əməkdaşlarının xidmət stajına daxil edilir.

26. Ali rəis heyəti vəzifələrinə təyin edilən, müvafiq icra hakimiyyəti orqanının xüsusi təyinatlı təhsil müəssisələrini bitirib təyinat üzrə vəzifələrə təyin edilən şəxslər üçün sınaq müddəti müəyyən edilmir. 13

26-1. Daxili işlər orqanlarında xidmətə qəbul edilən dövlət qulluqçusunun və ya əvvəllər dövlət qulluğunda işləmiş şəxsin malik olduğu ixtisas dərəcəsinin xüsusi rütbələrə uyğunlaşdırılması həyata keçirilərkən onun barəsində sınaq müddəti müəyyən edilmir.14

27. Daxili işlər orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbul edilən şəxslər vəzifələrinin icrasına təhsil müəssisələrində hazırlıq kursları keçdikdən sonra başlayırlar. 15

28. Sınaq müddətinin keçirilməsinin digər qaydaları və şərtləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

III Fəsil




Yüklə 51,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin