“Proqramiaşdırılan məntiqi kontrollerlər”fənninin tədris olunmasında əsas məqsəd müasir dövrdə istehsal proseslərinin avtomatlaşdırılmasının texniki tərəqqinin əsas istiqamətlərindən olmasıdır. İndi Proqramiaşdırılan məntiqi kontrollerlər bütün istehsalata – yeni məhsulun layihələndirilməsindən onun hazırlanmasına qədər olan bütün sahələrə tətbiq olunur. Digər tərəfdən müasir istehsalat maşın və aqreqatların məhsuldarlığının artırılması və onun maya dəyərinin aşağı salınması ilə xarakterizə olunur. Elm və texnikanın qarşısında duran ən mühüm məsələlərdən biri istehsalatın avtomatlaşdırılması texnologiyasını, texniki səviyyəsinin yüksəldilməsini, avtomatlaşdırma vasitələrinin sürətli inkişafını təmin etməkdən ibarətdir. Proqramiaşdırılan məntiqi kontrollerlər istehsal proseslərinin idarəetmə funksiyalarını yerinə yetirən müxtəlif idarəetmə sistemlərinin yaradılması ilə bilavasitə əlaqədardır.
Xalq təsərrüfatının inkişaf mərhələsi bir daha istehsalatın düzgün planlaşdırılması, idarə olunması, dünya standartına cavab verə bilən və elektron prinsipi ilə işləyən müasir avtomatik vasitələri və idarə sistemləri ilə təmin edilməsindən asılıdır. Hal - hazırda tikinti materiallarının istehsal kombinatlarında, neft emalı zavodlarında, sənaye və xalq təsərrüfatının digər sahələrində, yaxın və uzaq xarici ölkələrin cihazqayırma firmalarında, eləcə də respublikamızın elmi tədqiqat institutlarında layihə edilmiş yeni avtomatlaşdırma vasitələri və sistemləri tətbiq edilməkdədir. Dünyanın aparıcı ölkələrinin qabaqcıl cihazqayırma firmalarında istehsal olunan və müasir tələblərə cavab verə bilən intellektual mikroprosessorlar texnologiyaları əsasında hazırlanmış ölçü cihazları və avtomatlaşdırılmış idarəetmə sistemləri, texnoloji prosesləri xarakterizə edən çoxsaylı faktorlar haqqında toplanmış informasiyalara əsasən optimal iş rejimlərinin seçilməsinə, proseslərin sonraki gedişatını praqnozlaşdırmağa və bununla da idarəedici təsirlərin işlənib hazırlanmasına geniş imkanlar yaradır. Bu məsələlərin həll olunması üçün texnoloji prosesin riyazi modelləri qurulmalı, intellektual mikroprosessorlar texnologiyaları, eləcə də idarə sistemlərinin riyazi təminatı olmalıdır. Fənnin tədrisinin əsas vəzifəsi qeyd olunan sahələrdə ən qabaqcıl texnologiyaların, proqram-texniki təminatın əsas iş prinsiplərin öyrənilməsi və tətbiq edilməsi haqqında bilik bacarıqların tələbələrə aşılanmasıdır.