Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kolleci



Yüklə 37 Kb.
səhifə2/2
tarix27.12.2023
ölçüsü37 Kb.
#200640
1   2
Audit-1

Əsas məqsədə çatmaq və rəy vermək üçün auditor aşağıdakı məsələlər üzrə rəy tərtib edir.
1. Hesabatın ümumi məqbulluğu; - hesabatın tələbata uyğunluğu.
2. Əsaslılıq; - hesabatda göstərilən məbləğləri daxil edilməsinin əsaslılığı.
3. Bitkinlik; - məbləğlərin aktiv və passivliyinin hansı müəssisəyə məxsusluğu.
4. Qiymətləndirmə; - düzgün qiymətləndirilibmi?
5. Təsnifat; - məbləği onun yazıldığı hesaba aid etməyə əsas varmı?
6. Ayrılma;
7. Səliqəlilik;
8. Açma; - kateqoriyaların hamısı mal hesabatına daxil edilibmi?
Auditin başlıca vəzifələrini sivil bazar müəyyənləşdirir. Auditorlar (auditor təşkilatları) öz fəaliyyətləri prosesində həmçinin auditor xidməti göstərilməsi ilə bağlı aşağıdakı bir sıra vəzifələri həll edirlər.
- mühasibat uçotunun aparılmasının və hesabatın tərtib edilməsinin, təsərrüfat əməliyyatlarının qanuniliyinin yoxlanılması;
- mühasibat uçotunun təşkilində kömək göstərilməsi;
- mühasibat uçotunun bərpasında kömək göstərilməsi;
- mühasibat (maliyyə) hesabatının tərtibində kömək göstərilməsi;
- vergilərin planlaşdırılmasına və hesablanmasına kömək göstərilməsi;
- ekspert qiymətləndirmələri və təsərrüfat fəaliyyətinin nəticələrinin təhlili;
- maliyyə bə hüquq məsələlərinin geniş dairəsi, marketinq, menecment, texnoloji və ekoloji məsələlər üzrə məsləhətlər verilməsi;
- təsis sənədlərinin və başqa sənədlərin hazırlanması;
- gələcək tərəfdaşlar haqqında informasiya verilməsi;
- sifarişçilərə informasiya xidməti və s.
Auditorun xidmətinə tələbat aşağıdakı hallarla əlaqədar yaranmışdır:
1. Müdiriyyətlə informasiya istifadəçiləri (mükiyyətçilər, investorlar, kreditorlar) arasında ixtilaflar olduğu hallarda müdiriyyət tərfindən qeyri-obyektiv informasiya verilməsi;
2. Qəbul edilmiş qərarların nəticələrinin informasiyanın keyfiyyətindən asılılığı;
3. İnformasiyanı yoxlamaq üçün xüsusi biliklərin tələb olunması;
4. Çox zaman informasiyanı istifadəçilərinin onun keyfiyyətini qiymətləndirmək imkanının olmaması.
Bütün bu ilkin şərtlər müvafiq hazırlığı, ixtisası, təcrübəsi və bu cür xidmətlər göstərməyə icazəsi olan ekspertlərin (auditorların) xidmətlərinə ictimai tələbat yaranmasına gətirib çıxarmışdır. Auditor yoxlamaları dövlət orqanlarına, məhkəmələrə, prokurorluğa və müstəntiqlərə onları maraqlandıran maliyyə hesabatının düzgünlüyünü təsdiq etmək üçün lazımdır. Auditor xidmətlərini, bir qayda olaraq, təsərrüfat subyektlərinin müdiriyyəti sifariş verir. Lakin bu funksiyadan istifadə edənlər daha çoxdur. Bunlar aşağıdakılardır: əməkdaşlar, vergi orqanları, banklar və digər maliyyə təsisatları; potensial investorlar, ticarət tərəfdaşları və s.


İstifadə olunan dərsliklər və dərs vəsaitləri:
Əsas:

  1. V.T.Novruzovun redaktəsi ilə”Audit” Dərs vəsaiti,Bakı 2011,səh .504

  2. F.Ş.Hacıyev,Ş.H.Əliyev.”Audit” Dərs vəsaiti,Bakı 2011

  3. R.Ş.Hacıyev,S.M.Səbzəliyev “Auditin əsasları” Dərslik,Bakı 2003,səh.500

  4. İ.Abbasov “Audit” Dərs vəsaiti,Bakı 2011,səh .544

  5. Q.Rzayev “Mühaibat uçotu və audit” Dərs vəsaiti,Bakı 2008

Yüklə 37 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin