sərvətlərin bərpasının təmin edilməsi və mühafizəsi, milli parkların təşkili və
ekoloji şəbəkənin yaradılması istiqamətində görülən işlər də bu qəbildəndir.
Prezident İlham Əliyevin 2010-cu ili ölkədə “Ekologiya ili” elan
etməsi bu
sahəyə diqqəti daha da artırıb. “Ekologiya ili” çərçivəsində, eləcə də sonrakı
illərdə ölkəmizdə milyonlarla ağacın əkilməsi, yeni parkların salınması və dövlət
başçısının özünün bu kampaniyalarda iştirakı ətraf mühitin qorunmasına xüsusi
diqqətin göstəricisi sayıla bilər. Ətraf mühitin mühafizəsi, insanların sağlam
təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının
yaxşılaşdırılması naminə istifadə edilməsi respublikada aparılan sosial-iqtisadi
islahatların tərkib hissəsindən biridir. Müstəqillik
illərində ölkəmizdə ekoloji
tarazlığın qorunması, ətraf mühitin mühafizəsi sahəsində əsaslı dönüş yaranmış,
təbii ehtiyatların, o cümlədən faydalı qazıntıların, su, torpaq, hava kimi əvəzsiz
sərvətlərin, meşələrin və biomüxtəlifliyin mühafizəsi sahəsində ardıcıl tədbirlər
həyata keçirilib.
Hazırda iqtisadi inkişafla bərabər ətraf mühitin sağlamlaşdırılması, təbii
sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadə edilməsi
Ümummilli Lider Heydər Əliyevin siyasi və iqtisadi kursunu uğurla davam
etdirən, onun ideyalarını gerçəkləşdirən layiqli davamçısı Prezident İlham
Əliyevin daim diqqət mərkəzindədir. Ölkənin sosial-iqtisadi həyatının bütün
sahələrinin inkişafı ilə yanaşı, ətraf mühitin sağlamlaşdırılması məsələlərinə də
göstərilən gündəlik qayğının, həyata keçirilən ardıcıl tədbirlərin nəticəsində
ölkəmizdə ekoloji durum əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb.
Keçmişdən miras
qalmış ekoloji problemlərin aradan qaldırılması və səmərəli idarəetmə
sisteminin yaradılması da Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun
artmasına təkan verib. Uzun illər ərzində yaranan ekoloji problemlər təhlil
edilərək, onların kompleks həllinə yönəldilən və davamlı inkişaf prinsiplərinə
əsaslanan milli və dövlət proqramları təsdiq edilib və onların icrasına başlanılıb.
Ölkədə mövcud qoruq və yasaqlıqların ərazisi genişləndirilib milli parklar
yaradılıb, ətraf mühitin qorunmasının gücləndirilməsi istiqamətində tədbirlər
həyata keçirilib. Bu proqramların əsas məqsədi ətraf mühitin mühafizəsinə
yönəldilən dövlət əhəmiyyətli investisiya layihələrinin
sistemli və səmərəli
şəkildə həyata keçirilməsini təmin etməkdən ibarətdir. Ətraf mühitlə bağlı qəbul
olunan dövlət proqramlarının uğurla reallaşdırılması, mövcud ekoloji
problemlərin daha səmərəli həlli məqsədilə müvafiq sərəncamların imzalanması
bu sahənin ölkəmizdə prioritet məsələlər sırasına qaldırılmasına aydın misaldır.
Son illərdə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində xüsusi mühafizə olunan
təbiət ərazilərinin sahəsi ölkə ərazisinin 4,5 %-dən 10,3 %-ə qədər çatdırılıb –
893 min hektar – 9 milli park, 11 qoruq və 24 yasaqlıq. Bu istiqamətdə son 12 il
ərzində 130 min hektar sahədə meşəbərpa işləri aparılıb və yeni meşələr salınıb,
100 milyon ədəd ağac əkilib, 350 milyon ədəd əkin materialı yetişdirilib və 2
min ton toxum tədarük edilib. Meşə ilə örtülü ərazilərin sahəsi 11,4 %-dən 11,8
%-dək artıb. Bundan əlavə arid sahələr və aşağı keyfiyyətli torpaqlarla
səciyyələnən ərazilərin, o cümlədən Bakı və Abşeron yarımadasının
yaşıllaşdırılması ilə bağlı müasir metodlara əsaslanan iri yaşıllaşdırma layihələri
də həyata keçirilib. Belə ki, 3600 hektardan artıq ərazidə 4,5 milyona yaxın ağac
əkilib, müasir damcılı suvarma sistemləri ilə təmin olunub. Heeydər Əliyev
Fondunun ekologiyanın, ətraf mühitin qorunmasına xidmət edən “Hərəmiz bir
ağac əkək” layihəsi də bu sahəyə böyük töhfələr verib.
Fondun prezidenti,
UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə həyata keçirilən bu layihə çərçivəsində ölkəmizdə hektarlarla sahə
yaşıllaşdırılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın
təşəbbüsü ilə 2011-ci il iyulun 12-dən fəaliyyətə başlayan İDEA – Ətraf Mühitin
Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası çərçivəsində ölkəmizdə ətraf
mühitin qorunması sahəsində görülən işlər Azərbaycanda ekoloji problemlərə
verilən dəyərin göstəricisidir. Bu gün ölkəmizdə ekoloji problemlərin həllinə,
ətraf mühitin mühafizəsi məsələlərinə daha çox diqqət yetirilir. Milli parkların
yaradılması işi uğurla davam etdirilir və təbii ehtiyatların qorunması üçün
uzunmüddətli dövlət planları nəzərdə tutulub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər il 5 İyun – Dünya Ətraf Mühitin
Mühafizəsi Günü ərəfəsində ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan,
mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə
edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub
saxlanılması məqsədi ilə müxtəlif tədbirlər həyata keçirir.Ekologiya
və Təbii
Sərvətlər Nazirliyi hər il 5 İyun – Dünya Ətraf Mühitin Mühafizəsi Günü
ərəfəsində ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal
ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların
bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədi ilə
müxtəlif tədbirlər həyata keçirir.Ümumilikdə, 62 iş üzrə 380430 manat
məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 11 iş üzrə
332245 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına
və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 524 iş üzrə 8151475 manat
məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün
hüquq-mühafizə
orqanlarına 12, icra qurumlarına isə 24 iş göndərilib. Bununla yanaşı, tələbələrin
ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması, gənc nəslin ekoloji
maarifləndirilməsi və ictimaiyyətin ətraf mühitin birgə mühafizəsinə cəlb
olunması məqsədi ilə ali təhsil müəssisələrinin tələbə və müəllim kollektivləri
ilə görüşlər keçirilib.