Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi


Ekoloji təhlükəsizlik sahəsində dövlətin hüquqları və vəzifələri



Yüklə 306,52 Kb.
Pdf görüntüsü
səhifə11/17
tarix07.01.2024
ölçüsü306,52 Kb.
#202891
1   ...   7   8   9   10   11   12   13   14   ...   17
STANDARTLAŞDIRMA 1-10

Ekoloji təhlükəsizlik sahəsində dövlətin hüquqları və vəzifələri 
1. Ekoloji təhlükəsizlik sahəsində dövlətin hüquqları 
1.1. vahid dövlət siyasətini müəyyənləşdirmək; 
1.2. müvafiq icra hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirmək və bu 
fəaliyyətə metodiki rəhbərlik etmək; 
1.3. layihələri və dövlət proqramlarını hazırlamaq və həyata keçirmək; 
1.4. ekoloji təhlükəsizliyin təmin edilməsinə dair tədbirlərdə müvafiq icra 
hakimiyyəti orqanları ilə qarşılıqlı fəaliyyət göstərmək; 
1.5. təhlükəli ekoloji vəziyyət yarada bilən gələcək təsərrüfat və digər 
fəaliyyətin qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət ekoloji 
ekspertizasından keçirilməsi də daxil olmaqla ekoloji təhlükəsizliyin tələblərinə 
uyğunluğunu müəyyən etmək; 
1.6. qanunvericiliyi pozan müəssisə və təşkilatların fəaliyyətinin 
dayandırılması üçün qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər 
görmək; 
1.7. qanunvericiliyi pozan vəzifəli şəxslərin qanunvericiliklə müəyyən 
edilmiş qaydada məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görmək; 
1.8. müvafiq icra hakimiyyəti orqanlarından ekoloji təhlükəsizliyə dair lazımi 
məlumatı əldə etmək; 
1.9. ekoloji təhlükəsizliyin təmin edilməsinə dair beynəlxalq tədbirləri 
müəyyən edilmiş qaydada təşkil etmək və onlarda iştirak etmək, təcrübə, 
mütəxəssis, məlumat mübadiləsi keçirilməsi məqsədilə xarici dövlətlərin 
müvafiq orqanları ilə müəyyən edilmiş qaydada qarşılıqlı fəaliyyət göstərmək; 
1.10. ekoloji təhlükəsizlik sahəsində qanunvericiliklə müəyyən edilmiş digər 
hüquqları həyata keçirməkdir. 
2. Ekoloji təhlükəsizlik sahəsində dövlətin vəzifələri: 
2.1. dövlət nəzarətini həyata keçirmək, o cümlədən təbii ehtiyatlardan ekoloji 
cəhətdən 
təhlükəsiz 
istifadəyə 
və 
təsərrüfat 
subyektlərinin 
ekoloji 
təhlükəsizliyinin tələblərinə əməl etmələrinə nəzarət etmək; 
2.2. təhlükəli ekoloji vəziyyətlərin yaranması və genişlənməsi təhlükəsi 
yaradan halları və hadisələri aşkar etmək və proqnozlaşdırmaq; 

Yüklə 306,52 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin