Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi


Çirklənməsi normalarının müəyyən etmək



Yüklə 306,52 Kb.
Pdf görüntüsü
səhifə12/17
tarix07.01.2024
ölçüsü306,52 Kb.
#202891
1   ...   9   10   11   12   13   14   15   16   17
STANDARTLAŞDIRMA 1-10

Çirklənməsi normalarının müəyyən etmək



1.7.
Təhlükəli və fövqəladə ekoloji vəziyyət yaranması barədə əhaliyə 
məlumat vermək; 
1.8.
Ekoloji təhlükəsizlik sahəsində əhalinin təlimatlandırılmasını təmin 
etmək; 
1.9.
Ekoloji təhlükəsizlik sahəsində qanunvericiliklə müəyyən edilmiş 
digər vəzifələri həyata keçirməkdir.
2.
Bu maddənin 1-ci hissəsinin 1.3-cü bəndində nəzərdə tutulan dövlət 
proqramlarının layihələrinə dair “Ətraf mühitə təsirin qiymətləndirilməsi 
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq strateji 
ekoloji qiymətləndirilmə (SEQ) sənədi hazırlanmalı və həmin sənədin 
dövlət ekoloji ekspertizası aparılmalıdır. 
E
KOLOJİ TƏHLÜKƏSİZLİK SAHƏSİNDƏ YERLİ ÖZÜNÜİDARƏETMƏ 
ORQANLARININ SƏLAHİYYƏTLƏRİ
 
Ekoloji təhlükəsizlik sahəsində yerli özünüidarəetmə orqanların səlahiyyətləri 
qanunvericiliklə müəyyən edilir. 
Ekoloji təhlükəsizlik sahəsində vətəndaşların və ictimai birliklərin hüquqları 
1.
Azərbaycan Respublikasının vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı 
olmayan şəxslərin (bundan sonra vətəndaşlar) ekoloji təhlükəsizliyi dövlət 
tərəfindən təmin edilir. Təhlükəli ekoloji vəziyyət yaranması nəticəsində 
onlara dəyən ziyana görə ödənc almaqda eyni hüquqa malikdirlər. 
2.
Vətəndaşların və ictimai birliklərin hüquqları: 
2.1.
Dövlət və yerli özünüidarəetmə orqanlarına təkliflər vermək; 
2.2.
Dövlət və yerli özünüidarəetmə orqanlarından onların səlahiyyətləri 
daxilində ekoloji təhlükənin mənbələri, təhlükəli ekoloji vəziyyət və onların 
aradan qaldırılması üçün tədbirlərin keçirilməsi haqqında müəyyən edilmiş 
qaydada məlumat almaq
2.3.
Ekoloji təhlükəsizliyin təmin edilməsinə dair tələblərə riayət edilməsinə 
ictimai nəzarəti həyata keçirmək; 
2.4.
Ekoloji təhlükəsizlik sahəsində qanunvericiliyin tələbləri pozulduqda 
müvafiq dövlət və yerli özünüidarəetmə orqanlarına, məhkəmələrə müraciət 
etməkdir. 


Sərbəst iş N°_ 8 

Yüklə 306,52 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin