Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi


Təbiətdən istifadə və ətraf mühitin mühafizəsinin uçot və təhlili



Yüklə 306,52 Kb.
Pdf görüntüsü
səhifə13/17
tarix07.01.2024
ölçüsü306,52 Kb.
#202891
1   ...   9   10   11   12   13   14   15   16   17
STANDARTLAŞDIRMA 1-10

Təbiətdən istifadə və ətraf mühitin mühafizəsinin uçot və təhlili 
Təbiətdən səmərəli istifadə elmi yanaşma tələb edir
 
Kimya sənayesi ətraf mühitlə balanslı şəkildə həyata keçirilməlidir 
Təbiətdən səmərəli istifadə edilməsi ekologiya və iqtisadiyyat elmlərinin iştirakı 
olmadan qeyri-mümkündür. Bu elm sahələrinə yalnız iqtisadçılar yox, həm də 
təbiətşünaslar və təbiətdən istifadə üzrə ixtisaslaşan mütəxəssislər də 
yiyələnməlidirlər. Bazar iqtisadiyyatı şəraitində istehsal sahələrinin inkişafında, 
cəmiyyətin istehlak məhsullarına olan tələbatın ödənilməsində təbiətdən 
səmərəli istifadə olunması mühüm iqtisadi əhəmiyyət kəsb edir. Təbii resursların 
istehsal dövriyyəsinə cəlb olunması ərazinin əmək ehtiyatlarının zənginliyindən 
və istehsal vasitələrinin inkişaf səviyyəsindən asılı olaraq daha da intensivləşir. 
Cəmiyyətin ayrı-ayrı inkişaf dövrlərində istehsal vasitələrinin inkişaf 
səviyyəsindən asılı olaraq təbii resurslara təsir dairəsi bir-birindən kəskin şəkildə 
fərqli olmuşdur. Son illərdə elmi-texniki tərəqqinin inkişafı təbii resurslara təsir 
dairəsini daha da intensivləşdirmişdir. 
Təbiətdə materialların, sərvətlərin istifadə həddi olduğu kimi, müvafiq texnoloji 
üsulların tətbiqi şəraitində kəmiyyət və keyfıyyət baxımından tullantıların, 
çıxdaşların elə optimal səviyyədə azaldılması lazımdır ki, ətraf mühitə, 
insanlara, iqtisadiyyata, təbiətin təkrar istehsalına zərər verən mənbələri aradan 
qaldıra bilsin. Təbiət dəqiq və qanuna uyğun sürətdə inkişaf etdiyi kimi, onun 
sərvətlərinin də özlərinə məxsus əmələ gəlmə və təkrar istehsalları, 
qanunauyğunluqları vardır. Elm, texnika və enerji ilə silahlanmış insanların hər 
iki halda iştirakı iki prosesdə baş verir. 
Təbiət bütün elmlərin və biliklərin mənbəyidir. İnsan öz şüuru ilə təbiəti 
öyrənərkən obyektiv qanunları kəşf edir və bu qanunlara əsasən təbii qüvvələri 
və prosesləri cəmiyyətin istifadəsinə verir. Təbiətdən istifadənin əsas 
vəzifələrindən biri istehsal vasitələrini təkmilləşdirməklə təbii resursların 
istifadə xüsusiyyətləri, istifadə dərəcəsi və effektivliyini müəyyənləşdirməkdir. 
İkinci tərəf isə təbii resurslardan istifadə zamanı məhsuldarlığı artırmaqla yanaşı 
insanın yaşadığı mühitin mühafizəsinə riayolunmasıdır. Hazırda bu məsələ 
təbiətdən istifadənin mühüm qlobal məsələləri kimi qiymətləndirilir. Təbiətə 
təsir proseslərində istehsalın əməyin, insanla təbiət arsındakı əlaqələrin səmərəli 
təşkili şəraitində ətraf mühitin, ekoloji tarazlığın saf saxlanılması, təbii 
sərvətlərin, onun vasitə- silə maddi nemətlərin, əhalinin təkrar istehsalına 


əlverişli şərait yaradır. Bura meşələrin mühafızəsi, tarla qoruyucu meşə 
zolaqlarının salınması, suvarma təsərrüfatının, ballıqçılığın inkişafı və 
təkmilləşdirilməsi, qapalı göllərdə, su hövzələrində balıqların süni sürətdə 
artırılması, bitki və heyvanlar aləminin mühafizəsi məqsədi ilə milli parkların, 
qoruqların, yasaqlıqların yaradılması və mühafizəsi, antropogen, texnogen 
təsirlərin aradan qaldırılması daxildir.Təbiətlə cəmiyyət arasındakı qarşılıqlı 
münasibəti-məhsuldar qüvvələrin inkişaf səviyyəsini nəzərə almadan, bu 
qüvvələrin kimə aid olmasını bilmədən, insanların bir-birilə maddi nemətlər 
istehsalında hansı ictimai münasibətlərə daxil olduğunu dərk etmə- dən başa 
düşmək olmaz. İstehsal prosesində insanlar yalnız təbiətə təsir göstərmirlər, eyni 
zamanda onlar bir-birinə təsir göstərirlər. Yalnız istehsal prosesində insanlar 
müəyyən əlaqə və münasibətlər şəraitində təbiətə təsir etməklə özləri üçün lazım 
olan maddi nemətlər istehsalına şərait yaratmaq imkanlarına malik olurlar. 
Təbiətdən istifadənin iqtisadiyyatının əsas məqsədi təbii sərvətlərdən səmərəli 
istifadə olunmaqla ictimai istehalın dinamik inkişafına nail olmaqdır. 

Yüklə 306,52 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin