Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamənin,
nazirliyin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin fəaliyyətini təmin etmək
məqsədilə qərara alıram:
1. "Azərbaycan Respublikasının Fövqəladə Hallar
Nazirliyi haqqında
Əsasnamə" təsdiq edilsin (əlavə olunur).
2.
"Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin strukturu" təsdiq
edilsin (əlavə olunur).
3.
Azərbaycan
Respublikasının
Fövqəladə
Hallar
Nazirliyinin
büdcədən
maliyyələşdirilən işçilərinin say həddi təsdiq edilsin.
4.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi hərbi qulluqçularının,
xüsusi rütbəsi olan əməkdaşlarının vəzifə və hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləği
və pul təminatının digər növləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi
qulluqçularının vəzifə və hərbi rütbəyə görə maaşlarının məbləğinə və pul təminatının digər
növlərinə bərabər tutulsun.
[1]
5.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
5.1.
qüvvədə olan normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılması barədə
təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.2.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan
Dövlət Yanğın Nəzarəti Xidməti, Mülki müdafiə qoşunları, Hərbiləşdirilmiş Xüsusi
Mühafizə Xidməti, Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi, Dövlət Material
Ehtiyatları Agentliyi və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin
əsasnamələrinin layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin;
5.3.
bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
6. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 aprel 2006-cı il
№ 394
Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı
ilə
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında
[2]
Ə S A S N A M Ə
I. ÜMUMİ MÜDDƏALAR
1.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (bundan sonra - Nazirlik)
mülki müdafiə, əhalinin və ərazilərin təbii (geofiziki, geoloji, meteoroloji, hidroloji, dəniz-
hidroloji, təbiət yanğınları və s.) və texnogen xarakterli (yanğınlar, partlayışlar, bina və
qurğuların uçması, kimyəvi, radioaktiv və bioloji təhlükəli maddələrin tullantısı ilə əlaqədar
qəzalar, elektroenergetika sistemlərində, həyat təminatlı kommunal sistemlərdə, təmizləyici
qurğularda, hidrodinamik qurğularda, neft və qaz hasilatı və emalı obyektlərində, magistral
boru kəmərlərində qəzalar, nəqliyyat qəzaları və s.) fövqəladə hallardan (bundan sonra -
fövqəladə hallar) qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan
qaldırılması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin və kiçik
həcmli gəmilərin hərəkətinin təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində texniki
təhlükəsizliyin, tikintidə təhlükəsizliyin
təmin olunması, dövlət material
ehtiyatları
fondlarının yaradılması sahələrində dövlət siyasətini və tənzimlənməsini işləyib hazırlayan,
bu sahələrdə idarəetməni, əlaqələndirməni və nəzarəti həyata keçirən, fövqəladə halların
yaranma ehtimalı böyük olduqda, yaxud baş verdikdə çevik reaksiya verilməsini, təbii,
texnogen və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, obyektlərin
və qurğuların mühafizəsini təşkil edən mərkəzi icra hakimiyyəti orqanıdır.
2.
Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan
Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və
sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını,
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni
rəhbər tutur.
3.
Nazirlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra
hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə
qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
4.
Nazirlik müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət
əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin
təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara, bayraq və rəmzlərə
malikdir.
5.
Nazirliyin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət
büdcəsi və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.
[3]
6.
Nazirlik Bakı şəhərində yerləşir.
II. NAZİRLİYİN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ
7. Nazirliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
7.1.
mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın
təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin, sənayedə və dağ-mədən
işlərində texniki təhlükəsizliyin və tikintidə təhlükəsizliyin təmin olunması, neft və neft
məhsullarının qəza nəticəsində axımı ilə əlaqədar yaranmış fövqəladə halların qarşısının
alınması və nəticələrinin aradan qaldırılması, dövlət material ehtiyatları fondlarının
yaradılması sahələrində dövlət siyasətini və tənzimlənməsini işləyib hazırlayır və həyata
keçirilməsini təmin edir;
7.2.
mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın
təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması sahələrində,
eləcə də fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə
vahid dövlət sistemi çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətini
əlaqələndirir;
7.3.
Nazirliyin səlahiyyətlərinə aid edilən məsələlər üzrə normativ tənzimləməni və
nəzarət-yoxlama funksiyalarını həyata keçirir;
7.4.
mülki müdafiəni, əhalinin və ərazilərin fövqəladə hallardan və yanğınlardan
qorunmasını, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasını, su
hövzələrində insanların təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində texniki
təhlükəsizliyin və tikintidə təhlükəsizliyin təmin olunmasını, dövlət material ehtiyatlan
fondlarının yaradılmasını və idarə olunmasını, təbii, texnogen və terror təhlükələrinə məruz
qalan strateji əhəmiyyətli müəssisələrin, obyektlərin və qurğuların mühafizəsini, fövqəladə
hallarda çevik reaksiya verilməsini və humanitar yardımların idarə olunmasını təşkil edir və
həyata keçirir;
7.5.
Nazirliyin fəaliyyət dairəsinə aid edilən sahələrin inkişafını təmin edir;
7.6.
Nazirlik qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə də fəaliyyət
göstərir.
III. NAZİRLİYİN VƏZİFƏLƏRİ
8. Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun
olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
8.1. aşağıda göstərilən məsələlərlə bağlı normativ hüquqi aktların layihələrini
hazırlayır və baxılmaq üçün müvafiq qaydada təqdim edir:
8.1.1.
Nazirliyin strukturuna daxil olan Mülki müdafiə qoşunları, Dövlət Yanğın
Nəzarəti Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Kiçik Həcmli Gəmilər üzrə
Dövlət Müfəttişliyi, Dövlət Material Ehtiyatları Agentliyi, Su Ehtiyatları Dövlət
Agentliyi, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət
Agentliyi və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əsasnamələrini;
[4]
8.1.2.
mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, fövqəladə
halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyinin, su
hövzələrində insanların təhlükəsizliyinin və kiçik həcmli gəmilərin hərəkətinin
təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin və tikintidə
təhlükəsizliyin təmin olunması, dövlət material ehtiyatları fondlarının yaradılması və idarə
edilməsi sahələrində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi üzrə
təkliflərini;
8.1.3.fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı
Azərbaycan Respublikasının Milli Konsepsiyasının layihəsini;
8.1.4.mülki müdafiə planı layihəsini və Azərbaycan Respublikasının bütün ərazisində
və ya ayrı-ayrı bölgələrində mülki müdafiə planının həyata keçirilməsi barədə təkliflərini;
8.1.5.fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər
silahlı birləşmələrinin və aidiyyəti dövlət orqanlarının cəlb edilməsi barədə təkliflərini;
[5]
8.1.6.fövqəladə hallarda ölkənin bütün ərazisində və ya ayrı-ayrı bölgələrdə fövqəladə
vəziyyət elan etmək barədə təkliflərini;
8.1.7.su hövzələrində insanların axtarışı və xilas edilməsi işlərinin aparılması zamanı
icra hakimiyyəti orqanlarının qarşılıqlı fəaliyyət planının layihəsini;
8.1.8.əhalinin və ərazilərin fövqəladə hallar barədə xəbərdar edilməsi üzrə monitorinq,
proqnozlaşdırma və digər qabaqlayıcı tədbirlər, fövqəladə halların nəticələrinin aradan
qaldırılması və mülki müdafiənin vəziyyəti haqqında illik dövlət hesabatını;
8.1.9.ərazilərin mülki müdafiə üzrə qruplara aid edilməsi barədə təkliflərini;
8.1.10.müvafiq dövlət orqanları ilə birlikdə, öz səlahiyyətləri daxilində, ölkənin milli
təhlükəsizliyi üçün mühüm infrastruktur obyektlərinin siyahısını;
8.1.11.fövqəladə hallar zamanı çevik reaksiyanın təşkili və fövqəladə hallar nəticəsində
zərər çəkmiş əhaliyə və bərpa işlərinin aparılmasına dövlət büdcəsindən maliyyə yardımı
edilməsi barədə təkliflərini;
8.1.12.Azərbaycan Respublikasının aidiyyəti icra hakimiyyəti orqanları ilə
razılaşdırmaqla dövlət material ehtiyatları fondlarının həcmini, nomenklaturunu və istifadə
qaydalarını;
8.1.13.Nazirliyin fəaliyyəti ilə bağlı digər normativ hüquqi aktları.
8.2. Nazirlik aşağıdakı normativ hüquqi aktları işləyib hazırlayır və təsdiq edir:
8.2.1.Nazirliyin fəaliyyət dairəsinə aid edilən məsələlər üzrə normativ hüquqi aktları
(qanunlarla, Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin normativ
hüquqi aktları ilə tənzimlənən məsələlər istisna olmaqla);
8.2.2.əsasnamələri bu Əsasnamənin 8.1.1-ci yarımbəndi ilə təsdiq olunan struktur
bölmələri istisna olmaqla, Nazirliyin digər struktur bölmələrinin əsasnamələrini və ya
nizamnamələrini;
[6]
8.2.3.fövqəladə halların monitorinqinin və proqnozlaşdırılmasının həyata keçirilmə
sistemi və qaydalarını;
8.2.4.fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə
vahid dövlət idarəetmə sistemi çərçivəsində informasiya mübadiləsi qaydalarını;
8.2.5.təşkilatların mülki müdafiə üzrə kateqoriyalara aid edilməsi və ərazilərin və
obyektlərin risklilik dərəcəsi ilə bağlı göstəricilərini;
8.2.6.fövqəladə halların təsnifatı və uçotu, fövqəladə halların nəticələrinin aradan
qaldırılması üçün dəyən zərərlərin qiymətləndirilməsi metodikasını;
8.2.7.
öz səlahiyyətləri daxilində, təhlükə doğura biləcək sənaye obyektlərinin və sualtı
obyektlərin təhlükəsizlik bəyannamələrinin hazırlanması və təsdiq olunması qaydalarını;
8.2.8.
xilasetmə xidmətləri, o cümlədən təcili xilasetmə xidməti haqqında əsasnamələri,
könüllü
qəza-xilasetmə
birliklərinin
və
idarədənkənar
yanğından
mühafizə bölmələrinin yaradılması qaydalarını və nümunəvi əsasnamələrini, habelə əhalinin
fərdi müdafiə vasitələri ilə təmin olunmasının təşkili haqqında əsasnaməni;
[7]
8.2.9.
mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın
təhlükəsizliyinin və su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması ilə bağlı
təlimlərin və məşqlərin hazırlanması və keçirilməsi üzrə təlimatları;
8.2.10.mülki müdafiə, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan
qaldırılması, yanğın təhlükəsizliyinin və su hövzələrində insanların təhlükəsizliyinin təmin
olunması sahəsində əsas tədbirlərin illik planlarını;
8.2.11.kiçik həcmli gəmilərin dövlət qeydiyyatına alınması, gəmi sürücüsü hüququnun
verilməsi və təhlükəsiz istismarına nəzarət qaydalarını;
8.2.12.kiçik həcmli gəmilərin dayanacaq bazalarının (qurğularının), çimərliklərin,
yanalma körpülərinin, su keçidlərinin texniki baxışdan keçirilməsi qaydalarını;
8.2.13.tikinti, tikinti materialları, konstruksiya və detallarının istehsalı və istifadəsi
sahələrində öz səlahiyyətləri daxilində dövlət tənzimləməsindən irəli gələn normativ hüquqi
aktları;
8.2.14.Nazirliyin fəaliyyəti ilə bağlı qanunvericiliklə müəyyən edilmiş digər normativ
hüquqi aktları.
8.3.
Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı
Azərbaycan Respublikasının Milli Konsepsiyasının və digər dövlət proqramlarının yerinə
yetirilməsini təmin etmək;
8.4.
fövqəladə hallarda humanitar yardımları, o cümlədən xarici ölkələrdən alınan və
xarici ölkələrə göstərilən humanitar yardımları idarə etmək;
8.5.
fövqəladə hallar baş verən yerlərdən əhalinin evakuasiyasını (təxliyəsini),
xilasetmə işlərini və təcili tibbi xidmətin göstərilməsini, müvafiq dövlət orqanları ilə birlikdə
fövqəladə vəziyyət zonasında qalmış əmlakın mühafizəsini və ictimai asayişin təmin
edilməsini təşkil etmək;
8.6.
neft və neft məhsullarının qəza nəticəsində axımları ilə əlaqədar yaranmış
fövqəladə halların qarşısının alınmasını və nəticələrinin aradan qaldırılmasını təmin etmək;
8.7.
fövqəladə hallar və terror hadisələri zamanı müvafiq dövlət orqanları ilə birlikdə
xüsusi əhəmiyyətli obyektlərin, o cümlədən neft və qaz hasilatı və emalı müəssisələrinin,
terminalların, magistral boru kəmərlərinin, içməli su mənbələrinin, elektrik stansiyalarının,
hidrodinamik qurğuların və s. Obyekt və qurğuların mühafizəsini hərbiləşdirilmiş xüsusi
mühafizə xidməti vasitəsilə təşkil etmək;
8.8.
su hövzələrində kiçik həcmli gəmilərdən, yanalma körpülərindən və kütləvi
istirahət yerlərindən, o cümlədən çimərliklərdən istifadə olunmasına və təhlükəsizlik
qaydalarına əməl edilməsinə nəzarəti həyata keçirmək;
8.9. kiçik həcmli gəmilərin, yanalma körpülərinin, kütləvi istirahət yerlərinin, o
cümlədən çimərliklərin təsnifatı, qeydiyyatı və uçotu məsələləri üzrə texniki normativ
tənzimlənməni həyata keçirmək;
8.10.
qanunvericiliklə nəzərdə tutulan hallarda və qaydada müvafiq fəaliyyət növlərinə
xüsusi razılıq (lisenziya) və ya xüsusi icazə, habelə hüquq müəyyənedici sənədlər vermək;
8.11.
qanunvericiliklə müəyyən edilmiş hallarda əməliyyat-axtarış fəaliyyətinin,
təhqiqatın və ibtidai istintaqın aparılmasını təşkil etmək;
8.12.
Nazirliyin strukturuna daxil olan hərbi və xüsusi xidmət bölmələrinin, habelə
xilasetmə işində iştirak edən digər qurumlarının təlim və məşqlərini planlaşdırmaq, onların
hazırlanması və həyata keçirilməsinə nəzarət etmək və təyinatı üzrə tətbiq edilməsini təşkil
etmək;
[8]
8.13.
Nazirliyin tabeliyində olan struktur bölmələrində xidmətin təhlükəsizliyini təmin
etmək;
[9]
8.14.
müdafiə və səfərbərlik ehtiyaclarının ödənilməsini təmin etmək və fövqəladə
hallarda istifadə etmək üçün dövlət material ehtiyatları fondlarını yaratmaq və idarə etmək;
8.15.
Azərbaycan Respublikasının aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə:
8.15.1.
əhalinin və təsərrüfat obyektlərinin fövqəladə hallardan müdafiəsi şərtləri
nəzərə alınmaqla ölkə ərazisində məskunlaşma və şəhərsalma işlərinin baş planının işlənib
hazırlanmasında iştirak etmək;
8.15.2.
təhlükə doğura biləcək sənaye obyektlərinin yerləşməsinin baş sxemini işləyib
hazırlamaq;
8.15.3.
geoloji və hidrogeoloji xarakterli təbii fəlakətlərdən müdafiə qurğularının
tikintisinin (yerləşməsinin) baş sxeminin işlənib hazırlanmasını təşkil etmək;
8.15.4.
seysmik aktiv zonalarda bina və qurğuların seysmik dayanıqlılığının artırılması
üzrə zəruri tədbirlər Proqramının işlənib hazırlanmasını təşkil etmək;
8.15.5.
ərazilərin, bina və qurğuların təbii fəlakətlərdən müdafiəsi, onların
möhkəmliyinin və dayanıqlılığının təmin edilməsi üzrə yerli şəraitə uyğunlaşdırılmış tikinti
norma və qaydalarını hazırlamaq;
8.15.6.
tikintidə təhlükəsizliyin təmin edilməsi sahəsində normativ sənədlər sisteminin
formalaşdırılmasını təşkil etmək.
8.16.
fövqəladə halların nəticələrinin aradan qaldırılmasında operativliyi təmin etmək
məqsədilə Nazirliyin idarəçiliyində cari material ehtiyatları fondu yaratmaq;
8.17.
Azərbaycan Respublikasının dövlət material ehtiyatları fondlarında (habelə
Nazirliyin cari material ehtiyatları fondunda) maddi sərvətlərin yaradılmasına,
saxlanmasına, yenilənməsinə və istifadəsinə nəzarət etmək;
8.18.
təhlükə doğura biləcək obyektlərin, avadanlıqların, energetika qurğularının, o
cümlədən hidrotexniki qurğuların dövlət reyestrini öz səlahiyyətləri daxilində aparmaq,
onların fəaliyyət rejiminə və təhlükəsizliyinə nəzarət etmək;
8.19.
ölkənin bütün ərazisində tikilən sənaye, mülki və mühafizə obyektlərinin və
qurğularının layihə-smeta sənədlərinin dövlət ekspertizasını həyata keçirmək;
8.20.
təhlükə doğura biləcək obyektlərdə qanunvericiliklə və normativ texniki
sənədlərlə müəyyən edilmiş texniki təhlükəsizlik tələblərinə əməl edilməsinə nəzarəti həyata
keçirmək;
8.21.
mühəndis-axtarış işi sahəsində vahid texniki tənzimlənməni həyata keçirmək,
tikinti işlərinin layihələndirilməsi prosesində mühəndis-axtarış işləri üzrə materialların və
hesabat xarakterli məlumatların toplanmasını, öyrənilməsini, rəy verilməsini təmin etmək,
onlardan norma və standartlara uyğun istifadəyə öz səlahiyyətləri daxilində nəzarət etmək;
8.22.
tikinti işlərinin aparılmasında, tikinti materiallarının, konstruksiyalarının və
hissələrinin istifadəsində dövlət standartlarına, tikinti norma və qaydalarına, xüsusi texniki
şərtlərə, layihələrə və digər normativ hüquqi aktlara riayət olunmasına nəzarət etmək;
8.23.
tikintisi başa çatmış obyektlərin istismara qəbul edilməsində müəyyən edilmiş
qaydada iştirak etmək və istismara qəbul edilməsi qaydalarına riayət edilməsinə müvafiq
dövlət orqanları ilə birlikdə nəzarət etmək;
8.24.
fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı
dövlət büdcəsi və dövlət zəmanəti ilə alınan kreditlər hesabına aparılan tikinti və bərpa
işlərinin podratçılarının seçilməsi məqsədilə qanunvericiliklə müəyyən edilmiş tədbirlər
görmək;
8.25.
tikilən və istismarda olan bina və qurğularda qəzaların baş verməsi səbəblərini
araşdırmaq, qəza-bərpa işlərini əlaqələndirmək;
8.26.
faydalı qazıntı yataqlarının istismarı ilə əlaqədar yerin təkindən istifadə ilə bağlı
işlərin təhlükəsiz aparılmasına dövlət nəzarətini həyata keçirmək, faydalı qazıntıların
hasilatı və bununla əlaqədar olan digər işlərin texniki layihəsinin müəyyən olunmuş
qaydada dövlət ekspertizasını aparmaq və müvafiq icra hakimiyyəti orqanları ilə
razılaşdırılmaqla dağ-mədən sahələrinin ayrılmasına xüsusi razılıq vermək;
8.27.
məskunlaşmış və ya məskunlaşdırılması nəzərdə tutulan ərazilərin fövqəladə
hallardan mühafizəsi üçün tədbirlərin hazırlanmasını təşkil etmək və həyata keçirmək;
8.28.
daşqın və subasma zonalarını müəyyənləşdirmək və sahilbərkitmə işlərini həyata
keçirmək məqsədilə onların mühafizə zolaqlarının layihələndirilməsini təşkil etmək və
tikintisinə nəzarəti təmin etmək;
8.29.
müdafiə məqsədləri üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tətbiq
olunması Planının, Səfərbərlik Planının və ölkə ərazisinin operativ istehkamlaşdırılması üzrə
Dövlət Proqramının hazırlanması işində öz səlahiyyətləri daxilində iştirak etmək;
8.30.
Nazirliyə həvalə olunmuş vəzifələrlə bağlı milli iqtisadiyyatın Səfərbərlik Planının
hazırlanmasında öz səlahiyyətləri daxilində iştirak etmək;
8.31.
mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının
mülki müdafiə üzrə səfərbərlik tədbirlərinin hazırlanmasını təşkil etmək;
8.32.
Nazirliyin yanğından mühafizə, yanğın-xilasetmə, axtarış-xilasetmə, qəza-
xilasetmə birləşmələrinin, aviasiya dəstəsinin və başqa qüvvələrinin fəaliyyətini təşkil etmək;
8.33.
mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı fəaliyyət planına uyğun
olaraq, insanların su hövzələrində axtarışını və xilas olunmasını təşkil etmək;
8.34.
"112" qaynar telefon xətti vasitəsilə təcili xilasetmə xidmətinin fəaliyyətini təmin
etmək;
8.35.
mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları,
hüquqi və fiziki şəxslər tərəfindən mülki müdafiə, yanğın təhlükəsizliyi, əhalinin və
ərazilərin fövqəladə hallardan qorunması ilə bağlı müəyyən olunmuş tələblərin yerinə
yetirilməsinə öz səlahiyyətləri daxilində nəzarət etmək;
8.36.
mülki müdafiə sahəsində vəzifələrin yerinə yetirilməsi ilə bağlı Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliyə uyğun olaraq yaradılmış digər hərbi
birləşmələrin və qurumların qarşılıqlı fəaliyyətini əlaqələndirmək;
8.37.
Nazirliyin tabeliyində olan struktur bölmələrində xidmət keçən hərbi
qulluqçuların və xüsusi rütbəsi olan əməkdaşların hərbi və səfərbərlik hazırlığı səviyyəsinin
saxlanılmasını təmin etmək;
Поделитесь с Вашими друзьями: |