Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət agentliyi və dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə



Yüklə 357,18 Kb.
Pdf görüntüsü
səhifə5/6
tarix02.01.2022
ölçüsü357,18 Kb.
#29000
1   2   3   4   5   6
IV. DÖVLƏT XİDMƏTİNİN HÜQUQLARI

 



10. Dövlət  Xidməti  bu  Əsasnamə  ilə  müəyyən  edilmiş  vəzifələri  yerinə  yetirmək  və 

funksiyaları həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

 

10.1.          qanunvericiliklə,  o  cümlədən  “Sahibkarlıq  sahəsində  aparılan  yoxlamaların 



tənzimlənməsi 

və 


sahibkarların 

maraqlarının 

müdafiəsi  haqqında” 

Azərbaycan 

Respublikasının  Qanunu  iləmüəyyən  olunmuş  hallarda  və  qaydada  müvafiq  fəaliyyət 

sahələrində  ekspertiza,  tədqiqat,  qiymətləndirmə  işlərinin  aparılmasını,  nümunələrin 

götürülməsini,  baxış  və  nəzarət  altında  olan  materialların  və  obyektlərin  yoxlanılmasını 

həyata keçirmək;

 [44]

 

10.2.  fitosanitar  fəaliyyəti  sahəsində  qanunvericiliyin  pozulmasının  qarşısını  almaq 



məqsədilə  hüquqi  və  fiziki  şəxslərə  qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada 

məhdudiyyət, xəbərdarlıq və digər profilaktik tədbirlər tətbiq etmək;

 

10.3.


sanitariya,  gigiyena  qaydalarına  və  təhlükəsizlik  texnikasına  uyğun  olmayan 

anbarlarda və satış yerlərində bitki mühafizə vasitələrinin saxlanılmasını və satışını qadağan 

etmək;

 

10.4.



mülkiyyət  formasından  və  tabeliyindən  asılı  olmayaraq  müəssisələrin,  təşkilatların 

və  təsərrüfatların  torpaqlarında,  kənd  təsərrüfatı  məhsulları,  toxum  və  əkin  materialları 

saxlanılan  anbarlarda,  həyətyanı  sahələrdə,  fərdi  və  kollektiv  bağ  və  bostan  sahələrində 

fıtosanitar vəziyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq;

 

10.5.


mülkiyyət  formasından  və  tabeliyindən  asılı  olmayaraq  müəssisələrdən, 

təşkilatlardan,  torpaq  mülkiyyətçilərindən  və  istifadəçilərindən  əkin  sahələri  və  çoxillik 

əkmələrin,  meşələrin,  otlaqların  və  biçənəklərin  toxum  və  əkin  materiallarının  fitosanitar 

vəziyyəti,  habelə  ziyanverici,  xəstəlik  və  alaq  otlarına  qarşı  aparılan  mübarizə  tədbirləri 

haqqında lazımi məlumatların verilməsini tələb etmək;

 

10.6.



gömrükxanaların,  dəmir  yolu  stansiyalarının,  avtovağzalların,  hava,  dəniz  və  çay 

limanlarının,  poçtamtların  müdiriyyətindən  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada 

karantin  tətbiq  edilən  yüklər  barədə  məlumat  tələb  etmək  və  həmin  yüklərin  sənədləri  ilə 

tanış olmaq;

 

10.7.


qanunvericiliyə uyğun olaraq dövlət sınağından keçməmiş, qeydə alınmamış, habelə 

istifadəsi qadağan olunmuş pestisidlərin və digər bitki mühafizə preparatlarının istehsalının, 

satışının və ölkəyə gətirilməsinin qarşısının alınması üçün qanunvericiliklə müəyyən edilmiş 

tədbirlər görmək;

 

10.8.


bitki  mühafizəsi  və  karantini  sahəsində  qanunvericiliyin  pozulmasına  görə  vəzifəli 

şəxslərin,  hüquqi  və  fiziki  şəxslərin  məsuliyyətə  cəlb  olunması  üçün  qanunvericiliklə 

müəyyən edilmiş qaydada müvafiq tədbirlər görmək;

 

10.9.



Dövlət  Xidmətinin  fəaliyyəti  üzrə  ayrılan  məqsədli  büdcə  vəsaitinə  sərəncam 

vermək;


 

10.10. qanunvericiliklə nəzərdə tutulan digər hüquqları həyata keçirmək.

 

 

 



V. 


Yüklə 357,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin