45
257. Azərbaycan Respublikası Milli Məclisinin həll etdiyi məsələlər siyahısında əlavələr hansı
normativ hüquqi aktla edilə bilər?
A) Qanunla
B) Fərmanla
C) Konstitusiya Qanunu ilə
D) Qərarla
258. Milli Məclisdə qanunvericilik təşəbbüsü hüququ aşağıdakılardan hansıdır?
A) Qanun layihələrini və başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisinə göndərmək hüququ
B) Qanun layihələrini və başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisində təsdiq etmək
hüququ
C) Qanun layihələrini və başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə
təqdim etmək hüququ
D) Qanun layihələrini və başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisindən tələb etmək
hüququ
259. Kimlərin Milli Məclisdə qanunvericilik təşəbbüsü hüququ vardır?
1. Milli Məclisin deputatlarının
2. Azərbaycan Respublikasının Prezidentinin
3. Azərbaycan Respublikasının Ali Məhkəməsinin
4. Azərbaycan Respublikası 40 min vətəndaşının
5. Azərbaycan Respublikasının Prokurorluğunun
6. Naxçıvan Muxtar Respublikası Ali məhkəməsi
A) 1, 2, 3, 5
B) 1, 2, 4, 6
C) 1, 2, 5, 6
D) 2, 3, 4, 5
260. Aşağıdakılardan hansıların qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisin müzakirəsinə
verdiyi qanun və ya qərar layihələri müzakirəyə təqdim olunmuş şəkildə çıxarılmır və səsə
qoyulmur?
A) Azərbaycan Respublikası Prezidentinin
B) Azərbaycan Respublikası 40 min vətəndaşının
C) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
D) Milli Məclisin deputatlarının
261. Aşağıdakılardan hansıların qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisin müzakirəsinə
verdiyi qanun və ya qərar layihələri dəyişikliklər hansı qaydada edilə bilər?
A) Milli Məclisin deputatlarının razılığı ilə
B) Qanunvericilik təşəbbüsü hüququndan istifadə edən subyektin razılığı ilə
C) Heç bir halda dəyişikliklər edilə bilməz
D) Azərbaycan Respublikası Prezidentinin razılığı ilə
Dostları ilə paylaş: |