324. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının bütün ərazisində və ayrı-ayrı yerlərində hərbi vəziyyət elan edir və bu barədə qəbul etdiyi fərmanı hansı müddət ərzində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir? A) Dərhal
B) 48 saat müddətində
C) 24 saat müddətində
D) İki gün müddətində
325. Aşağıdakı hallardan hansılarda Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində fövqəladə vəziyyət tətbiq edir? 1.Təbii fəlakətlər, epidemiyalar, epizootiyalar, böyük ekoloji və başqa qəzalar baş verdikdə
2.Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasına, dövlətə qarşı qiyama və ya dövlət
çevrilişinə yönəldilən hərəkətlər edildikdə
3.Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsi faktik işğal olunması
4.Vətəndaşların həyatı və təhlükəsizliyi yaxud dövlət təsisatlarının normal fəaliyyəti üçün qorxu törədən
digər münaqişələr meydana gəldikdə
5.Azərbaycan Respublikasının ərazisi blokadaya alındıqda, habelə blokada üçün real təhlükə olduqda
A) 2, 3, 5
B) 2, 4, 5
C) 1, 2, 4
D) 1, 3, 4
326. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində fövqəladə vəziyyət tətbiq edir və bu barədə qəbul etdiyi fərmanı hansı müddət ərzində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir? A) Dərhal B) 24 saat müddətində
C) 48 saat müddətində
D) İki gün müddətində
327. Ümumi qaydalar müəyyən etdikdə Azərbaycan Respublikasının Prezidenti hansı normativ hüquqi aktlar qəbul edir? A) Sərəncamlar
B) Qərarlar
C) Fərmanlar
D) Qanunlar
328. Aşağıdakılardan hansılar Azərbaycan Respublikası Prezidentinin aktlarıdır? A) Qanunlar və fərmanlar
B) Fərmanlar və sərəncamlar
C) Fərmanlar və qaydalar
D) Qanunlar və sərəncamlar