Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası



Yüklə 145.24 Kb.
Pdf просмотр
tarix16.06.2017
ölçüsü145.24 Kb.

“Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi 

haqqında

 

 



 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

 

 



Azərbaycan  mədəniyyətinin  inkişafını,  daxili  və  xarici  təhdidlərdən  qorunmasını, 

dünya  mədəniyyətinə  uğurlu  inteqrasiyasını,  mədəniyyət  sahəsində  insan  və  vətəndaş 

hüquq  və  azadlıqlarını  təmin  etmək  məqsədi  ilə,  Azərbaycan  Respublikası 

Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1.  “Azərbaycan  Respublikasının  Mədəniyyət  Konsepsiyası”  təsdiq  edilsin  (əlavə 



olunur).

 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:



 

2.1.  bu  Sərəncamın  1-ci  hissəsi  ilə  təsdiq  edilən  Konsepsiyanın  həyata  keçirilməsi 

üzrə  dövlət  proqramlarının  layihələrini  altı  ay  müddətində  hazırlayıb  Azərbaycan 

Respublikasının Prezidentinə təqdim etsin;

 

2.2.  bu  Sərəncamın  1-ci  hissəsi  ilə  təsdiq  edilən  Konsepsiyanın  icrasının  gedişi 



barədə hər  il üzrə hesabatı növbəti ilin  1  mart  tarixinədək  Azərbaycan Respublikasının 

Prezidentinə təqdim etsin;

 

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.



 

 

 



 İlham ƏLİYEV,

 

 Azərbaycan Respublikasının Prezidenti

 

 

 



Bakı şəhəri, 14 fevral 2014-cü il

 

                  № 273



 

 

 



 

 

 



 

Azərbaycan Respublikası Prezidentinin

 

2014-cü il 14 fevral tarixli 273 nömrəli



 

Sərəncamı ilə təsdiq edilmişdir

 

 

 



Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası

 

 

 

1. Məzmun

 

 

 

Azərbaycan  Respublikasının  mədəniyyət  sahəsində  dövlət  siyasəti  ümumi  dövlət 



siyasətinin  tərkib  hissəsidir.  Dövlət  quruculuğu,  iqtisadiyyat  və  sosial  sahələrdə  həyata 

keçirilən köklü islahatlar mədəni proseslərin məzmununa və dinamikasına da bilavasitə 

təsir  göstərmişdir.  Müstəqilliyini  bərpa  etdikdən  sonra  Azərbaycan  çoxsaylı  daxili  və 

xarici problemlərlə üzləşmiş, ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunmuşdur. 

Məhz belə şəraitdə xalqın tələbi ilə hakimiyyətə qayıdan Azərbaycan xalqının ümummilli 

lideri  Heydər  Əliyevin  rəhbərliyi  ilə  ölkədə  daxili  siyasi  sabitlik  bərpa  edilmiş,  ölkənin 

gələcək  inkişafının  strategiyası  və  əsas  istiqamətləri  müəyyənləşdirilmişdir.  Həmin 

vaxtdan etibarən bütün fəaliyyət sahələrində, o cümlədən mədəniyyət sahəsində köklü 

islahatlar aparılmış və yüksək nailiyyətlər əldə edilmişdir.

 

Azərbaycanın  sosial  və  iqtisadi  sahələrdə  uğurları,  beynəlxalq  aləmdə  daim  artan 



nüfuzu  ölkə  vətəndaşlarının  Azərbaycan  Respublikasının  Konstitusiyasında  təsbit 

olunmuş  mədəni  hüquqlarının  həyata  keçirilməsi  üçün  əlverişli  imkanlar  yaratmışdır. 

Azərbaycan  Respublikasında  hər  kəsin  mədəniyyət  sahəsində  hüquq  və  azadlıqları, 

beynəlxalq hüququn prinsip və normaları rəhbər tutulmaqla təmin edilir.

 

Azərbaycan  Respublikasının  mədəniyyət  sahəsində  dövlət  siyasəti  mədəni  irsin 



qorunması  və  təbliği,  mədəni  sərvətlərin  yaradılması  və  inkişafı  istiqamətində  dövlətin 

rəhbər tutduğu prinsiplərlə səciyyələnir.

 

“Mədəniyyət  haqqında”  Azərbaycan  Respublikasının  2012-ci  il  21  dekabr  tarixli 



506-IVQ nömrəli Qanununa görə mədəniyyət sahəsində dövlət siyasəti:

 

bərabərlik  -  hər  kəsin  öz  mədəniyyət  və  yaradıcılıq  hüquqlarının  və  imkanlarının 



bərabər şərtlər əsasında həyata keçirilməsinin təmin olunması;

 

demokratiklik  -  əhalinin  azad  düşüncə  ruhunda  tərbiyələndirilməsi,  mədəniyyət 



sahəsinin dövlət-ictimai əsaslarla təşkilində və idarə edilməsində hüquq və azadlıqların 

genişləndirilməsi,  estetik  düşüncə  azadlığının  təmin  edilməsi,  yeni  mədəniyyət 

təşkilatlarının yaradılmasının stimullaşdırılması;

 

humanistlik  -  dünyəvi  dəyərlərin,  şəxsiyyətin  azad  inkişafının,  insan  hüquqları  və 



azadlıqlarının, sağlamlığın və təhlükəsizliyin, ətraf mühitə və insanlara qayğı və hörmətin 

prioritet kimi qəbul olunması;

 

inteqrasiya  -  dünya  mədəniyyətindən  təcrid  olunmamaqla,  dünya  mədəniyyətinin 



universal  dəyərlərini  qəbul  edərək,  milli  mədəniyyətin  dünyada  tanıdılması, 

zənginləşdirilməsi və inkişafının təmin edilməsi;

 

tarazlılıq  -  mədəniyyət  sənayesi  ilə  mədəniyyət  məhsullarının  və  xidmətlərinin 



bazarları  arasında  balansın  yaradılması,  mədəniyyət  cəmiyyətlərinin  fəaliyyətinin 

inkişafının təmin edilməsi;

 

keyfiyyətlilik  -  mədəniyyət  sahəsində  məhsulların  və  xidmətlərin  ən  qabaqcıl 



standartlara,  normalara,  sosial-iqtisadi  tələblərə,  şəxsiyyətin,  cəmiyyətin  və  dövlətin 

maraqlarına uyğunluğunun təmin olunması;

 


dünyəvilik  -  dünyəvi  dəyərlərin  yaradılması,  qorunması  və  inkişafının  təmin 

olunması;

 

səmərəlilik - mədəniyyət sahəsində yaradıcılığın daim inkişaf edən, faydalı və son 



nəticəyə istiqamətlənən müasir metodlarla təşkil edilməsi;

 

varislik  -  mədəni  sərvətlərin,  bu  sahədə  bilik  və  təcrübənin  sonrakı  nəsillərə 



ötürülməsi;

 

istedad  amili  -  fitri  istedada  malik  şəxslərin  yaradıcılıq  nailiyyətlərinin  artmasına 



xüsusi qayğının göstərilməsi kimi prinsiplərə əsaslanır.

 

Ermənistanın  Azərbaycana  qarşı  təcavüzü  nəticəsində  bir  milyondan  artıq  insan 



qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, işğal edilmiş ərazilərdə yerləşən yaşayış 

evləri,  təhsil,  sənaye  və  kənd  təsərrüfatı  obyektləri  ilə  yanaşı  yüzlərlə  mədəniyyət 

müəssisəsi, o cümlədən 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 

85 musiqi və rəssamlıq məktəbi, 22 muzey və muzey filialları, 4 rəsm qalereyası, dünya 

əhəmiyyətli 13, ölkə əhəmiyyətli 242, yerli əhəmiyyətli 434 tarix və mədəniyyət abidəsi, o 

cümlədən  Cəbrayıl  rayonunda  11  və  15  aşırımlı  Xudafərin  körpüləri  (VII-XII  əsrlər), 

Kəlbəcər rayonunda Gəncəsar və Xudavənd məbədləri (XIII əsr), Ağdam rayonunun Xaçın 

Türbətli  kəndində  məqbərə  (XIV  əsr),  Füzuli  rayonu  ərazisində  dünyanın  ən  qədim 

sakinlərinin  yaşayış  məskənlərindən  biri  -  Azıx  mağarası,  ümumdünya  əhəmiyyətli  6 

memarlıq  və  7  arxeoloji  abidə,  Şuşa  Dövlət  Tarix-Memarlıq  Qoruğu  erməni 

vandalizminin qurbanına çevrilmişdir.

 

Beynəlxalq hüquq normalarına,  Azərbaycan Respublikasının  da  qoşulduğu "Silahlı 



münaqişə  zamanı  mədəni  sərvətlərin  mühafizəsi  haqqında"  1954-cü  il  14  may  tarixli 

Konvensiyanın  müddəalarına  zidd  olaraq  həmin  abidələrin  əksəriyyəti  talan  edilmiş, 

dağıdılmış, yerlə yeksan edilmişdir. Cavabdehin beynəlxalq hüquq normaları çərçivəsində 

cəzalandırılması istiqamətində zəruri tədbirlər davam etdirilməlidir.

 

“Azərbaycan  Respublikasının  Mədəniyyət  Konsepsiyası”  (bundan  sonra  -



Konsepsiya)  Azərbaycan  mədəniyyətinin  inkişafının,  daxili  və  xarici  təhdidlərdən 

(saxtakarlıq,  mənimsəmə,  təhriflər,  tarix  və  mədəniyyət  abidələrinin  məqsədli  şəkildə 

məhvi  və  s.)  qorunmasının  və  dünya  mədəniyyətinə  uğurlu  inteqrasiyasının  əsas 

istiqamətlərini, mədəniyyət hüquqlarının təminatı formalarını müəyyən edir.

 

Konsepsiya  mədəni  sərvətlərin,  o  cümlədən  maddi  və  qeyri-maddi  mədəni  irs 



nümunələrinin,  Azərbaycanın  xarici  dövlətlərdə  milli  mədəni  irsinin,  beynəlxalq  hüquq 

normalarına  əsaslanaraq  qorunması,  bərpası,  təbliği  və  təşviqi  istiqamətində 

genişmiqyaslı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

 

 



 

2. Konsepsiyanın əsas məqsəd və vəzifələri

 

 



 

Konsepsiyanın əsas məqsədi Azərbaycan xalqının bütövlüyünün qorunması şərti ilə, 

mədəniyyət  siyasətinin  təminat  mexanizmlərinin  müasir  dövrün  tələblərinə 

uyğunlaşdırılması,  mədəni  irsin  qorunması,  yaradıcılığın  dəstəklənməsi  və  inkişafının 

təmin olunmasından ibarətdir.

 

Konsepsiyanın  əsas  vəzifələri  mədəniyyətin  bütün  sahələrinin,  o  cümlədən 



mədəniyyət siyasətinin idarəetmə, hüquqi, maliyyə, informasiya, insan resursları, maddi-

texniki  infrastruktur  və  beynəlxalq  əməkdaşlıq  kimi  təminat  mexanizmlərinin  inkişafını, 



mədəniyyət  sahəsində  göstəricilərin  yüksək  səviyyəyə  çatdırılmasını  və  mədəni  irsin 

təhlükəsizliyi üçün tələb olunan islahatların həyata keçirilməsini təmin etməkdir.

 

 

 

2.1. Hüquqi təminatın inkişaf etdirilməsi

 

 

 



Demokratik  hüquqi  dövlətin  qanunun  aliliyi,  insan  və  vətəndaş  hüquqları  və 

azadlıqları  kimi  fundamental  əsaslarının  təmin  olunması  milli  maraqların  həyata 

keçirilməsinə  əhəmiyyətli  dəstəkdir.  Bu  səbəbdən  mədəniyyət  siyasətinin  həyata 

keçirilməsinin  əsas  vasitələrindən  olan  mədəni  həyat  və  onun  hər  bir  mərhələsinin  - 

mədəni  sərvətlərin  yaradılması,  qorunması,  təşviqi  və  mənimsənilməsi  proseslərinin 

hüquqi tənzimlənməsi böyük əhəmiyyət kəsb edir. Bu istiqamətdə aparılan işlərin davam 

etdirilməsinin zəruriliyi nəzərə alınaraq, aşağıdakı vəzifələr müəyyən edilir:

 

-  mədəniyyət  haqqında  Azərbaycan  Respublikası  qanunvericiliyinin,  o  cümlədən 



mədəniyyət  sahəsində  fəaliyyət  istiqamətləri  üzrə  münasibətləri  tənzimləyən  hüquqi 

aktların təkmilləşdirilməsi;

 

- Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində 



mədəniyyət sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi;

 

- əqli mülkiyyət mədəniyyətinin formalaşdırılması;



 

- mədəniyyət sahəsində peşəkarlıq səviyyəsinin artırılması.

 

 

 



2.2. Mədəniyyətin idarə olunmasında müasir üsulların tətbiqi

 

 



 

Mütərəqqi  beynəlxalq  təcrübəyə  əsasən,  mədəniyyətin  idarə  olunmasında  ən 

müvəffəqiyyətli üsullar bu işə dövlət orqanları ilə yanaşı, qeyri-hökumət təşkilatlarının və 

özəl sektorun cəlb olunması, dövlət orqanlarının və bələdiyyələrin qarşılıqlı əməkdaşlığı, 

mədəniyyət  təsisatlarından  səmərəli  istifadənin  təşkili,  mədəniyyət  sahəsində  dövlət 

siyasəti prinsiplərinin rəhbər tutulması, müasir innovativ idarəçilik metodlarının tətbiqi və 

inhisarçılığın qarşısının alınması yolu ilə təmin edilir.

 

Mədəniyyətin idarə olunması sahəsində aparılacaq islahatlar çərçivəsində aşağıdakı 



əsas vəzifələr müəyyən edilir:

 

-  dövlət  mədəniyyət  sisteminin  təkmilləşdirilməsi,  mədəniyyət,  o  cümlədən 



incəsənət sahələrinin idarə olunmasında yerli özünüidarəetmə orqanları ilə əməkdaşlığın 

inkişaf etdirilməsi;

 

-  mədəniyyət,  o  cümlədən  incəsənət  sahələrində  art-menecment  və  prodüserlik 



sistemlərinin formalaşdırılması və müasir inzibatçılığın təşviqi;

 

- qeyri-hökumət təşkilatları və özəl sektorla  əməkdaşlığın həyata keçirilməsi, milli 



mədəni  özünəməxsusluğun  və  çoxşaxəliliyin,  multikulturalizmin  qorunub  saxlanılması, 

fərdi  təşəbbüslərin  təşviq  edilməsi  və  layihələrin  həyata  keçirilməsi  məqsədi  ilə 

mədəniyyət sahəsində davamlı liberallaşmanın aparılması.

 

 



 

2.3. Maliyyə mənbələrinin diversifikasiyası

 

 



 

Azərbaycan  Respublikasında  mədəniyyət  sahəsinin  maliyyə  mənbələrinin 

diversifikasiyası üçün aşağıdakı əsas vəzifələr müəyyən edilir:

 


-  dövlət  büdcəsindən  mədəniyyət  sahəsinə  ayrılan  vəsaitin  inventarlaşdırılması, 

təhlili, qiymətləndirilməsi və səmərəliliyinin artırılması nəticəsində optimal maliyyələşmə 

həddinin  müəyyənləşdirilməsi,  habelə  xərclərin  ünvanlı  istifadə  edilməsi  məqsədi  ilə 

dövlət  sifarişlərinin  daha  geniş  tətbiq  olunması  və  ayrılan  dövlət  vəsaitlərinə  nəzarətin 

gücləndirilməsi;

 

-  mədəniyyətin  maliyyə  imkanlarının  genişləndirilməsi  üçün  alternativ  maliyyə 



mənbələrinin  (büdcədənkənar  vəsaitlər,  qrantlar,  ianələr  və  digər  qanuni  maliyyə 

mənbələri) cəlb edilməsi;

 

-  menecment  və  marketinqin  inkişaf  etdirilməsi  vasitəsi  ilə  mədəniyyət 



müəssisələrində  göstərilən  ödənişli  mədəniyyət  xidmətlərinin  təkmilləşdirilməsi,  o 

cümlədən genişləndirilməsi.

 

 

 



2.4. İnformasiya təminatının təkmilləşdirilməsi

 

 



 

Dövlət quruculuğunun digər sahələri kimi Azərbaycan Respublikasının mədəniyyət 

sahəsində dövlət siyasətinin formalaşdırılması da hərtərəfli mədəni-siyasi tədqiqatlara və 

əlaqəli  innovasiyalara  əsaslanmalıdır.  Eyni  zamanda,  təşəkkül  tapmaqda  olan  qlobal 

informasiya cəmiyyətində elmi əsaslandırılmış informasiyanın rolunun artması diqqətdən 

kənarda  qalmamalıdır.  Bu  məqsədlə  mədəniyyət  sahəsində  informasiya  təminatının 

təkmilləşdirilməsi üçün aşağıdakı əsas vəzifələr müəyyən edilir:

 

- elmi-metodiki tədqiqatların aparılması, statistik məlumatların toplanılması, ictimai 



rəyin  öyrənilməsi  məqsədi  ilə  sosioloji  sorğuların  keçirilməsi,  müasir  sənədləşmənin 

tətbiq edilməsi,  məlumat  bazalarının yaradılması,  milli və beynəlxalq konfrans,  seminar 

və digər tədbirlərin keçirilməsi;

 

-  daxili  və  xarici  mədəniyyət  siyasəti,  mədəniyyətin,  o  cümlədən  incəsənətin 



müxtəlif  sahələri,  həmçinin  ayrı-ayrı  regionlar  üzrə  proqram  layihələrinin  işlənilib 

hazırlanması və icrasının təmin edilməsi;

 

- informasiya və reklam işinin müasirləşdirilməsi, milli və xarici kütləvi informasiya 



vasitələrində  və  internet  şəbəkəsində  Azərbaycan  mədəniyyətinin,  o  cümlədən 

incəsənətinin layiqincə təmsil olunması;

 

-  mədəniyyət,  informasiya,  reklam  və  yayım  proqramları  vasitəsi  ilə  mədəniyyət-



informasiya məkanının formalaşdırılması;

 

- zorakılığa, sosial, irqi, milli və dini ayrı-seçkiliyə çağırışların, milli-mənəvi dəyərlərə 



zidd  davranışların  və  fəaliyyətlərin,  əxlaqsızlıq,  erotika,  pornoqrafiya,  narkomaniya  və 

digər neqativ halların yaranmasına xidmət edən vasitələrin təbliğinin qarşısının alınması.

 

 

 



2.5. Təhsil və insan resurslarının inkişafı

 

 



 

Mədəniyyət  sahəsinin  davamlı  inkişafının  təmin  olunmasında  bu  sahədə  bilik  və 

təcrübənin  sonrakı  nəsillərə  ötürülməsi,  çoxpilləli  mədəniyyət  təhsili  sistemi  və 

şəbəkəsinin  müasirləşdirilməsi  zəruridir.  Mədəniyyət  sahəsində  təhsil  və  insan 

resurslarının  inkişafının  təmin  olunması  məqsədi  ilə  aşağıdakı  əsas  vəzifələr  müəyyən 

edilir:


 

-  Azərbaycan  Respublikasının  mədəniyyət,  o  cümlədən  incəsənət  xadimlərinin 

zəruri  tələbatlarının  iqtisadi  imkanlar  daxilində  ödənilməsi  üçün  tədbirlərin  görülməsi, 

onların fəal yaradıcılığı məqsədi ilə şəraitin yaxşılaşdırılması;

 

-  mədəniyyət  sahəsində  təhsil,  o  cümlədən  əlavə  təhsil  sisteminin 



təkmilləşdirilməsi, həmin məqsədlə xarici ölkələrə təcrübə səfərlərinin təşkili və tanınmış 

əcnəbi mütəxəssislərin Azərbaycan Respublikasına dəvət edilməsi;

 

- müsabiqə, sərgi, festival və digər tədbirlərin təşkili yolu ilə gənc istedadların üzə 



çıxarılması işinin davam etdirilməsi;

 

- mədəniyyətin inkişafında xidmətləri olan mədəniyyət işçilərinin, yaradıcı şəxslərin 



və kollektivlərin bioqrafiyası, peşə və yaradıcılıq fəaliyyətləri barədə məlumat bazasının 

yaradılması;

 

-  Azərbaycanın  xarici  ölkələrdə  yaşayan  mədəniyyət  xadimləri  haqqında  məlumat 



bazasının formalaşdırılması, həmin şəxslərin Azərbaycan Respublikasının müvafiq dövlət 

qurumları  və  qeyri-hökumət  təşkilatları  ilə  əlaqələrinin  inkişaf  etdirilməsi,  habelə 

əsərlərinin  respublikada  və  xarici  ölkələrdə  təbliği  istiqamətində  müvafiq  tədbirlərin 

həyata keçirilməsi.

 

 

 



2.6. İnfrastrukturun müasirləşdirilməsi

 

 



 

Mədəni  sərvətlərin  yaradılması,  mühafizəsi  və  istifadəsi  mövcud  maddi-texniki 

bazanın gücləndirilməsini və infrastrukturun müasirləşdirilməsini şərtləndirir. Qloballaşan 

dünyada  cəmiyyətin  və  mədəniyyətin  tərəqqisi  informasiya  və  kommunikasiya 

texnologiyaları  olmadan  mümkün  deyildir.  Bu  baxımdan  mədəniyyət  infrastrukturunun 

müasirləşdirilməsi üçün aşağıdakı əsas vəzifələr müəyyən edilir:

 

-  mədəniyyət  müəssisələri  üçün  orijinal  layihələr  əsasında  nümunəvi  binaların 



tikilməsi;

 

-  təmirə  ehtiyacı  olan  mədəniyyət  obyektlərində  növbəlilik  prinsipi  üzrə  müvafiq 



işlərin görülməsi;

 

-  mədəniyyət  obyektlərinin  müasir  mühəndis  qurğuları  və  texnoloji  sistemlərlə 



təchizatı;

 

-  mədəniyyət  obyektlərində  müasir  informasiya  və  kommunikasiya 



texnologiyalarının tətbiqi.

 

 



 

2.7. Beynəlxalq əməkdaşlıq

 

 



 

Qloballaşan dünyada  Azərbaycan Respublikasının  inkişafının mühüm amillərindən 

biri  kimi  beynəlxalq  əməkdaşlığın  vacibliyini,  mədəniyyətlərarası  dialoqun  həyata 

keçirilməsində və mədəni sərvətlərin təbliğində turizmin əsas vasitələrdən biri olduğunu 

nəzərə alaraq,  Azərbaycan mədəniyyətinin  xaricdə təqdim və təbliğ edilməsi,  həmçinin 

dünya  xalqlarına  məxsus  ən  parlaq  mədəniyyət  nümunələrinin  Azərbaycanda 

yayılmasına şərait yaradılması üçün aşağıdakı vəzifələr yerinə yetirilməlidir:

 

- Birləşmiş Millətlər Təşkilatı, İslam Konfransı Təşkilatı, YUNESKO, Ümumdünya Əqli 



Mülkiyyət  Təşkilatı,  Ümumdünya  Turizm  Təşkilatı,  Avropa  Şurası,  Avropa  İttifaqı, 

TÜRKSOY,  İSESKO,  Müstəqil  Dövlətlər  Birliyi,  GUAM,  QDİƏT  və  digər  beynəlxalq 

təşkilatlarla əməkdaşlıq vasitəsi ilə milli mədəniyyətin xarici ölkələrdə təbliği;

 


- mədəniyyətlərarası dialoqun dəstəklənməsi;

 

-  Avropa,  Asiya,  Amerika,  Afrika  dövlətləri,  türkdilli  və  digər  ölkələrin  xalqları  ilə 



mədəniyyət  və  turizm  sahəsində  beynəlxalq  əlaqələrin  möhkəmləndirilməsi  və 

genişləndirilməsi;

 

-  Azərbaycan  Respublikasının  xarici  ölkələrdəki  diplomatik  nümayəndəliklərinin 



tabeliyində mədəniyyət mərkəzlərinin təsis olunması, xarici ölkələrdə fəaliyyət göstərən 

Azərbaycan  diaspor  təşkilatları  tərəfindən  yaradılmış  mədəniyyət  mərkəzlərinə 

konsultativ, metodiki, təşkilati-texnoloji və digər dəstəyin göstərilməsi;

 

- Azərbaycana qarşı erməni təcavüzü və erməni terroru, Ermənistan  - Azərbaycan 



Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri və hazırkı vəziyyəti, siyasi-hüquqi aspektləri, 

münaqişənin həlli prosesi, Azərbaycanın işğal edilmiş ərazilərindəki tarix və mədəniyyət 

abidələrinin  vəziyyəti,  talan  edilmiş  daşınan  sərvətləri  və  əqli  mülkiyyətin  ermənilər 

tərəfindən  oğurlanması  haqqında  beynəlxalq  ictimaiyyətin  mütəmadi  olaraq 

məlumatlandırılması;

 

- dünya mədəni irs obyektlərinin qorunması, bərpası və inkişafının dəstəklənməsi;



 

- qabaqcıl təcrübələrin və yeni texnologiyaların beynəlxalq mübadiləsi;

 

-  xarici  dövlətlərin  mədəni  irslərinin  qorunması,  bərpası  və  inkişafının 



dəstəklənməsi.

 

 

 

3. Mədəni irsin qorunması

 

 

 

Hər bir xalqın mədəni irsi özündə milli-mənəvi dəyərləri əks etdirən və onu dünya 



miqyasında  tanıdan  vasitədir.  Bu  səbəbdən  daşınmaz  tarix  və  mədəniyyət  abidələrinin 

bərpası,  qorunması,  tarix  və  mədəniyyət  qoruqlarının  fəaliyyətinin  təkmilləşdirilməsi  və 

müasir  tələblərə  uyğunlaşdırılması,  muzey  şəbəkələrinin  və  kitabxana-informasiya 

sistemlərinin müasirləşdirilməsi, elektron kataloq və elektron kitabxanaların yaradılması, 

qeyri-maddi  mədəni  irsin  və  xalq  yaradıcılığının  dəstəklənməsi,  yerli  mədəniyyət 

mərkəzlərinin,  mədəniyyət  əhəmiyyətli  parkların,  etnoparkların  inkişaf  etdirilməsi 

Azərbaycan  Respublikasının  mədəniyyət  sahəsində  dövlət  siyasətinin  prioritet 

istiqamətlərindəndir.

 

Azərbaycan  Respublikası  mədəniyyət  sahəsində  dövlət  siyasətinə  və  beynəlxalq 



öhdəliklərinə uyğun olaraq, öz ərazisində maddi və qeyri-maddi mədəni irsi qorumaqla 

yanaşı,  milli  mədəni  sərvətlərin  qanunsuz  özgəninkiləşdirilməsi,  onlara  zərər  vurulması 

kimi neqativ halların, habelə Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə qalan maddi 

mədəniyyət  nümunələrinin  dağıdılmasının  və  onlara  məqsədli  şəkildə  müdaxilələr 

edilməsinin,  həmin  ərazilərin  qanunsuz  şəkildə  turist  marşrutlarına  salınmasının 

qarşısının alınması istiqamətində fəaliyyət göstərir.

 

 

 



3.1. Qeyri-maddi mədəni irsin qorunması

 

 



 

Azərbaycan  xalqının  əsrlər  boyu  yaradılan  və  tarixən  milli  mənəviyyatın  və 

mədəniyyətin  inkişaf  özəyini  təşkil  edən  qədim  və  rəngarəng  qeyri-maddi  mədəni  irsi 

hər  bir  azərbaycanlının  qürur  mənbəyidir.  Azərbaycan  xalqına  məxsus  qeyri-maddi 

mədəni irs nümunələri - Azərbaycan muğamı, Azərbaycan aşıq sənəti, Novruz bayramı, 

Azərbaycan  xalçaçılıq  sənəti,  tar  sənətkarlığı  və  ifaçılığı  YUNESKO-nun  Qeyri-maddi 



Mədəni  irs  üzrə  Reprezentativ  Siyahısına,  Çövkən  -  Qarabağ  atüstü  oyunu  YUNESKO-

nun  Təcili  Qorunmaya  Ehtiyacı  Olan  Qeyri-maddi  Mədəni  İrs  üzrə  Siyahısına  daxil 

edilmişdir.  Mövcud  mədəniyyət  sarayları,  mədəniyyət  evi,  klub  və  park  şəbəkələrinin 

yenidən  qurulması  vasitəsi  ilə  qeyri-maddi  mədəni  irsin  əsas  sahələri  olan  folklor, 

sənətkarlıq və diyarşünaslığın dəstəklənməsi istiqamətində aşağıdakı vəzifələr müəyyən 

edilir:


 

-  Azərbaycan  xalqının  tarixi-mədəni  həyat  təcrübəsinin  və  diyarşünaslığın  inkişafı 

məqsədi  ilə  xalq  adət  və  ənənələrinin  təbliği,  milli  bayram  və  mərasimlərin  qorunub 

saxlanılması, tarixi rəmz və ənənəvi biliklərin rekonstruksiyası;

 

- milli musiqi və rəqslərin təşviqi;



 

-  şifahi  xalq  yaradıcılığı  nümunələrinin  qorunması,  xalq  oyun  və  tamaşalarının 

bərpası;

 

-  xalq  sənətkarlığının  dirçəldilməsi  məqsədi  ilə  xalq  tətbiqi  sənətinin  inkişaf 



etdirilməsi, ənənəvi dekorativ sənətin qorunması, təsviri incəsənətin canlandırılması;

 

-  mövcud  ştat  vahidləri  dairəsində  şəhər  (rayon)  mədəniyyət  evləri  və  klublarının 



əsasında  şəhər  (rayon)  mədəniyyət  mərkəzləri  və  onların  diyarşünaslıq,  folklor  və 

sənətkarlıq  filiallarının  yaradılması,  həmçinin  mədəniyyət  əhəmiyyətli  parkların  müasir 

əsaslarla təşkil edilməsi, sənətkarlıq emalatxanalarının təşkili, onların turist marşrutlarına 

salınması.

 

 

 



3.2.  Daşınmaz  tarix  və  mədəniyyət  abidələrinin  bərpası,  qorunması,  tarix  və 

mədəniyyət qoruqlarının inkişafı

 

 



 

Azərbaycan çoxəsrlik tarixə malik maddi mədəniyyət nümunələri ilə zəngin ölkədir.

 

Dövlət  mühafizəsinə  götürülmüş  daşınmaz  tarix  və  mədəniyyət  abidələrinin 



əhəmiyyət  dərəcəsinə  görə  2001-ci  ildən  aparılan  bölgüsünə  əsasən  Azərbaycan 

Respublikasının  ərazisində  6308  abidə  dövlətin  mühafizəsindədir.  Azərbaycan 

Respublikası  ərazisində  27  dövlət  tarix-mədəniyyət,  o  cümlədən  memarlıq,  bədii  və 

etnoqrafiya qoruğu fəaliyyət göstərir.

 

2000-ci  ildə  “İçərişəhər”  dövlət  tarix-memarlıq  qoruğu,  o  cümlədən  Şirvanşahlar 



sarayı  kompleksi  və  Qız  qalası,  2007-ci  ildə  "Qobustan"  dövlət  tarixi-bədii  qoruğu 

YUNESKO-nun  Dünya  Mədəni  İrs  Siyahısına  daxil  edilmişdir.  “İçərişəhər”  dövlət  tarix-

memarlıq  qoruğunun  və  Qobustan  milli  tarix-bədii  qoruğunun  ərazisində  yerləşən 

abidələrin  qorunması  təmin  edilmiş,  əraziləri  abadlaşdırılmış  və  yeni  turizm  marşrutları 

müəyyən  olunmuşdur.  Bu  qoruqlar  müasir  tələblərə  cavab  verən  turizm  obyektlərinə 

çevrilməkdədir.

 

Daşınmaz tarix və mədəniyyət abidələrində bərpa-konservasiya işlərinin aparılması, 



sel sularından mühafizə məqsədli drenaj sistemlərin qurulması, ərazinin işıqlandırılması, 

informasiya  lövhələri  və  yol  nişanlarının  quraşdırılması,  daşınmaz  tarix  və  mədəniyyət 

abidələrinin pasportlaşdırılması və mühafizə zonalarının müəyyən edilməsi istiqamətində 

işlər davam etdirilir.

 

Milli  mədəni  irsin  qorunması  məqsədi  ilə  aparılan  islahatların  davamı  olaraq, 



Azərbaycan  Respublikası  Prezidentinin  2013-cü  il  27  dekabr  tarixli  195  nömrəli 

Sərəncamı  ilə  daşınmaz  tarix  və  mədəniyyət  abidələrinin,  qoruqlarının  mühafizəsinin 

müasir səviyyədə təşkilinə, daşınmaz mədəni irsin bərpası, öyrənilməsi, təbliği və inkişafı 


üzrə  tədbirlərin  həyata  keçirilməsinə  yönəldilmiş  “Daşınmaz  tarix  və  mədəniyyət 

abidələrinin  bərpası,  qorunması,  tarix  və  mədəniyyət  qoruqlarının  fəaliyyətinin 

təkmilləşdirilməsi  və  inkişafına  dair  2014-2020-ci  illər  üzrə  Dövlət  Proqramı”  təsdiq 

edilmişdir.

 

Qeyd  olunanlarla  yanaşı,  daşınmaz  tarix  və  mədəniyyət  abidələrinin  bərpası, 



qorunması, tarix və mədəniyyət qoruqlarının inkişafı, o cümlədən mühafizəsinin müasir 

səviyyədə  təşkili,  qədim  tarixi  və  mədəni  sərvətlərin  öyrənilməsi  və  təbliği  ilə  əlaqədar 

aşağıdakı əsas vəzifələr müəyyən edilir:

 

-  daşınmaz  mədəni  irsin  qorunması  işinin  təkmilləşdirilməsi,  həmin  məqsədlə 



daşınmaz  mədəni  irsin,  o  cümlədən  arxeoloji  abidələrin  inventarlaşdırılması,  mühafizə 

zonalarının  müəyyən  edilməsi,  pasportlaşdırılması  və  müasir  tələblərə  cavab  verən 

məlumat bazasının yaradılması;

 

-  daşınmaz  tarix  və  mədəniyyət  abidələrinin  qorunması,  bərpası,  istifadə  və  idarə 



olunması  sahəsində  beynəlxalq  təcrübənin  öyrənilməsi,  qabaqcıl  və  mütərəqqi 

təcrübənin  tətbiqi,  zərurət  yarandıqda  həmin  məqsədlərə  beynəlxalq  mütəxəssislərin 

cəlb olunması;

 

-  tarix  və  mədəniyyət  qoruqlarının  ərazisində  yerləşən  tarix  və  mədəniyyət 



abidələrinin  qorunması  işinin  təkmilləşdirilməsi,  həmin  məqsədlə  tarix  və  mədəniyyət 

qoruqlarının  sərhədlərinin  müəyyən  edilməsi  və  xəritələrinin  hazırlanması,  qoruqların 

ərazisində  yerləşən  tarix  və  mədəniyyət  abidələrinin  siyahıya  alınması, 

pasportlaşdırılması, müasir tələblərə cavab verən məlumat bazasının yaradılması, tarix və 

mədəniyyət qoruqlarının maddi-texniki bazasının inkişafı;

 

-  daşınmaz  tarix  və  mədəniyyət  abidələrində  bərpa  və  konservasiya  işlərinin 



aparılması;

 

- daşınmaz mədəni irsin qorunması üzrə hüquqi aktların təkmilləşdirilməsi;



 

-  daşınmaz  tarix  və  mədəniyyət  abidələrinin  öyrənilməsi,  o  cümlədən  turizm 

məqsədləri ilə onlardan istifadə imkanlarının araşdırılması;

 

-  turizm məqsədləri  ilə istifadə edilən daşınmaz tarix və mədəniyyət  abidələrində 



və qoruqlarda müasir turizm infrastrukturunun yaradılması;

 

-  daşınmaz  tarix  və  mədəniyyət  abidələrinin  qəsdən  məhv  edilmə  və  ya 



korlanmadan qorunması;

 

-  Azərbaycanın  işğal  olunmuş  ərazilərində  qalmış  və  digər  ölkələrdə  Azərbaycan 



xalqına  aid  olan  tarix  və  mədəniyyət  abidələrinin  vəziyyətinə  dair  məlumatların 

sistemləşdirilməsi və müvafiq tədbirlərin görülməsi;

 

-  daşınmaz  tarix  və  mədəniyyət  abidələrinin  qorunması  və  bərpası  üzrə 



yüksəkixtisaslı peşəkar kadrların hazırlanması;

 

-  Azərbaycanın  daşınmaz  mədəni  irsinin  ölkə  daxilində  və  beynəlxalq  miqyasda 



təbliği və təşviqi.

 

 



 

3.3. Muzey işinin müasirləşdirilməsi

 

 



 

Azərbaycanda  tarix,  tarix-diyarşünaslıq,  elm,  siyasət,  incəsənət,  ədəbiyyat,  hərbi-

vətənpərvərlik və döyüş şöhrəti muzeylərini, həmçinin tarixi şəxsiyyətlərin ev muzeylərini 

özündə  birləşdirən  geniş  muzey  şəbəkəsi  fəaliyyət  göstərir.  Muzey  işinin 

müasirləşdirilməsi üçün aşağıdakı əsas vəzifələr yerinə yetirilməlidir:

 


-  muzey  fondlarının  mühafizəsi,  pasportlaşdırılması,  konservasiyası  və  bərpa 

edilməsi,  muzey  kolleksiyalarının  komplektləşdirilməsi  işinin  təkmilləşdirilməsi,  muzey 

fondlarına  dair  məlumatların  rəqəmsal  daşıyıcılara  köçürülməsi  və  elektron 

kataloqlaşdırılma vasitəsi ilə milli muzey-informasiya bazasının təşkil edilməsi;

 

-  muzey  ekspozisiyalarının  bədii  tərtibatının  təkmilləşdirilməsi,  konseptual 



ekspozisiyaların və müxtəlif mövzularda sərgilərin təşkili;

 

-  turizmin  inkişafı  üçün  muzeylərin  turist  marşrutlarına  salınması,  geniş  tamaşaçı 



kütləsi  ilə  aparılacaq  işlərin  təkmilləşdirilməsi  məqsədi  ilə  fərdi  ekskursiyaların,  ailəvi 

proqramların, uşaq və gənclər üçün tədris və interaktiv proqramların hazırlanması;

 

-  muzey  marketinqinin  inkişaf  etdirilməsi,  turizm  məqsədi  ilə  kataloq,  təqvim, 



broşür  və  suvenirlərin  hazırlanması,  təşkil  edilən  sərgilər  barədə  sorğu-məlumat 

kitabçalarının mütəmadi buraxılışı.

 

 

 



3.4. Kitabxana-informasiya şəbəkəsinin müasirləşdirilməsi

 

 



 

Azərbaycan Respublikasının kitabxana şəbəkəsində Azərbaycan Milli Kitabxanası ilə 

yanaşı,  respublika  əhəmiyyətli,  habelə  kütləvi,  uşaq  kitabxanaları,  sahəvi  və 

mərkəzləşdirilmiş kitabxana sistemləri fəaliyyət göstərir. Hazırda bu şəbəkəyə daxil olan 

kitabxanaların  fondlarında  yüz  milyonlarla  kitab,  jurnal,  qəzet,  not,  buklet,  müasir 

informasiya daşıyıcıları vardır. 8 mərkəzləşdirilmiş kitabxana sistemi və bir çox müstəqil 

kitabxana işğal olunmuş ərazilərdə qalmışdır.

 

Tarixi-mədəni,  ədəbi-bədii  və  elmi-fəlsəfi  irsin  toplanıb  saxlanılmasında, 



ötürülməsində  və  cəmiyyətin  intellektual,  mənəvi  potensialının  inkişafında  mühüm  rol 

oynayan  kitabxanaların  fəaliyyətinin  təkmilləşdirilməsi  bu  sahədə  səmərəli  islahatların 

aparılmasını,  fondların  müasir  informasiya  daşıyıcıları  ilə  zənginləşdirilməsini,  dünyanın 

qabaqcıl  kitabxana-informasiya  müəssisələrinin  təcrübəsindən  istifadə  edilməsini  və 

kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsini zəruri edir.

 

Azərbaycan Respublikasında kitabxana işi sahəsinin müasirləşdirilməsi məqsədi ilə 



aşağıdakı əsas vəzifələr müəyyən edilir:

 

-  Azərbaycan  Respublikasının  Dövlət  Kitabxana  Fondunun  qarşılıqlı  istifadəsi  və 



mübadiləsi,  kitabxanaların  profilinə  uyğun  olaraq,  onların  fondlarının  xarici  ədəbiyyatla 

təmin  edilməsi  üçün  koordinasiya  planının  hazırlanması  və  ümumrespublika  xarici 

ədəbiyyat bankının, məqsədli elektron kolleksiyaların yaradılması;

 

-  kitabxana-biblioqrafiya  proseslərinin  avtomatlaşdırılması,  elektron  kataloq  və 



elektron kitabxanaların yaradılması, Azərbaycan Milli Avtomatlaşdırılmış Kataloqlaşdırma 

Formatının {AZMARK) hazırlanması, milli toplu kataloqunun yaradılması;

 

- biblioqrafik-sorğu materiallarının, milli çap məhsulları və ədəbiyyat salnamələrinin 



nəşrlərinin  bərpası  və  retrospektiv  nəşr  proqramının  hazırlanması,  kitab  abidələrinin 

mühafizəsi,  bərpası,  konservasiyası,  rəqəmsal  daşıyıcılara  köçürülməsi,  kitabxana 

kataloqlarının retrokonversiyası və xidmət səviyyəsinin yüksəldilməsi.

 

 



 

4. Peşəkar incəsənətin inkişafı

 

 



 

Azərbaycan  xalqının  incəsənət  sahəsində  tarixi  ənənələri  nəsillərin  bədii 

təcrübəsinə arxalanan, cəmiyyətin inkişafına təsir edən, xalqın mövcudluğunu ifadə edən 


və  milli-mənəvi  varlığını  təsdiqləyən  format  kimi  qəbul  edilir.  Peşəkar  incəsənətin 

dəstəklənməsi  teatr,  musiqi,  təsviri  və  dekorativ-tətbiqi  sənət  sahələrinin  inkişafını 

nəzərdə tutur.

 

 

 

4.1. Peşəkar teatr sənətinin inkişafı

 

 



 

Teatr sənəti sahəsində inkişaf tempinin  dəstəklənməsi məqsədi  ilə aşağıdakı əsas 

vəzifələr müəyyən edilir:

 

- teatr sənətinin müxtəlif janrları üzrə yüksək bədii dəyərli yeni əsərlərin yaradılması 



və onların səhnə təcəssümünün təmin edilməsi üçün dövlət sifarişlərindən daha geniş və 

səmərəli istifadə edilməsi, bununla bağlı proqramların həyata keçirilməsi;

 

-  Azərbaycan  Respublikasının  ərazisində  fəaliyyət  göstərən  teatrlarda  tamaşaların 



hazırlanmasının  stimullaşdırılması,  ölkə  və  beynəlxalq  səviyyəli  teatr  festivallarının, 

müsabiqələrin  keçirilməsi  və  bu  tədbirlərdə  teatr  kollektivlərinin  iştirakının  təmin 

edilməsi;

 

-  nadir  səhnə  ocaqlarının  qorunması,  məcburi  köçkünlük  şəraitində  fəaliyyətini 



davam etdirən teatrlara məqsədli maddi və yaradıcılıq yardımının göstərilməsi.

 

 

 

4.2. Peşəkar musiqi sənətinin dəstəklənməsi

 

 



 

Qədim tarixi ənənələrə malik Azərbaycan klassik musiqisinin, həmçinin digər musiqi 

janrlarının  inkişafı  üçün  Azərbaycan  Respublikasında  geniş  infrastruktur  mövcuddur, 

çoxsaylı musiqi təhsili ocaqları və konsert salonları fəaliyyət göstərir. Azərbaycan musiqi 

sənətinin dəstəklənməsi, yaradıcılıq və ifaçılıq axtarışlarının müxtəlif formalarının inkişafı 

və beynəlxalq mədəni proseslərə inteqrasiyası, çoxşaxəli və rəngarəng musiqi mühitinin 

yaradılması istiqamətlərində aşağıdakı vəzifələr müəyyən edilir:

 

-  yüksək  bədii  keyfiyyətə  malik  musiqi  əsərlərinin  yaradılması  məqsədi  ilə 



bəstəkarların  yaradıcılığının  təşviqi  və  təbliği  ilə  bağlı  kompleks  tədbirlərin  davamlı 

olaraq həyata keçirilməsi;

 

-  müxtəlif  musiqi  janrları  üzrə  festivalların,  müsabiqələrin  və  konsertlərin  təşkili, 



habelə  Azərbaycan  bədii  kollektivlərinin  və  solistlərin  beynəlxalq  tədbirlərdə  iştirakının 

təmin edilməsi;

 

-  Azərbaycanın  regionlarını  təmsil  edən  musiqiçi  və  ifaçıların  müvafiq  yerli  və 



beynəlxalq layihələrdə iştirakı üçün şərait yaradılması;

 

- Azərbaycanın klassik musiqi incilərinin rəqəmsal daşıyıcılara köçürülməsi.



 

 

 

4.3. Peşəkar təsviri və dekorativ-tətbiqi sənətin təşviqi

 

 

 



Azərbaycan  xalqının  təsviri  və  dekorativ-tətbiqi  sənəti  qədim  tarixə  və  köklü 

ənənələrə  malikdir.  Müasir  təsviri  və  dekorativ-tətbiqi  sənətin  inkişafı  sərbəst  bədii 

yaradıcılıq axtarışlarının dəstəklənməsi, beynəlxalq aləmə inteqrasiya və milli mədəniyyət 

nailiyyətlərinin təbliği ilə bağlıdır. Bu məqsədlə aşağıdakı vəzifələr müəyyən edilir:

 

- Azərbaycanın müasir təsviri və dekorativ-tətbiqi sənətinə həsr olunmuş kitab, film, 



disk, buklet və kataloqların buraxılması, internet səhifələrinin yaradılması;

 


-  təsviri  və  dekorativ-tətbiqi  sənətin  müxtəlif  növləri  üzrə  maraq  doğuran 

layihələrin dəstəklənməsi;

 

-  təsviri  və  dekorativ-tətbiqi  sənətə  dair  milli  və  beynəlxalq  simpoziumların, 



festivalların,  müsabiqələrin  keçirilməsi,  sahə  üzrə  mütəxəssislərin  və  sənətçilərin 

beynəlxalq layihə və müsabiqələrdə iştirakının təmin edilməsi;

 

- istedadlı gənclərin yaradıcılığının dəstəklənməsi və stimullaşdırılması;



 

- incəsənət kolleksiyalarının formalaşdırılması, qalereyaların sərgi və maarifləndirici 

fəaliyyətinə dair proqramların hazırlanması;

 

- yerli qalereyaların kolleksiyalarının müasir incəsənət əsərləri ilə zənginləşdirilməsi 



və onların fəaliyyətində müasir informasiya texnologiyalarının tətbiq edilməsi.

 

 

 

5. Mədəniyyət sənayesinin inkişafı

 

 

 

Mədəniyyət  məhsullarının  və  xidmətlərinin  istehsalını  və  realizəsini  təmin  edən 



fəaliyyət  sahəsi  kimi  mədəniyyət  sənayesi  mədəniyyət  sahəsində  dövlətin  vəzifələrinin 

əhatə  edildiyi  əsas  sahələrdəndir.  “Mədəniyyət  haqqında”  Azərbaycan  Respublikasının 

2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununda mədəniyyət sənayesinin inkişaf 

etdirilməsi  dövlət  mədəniyyət  siyasətinin  əsas  istiqamətlərindən  biri  kimi  nəzərdə 

tutulmuşdur.  Azərbaycan  Respublikasının  mədəniyyət  sahəsində  dövlət  siyasəti 

mədəniyyət  sənayesi  ilə  mədəniyyət  məhsullarının  və  xidmətlərinin  bazarları  arasında 

balansın yaradılmasını ehtiva edən tarazlılıq prinsipinə əsaslanır.

 

Qlobal və milli mədəni həyatın formalaşmasında mühüm rol oynamış və dünyanın 



bir  sıra  aparıcı  ölkələrində  ciddi  nailiyyət  qazanmış  mədəniyyət  sənayesinə  göstərilən 

xüsusi  diqqət  və  əhəmiyyətli  sərmayə  yatırımı  iqtisadi  və  sosial  dividendlərə  zəmin 

yaradır. Bu səbəbdən tarixi ənənələri olan və gələcəyə yönəldilmiş mədəniyyət sənayesi 

sahələrinin,  xüsusilə  kinematoqrafiya  və  nəşriyyat-poliqrafiya  işi  kimi  sahələrin  inkişaf 

etdirilməsi dövlət mədəniyyət siyasətinin perspektivli istiqamətlərindəndir.

 

 

 

5.1. Kinematoqrafiyanın inkişafı

 

 



 

Azərbaycanın milli kinematoqrafiya tarixi XIX əsrin sonlarından başlayır. Bu zəngin 

tarix dünya kinematoqrafiyasında baş verən proseslərlə yanaşı, milli özünəməxsusluğu ilə 

səciyyələnir. Hazırda Azərbaycan Respublikasında kino istehsalının əsas maliyyə mənbəyi 

dövlət  büdcəsidir.  Maliyyə  dəstəyi  müxtəlif  studiyalara  və  müstəqil  prodüser 

mərkəzlərinə sifariş verilməklə həyata keçirilir.

 

Milli kinematoqrafiyanın dirçəldilməsi sahəsində aşağıdakı vəzifələr müəyyən edilir:



 

-  milli  kino  istehsalı  sənayesinin  dirçəldilməsi  məqsədi  ilə  müasir  istehsalat 

bazasının yaradılması;

 

- yaradıcılıq və kinematoqrafiya məqsədləri baxımından mütərəqqi kinolayihələrin 



dəstəklənməsi;

 

-  xarici  distribüter  şirkətləri  ilə  əlaqələrin,  o  cümlədən  kinofilmlərin  Azərbaycan 



dilinə  dublyajı  işinin  genişləndirilməsi,  audiovizual  əsərlərdən  qanuni  istifadənin 

tənzimlənməsi,  piratçılığa  qarşı  mübarizədə  aidiyyəti  dövlət  orqanlarının  fəaliyyətinin 

gücləndirilməsi;

 


-  Dövlət  Film  Fondunda  mühafizə  olunan  milli  filmlərin  və  onların  ilkin 

materiallarının bərpası, konservasiyası və rəqəmsal daşıyıcılara köçürülməsi;

 

-  ölkədə  nüsxəsi  olmayan  milli  filmlərin  və  digər  kinomaterialların  axtarılıb  aşkar 



olunması və surətlərinin Dövlət Film Fonduna təqdim edilməsi;

 

- kino irsinin öyrənilməsi və təbliği.



 

 

 



5.2. Nəşriyyat-poliqrafiya işinin inkişaf etdirilməsi

 

 



 

Azərbaycan Respublikasında nəşriyyat-poliqrafiya işi dövlət nəşriyyat və poliqrafiya 

müəssisələri  və  eyni  təyinatlı  özəl  müəssisələr  tərəfindən  həyata  keçirilir.  ölkədə  üç 

dövlət  nəşriyyatı  və  yüzdən  artıq  özəl  nəşriyyat  və  poliqrafiya  müəssisəsi  mövcuddur. 

Sahə üzrə fəaliyyətin təkmilləşdirilməsi üçün aşağıdakı vəzifələr müəyyən edilir:

 

- Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən nəşriyyat və poliqrafiya 



müəssisələrinin 

maddi-texniki 

bazasının 

müasir 


avadanlıqlar 

hesabına 

möhkəmləndirilməsi işinin dəstəklənməsi;

 

-  elmi,  ictimai-siyasi,  bədii,  publisistik  kitabların  (ensiklopediya,  lüğət,  çoxcildli, 



toplu,  almanax,  notlu  nəşrlər  və  s.)  və  digər  çap  məhsullarının  yüksək  poliqrafik 

səviyyədə buraxılmasının təmin edilməsi;

 

-  Azərbaycan  ədəbiyyatı  nümunələrinin  xarici  dillərə  və  dünya  ədəbiyyatı 



nümunələrinin  Azərbaycan  dilinə  tərcüməsinin  və  yeni  əsərlərin  yaradılmasının  təşviq 

edilməsi;

 

-  Azərbaycan  Respublikası  Kitabxana  Kollektoru  sistemi  vasitəsi  ilə  kitabxana 



fondlarının zənginləşdirilməsi işinin təkmilləşdirilməsi;

 

-  Azərbaycan  Respublikasında  nəşr  edilən  çap  məhsullarının  beynəlxalq  aləmə 



çıxışının,  beynəlxalq  kitab  sərgi-yarmarkalarında  iştirakın,  ölkədə  beynəlxalq  kitab 

sərgilərinin  keçirilməsinin  təmin  edilməsi  və  oxucu  mədəniyyətinin  inkişaf  etdirilməsi 

üçün müvafiq tədbirlərin həyata keçirilməsi;

 

- gözdən əlillər və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər üçün ədəbi-



bədii, elmi və tədris kitablarının nəşrinin dəstəklənməsi.

 

 

 

6. Konsepsiyanın həyata keçirilməsi

 

 

 

Konsepsiyanın  səmərəli  həyata  keçirilməsinin  əsas  şərti  onun  reallaşmasını  təmin 



edən effektiv icra mexanizminin formalaşdırılmasıdır.

 

Konsepsiya  mədəniyyət  sahəsində  fəaliyyət  istiqamətləri  üzrə  dövlət  proqramları 



vasitəsi ilə həyata keçirilir.

 

Konsepsiyanın  həyata  keçirilməsi  üzrə  dövlət  proqramları  Azərbaycan 



Respublikasının Prezidenti tərəfindən təsdiq olunur.

 

Konsepsiyanın  həyata  keçirilməsi  dövlət  orqanlarının  bu  istiqamətdə  fəaliyyəti  ilə 



yanaşı,  yerli  özünüidarəetmə  orqanlarının,  mədəniyyət  müəssisələrinin  və  mədəniyyət 

sahəsində  qeyri-hökumət  təşkilatlarının  bu  prosesə  cəlb  olunmasını  şərtləndirir,  dövlət 

büdcəsinin  təminatı  ilə  yanaşı,  xarici  və  yerli  investorların  cəlbini,  alternativ 

maliyyələşdirmə mexanizmlərinin tətbiqini nəzərdə tutur.

 

Konsepsiyanın icrasını Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi 



əlaqələndirir.

 


Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  Azərbaycan  Respublikasının 

Prezidentinə Konsepsiyanın icrasının gedişi barədə hər il üzrə hesabat təqdim edir.

 

Konsepsiyanın məqsədi kütləvi informasiya vasitələri və digər üsullarla ictimaiyyətə 



çatdırılır.

 

  



 



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə