Televiziya və radio kanallarında əhaliyə mütəmadi olaraq Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin əməkdaşları və Vətəndaş Cəmiyyətinin subyektləri də cəlb edilməklə birgə maarifləndirici proqramlar hazırlanması;
Vətəndaş Cəmiyyətinin iştirakını təmin etmək üçün Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin yanında Şuranın yaradılması və yaradılacaq Şura tərəfindən Əmlakın qeydiyyatına dair nöqsanların aşkarlanması, analizi və tövsiyələrin verilməsi;
Daşınmaz Əmlakın Dövlət Reyesterin fəaliyyəti ilə bağlı mütəmadi olaraq (ildə bir dəfədən az olmamaq şərti ilə) ekspert-mütəxəssislər, KİV və vətəndaş cəmiyyəti institutları nümayəndələri cəlb olunmaqla rəy sorğuları keçirilməsi;