Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin



Yüklə 4.53 Mb.

səhifə1/52
tarix10.06.2017
ölçüsü4.53 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   52

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



DÜNYA ƏDƏBİYYATI

 

KLASSİKLƏRİ



 

Azərbaycan Respublikasının Prezidenti 

İlham Əliyevin 

“Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin 

əsərlərinin Azərbaycan dilində nəşr edilməsi 

haqqında” 2007-ci il 24 avqust tarixli 

sərəncamı ilə nəşr olunur. 

Şərq-Qərb” 

Bakı — 2009 

downloaded from KitabYurdu.org



William 

SHAKESPEARE 

downloaded from KitabYurdu.org



Uilyam 

ŞEKSPİR 

1564-1616 

SEÇİLMİŞ ƏSƏRLƏRİ 

“Şərq-Qərb 

Bakı-2009

 

downloaded from KitabYurdu.org



ISBN 978-9952-34-218-5 

İngilis dilində

t

ə



rcüm

ə

 ed



ə

ni: 


Ön sözün mü

ə

llifi: 



Redaktor: 

Korrektor: 

B

ə

dii t



ə

rtibat v


ə

 

dizaynın müellifi:



 

Sabir Mustafa 

İsmixan Rə

himov 


Salam Novruzov 

L

ə



taf

ə

t S



ə

m

ə



dova 

T

ə



rlan Qorçu 

Kompüter düzümü: Hikm

ət Aydınoğlu Elxan Rza

yev 


Uilyam Şekspir. Seçilmiş ə

s

ə

rl

ə

ri. 

Bakı: “Şə



rq-Q

ərb”, 2009, 776 sə

h. 

Antik  dövr  dramaturgiyasından  söz  düşə



nd

ə

  dil



ə

  ilk  g


ə

l

ə



n  Esxil,  Evripid,  Sofokl 

adları  olursa,  İntibah  dövrünün  dram  sə

neti  zirv

ə

sind



ə

  qeyd-


şə

rtsiz  görk

ə

mli  ingilis 



dramaturqu  Uilya

m  Şəkspirin  adı  çəkilir.  Mayasında  insan  lə

yaq

ətinin  ucalığı,  mə



n

ə

vi 



yüks

ə

klik,  insanp



ə

rv

ə



rlik,  d

ə

rin  h



ə

yatilik  v

ə

  m


ə

h

ə



bb

ət  ülviliyi  dayanan  Şekspir 

yaradıcılığı  elə

  bir  m


ə

n

ə



vi  zirv

ədir  ki,  coğrafi  sə

rh

ə

dl



ə

r,  etnik  müxt

ə

liflikl


ə

r,  milli 

psixologiyalar m

ə

hd



udluğu tanımır və

 zamana sin

ə

 g

ə



rir. 

Bu  kitabda  dahi  dramaturqun  beş  ən  meşhur  faciəsi  daxil  edilmişdir.  “Romeo  və

 

Cülyetta”da  tə



miz  m

ə

h



ə

bb

ət,  “Otello”da  fə



lak

ə

t



ə

 

düşmüş  böyük  inam,  “Kral  Lir”də



  ülvi 

ata sevgisi, “Hamlə

f v

ə

 "Maqb



ət” ə

s

ə



rl

ə

rind



ə

 is


ə

 hakimiyy

ət ehtirası ön plana çə

kilir. 


M

ətn: Bakı Slavyan Universiteti, “Kitab aləmi” NPM, 2009 

B

ə

dii t



ə

rtibat, s

ə

hif


ə

l

ə



nm

ə: ‘Tutu” nəşriyyatı, 2009 © “Şə

rq-

Q

ərb” ASC, 2009



 

downloaded from KitabYurdu.org



DÜNYANI “LƏRZƏYƏ GƏTİRƏN”

 

DAHİLƏRDƏN BİRİ

 

Bugünkü  dünyamızda  elə  bir  mədəni  xalq  tapılmaz  ki,  Uilyam 

Şekspirin “Hamlet”indəki  məşhur monoloqun  “olum,  ya  ölüm”  sua-

lını ya olduğu kimi, ya da öz doğma dilinə tərcümədə işlətməsin. 

Cahanşümul  mütəfəkkir  Uilyam  Şekspirin  adının  dünyada 

çəkilməsi təsadüfi deyildir. Hətta onun həyatı və yaradıcılığım tədqiq 

edən bir qisim araşdırıcılar Şekspir soyadında səhnəni lərzəyə gətirən 

bir insan dayandığı fikrini söyləməyə özlərində cəsarət tapmışlar. 

“Bəşəriyyət  qiyamət  günü  Tanrının  qarşısında  keçilmiş  yol, 

görülmüş  işlər  haqqında  hesabat  verəndə  özünün  mövcudluğuna 

bəraət  qazandırmaq  üçün  Servantesin  “Don  Kixot”  əsərini  təqdim 

etsə,  kifayətdir”  (F.Dostoyevski).  Xeyr,  kifayət  deyil!  Bəşəriyyət 

haqqında  tam,  hərtərəfli  məlumat  almaq,  keçirdiyimiz  keşməkeşli 

yollar,  qatlaşdığımız  çətinliklər  haqqında  təsəvvür  əldə  etmək  üçün 

Nizaminin “Xəmsə”si, Füzulinin qəzəlləri, Şekspirin faciələri ilə tanış 

olmaq gərəkdir. 

Böyük ingilis dramaturqu cahanşümul əsərlərini yaradandan bəri 

bəşəriyyət, işi çətinə düşəndə, yamanlıq yaxşılığı üstələyəndə, “olum, 

ya  ölüm”  vəziyyətində  elə  hey  Şekspirdən  cavab  gözləyir,  onu 

imdadına çağırır. Bəlkə də, XX əsrdə bütün dünyada bu qədər diqqət 

mərkəzində  olan  ikinci  yazıçı  tapmaq  çətindir.  Şekspirin  adı  heç 

zaman unudulmur. 

Azərbaycanda  Şekspirlə  tanışlıq  teatr  və  tərcümə  sənətimizin 

inkişafı ilə sıx bağlıdır. Teatrımızın və ədəbiyyatımızın XIX əsrdən bu 

günə  kimi  yüksəlişinin  bütün  mərhələləri  Şekspir  adı  ile  əlaqədar 

olmuşdur. Şekspir əsərlərinin Azərbaycan oxucusunun, tamaşaçısının 

bədii-estetik zövqünün zənginləşməsində xidməti vardır. 

downloaded from KitabYurdu.org



Uilyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

 

Avropada İntibah dövrünün ən görkəmli nümayəndələrindən biri 



olmuş 

Uilyam 


Şekspir 

öz 


əsərlərində 

humanizm, 

xəlqilik, 

həyatsevərlik  ideyalarını  tərənnüm  etmiş,  insan  qəlbinin  sirlərini 

dərindən  bilmiş,  qələmə  aldığı  mürəkkəb  hadisələrin  dolğunluğu  ilə 

həmişə  oxuculara  böyük  təsir  göstərmişdir.  Onun  faciə  və  kome-

diyalarında  əksini  tapmış  məsələlər,  həyat  haqqmda  söylədiyi  həqi-

qətlər,  insanların  bir-birinə  münasibəti  zaman-zaman  dəyişməz  qalır. 

Şekspir  hadisələrin  dərinliyinə  nüfuz  edir,  ilk  nəzərdə  əhəmiyyətsiz 

görünən  xırda  bir  hadisənin  arxasında  gizlənən  ümumbəşəri 

əhəmiyyətə malik mənaları üzə çıxara bilirdi. Şekspirin bütün əsərləri 

zəmanə ilə son dərəcə bağlı olduğuna görə dünya ədəbiyyatında misli 

görünməmiş tarixi əhəmiyyət kəsb etmişdir. Hər bir cəmiyyət, hər bir 

xalq,  yaşından,  məqamından  asılı  olmayaraq,  hər  bir  fərd  hər  dəfə 

Şekspirin  əsərləri  ilə  təmasa  girərkən  ondan  nə  isə  yeni  bir  şey 

öyrənmişdir.  Buna  görə  də  tədqiqatçılar  400  ildən  artıqdır  ki,  onun 

əsərlərim tədqiq edir və hər dəfə yeni bir fikir söyləyə bilirlər. Müasiri 

Ben Conson Şekspir haqqmda demişdir: “O, bir əsr üçün deyil, bütün 

zamanlar üçündür”. Şekspir həm də bütün millətlərə gərəkdir. Elə bir 

xalq  tapılmaz  ki,  onun  mədəniyyətinin  inkişafında  Şekspirin  payı 

olmasın. 

Şekspir Avropa İntibahının parlaq və eyni zamanda ən mürəkkəb 

dövründə  yaşamışdır.  İntibahın  ən  dərin  və  son  dərəcə  böhranlı 

dövründə  əvvəllər  Bokkaçço,  Leonardo  da  Vinçi,  Rable  və  digər 

mütəfəkkirlərin  əsərlərində  irəli  sürülmüş  konsepsiyalar  tarixin  acı 

təcrübəsi əsasında nəzərdən keçirilmiş və saf-çürük edilmişdir. 

İntibah  dövründə  əsrlərdən  bəri  feodalizm  məngənəsində  yaşa-

yan  insanın  qarşısında  ucsuz-bucaqsız  üfüqlər  açıldı,  onun  öz  qüv-

vəsinə  yenilməz  inam  yarandı  və  o,  həyata,  biliyə,  yaradıcılığa  meyil 

etməyə  başladı.  İntibah  dövründə  insan  axirət  dünyası  haqqmda  orta 

əsrlərin nağılları ilə birdəfəlik üzülüşdü, ümidini bu dünyaya bağladı, 

cənnəti də, cəhənnəmi də burada axtardı. Təbiət elmlərinə, humanitar 

elmlərə böyük maraq oyandı. 

İntibah dövrünün insanında  ən ümdə keyfiyyət inamdır. İnsanın 

sonsuz  imkanlarına,  varlığın  bütün  sirlərinə  nüfuz  edib, onları aşkara 

çıxarmaq  bacarığına  inam.  Engels  “Təbiətin  dialektikası”  eserində 

İntibah  dövrünün  mahiyyətini  belə  aydınlaşdırır:  “Bu,  bəşəriyyətin  o 

vaxta  qədər  gördüyü  bütün  çevrilişlər  içərisində  ən  böyük  mütərəqqi 

çevriliş idi, dahilərə ehtiyacı olan, öz təfəkkürü, 

downloaded from KitabYurdu.org



ehtirası və xasiyyəti, kamilliyi və alimliyi cəhətdən dahilər yetirən bir 

dövr idi...” 

“Nəhənglərə  ehtiyacı  olan  bu  dövr”  nəhənglər  də  yetirdi.  Bu 

dövrdə elə bir alim tapılmazdı ki, dörd-beş xarici dil bilməsin, elmin 

həm  nəzəri,  həm  də  təcrübi  sahəsində  parlamasın.  Dinin  nüfuzuna 

qarşı  çıxan  humanistlər  insanm  öz  düşüncələrində  azadlığını  və 

sərbəstliyini  yüksək  qiymətləndirir,  onu  hər  cür  mənəvi  və  əxlaqi 

təzyiqdən,  dinin  buxovlanndan  xilas  etməyə  çalışırdılar.  Bu,  əlbəttə 

ki,  bədii  yaradıcılığın  da  yüksək  nailiyyətlər  əldə  etməsinə  gətirib 

çıxartdı.  İtaliyada  incəsənət  çiçəkləndi,  Fransada,  Almaniyada  yeni 

tipli  humanist  ədəbiyyat  yarandı,  İngiltərədə  və  İspaniyada  klassik 

ədəbiyyatın ilk nümunələri meydana gəldi. 

Bu  dövrün  estetikası  nikbin  xarakter  daşıyır;  sənətdə  gözəllik, 

kamillik  haqqmda  düşünülür,  təbiətin  gözəllik  qanunları  kəşf  edilir, 

sənətkarlar  sənətdə  ümumiləşdirmə  yolu  ilə  realizmin  inkişafına 

təkan  verirlər.  Bu,  bədii  yaradıcılığın  müxtəlif  janrlarının  inkişafına 

səbəb  olur,  humanist  tələbləri  daha  dolğun  və  təsirli  ifadə  edə  bilən 

sənət növləri geniş inkişaf edir. 

İntibah  dövrünün  ilkin  mərhələsində  insanm  zahiri  gözəlliyim 

təsvir  etmək  tələbi  meydana  çıxanda,  İtaliyada  rəssamlığa,  boya- 

karlığa  və  xüsusən,  portret  janrına  üstünlük  verilirdi.  Sonralar  isə 

insanm  daxili  aleminə  nüfiız  edib,  onu  bütün  mürəkkəbliyi  ve  zid-

diyyəti  ilə  göstərmək  meyli  ön  plana  çəkiləndə  İngiltərə  və  İspa-

niyada  teatr  janrı  şöhrət  qazanır.  Orta  əsrlər  ədəbiyyatında  geniş 

yayılmış  əfsanəvi  hadisələri  əks  etdirən  sabit  süjetlər  əvəzinə  real 

həyat və onun kəskin dramatizmini, ictimai və siyasi hadisələri, canlı 

insan  taleyini,  onun  daxili  aləmini,  zəngin  xarakterini  əks  etdirən 

əsərlər əsas yer tutur. 

* * * 

Uilyam  Şekspir  1564-cü  il  aprelin  23-də  Eyvon  çayı  sahilində 



yerləşən, indi dünyada Şekspirin vətəni kimi məşhurlaşmış Strat- ford 

şəhərində  anadan  olmuşdur.  Atası  nisbətən  varlı  olmuşdur. 

U.Şekspirin  həyatı  haqqındakı  yazılarda  o,  bir  qəssab,  dabbağ  və 

əlcəktikən  kimi  təsvir  edilmişdir.  Ədibin  atası  Con  Şekspir  bir  müd-

dət Stratford şəhərinin bələdiyyə rəisi də işləmişdir. 

1571-ci  ildə  Uilyam  yerli  qrammatika  məktəbində  oxumağa 

başlayır. Burada o, yunan və latın dillərini, məntiq elmini öyrənir. 

downloaded from KitabYurdu.org



Uilyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

 

Getdikcə  ailənin  maddi  vəziyyəti  çətinləşir,  o,  təhsilini  davam  etdirə 



bilmir.  Rəvayətə  görə,  gələcək  yazıçı  əvvəlcə  kənd  qəssabı  yanında 

şagird işləyir, sonra isə kəndlərdə müəllimlik edir, müəllimlik edərkən 

xalq  dilini,  xalq  ədəbiyyatım  dərindən  mənimsəyir.  Tədqiqatçılar  çox 

zaman  Şekspir  dilinin,  onun  lüğət  tərkibinin  zənginliyini,  minlərlə 

zərbi-məsəlin,  iyirmi  mindən  çox  sözün  işlədilməsini  məhz  xalq 

içərisində olması və xalq dilini dərindən öyrənməsi ilə izah edirlər. 

1582-ci  ildə  Şekspir  on  səkkiz  yaşında  ikən  özündən  yeddi  yaş 

böyük  olan  varlı  fermer  qızı  Anna  Heteveylə  evlənir.  Onların  Süzan 

adlı bir qızı və əkiz oğulları - Yudif və Hamlet olur. 1586-cı ildə Şekspir 

Stratforddan  Londona  köçür.  Bir  rəvayətə  görə,  Londonda  Şekspir 

əvvəlcə  teatra  gələn  əyanların  atlarını  saxlarmış,  sonra  isə  teatrda 

suflyor,  artistlər  üçün  rolların  üzünü  köçürən,  rejissor  köməkçisi  və 

aktyor  kimi  çalışmışdır.  Lakin  bir  aktyor  kimi  Şekspir  şöhrət  qazana 

bilməmişdir. 

Şekspir  bədii  yaradıcılığa  teatrda  başlamışdır.  İlk  əsərini  1590-cı 

ildə  yazmışdır.  1593-cü  ildən  Şekspir  məşhur  aktyor  Cems  Berbe-  cin 

rəhbərlik etdiyi teatr truppasında həm aktyor, həm də dramaturq kimi 

çalışır.  Bu  zaman  teatra  və  ədəbiyyata  böyük  həvəs  göstərən 

zadəganlar içərisində Şekspir qraf Sauthemptonla dostlaşır, onun təşkil 

etdiyi  ədəbi  məclislərdə  iştirak  edir.  Qraf  Saut-  hemptonun  evində 

Şekspir  bir  neçə  ədib  və  aktyorla  rastlaşır.  Bura  onun  üçün  ilk  ədəbi 

məktəb olur. Lakin Şekspir teatra daha çox bağlı idi. O, öz truppası ilə 

şəhərləri, kəndləri gəzir, xalqla görüşür və xalqdan öyrənirdi. Getdikcə 

teatrda  Şekspirin  mövqeyi  möhkəmlənir.  Berbec  truppasının  üzvləri 

“Yer  kürəsi”  adlı  teatr  binasının  əsasım  qoyduqda  Şekspir  də  həmin 

prosesdə  iştirak  edir.  Sonradan  Şekspirin  Stratfordda  iki  ev  və  torpaq 

sahəsi  almaq  imkanı  da  olur.  1599-cu  ildə  isə  qraf  Sauthemptonun 

köməyi ilə aşağı zadəgan rütbəsi də alır. 

Şekspirin  şöhrəti  artdıqca  həm  tamaşaçıların,  həm  də  teatr 

mütəxəssislərinin,  alimlərinin  nəzərində  istedadlı  bir  dramaturq  kimi 

tanınır.  Şekspirin  rəqibləri  təhsildə,  elmdə  ondan  yüksəkdə  dursalar 

da, dramaturq kimi ondan çox-çox zəif idilər. Marlo, Qrin, Ben Conson 

və  başqa  yazıçıların  eserlərində  köhnə  dövr  insanlarının  düşüncəsi, 

əxlaqı  əks  olunurdusa,  Şekspir  əsərlərinin  mövzusunu  müxtəlif 

dövrlərdən, müxtəlif ölkələrdən götürdüyünə bax 

downloaded from KitabYurdu.org



mayaraq,  müasir  ingilis  həyatını,  doğma  xalqını  təsvir  edirdi.  Buna 

görə  də  hamı,  hətta  rəqibləri  belə  onu  istedadlı  dramaturq  kimi 

tanıyırdılar. 

Şekspir 1612-ci ildə Stratforda qayıdır və ömrünün axırına qədər 

burada  yaşayır.  O,  1616-cı  il  aprel  ayının  23-də  (anadan  olduğu 

gündə) 52 yaşında vəfat etmiş və burada da dəfn olunmuşdur. 

Şekspirin ədəbi irsi iki poema, 154 sonet və 37 pyesdən ibarətdir. 

İllər keçdikcə əsərlərindəki hadisələrin ümumbəşəri olması, insan 

xarakterlərinin yetkinliyi, həyat hadisələrinin dərinliyinə vara bilmək 

bacarığı  tədqiqatçılarda  Şekspir  şəxsiyyətinə  dərin  maraq  oyatdı. 

Ədibin həyatı haqqmda məlumatların azlığı və bəzən qeyri- dəqiqliyi, 

onun  Stratfordda  doğulması,  sadə  ailədən  olması,  universitet  təhsili 

görmədiyi halda, məşhur əsərlər yazması şübhə oyatmağa başlamışdı. 

Bəziləri belə bir fikir irəli sürürdülər ki, o zaman kübar ailədən çıxan, 

saray  tərbiyəsi  görən,  universitet  təhsilli  adamlar  üçün  dram  əsəri 

yazmaq  əskiklik  sayılırmış.  Guya,  kübarlar  öz  əsərlərini  anonim 

şəkildə  teatra  təqdim  edir,  aktyorlar üçün  rolları köçürməklə  məşğul 

olan Şekspir isə bu əsərləri öz adma çıxırmış. Bir də deyirlər ki, guya, 

bu  dram  əsərlərini  köçürən  eyni  adam  olmamışdır.  Çünki  bu 

əsərlərdə “Şekspir” sözü müxtəlif şəkildə yazılmışdır. Bu fikir düz ola 

bilməz.  O  zaman  Şekspirlə  eyni  vaxtda  yaşamış  Kristofor  Marlonun 

adının yazılışına da in- giliscədə on bir şəkildə rast gəlmək olur. 

İngiltərədə  Şekspirin  həyatı,  kimliyi,  ailəsi  və  yaradıcılığı  ilə 

əvvəl  maraqlananlar  olmuşsa  da,  onun  bioqrafiyasım  ilk  dəfə  Niko- 

las  Rou  yazmışdır.  1709-cu  ildə  o,  Şekspirin  altıcildlik  əsərlərini 

hazırlamış və bioqrafiyası ilə birlikdə çap etdirmişdir. N.Rou, əvvəlki 

uydurmalardan  və  rəvayətlərdən  fərqli  olaraq,  daha  dəqiq  məlumat-

lara istinad edir. Onun xahişi ilə aktyor Betterton Stratforda gedir və 

Şekspir  haqqmda  daha  ətraflı  məlumat  toplayır.  Rounun  yazdığı 

oçerk  əvvəlki  yazılara  nisbətən  daha  dəqiq  faktlarla  zəngin  idi. 

Rounun yazdığına görə, Şekspir, Tomas Lyusun Stratford yaxınlığın-

da olan meşəsində maral ovladığı üçün torpaq sahibi onu cəzalandır-

mışdır. Şekspir bu cənaba bir həcv yazmış və buna görə də ser Tomas 

Lyus tərəfindən daim təqib olunduğundan Londona qaçmışdır. Lakin 

Şekspirin Tomas Lyusun meşəsində maral ovladığı haqqmda rəvayət, 

ona yazdığı həcv sonradan Şekspir tədqiqatçıları tərəfindən bir- birinə 

zidd fikirlər kimi rədd edilir. 

downloaded from KitabYurdu.org



Uilyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

 

XVIII



 

əsrin sonunda şekspirşünaslığın təməlini qoymuş bir alim 

kimi  tanınan  E.Melon  (1741-1812)  Şekspirin  həyatma  aid  olan  faktları 

uydurmalardan təmizlədi. 

Şekspirin  Londona  gəldikdən  sonra  teatr  tamaşasına  baxmağa 

gələnlərin  atlarını  saxlaması  haqqında  rəvayət  çox  geniş  yayılmışdı. 

Melon  isə  bu  rəvayətə  əsla  inanmır.  Melona  görə,  Şekspir  hələ 

Stratfordda ikən oraya gələn teatr truppalarından biri ilə yaxm olmuş 

və  buna  görə  də  Londonda  dərhal  özünə  iş  tapa  bilmişdir.  Bəzi 

bioqraflar  Şekspirin  atasının  savadsız  olduğunu  söyləyir  və  qeyd 

edirlər  ki,  o,  sənədlərə  imza  əvəzinə  “Con  Şekspir”  kimi  cızıq  çə-

kərmiş. Başqa bir tədqiqatçı - Smart bu fikri yalana çıxarıb qeyd edir ki, 

belə  olsaydı,  bu  adama  şəhər  bələdiyyəsində  iki  dəfə  xəzinədar 

vəzifəsi tapşırılmazdı. 

XIX

 

əsrin  əvvəlindən  başlayaraq  Şekspir  haqqında  olan  əfsa-



nələrin  təhlili  məsələsinə  son  qoyuldu.  Şekspirin  bioqrafiyasını 

yazanlar  onun  həyatının  bəzi  faktlarını  şərti  olaraq  qəbul  etdilər. 

Şekspir  haqqındakı  məlumatların  bəzilərinə  şübhə  edənlər  olsa  da, 

onların  qəbul  edilməsini  lazım  bildilər.  Sonralar  Şekspirin  ailə  həyatı 

haqqında  da  bəzi  yeni  məlumatlar  üzə  çıxmışdır.  Onun  “qarabəniz 

xanıma”  məhəbbəti  faktı  tam  aydınlaşdırılmamışdır.  Müəyyən 

edilmişdir  ki,  onun  ictimai  vəziyyəti  kifayət  qədər  yüksək  olmuşdur. 

Yaxın  tanışları  içərisində  təkcə  qrafların  deyil,  hətta  kraliça 

Yelizavetanın adını çəkənlər də var. 

XIX  əsrdə  Şekspiri  romantik  bir  şəxsiyyət  kimi  öyrənənlərlə 

yanaşı,  elmi  şekspirşünaslığın  da  təməli  qoyulur.  Almaniyada  və 

Fransada  bir  neçə  ədəbi  məktəb  Şekspirin  həyat  və  fəaliyyəti  ilə 

məşğul  olmağa  başlayır.  İngiltərədə  C.O.Holivel-Fillipe,  S.Lİ  ədib 

haqqında  irihəcmli  əsərlər  yazdılar.  Rusiyada  N.Storojenko  onun 

əsərlərini  tədqiq  etdi.  V.Çuyko  və  V.İvanov  dramaturqun  bioqra-

fiyasım yazıb nəşr etdirdilər. 

XVII-XVIII əsrlərdə Şekspirin həyatı haqqmda yazanların heç biri 

onun  adı  ilə  bağlı  əsərlərin  stratfordlu  Uilyam  Şekspirə  aid  olduğuna 

şübhə  etmirdi.  Birdən-birə  XIX  əsrdə  Şekspirin  şəxsiyyətinə  şübhə 

oyandı.  Bu  fikri  ara-sıra  indi  də  təkrar  edənlər  var.  Şekspirin 

şəxsiyyətinə şübhə edən ilk tədqiqatçı Amerika alimi Deliya Bekondur. 

O,  “Şekspir  pyeslərinin  fəlsəfəsinin  açılması”  eserində  bu  pyeslərin 

filosof  və  dövlət  xadimi  Frensis  Bekon  tərəfindən  yazıldığım  sübut 

etməyə çalışdı. Deliya Bekonun fərziyyəsinə N.Qotom, 

ıo 

downloaded from KitabYurdu.org



T.Karleyl  kimi  alimlər  də  tərəfdar  çıxdılar.  Getdikcə  Bekon  nəzə-

riyyəsinin  tərəfdarlarının  sayı  artdı.  Bəziləri  hətta  inandırmağa 

çalışırdılar ki, F.Bekon təkcə Şekspirə aid edilən əsərlərin deyil, hətta 

K.Marlo  və  B.Consonun  da  əsərlərinin  müəllifidir.  “Bəs  nə  üçün 

Bekon  öz  əsərlərini  başqalarına  verirdi?”  sualını  belə  cavab-

landıradılar ki, guya, F.Bekon rütbəli bir adam kimi adını hörmətdən 

salmaq  istəmirdi.  Halbuki  Bekon  vəzifədən  kənar  edildikdən, 

cəmiyyətdə  nüfuzdan  düşdükdən  sonra  bircə  əsər  də  yazmamışdır. 

Bekon haqqında olan bu uydurma 1810-cu ilə kimi davam etdi. Bəzən 

Şekspirin  əsərlərini  daha  böyük  rütbəli  adamlara  aid  edənlər  də 

tapıldı.  Yeni  nəzəriyyəçilər  indi  bu  əsərlərin  müəllifinin  qraf  Derbi, 

qraf  Retlend,  qraf  Oksford  və  nəhayət,  kraliça  Yelizaveta  olduğunu 

sübuta yetirməyə çalışdılar. 

“Şekspir-Retlend”  nəzəriyyəsini  bir  zaman  rus  alimləri  də 

müdafiə edirdilər. 1924-cüildəF.Şipulinski, 1926-cıildə V.Friçe, 1931 -ci 

ildə  P.Koqan  yazılarında  bu  nəzəriyyəni  əsas  götürürdülər.  Vulqar 

sosioloqlar  o  fikirdə  idilər  ki,  Şekspirin  adı  ilə  tanınan  əsərlərdə 

zadəganların həyat mövqeyi tərənnüm edilir, buna görə də bu əsərləri 

sadə  bir ailədən  çıxmış  adam  deyil,  məhz  zadəgan  yaza  bilərdi.  Belə 

bir  fikir  də  söyləyirdilər  ki,  guya,  K.Marlo  öldürülməmiş,  Avropa 

ölkələrində  yaşayıb  pyeslər  yazırmış.  Aktyor  Şekspirin  müəllifliyinə 

şübhə  edənlərin  de  əksəriyyəti  o  dövrün  xüsusiyyətlərini  bilməyən 

jurnalistlər, hüquqşünaslar, istefaya çıxmış siyasət- pərəstlər idi. Qeyd 

etmək lazımdır ki, Şekspiri danmaq istəyənlər çoxaldıqca onun dövrü, 

yaradıcılığı  daha  dərindən  öyrənilmiş,  bu  da  Şekspir  yaradıcılığının 

çoxcəhətliliyini, şəxsiyyətini dəqiq öyrənməyə kömək etmişdir. 

A.Smimov, M.Morozov, A.Anikst, M. və D.Umovlar kimi bir çox 

görkəmli  rus  alimləri,  Azərbaycanda  isə  M.Rəfili,  Ə.Sultanlı, 

C.Cəfərov,  Ə.Ağayev  kimi  mahir  tədqiqatçılar  Şekspirin  yaradıcılığı 

haqqında maraqlı və orijinal fikirlər söyləmişlər. 

Tədqiqatçılar  Şekspir  yaradıcılığım,  əsasən,  üç  dövrə  bölürlər. 

Yaradıcılığının  birinci  dövründə  (1591-1601)  o,  “Venera  və  Adonis”, 

“Lukresiya”  poemalarını,  sonetlərini,  “VIII  Henri”  pyesindən  başqa, 

bütün  tarixi  dramlarını,  “Tit  Andronik”,  “Romeo  və  Cülyetta”,  “Yuli 

Sezar” faciələrini, bu dövr üçün səciyyəvi olan şən və nikbin “Səhvlər 

komediyası”,  “Şıltaq  qızın  yumşalması”,  “İki  veronalı  əsilzadə”, 

“Məhəbbətin əbəs səyi”, “Yay gecəsində yuxu”, 




  1   2   3   4   5   6   7   8   9   ...   52


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə