Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin


  downloaded from KitabYurdu.org R o m e o



Yüklə 4.53 Mb.
Pdf просмотр
səhifə4/52
tarix10.06.2017
ölçüsü4.53 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   52

38 

downloaded from KitabYurdu.org



R o m e o .  

Bəli, hərfləri, həm də o dili Bilsəm

oxuyaram. 

N ö k ə r .  

Düz deyirsiniz, Sağlıqla qalın. 

(Getmək istəyir.) 

R o m e o .   Zarafat  edirdim.  Dayan,  oxuyum. 



(Kağızı  açıb  oxuyur.) 

“Senyor Martino qadını və qızları ilə; qraf Anselmo gözəl bacıları ilə; 

dul  ledi  Vitruvno;  senyor  Plaçensio  və  onun  sevgili  bacısı  qızlan; 

Merkusio və onun qardaşı Valentin; əmim Kapuletti, arvadı və qızlan 

ilə; gözəl bacım qızı Rozaüna; Liviya; senyor Valensio və onun əmisi 

oğlu Tibalt; Lusio və şən Yelena”. 



(Kağızı verir.)

 

Ən gözəl məclisdir, söz ola bilməz. 



Yaxşı, hara dəvət olunur bunlar? 

N ö k ə r .  Ora, yuxarıya. 

R o m e o .  Yəni haraya? 

N ö k ə r .  Bizim evimizə, şam yeməyinə. 

R o m e o .  De, kimin evinə? 

N ö k ə r .  Mənim ağamın. 

R o m e o .  

Ah, mən, doğrudan da, hər şeydən əvvəl 

Gərək bunu səndən soruşa idim. 

N ö k ə r .   Mən  özüm  bunu  sizə  sualsız-sorğusuz  deyə  bilərəm. 

Mənim ağam məşhur varlı-dövlətli Kapulettidir. Əgər sizin Montekki 

nəsli  ilə  qohumluğunuz  yoxdursa,  xahiş  edirəm, buyurun,  bir piyalə 

şərab nuş edin. Sağlıqla qalın! 

(Gedir.)

 

B e n v o l i o .  



Sənin qəlbən sevib məftun olduğun Gözəl 

Rozalinan şam eyləyəcək Veronanın 

məşhur gözəlləriylə Kapulettinin bu 

qonaqlığında. 

Sən də get oraya, ayıq gözlərlə Onu o 

güllərlə müqayisə et, 

Başına gələcək ağılın, huşun, 

Qarğa görünəcək sənin qu quşun. 



39 

downloaded from KitabYurdu.org



Uilyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

 

R o m e o .  



Ah, mömin gözlərim dönüksə, qardaş, 

Belə dəhşət olmaz bu təhqir kimi. 

Acı göz yaşlarım oda dönsün kaş, 

Qoy yansın gözlərim bir kafir kimi. 

Dünya yaranandan bu günə qədər Elə 

bir gözəli görməyib bəşər. 

B e n v o l i o .  

Onu sən görmüsən həmişə yalqız, 

Yanında olmayıb başqa gözəl qız. 

Büllur tərəzidir gözümüz bizim, 

Gözəllik çəkirik hər vaxt, əzizim. 

Hər iki gözündə o durub ancaq, 

Gəl, biz bir gözünə başqa gül qoyaq. 

Gün kimi nur saçan o nadir gövhər O 

gülün yanında adi görünər. 

R o m e o .  

Gedərəm, özgə qız mənə nədir, nə?! 

Yalnız baxmaq üçün onun hüsnünə. 



Gedirlər. 

ÜÇÜNCÜ SƏHNƏ

 

Kapulettinin evində bir otaq. 

Ledi Kapuletti ilə dayə gəlirlər. 

L e d i   K a p u l e t t i .  Dayə, qızım hanı? Çağır yanıma. 

D a y ə .  

And olsun on iki yaşımda ikən 

İtirdiyim qızlıq bəkarətimə, 

Mən onu çağırdım. Ey körpə quzum, 

Mənim tovuz quşum, ay qız Cülyetta! 

Allah, özün saxla, bu qız hardadır? 



Cülyetta daxil olur. 

40 

downloaded from KitabYurdu.org



C ü l y e t t a .  Gəldim, nə var belə? 

D a y ə .  Anan çağırır. 

C ü l y e t t a .  Anacan, burdayam, nədir sözünüz? 

L e d i   K a p u l e t t i .  

Fikrimiz budur ki... Dayə, indi get, 

Sən məni qızımla bir az tək burax. 

Bizim danışmalı bir sirrimiz var. 

Yox, dayan, qulaq as, sən ki qızımı Yaxşı 

tanıyırsan körpəliyindən. 

D a y ə .  

Doğrudur, mən onun yaşını sizə Danışa 

bilərəm saatbasaat. 

L e d i   K a p u l e t t i .  Hələ on dörd yaşı tamam olmayıb. 

D a y ə .  

Mərc gələrdim mən öz on dörd dişimdən, 

Heyif ki, ağzımda on dörd diş qalır, 

Hələ on dörd yaşı tamam olmayıb. 

Məhsul bayramına nə qalır, xanım? 

L e d i   K a p u l e t t i .  Düz iki həftədən bir azca artıq. 

D a y ə .  

Ya artıq, ya əskik - nə fərqi vardır. 

Məhsul bayramının əvvəllərində Onun on 

dörd yaşı tamam olacaq. Susanna onunla 

həmyaşıd idi. 

Allah rəhmət etsin təkcə balama, 

Onu Allah aldı mənim əlimdən. 

Gözlərimin ağı-qarası idi. 

Xanım, mən deyəndir, bayramqabağı 

Onun on dörd yaşı tamam olacaq. 

Yaxşı yadımdadır, inanın mənə. 

Bu gün zəlzələdən on bir il keçir. 

Zəlzələ olanda Cülyettanı mən Döşümdən 

kəsmişdim, unutmaram heç O günü 

qiyamət gününə qədər. 

Döşümün ucuna yovşan sürtmüşdüm, 

Göyərçin damının yanında rahat Əyləşib, 

özümü günə verirdim. 

41 

downloaded from KitabYurdu.org



Uılyam Şclıspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Mantuyadaydınız onda ağamla. 

Görürsünüz, necə yaddaşım vardır, 

Məməni ağzına alantək uşaq 

Hiss etdi yovşanın acılığını. 

Döşümü buraxdı, yana dartındı, 

Yamanca turşutdu ağız-burnunu. 

Bu vaxt silkələndi göyərçin damı, 

Mə əmrə, nə hökmə yoxdu ehtiyac, 

Yerimdən sıçrayıb qaçdım kənara. 

O vaxtdan indiyə on bir il keçir. 

Onda ayaq üstdə dururdu körpə, 

Yox a, nə deyirəm, xaça and olsun, 

Onda qaçırdı o, yan basa-basa, 

Bir gün bundan qabaq yıxılmışdı bərk, 

Alnı yerə dəyib yaralanmışdı. 

Zarafatcıl idi rəhmətlik ərim

Allah şad eləsin onun ruhunu, 

Qızı qucağına götürüb dedi: 

“İndi yıxılırsan sən üzü üstə, 

Elə ki, böyüdün, a qəşəng qızım, 

Onda dalı üstə yıxılacaqsan. 

Elədirmi, Cüli?” Bu canım haqqı, 

Qızcığaz səsini kəsib, “hə” dedi. 

Zarafat necə də düşür yerinə! 

Min il yaşasam da, çıxmaz yadımdan, 

“Elədirmi, Cüli?” - dedi rəhmətlik, 

Daha ağlamayıb, o da “hə” dedi. 

L e d i   K a p u l l e t i . D i  qurtar söhbəti, bəsdir bu haqda. 

D a y ə .  

Yaxşı, xanım. Ancaq yada düşəndə 

Saxlaya bilmirəm gülməyimi mən. 

Möhkəm zədələnib şişmişdi alnı, 

Olmuşdu beçənin pipiyi boyda 

CJşaq acı-acı sızıldayırdı. 

“Bəli, qızım, - dedi rəhmətlik ərim, - 

İndi yıxılırsan sən üzü üstə, 

Elə ki, böyüdün, kamala doldun, 

 

42 

downloaded from KitabYurdu.org



Onda dalı üstə yıxılacaqsan. 

Elədirmi, Cüli?” Ağlamadı qız, 

İşə bax, səsini kəsib, “hə” dedi. C ü l y e t t a .  

Sən də səsini kəs, rica edirəm. 

D a y ə .  

Daha danışmaram. Qoy tanrı özü Səni 

pənahında saxlasın, qızım. 

Mənim böyütdüyüm gül balaların Ən gözəli 

sənsən. Arzum tək budur: Yaşayıb 

görəydim sənin toyunu. 

L e d i   K a p u l l e t i .  

Toy dedin, hə, elə Cülyetta, qızım, 

Gəlmişəm toy haqda danışım mən də. 

Bir de, ərə getmək istəyirsənmi? 

C ü l y e t t a .  Bu şərəf barədə düşünməmişəm. 

D a y ə .  

Sən şərəf söylədin! Ay bərəkallah, 

Heyif, süd ananam, yoxsa deyərdim, 

Ananın döşündən ağıl əmmisən. 

L e d i   K a p u l e t t i .  

Di indi fikirləş. Veronada, bax, 

Səndən gənc xanımlar artıq anadır. 

Sən yaşda mən səni çoxdan doğmuşdum. 

Sözü qısa deyim, bilirsən, qızım, 

Cəsur, igid Paris səni istəyir. 

D a y ə .  

Xanım qız, xanım qız, oğlan, nə oğlan! 

Yoxdur belə oğlan bütün dünyada. 

Elə bil, heykəldir, mumdan tökülüb. 

L e d i   K a p u l e t t i .  Görməyib Verona belə bir çiçək. D a y ə .  

Doğrudan, çiçəkdir, lap xalis çiçək. 

L e d i   K a p u l e t t i .  

De görüm, xoşuna gəlirmi qraf? 

Bu axşam olacaq ziyafətdə o. 

Gözəl bir kitabdır o gözəl insan, 

Gözəllik qələmi zinət vuranda Ondan 

qüdrətini əsirgəməyib. 

43 

downloaded from KitabYurdu.org



Uilyam 

Şckspir

 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Oxu bu kitabı, sən tap birbəbir, 

Qəşəng yazılann mənası nədir?! 

İncə cizgilərin öyrən sirrini

Necə tamamlayır biri-birini. 

Bir məna, bir hikmət olmasa aşkar, 

Onun cavabını gözlərdə axtar. 

Bu sevgi kitabı - təzə bir çələng, 

Qiymətli kitaba qəşəng cild gərək. 

Gözəldir gül bağda, balıq ümmanda, 

Zahir də, batin də qəşəng olanda. 

Nadir kitablann qızıl sözləri Qızıl 

naxışlarla oxşar gözləri. 

Qraf da hüsnünlə qəşəng görünər, 

Bundan kiçilməzsən sən zərrə qədər. 

D a y ə .  

Kiçilmək, yox bir a, böyümək, əşşi, 

Hə, canım, qadını kökəldir kişi. 

L e d i   K a p u l e t t i .  Kəsə de, könlünə yatırmı qraf? C ü l y e t t a .  

Nə deyim, mənimçün çətindir cavab. 

Sevgi yaranırsa, xoş baxış ilə, 

Mən ona baxaram nəvaziş ilə. 

Fəqət, əmrinizin çərçivəsindən Kənara 

çıxmaram bir addım da mən. 



Xidmətçi daxil olur. 

X i d m ə t ç i .   Xanım,  qonaqlar  gəldilər.  Yemək  verildi.  Sizi  çağı-

rırlar. Hamı kiçik xanımı soruşur. Mətbəxdə dayənin qarasınca söyüb 

rüsvay edirlər. Hər şey son dərəcə alt-üst olub. Mən gedib qonaqlara 

qulluq etməliyəm. Buyurun, bu saat gəlin. 

ÇXidmətçi gedir.)

 

L e d i   K a p u l e t t i .  Gəlirik. Cülyetta, qraf gözləyir. 



D a y ə .  

Get, qızım, bəxtini gözlətmə əbəs, 

Bu xoşbəxt günlərə xoşbəxt gecə gəz. 

Gedirlər. 

 

44 

downloaded from KitabYurdu.org


DÖRDÜNCÜ SƏHNƏ

 

Küçə. 

Romeo, Merkusio, Benvolio beş, ya altı nefer üzü maskalı, 

əli məşəlli adamla və başqaları ilə birlikdə gəlirlər. 

R o m e o .  

Necə? Təmtəraqlı nitqmi söyləyək, 

Yoxsa daxil olaq dinməz-söyləməz? B e n v o l i o .  

Belə uzunçuluq indi dəb deyil. 

Gözlərində qalın yun şal sarğısı, 

Əllərində nazik, ensiz taxtadan 

Düzəlmiş rəngbərəng tatar kamanı, 

Qarğaları qovan uyuqlar kimi, 

Qəşəng xanımları qorxuya salan 

Kupidona yoxdur ehtiyacımız. 

Yerdən suflyorun köməyi ilə Səhnədə 

birtəhər şeir söyləyən Aktyor da bizə 

gərək deyil heç. 

Nə hesab edirlər etsinlər bizi

Bir azca rəqs edib, çıxıb gedərik. 

R o m e o .  

Mənə məşəl verin, rəqs bacarmaram. 

Könlümdə qaranlıq tutqunlaşsa da, Sizə nurlu məşəl 

tuta bilərəm. M e r k u s i o .  

Yox, dostum, bizimlə oynamalısan. 

R o m e o .  

Mən yox, mümkün deyil, inanın mənə. 

Sizin başmağınız yüngüldür, fəqət Mənim ürəyimdə 

dərd qurğuşundur. Tərpənib durmağa qoymur 

yerimdən. M e r k u s i o .  

Axı, sən aşiqsən. Eşq tanrısından 

Yerdən uçmaq üçün bir cüt qanad al. 



45 

downloaded from KitabYurdu.org



Uilyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

 

R o m e o .  



Məhəbbət tanrısı öz oxu ilə 

Məni elə ağır yaralayıb ki, 

Yüngül qanadları saxlamaz məni. 

Eşq yükü altında çöküb qalmışam. 

M e r k u s i o .  

Gözlə ha, yıxılıb eşqi əzərsən, Bu zərif şey 

dözməz bu ağırlığa. 

R o m e o .  

Məgər eşq zərifdir? Yox, yox, düz deyil. 

Çox kobud, çox qaba, çox qudurğandır, Cİrəyə sancılır 

bir tikan kimi. M e r k u s i o .  

Əgər eşq kobudsa, sən də kobud ol, O 

səni sancanda, sən də sanc onu. Cİzümü 

gizlədim, mənə maska ver. 



(Maskam taxır.) 

Bu da belə, maska maska üstündən. Kim 

məni eybəcər sayırsa saysın, Qoy mənim 

yerimə maska qızarsın. 

B e n v o l i o .  

Di gəl, qapını döy, keçək içəri, 

Elə girən kimi rəqsə başlayaq. 

R o m e o .  

Məşəli mənə ver, qoy qayğısızlar Hissiz 

qamışlan ayaqlasınlar. 

Mən şam tutacağam, atalar demiş, Oyuna 

baxacam tamaşaçıtək. Əylənmək 

gözəldir, ancaq kədərdən Lap əldən 

düşmüşəm. 

M e r k u s i o .  

Polislər demiş, 

Hə, siçan tələyə düşüb, nəhayət. 

Sən düşsən məhəbbət bataqlığına, Bu 

ifadə üçün bağışla məni, Qulaqlannadək 

batsan palçığa. 



46 

downloaded from KitabYurdu.org



Çıxarda bilərik səni, əzizim. 

Cəld ol, biz ki gündüz şam yandırınq. 

R o m e o .  Yox, niyə? Yox, niyə? 

M e r k u s i o .  

Vaxt keçir artıq. 

Burda hədər yerə yubanmaqla biz, Çıraq 

yandırırıq, elə bil, gündüz. 

Eşit məsləhəti, qəmin yox olar, 

Beş başda beş dəfə ağıl çox olar. 

R o m e o .  

Maskarad, bu yaxşı düşünülmüşdür, 

Fəqət ora getmək ağılsız işdir. M e r k u s i o .  Agah et, 

nə üçün? 

R o m e o .  

Düzü, bu gecə Bir yuxu görmüşəm. 

M e r k u s i o .   M ə n   d ə .  

R o m e o .  Nə, necə? 

M e r k u s i o .   Gördüm,  yalan  deyir  yuxu  görənlər. 

R o m e o .   Yuxum  yanlış  olmur  heç  zərrə  qədər. 

M e r k u s i o .  

Oh! Belə de, belə, mən gördüm onda 

Məlikə Meb durub sənin yanında. R o m e o .  Məlikə 

Meb! Yaxşı, kimdir o elə? M e r k u s i o .  

Bütün pərilərin mamaçasıdır. 

Merlərin şəhadət barmağındakı Cİzüyün 

qaşında yanan əqiqdən Boyca böyük 

deyil. Məlikə hər vaxt Kiçik mığmığalar 

qoşulmuş kiçik Faytonunda rahat gəzib-

dolaşır Yatan insanlann burunlannda. 

Düzəlib faytonun incə, upuzun Oxları - 

hörümçək ayaqlarından, 

Cİstü - cırcırama qanadlarından, 

Xamutu - nur saçan şeh damcısından, 

Qamçısı - yüngülcə sübh dumanından. 



47 

downloaded from KitabYurdu.org



Uilyam Şolıspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Çəyirtkə sümüyü cilovlandır, 

Hörümçək torusa yan qayışları. 

Gözləri yuxulu tənbəl qızların 

Dırnaqları altda törəyən, artan Balaca 

qurdlardan xeyli balaca Boz çuxalı 

hünü sürür faytonu. Pərilərin mahir 

karet ustası Ya o dülgər dələ, ya qoca 

böcək. Faytonu düzəldib qoz 

qabığından. Gecələr məlikə bu cah-

calalla Çapır faytonunu, çapır 

dördnala, Keçir aşiqlərin 

beyinlərindən, 

Onlar sevişirlər yuxularında. 

Ötür əyanların dizləri üstdən, 

Onlar da yuxuda təzim görürlər. 

Dəyir hakimlərin barmaqlanna

Onlar da yuxuda rüşvət alırlar. 

Keçir xanımların dodaqlarından, 

Xanımlar məst olur odlu öpüşdən, 

Dadlı konfetlərə hərislik üstdə Onlara 

məlikə hirslənir tez-tez, 

Örtür sızanaqla əndamlarını. 

Əyanın bumuna dırmaşan kimi, 

Ədavət iyindən sevinir əyan. 

Donuz quyruğundan bir tük qoparıb, 

Keşişin burnunu qıdıqlayanda Artıq 

qazanc görür keşiş röyada. Əsgərin 

boynuna çıxır arabir, 

O da röyasında kəsilmiş başlar, 

İspan qılıncları, qanlı döyüşlər, 

Dərinliyi beş fut qədəhlər görür, 

Gəlir qulağına şeypur səsləri, 

Yuxudan dik qalxır qorxu içində, 

Bir dua oxuyub yatır təzədən. 

Həmin bu məlikə gecə atların Yalını 

hörərək düyünlər salır. 

Adamın saçını keçəlləşdirir, 

 

48 

downloaded from KitabYurdu.org



Açan tapılarsa bunları əgər, 

O saat baş verir böyük fəlakət. 

Qızlar uzananda arxası üstə, 

Həmin bu əcinnə öyrədir necə Hamilə 

qalmağı, uşaq doğmağı. Həmin bu 

Meb... 


R o m e o .  

Sus, sus, Merkusio, sus! 

Elə danışırsan boş-boş şeylərdən. 

M e r k u s i o .  

Düzdür, yuxulardan danışıram mən, 

Onlar meyvəsidir boş xəyalların, 

Həmişə havatək etibarsızdır, 

Həmişə yel kimi üzüdönükdür: 

Elə bir yel kimi hərdən şəfqətlə 

Oxşayır şimalın buzlu köksünü, 

Hərdən də nifrətlə kükrəyir, coşur, 

Can atır sinəsi şehli cənuba. 

B e n v o l i o .  

Dediyin bu külək yaman əsir ha, 

Bizi özümüzdən uzaqlaşdırır. 

Yaman gecikirik şam yeməyinə. 

R o m e o .  

Qorxuram tez gedək. Qəlbimə damıb, 

Bəxtim ulduzlardan asılıb artıq. 

Duyuram, başlanır bu ziyafətdən Acı 

taleyimin qorxunc günləri. 

Hansı bir dəhşətli, müdhiş qüvvəsə 

Vaxtsız ölümümü yaxınlaşdırır. 

Qoy olsun, tükənsin mənfur həyatım, 

Tale sükanımı tutan o qüvvə Ömür 

yelkənimi aparsın mənim. Gedəyin, 

cənablar! 

B e n v o l i o .  Çal, təbili çal! 



Gedirlər. 

49 

downloaded from KitabYurdu.org



Uilyam Şehspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

BEŞİNCİ SƏHNƏ

 

Kapulettinin evində salon. 

Çalğıçılar gözləyirlər. Xidmətçilər gəlirlər. 

B i r i n c i   x i d m ə t ç i .   Bəs,  Anton  Potpən  hardadır?  Niyə  gəlib 

kömək eləmir? Heç olmasa, boşqablan aparardı, boşqabları yuyardı! 

İ k i n c i   x i d m ə t ç i .   İşin  hamısını  bir-iki  adamın  öhdəsinə 

buraxmaq yaxşı deyil, onlann əli natəmiz olanda bu çox pisdir. 

C İ ç ü n c ü   x i d m ə t ç i .   Stulları  aparın,  servantınyerini  dəyişin, 

gümüş  qablardan  ehtiyatlı  olun.  Sən,  əzizim,  mənə  bir  az  şəkər- 

çörəyi  saxla,  əgər  xətrimi  istəyirsənsə,  qapıçıya  tapşır,  qoy  o,  Susan- 

na Qrayndstonu, Nellini içəri buraxsın. Anton Potpən! 

ü ç ü n c ü   x i d m ə t ç i .  Nə var, burdayam, nə bağırırsan? 

B i r i n c i   x i d m ə t ç i .   Böyük  otaqda  səni  gözləyirlər,  səni  çağı-

rırlar, səni tələb edirlər, səni axtarırlar. 

ü ç ü n c ü   x i d m ə t ç i .  Bizim də bir canımız var da, balam. Eyni 

vaxtda həm burada, həm də orada ola bilmərik ki! 

İ k i n c i   x i d m ə t ç i .  Zirək olun, uşaqlar, zirək olan çox yaşayar, 

çox yaşayan çox qazanar. 



Gedirlər. 

Kapuletti, Cülyetta və başqa ev adamları daxil olurlar, 

qonaqları və maska taxıb gələnləri qarşılayırlar. 

K a p u l e t t i .  

Möhtərəm ağalar, xoş gəlmisiniz! 

Buyurun, ayağı qabarsız olan 

Xanımlar sizinlə rəqs eləsinlər. 

Hə, gözəl sənəmlər, indi görək kim 

Oynamaqdan boyun qaçıracaqdır? 

Kim ki, naz eləyib çəksə özünü, 

Demək, ayağında döyənəyi var. 

Necədir, hədəfə düzmü vurmuşam? 

Bir vaxtlar vardı ki, maska geyərək 

Qəşəng xanımların qulaqlarına Mən 

də şirin sözlər pıçıldayardım. 

Artıq keçdi, keçdi, keçdi o vaxtlar. 

downloaded from KitabYurdu.org


Romeo, Merkusio, Benvolio və başqalan daxil olurlar. 

Siz xoş gəlmisiniz, dostlar, buyurun. 

Siz də, çalğıçılar, başlayın görək. 

Yol verin, yol verin, qızlar oynasın. 



Musiqi. Qonaqlar rəqs edirlər. 

İşığı artırın, ey xidmətçilər! 

Çəkin stulları tez bir kənara. 

Sobanı söndürün, yaman istidir. 

Kapuletti əmi, deyən, əyləncə 

Qəlbinizə yatır, yox, yox, əyləşin. 

Bizim rəqs eləmək vaxtımız keçib. 

İndi mənə deyin, sonuncu dəfə Biz 

maska taxmışıq neçə il əvvəl? Q o c a  

K a p u l e t t i .  Mənə elə gəlir, otuz il olar. 

K a p u l e t t i .  

Necə? Ola bilməz! O qədər olmaz. 

O vaxt toyu idi Luçensionun. 

Biz də maska geyib, rəqs elədik ha, 

Ondan keçər ancaq iyirmi beş il. 

Q o c a   K a p u l e t t i .  

Çox olar, çox olar, Luçensionun Oğlu 

çox böyükdür, otuz yaşı var. K a p u l e t t i .  

Yox a, nə deyirsiz, onun oğlu ki, 

Ondan aynlalı ikicə ildir. 

R o m e o .  

O gənci hüsnüylə nura qərq edən O 

ayüzlü kimdir? 

X i d m ə t ç i .  Bilmirəm, cənab. 

R o m e o .  

Günəşdir o parlaq işıq, bəlkə də, 

Bütün məşəlləri qoyub kölgədə. 

Odur bu gecənin ürək sevinci, 

Zənci qulağında ən nadir inci. 

Qızlann içində durur o çiçək 



51 

downloaded from KitabYurdu.org



Uilyam Şehspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

iS 

T i b a l t .  

Qarğalar içində ağ göyərçintək. 

Necə ki, rəqs bitib, yetməyib sona. 

Mən kirpik çalmadan baxacam ona. 

Onun əllərinə azca toxunmaq - Ən 

böyük səadət tək budur ancaq. Könlüm 

sevibdirmi indiyə qədər? Gözüm 

gözəlliyi görübmü məgər? 

Yox, yox, bilməmişəm heç zaman bunu 

Əsl gözəlliyin nə olduğunu. 

Səsindən bilinir o Montekkidir. 

Gətir qılıncımı, oğlan. Bu nədir? 

Əclaf maska taxıb, cürət eyləyib, 

Gəlib lağa qoysun şənliyimizi? 

And olsun nəslimin şərəfinə, bil, 

Onu murdar etmək heç günah deyil. 

K a p u l e t t i . N ə  üçün, əzizim, belə coşmusan? 

T i b a l t .  

Montekki burdadır, o alçaq, nadan 

Acıqca bu axşam gəlib ki bizə, 

İstehza eyləsin şənliyimizə. 

K a p u l e t t i . B u  gənc Romeodur? 

T i b a l t .  Bu rəzil odur. 

K a p u l e t t i .  

Sakit ol, onunla işin olmasın. 

T i b a l t .  

Aparır özünü nəcib, təmkinli. Doğrusu, 

tanınır Veronada o Namuslu, qeyrətli bir 

cavan kimi. Dünyanın varını versələr 

mənə, Evimdə mən onu təhqir etmərəm. 

Sən də səbirli ol, gəl, fikir vermə. Hörmət 

edirsənsə, mənim arzuma, Cİzünü gülər 

tut, qaş-qabaq tökmə, Qaş-qabaq 

yaraşmır qonaqlığa heç. 

Əclaf qonaq gəlsə, bəs yaraşarmı? Mən 

dözə bilmərəm bu arsızlığa. 

downloaded from KitabYurdu.org



K a p u l e t t i .  

Dözərsən, mən səni məcbur edərəm. 

Deyirəm dözərsən, sus, harın uşaq! Bu 

evin sahibi mənəm, yoxsa sən? Bu 

dözə bilməyir! Allah, sən saxla! 

Bu indi şənlikdə dava salacaq. 

Burda xoruzlanmaq istəyirsən, hə? 

Burda kişi yalnız bir sənsən indi? 

T i b a 11. Əmi, axı, bu ki, rüsvayçılıqdır. 

K a p u l e t t i .  

Çəkil get, çəkil get, davakar uşaq, 

Qabalıq adama ziyan gətirər. 

Hələ bir mənə də ağıl verirsən?! 

Ayıbdır, özünü ədəbli apar - İşıq ver, 

gur işıq! - Sakit ol, yoxsa Sakit 

eyləyərəm səni mən özüm. 

Bu nədir, nə olub? Şənlənin, dostlar! 

T i b a l t .  

Səbirlə qəzəbim sönməyir mənim, 

Gedirəm, titrəyir bütün bədənim. 

Onun bu gəlişi indi xoşsa da, 

Ən acı fəlakət açar dünyada. 





Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   52


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə