Azərbaycan Respublikasının
Qeyri Hökümət təşkilatlarına
Azərbaycan Həkimlər Assosiyasiyasının (AHA)
MÜRACİƏTİ
HÖRMƏTLİ HƏMVƏTƏNLƏRİMİZ VƏ HƏMKARLARIMIZ
Azərbaycan Respublikasında son illər sağlamıq sisteminin prioritet sahəyə çevrilməsi, səhiyyənin maliyyələşdirilməsinin dəfələrlə artırılması, maddi-texniki təczihatın yaxşılaşdırılması təbii olaraq bizi sevindirməyə bilməz.
Bununla yanaşı ,tibb işçilərinin səmərəli fəaliyyəti, səhiyyə xidmətləri və tibbi yardımın keyfiyyətinin yaxşılaşdırılmasında xüsusi rol oynayan tibb kadrlarının professionallığı, tibbi etika, deontologiya ,tibbi hüquq və mənəvi- psixoloji amillərin vəziyyətində ciddi çatışmazlıqlar qalmaqdadır .
Respublikanın ali və orta tibb təhsili ocaqlarında , həmçinin səhiyyə orqanları və müəssisələrində qeyd olunan problemlərin həlli çətin olduğundan və müxtəlif səbəblərdən ləngiyir.Nəticədə tibb kollektivlərində mənəvi-psixoloji mühit və pasient (xəstə)- təbib münasibətləri pozulur , səhiyyə xidmətləri və tibbi yardımın keyfiyyəti, səviyyəsi, mədəniyyəti azalır.
Həkimlik peşəsinin nüfuzdan düşməsi tibb işçilərinin mənəvi və maddi sarsıntılarına, xəstələrin isə əziyyətlərinin artmasına səbəb olur. Hazırda həkimlərin ən az maaş alaması acınacaqlı faktdır.
Azərbaycan Həkimlər Assosiasiyası (AHA) qeyd olunan problemlərin həllinə yardım məqsədi ilə Azərbaycan Respublikasının “Həkimlik peşəsinin əsasları haqqında” Qanun (Azərbaycan Respublikasının Həkimlik Məcəlləsi) layihəsini hazırlayaraq tibb işçilərin, pasiyentlərin və Respublika ictimaiyyətinin müzakirəsinə 02.02.2009-cu il tarixində çıxarmışdır.
AHA-tərəfindən hazırlanmış Azərbaycan Respublikasının Həkimlik Məcəlləsinin layihəsi tibb işçilərinin fəaliyyətini tənzimləyən aşağıdakı əsaslar və qaydalardan ibarətdir: həkimlərin cəmiyyətdə rolu, sosial vəziyyəti , məsuliyyəti, peşə toxunulmazlığı, tibb işçilərinin davranışı, bir-biri , pasiyentlərlə (xəstələrlə) və onların qohumları ilə münasibətləri, pasiyentlərin əsas hüquqları, tibbi yardım və xidmətlərin təhlükəsizliyi,tibbi işçiləri və təşkilatların pasiyentlərə vurduğu ziyana görə mülki-hüquqi məsuliyyət yaradan əsaslar və s.
Assosiyasiyasının rəsmi WWW.ahaqht.org saytında yerləşdirilmişdir. Müzakirələr nəticəsində layihə xeyli təkmilləşdirilmiş, Respublika daxilində və Beynəlxalq aləmdə rəğbətlə qarşılanmışdır.
Azərbaycan Respublikasının Onbusmanı tərəfindən bu qanun layihəsinin vacibliyi vurğulanmış və yüksək qiymət verilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində də layihəyə baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindəndə müvafiq cavab alınmışdır. Tibb işçiləri tərəfindən layihəyə dəstək üçün imza toplama kompaniyası başlanmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinə görə 40 min imza toplamış vətəndaşlara qanunvericilik təşəbbüsü verilir. Bu konstitusiyon hüquqlarınızdan istifadə ederək Azərbaycan Respublikasının Həkimlik Məcəlləsinin layihəsini dəstəkləməklə Milli Məclisə təqdim olunmasında iştirak edə bilərsiniz. Bu məqsədlə ad, atasının adı, soyadı, ünvanı, şəxsiyyət vəsiqəsinin nömrəsi göstərilmiş vərəqləri imzalamaqla dəstək verməyinizi rica edirik. Toplanılmış imza vərəqələrini Bakı şəhəri 1065 Q.Şərq küçəsi, 6/6 ünvanına göndərə və yaxud AHA-nın yerli nümayəndələrinə təqdim edə bilərsiniz.
Sağlamlığın ən dəyərli nemət olduğunu nəzərə alaraq bu qanunvericlik aktının qəbulu vəzifəsindən asılı olmayaraq hər kəsə , o cümlədən ən şərəfli peşənin nümayəndələrinə – hər bir insanın və xalqın sağlamlığının keşiyində duran tibb işçilərinin səmərəli fəaliyyət göstərmələri üçün çox vacibdir.
Bu mühüm missiyanın həyata keçirilməsində bizə informasiya dəstəyi verməyinizi rica edirik.
Dərin hörmət və böyük ümidlə,
Doctor Qalib Əliyev
Azərbaycan Həkimlər Assosiyasiyasının Prezidenti
14.06.10-cu il
Dostları ilə paylaş: |