Azərbaycan Respublikasının Şimal Və Şimali-Qərb Bölgələrinin Əhalisi Arasında Sidik Daşı Xəstəliyinin Epidemioloji Risk Faktorları Üzrə Təhlilinin Yekun Nəticələri



Yüklə 122.14 Kb.
PDF просмотр
tarix14.01.2017
ölçüsü122.14 Kb.

AMEA-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 70, №3, səh. 60-65 (2015)

 

60 



Azərbaycan Respublikasının Şimal Və Şimali-Qərb Bölgələrinin Əhalisi 

Arasında Sidik Daşı Xəstəliyinin Epidemioloji Risk Faktorları Üzrə Təhlilinin 

Yekun Nəticələri 

 

S.B. İmamverdiyev, R.T. Hüseynzadə* 

 

Azərbaycan Tibb Universiteti, Bakıxanov küçəsi, 23, Bakı AZ1022, Azərbaycan; 

*E-mail: rafiq19031980@mail.ru 

 

Sidik daşı  xəstəliyinin (SDX) epidemioloji risk faktorları dedikdə, xəstələrin cinsi, yaşı, boyu, çəkisi, 



bədən kütlə indeksi (BKİ), qan qrupu, peşəsi və.s. başa düşülür. Tədqiqat işi Azərbaycan Tibb 

Universitetinin urologiya kafedrasının akademik M.Mirqasımov adına Respublika Kliniki Xəstəxana-

sının nəzdində olan bazası və Azərbaycan Respublikası Şimal və Şimali-Qərb coğrafi zonalarına daxil 

olan rayonların mərkəzi xəstəxanalarının bazaları  əsasında aparılmışdır. Kliniki müşahidənin pred-

metini 2007-2011-ci ilər ərzində SDX diaqnozu əsasında müayinə və müalicə aparılmış xəstələr təşkil 

edir. Ümumilikdə, 2305 xəstə  tədqiq edilmişdir ki, onların 1505-i kişi (65,29±0,99%), 800 nəfəri 

(34,71±0,99%) isə qadın olmuşdur.  χ

2

 =2305 və  p<0,001. Xəstələrdən 867-i (37,61±1,01%) şəhərdə, 

1438-i (62,39±1,01%) kənddə yaşayan əhali qrupuna daxildir. Xəstələrin cinsləri üzrə bölgüyə baxsaq, 

kişi cinsinə daxil olanlarının 565-i (37,54±1,25%) şəhərdə, 940-ı (62,46±1,25%) kənddə, qadın cinsinə 

daxil olanların isə 302-i (37,75±1,71%) şəhərdə, 498-i (62,25±1,71%) kənddə  məskunlaşan  əhali 

qrupuna aiddir. χ

2

 =0,01 və p>0,05. Tədqiqatımızın yekunu olaraq deyə bilərik ki, SDX olan xəstələrin 

cinsi, yaş səviyyəsi, bədən kütlə indeksi (BKİ), rezus faktoru və peşə fəaliyyəti ilə sidik daş yaranması 

arasında əlaqə baxımından yüksək dürüstlük təsdiq olunmuşdur. Bu da onu göstərir ki, epidemioloji 

risk faktorları ilə SDX-nin formalaşması arasında əlaqə mövcuddur.

 

 



Açar sözlər: Sidik daşı xəstəliyi, bədən kütlə indeksi, yaşı, cins 

 

 

GİRİŞ 

 

Sidik daşı xəstəliyi uroloji orqanlar sisteminin 



sidik çıxarıcı yolunda yaranan daş xəstəliyi və artıq 

miqdarda sidik duzlarının toplanması kimi başa 

düşülür. SDX sidik yolu infeksiyaları  və prostat 

xəstəliklərindən sonra üçüncü sırada yer alır (Ke-

tabchi et.al., 2005;  Shirazi et al., 2009).

 

Tədqiqatlar zamanı  SDX-nin cinslər üzrə mü-



şahidə  səviyyəsinin kişi/qadın nisbəti 2,2/1 olması 

müəyyən edilmişdir. Bu nisbət yuxarı uroloji sistem 

daş  xəstəliyində 2,06/1, aşağı uroloji sistem daş-

larında 2,07/1 təşkil etmişdir (Başar və ark., 1990). 

 

1995-ci ildə Yaponiyada aparılan araşdırma-



larda  əhalinin hər 100 min nəfərinə  nəzərən kişilər 

arasında 100,1, qadınlar arasında isə 55,4 SDX 

xəstəsi düşməsi göstərilmişdir (Straub et al., 2008). 

İtaliyada SDX ilə  xəstələnmə  səviyyəsi 2012-

ci ildə ümumən - 4,14%, kişilərdə - 4,53%, qadın-

larda isə 3,78% olaraq müəyyən edilmişdir. Eyni 

zamanda, insanların yaşı artdıqca, xüsusilə 65-74 

yaşları arasında daş yaranma ehtimalı da artır 

(Prezioso et al., 2014). Taylor və  əməkdaşlarının 

tədqiqatında göstərilir ki, ABŞ-da SDX-nin yaran-

ması üçün əsas risk faktorları artıq çəki və piy-

lənmədir. Həmçinin göstərilir ki, çəki, BKİ  və bel 

çevrəsi ölçüləri SDX yaranmasında mühüm rol 

oynayır (Taylor et al., 2005).  

Biz də öz tədqiqatlarımızda Azərbaycan Res-

publikasının  Şimal və  Şimali-Qərb bölgələrinin  

əhalisi arasında SDX-nin yaranması ilə bu xəstə-

liyin epidemioloji risk faktorları arasındakı əlaqənin 

öyrənilməsini qarşımıza məqsəd qoymuşuq.  

 

 



MATERİAL VƏ METODLAR  

 

Tədqiat işi Azərbaycan Tibb Universitetinin 

urologiya kafedrasının akademik M.Mirqasımov 

adına Respublika Kliniki Xəstəxanasının nəzdində 

olan bazası  və Azərbaycan Respublikası  Şimal 

(Quba-Xaçmaz coğrafi zonası: Quba, Qusar, Xaç-

maz, Siyəzən,  Şabran və Dağlıq  Şirvan coğrafi 

zonası:  Şamaxı,  İsmayıllı, Ağsu və Qobustan ra-

yonları) və  Şimali-Qərb (Şəki-Zaqatala coğrafi 

zonası:  Şəki, Zaqatala, Balakən, Qax, Oğuz və 

Qəbələ rayonları) coğrafi zonalarına daxil olan ra-

yonların mərkəzi xəstəxanalarının bazaları əsasında 

aparılmışdır. 

Kliniki müşahidənin predmetini 2007-2011-ci 

ilər  ərzində SDX diaqnozu əsasında müayinə  və 

müalicə aparılmış xəstələr təşkil edir. Ümumi olaraq,  

2305 xəstə  tədqiq edilmişdir. Xəstələrin 1505-i kişi 

(65,29±0,99%), 800-ü isə (34,71±0,99%) qadın 

olmuşdur: 

2



=2305 və p<0,001. 

Azərbaycan Respublikasının Şimal Və Şimali-Qərb 

61 


Xəstələrdən 867-i (37,61±1,01%) şəhərdə, 

1438-i (62,39±1,01%) isə  kənddə yaşayan  əhali 

qrupuna daxildir. Xəstələrin cinslər üzrə bölgüsünə 

baxsaq, kişi cinsinə aid olanların 565-ni 

(37,54±1,25%)  şəhərdə, 940-nı (62,46±1,25%) 

kənddə, qadın cinsinə aid olanların isə 302-ni 

(37,75±1,71%)  şəhərdə, 498-ni (62,25±1,71%) 

kənddə  məskunlaşan  əhali qrupu təşkil edir. 

2

=0,01 və p>0,05. 



Ümumilikdə xəstələrin (2305 xəstə) stasionar-

da qalma müddəti 1-48 gün (12,59±0,17%) ara-

sında dəyişmişdir. Kişi xəstələrin (1505 xəstə) sta-

sionarda qalma müddəti də eyni ilə 1-48 gün 

(12,46±0,22%) intervalında olmuşdursa, qadın xəs-

tələrdə bu müddət 1-38 gün (12,85±0,27%) ara-

sında dəyişmişdir. 

Ümumi xəstə sayı üzrə müşahidə etdiyimiz 

xəstələrin yaş intervalı 1-90 (43,75±0,36%) yaş 

arasında olmuşdur. Bu göstərici kişi xəstələrdə 1-90 

(44,50±0,47%), qadın xəstələrdə isə 4-87 

(42,34±0,53%) yaş intervalında qeydə alınmışdır. 



BKİ= Bədən çəkisi (kq)/bədən hündürlüyü (m

2

Orta yaşlı insanlar üçün təsnifat:         

Zəif               <18,5   

 Normal        18,5-24,9            

Artıq çəkili   25,0-29,9 

I Sinif (birinci dərəcəli piylənmə)            30,0-34,9               

II Sinif (ikinci dərəcəli piylənmə)            35,0-39,9           

III Sinif (yüksək dərəcəli piylənmə)          >40,0 

Tədqiqatımızda işləmiş bütün hesblamalar 

SPSS-20 proqramında-Kraskela-Uollesa kriteri-yası 

əsasında həyata keçirilmişdir.                             

Tədqiqat işi Azərbaycan Tibb Universitetinin 

rəsmi icazəsi əsasında qeyd edilən rayonlarda həyata 

keçirilmiş,  əhalinin sayı  və  xəstələnmələr üzrə isti-

nad etdiyimiz statistik göstəricilər Azərbaycan Res-

publikası Dövlət Statistika Komitəsindən götürdüyü-

müz rəsmi məlumatlara əsaslanır.  

 

 



NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ  

 

SDX-nin epidemioloji risk faktorları üzrə təh-



lilinin nəticələri olaraq xəstələrin cinsi, yaşı, boyu, 

çəkisi, BKİ, qan qrupu, peşəsi və s. ilə asılılıqları 

öyrənilmişdir. Bu məqsədlə  hər bir epidemioloji 

risk faktoru ilə SDX-nin formalaşması arasındakı 

əlaqə sidik daşların mineral tərkibinə görə ayrı-

ayrılıqda təhlil edilmişdir. İlk öncə xəstələrin cins-

ləri və yaşı ilə SDX-nin yaranması arasındakı əlaqə 

öyrənilmişdir.  

Cins risk faktorunun təhlilinə baxsaq, oksalat 

mineral təkibli daşlardan (1059 xəstə) 719-u 

(67,89±1,43%) kişi, 340-ı 

qadın (32,11±1,43%), 

urat mineral tərkibli daşlardan (867 xəstə) 573-ü 

(66,09±1,61%) kişi, 294-ü qadın (33,91±1,61%), 

fosfat mineral tərkibli daşlardan (379 xəstə)  isə  

213-ü (56,20±2,55%) kişi, 166-ı 

(43,80±2,55%) 

qadın xəstələri olmuşdur. Mineral tərkib fərqinə görə 

daşların müşahidə  səviyyəsi arasındakı statistik dü-

rüstlük səviyyəsinə baxdıqda, urat-fosfat χ

11,07 


p<0,001, urat-oksalat χ

0,703 p>0,05, fosfat-okslat 



χ

16,74, p<0,001 nəticələri alınmışdır.  



Sidik daşlarının mineral tərkibinə görə tenden-

siyası, cinslər üzrə paylanma səviyyəsi və ən əsası 

xəstələrin cinsi ilə daşların yaranması arasındakı 

bağlılığa baxdıqda, statistik dürüstlük nəticəsi 

χ



17,224 p<0,000 olmuşdur. Beləliklə, Azərbay-



can Respublikasının  Şimal və  Şimali-Qərb bölgə-

lərinin əhalisinin ümumi sayı nəzərə alınmaqla de-

yə bilərik ki, bu zonalar üzrə ən çox oksalat və bir 

qədər az fərqlə urat tərkibli daşların yaranabilmə 

riski yüksəkdir. Eyni zamanda, cinslər üzrə kişi 

xəstələrdə sidik daşı olabilmə ehtimalı qadın 

xəstələrlə müqayisədə xeyli yüksəkdir. Bu mənada 

alınmış yüksək statistik dürüstlük nəticəsi göstərir 

ki,  Şimal və  Şimali-Qərb bölgələrinin  əhalisi ara-

sında SDX-nin yaranma riski onların cinslərindən 

asılıdır və xüsusilə oksalat tərkibli daşların ola-

bilmə ehtimalı daha yüksəkdir. 

SDX-nin formalaşmasında xəstələrin yaş  sə-



viyyələrinin yüksək risk təşkil etdiyi artıq elmə 

məlumdur. Bu məqsədlə biz də tədqiqat qrupumuza 

daxil olan b əhalisi arasında SDX ilə onların yaş 

səviyyələrinin risk əlaqəsinin olub-olmamasını öy-

rənmişik. Alınmış  nəticələr daşların mineral duz 

tərkibinə görə bölünmüş və təsviri aşağıdakı 1 saylı 

cədvəldə əyani şəkildə göstərilmişdir.  

Oksalat mineral tərkibli daşları olan xəstələrin 

minimum və maksimum yaşı 3-90 (42,77±0,52 

yaş), urat 1-87 (43,98±0,60yaş), fosfat isə 11-87 

(45,95±0,88 yaş) olmuşdur.  

Cədvəl 1-dən də göründüyü kimi, oksalat və 

urat mineral tərkibli daşlar xüsusilə 16-50 yaş qrup-

larında qeydə alınmışdır. Fosfat mineral tərkibli 

daşlar bir qədər də yüksək - 16-60 yaş qruplarında 

müşahidə edilmişdir. 

Sidik daşlarının mineral tərkibinə görə ten-

densiyası, yaşlar üzrə paylanma səviyyəsi və ən əsası, 

xəstələrin yaşı ilə sidik daşların yaranması arasındakı 

bağlılığa baxsaq, statistik dürüstlük nəticəsi χ

2

=10,953 


p<0,004 olaraq müəyyən edilmişdir. Buradan belə bir 

nəticə  çıxır ki, Şimal və  Şimal-Qərb bölgələrinin 

əhalisinin ümumi sayı  əsasında oksalat və urat 

mineral tərkibli daşların 16-50, fosfat daşlarının isə 

16-60 yaş qruplarında olabilmə ehtimalı daha 

yüksəkdir. Beləkilə, alınmış yüksək statistik dürüstlük 

nəticəsi göstərir ki, Azərbaycan Respublikasının 

Şimal və  Şimali-Qərb gölgələrinin  əhalisində SDX-

nin yaranması ilə onların yaşları arasında  əlaqə vardır 

və bu eyni zamnda daşların mineral tərkibinə  də öz 

təsirini göstərmiş olur. 

 


İmamverdiyev və Hüseynzadə 

62 


Cədvəl 1. Mineral duz tərkibinə görə SDX olan xəstələrin yaş bölgüsü 

Daşların 

mineral duz 

tərkibi 

Xəstələrin yaşı göstəricilərinə görə bölgüsü 





və p 

<15 16-30 31-40 41-50 51-60 61-70 >71 

Oksalat 

(n=1059) 

21 


1,98±0,43 

253 


23,89±1,31 

225 


21,25±1,26 

250 


23,61±1,30

143 


13,50±1,05 

81 


7,65±0,82 

86 


8,12±0,84  χ

6,792 p1>0,05



Urat



(n=867) 

20 


2,31±0,51 

200 


23,07±1,43 

161 


18,57±1,32 

189 


21,80±1,40

135 


15,57±1,23 

83 


9,57±1,00 

79 


9,11±0,98  χ

17,26 p2<0,01



Fosfat



(n=379) 

1,32±0,59 



77 

20,32±2,07 

65 

17,15±1,94 



83 

21,90±2,12

78 

20,58±2,08 



28 

7,39±1,34 

43 

11,35±1,63  χ



9,103 p1>0,05

 

Cədvəl 2. Mineral duz tərkibinə görə SDX olan xəstələrin boy, çəki və BKİ bölgüsü 

Daşların mineral 

duz tərkibi 

Xəstələrin bədən kütlə indeksi göstəricilərinə görə bölgüsü 

Boy hündürlüyü və 

bədən çəkisi 

<18,5 18,5-24,9 25-29,9 30-34,9 35-39,9  >40 

Boy 

Bədən 

çəkisi 

Oksalat 

(n=1059) 

25 


2,36±0,47 

272 


25,68±1,34 

484 


45,70±1,53 

223 


21,06±1,25 

52 


4,91±0,66 

0,28±0,16 



1059 

167,4±0,3 

1059 

77,0±0,4 



Urat

 

(n=867) 

23 


2,65±0,55 

274 


31,60±1,58 

361 


41,64±1,67 

155 


17,88±1,30 

49 


5,65±0,78 

0,58±0,26 



867 

166,1±0,3 

867 

74,5±0,5 



Fosfat

 

(n=379) 

2,37±0,78 



123 

32,45±2,40 

133 

35,09±2,45 



83 

21,90±2,12 

27 

7,12±1,32 



1,06±0,52 

379 

166,2±0,4 



379 

75,7±0,8 

 

 

SDX-nin risk faktorları arasında  ən mühüm-



lərindən biri olan BKİ-nin tədqiqinin statistik şərhi 

xüsusi  əhəmiyyət kəsb edir. Bu məqsədlə ilk öncə 

xəstələrin boy hündürlüyü və  bədən çəkisinin 

təhlilinin mühüm rolu vardır. Belə ki, BKİ in-

sanların boy və bədən çəkiləri əsasında hesablanır. 

SDX olan xəstlərdə boy, bədən çəkisi və BKİ 

nəticələrinin yekun statistik işlənmiş  nəticələri 

öyrənilmiş  və alınan nəticələr 2-saylı  cədvəldə 

əyani təsvir edilmişdir.  

SDX-nin risk fakrotlarından biri olan BKİ-nin 

hesablanma strukturunu xəstələrin boyu və  çəkisi 

təşkil etmişdir. Oksalat mineral tərkibli daşlarda 

ümumi xəstə sayına nəzərən  boy göstəricisi - 90-

186 sm, çəki göstəricisi - 18-130 kq intervalında 

qeydə alınmışdır. BKİ isə 15,3-46,1 kq/m

2

 



(27,43±0,14 kq/m

2

) intervalında olmuşdur. Urat 



mineral tərkibli daşlarda ümumi xəstə sayına 

nəzərən  boy göstəricisi - 70-186 sm, çəki göstə-

ricisi - 10,5-115 kq intervalında qeydə alınmışdırsa, 

BKİ - 15,3-41,3 kq/m

2

 (26,90±0,16 kq/m



2

) ol-


muşdur. Fosfat mineral tərkibli daşlarda ümumi 

xəstə sayına nəzərən  boy göstəricisi - 127-186 sm, 

çəki göstəricisi - 30-105 kq intervalında qeydə 

alınmışdırsa, BKİ - 17,2-41,0 kq/m

2

 (27,37±0,26 



kq/m

2

) olmuşdur.  



Sidik daşlarının duz tərkiblərinə görə müqa-

yisəli təhlili ilə statistik dürüstlük nəticələrinə bax-

saq, urat-fosfat mineral duz tərkibli daşlar arasında 

boy  χ


2

=0,19 p>0,05, çəki  χ

2

=1,327 p>0,05, BKİ 



χ

2

=6,996 p>0,05. Oksalat-urat  boy  χ



2

=2,966 


p<0,01, çəki  χ

2

=3,835 p<0,001, BKİ  χ



2

=11,79 


p<0,05.  Oksalat-fosfat boy χ

2

=2,228 p<0,05, çəki 



χ

2

=1,538 p>0,05, BKİ χ



2

=17,98 p<0,01. 

Oksalat və urat mineral duz tərkibli daşların 

formalaşmasında xəstələrin BKİ-nin rolunun olduğu 

yuxarıdakı cədvəldən də əyani görünür. Belə ki, hər 

iki halda da artıq bədən çəkili xəstə sayı  kəskin 

fərqlə üstünlük təşkil etmişdir. Lakin fosfat mineral 

duz tərkibli daşlarda artıq bədən çəkili xəstələrin sayı 

cüzi fərqlə digər BKİ qruplarından üstün olmuşdur. 

Ümumi olaraq belə bir nəticə ortaya çıxır ki, SDX 

olan xəstələrdə artıq bədən çəkisi olan xəstələr 

üstünlük təşkil etmişdir.  

Sidik daşlarının mineral tərkibinə görə 

tendensiyası, boy, bədən çəkisi və ən əsası BKİ üzrə 

paylanma səviyyəsi ilə daşların yaranması arasındakı 

bağlılığa baxsaq, statistik dürüstlük nəticəsi boy üzrə 

χ

2

=14,133 p<0,001, bədən çəkisi χ



2

=15,288 p<0,000, 

BKİ  χ

2

=7,885 p<0,019 olaraq müəyyən edilmişdir. 



Buradan belə bir nəticə ortaya çıxır ki, bu bölgələr 

üzrə oksalat, urat və fosfat mineral tərkibli daşları 

olan xəstələrdə artıq bədən çəkili olabilmə ehtimalı 

daha yüksəkdir. Beləkilə, alınmış yüksək statistik 

dürüstlük nəticəsi göstərir ki, Azərbaycan 

Respublikasının Şimal və Şimali-Qərb bölgələrinmin 

əhalisində SDX-nin yaranması ilə onların boyu, 

bədən çəkisi və ən əsası BKİ arasında  əlaqə vardır 

və bu eyni zamanda daşların mineral tərkibinə də öz 

təsirini göstərmiş olur. 

Müasir tibb elmində insanın qan qrupu və 

rezus faktoru ilə SDX-nin formalaşması arasında 

əlaqənin olub-olmaması haqda çoxsaylı elmi 

araşdırmalar aparılmışdır.  Əldə edilmiş  nəticələr 

çox fərqlənir. Insanın qan qrupu və rezus faktoru ilə 

SDX-nin yaranması arasındakı əlaqə ilə bağlı haqda 

tədqiqatlar aparılmış  və  əldə edilmiş  nəticələr 3 

saylı cədvəldə təsvir edilmişdir. 



Azərbaycan Respublikasının Şimal Və Şimali-Qərb 

63 


Cədvəl 3. Mineral duz tərkibi əsasında SDX olan xəstələrin qan qrupu və rezus faktoru üzrə bölgüsü 

Daşların mineral  

duz tərkibi 

Xəstələrin qan qrupu  göstəricilərinə görə bölgüsü 

Rezus faktoru göstəriciləri 

I II III IV 

Rh



Rh

-

Oksalat 

(n=1059) 

463 


43,72±1,52 

344 


32,48±1,44 

188 


17,75±1,17 

64 


6,04±0,73 

974 


91,97±0,83 

85 


8,03±0,83 

Urat

 

(n=867) 

366 


42,21±1,68 

270 


31,14±1,57 

172 


19,84±1,35 

59 


6,81±0,86 

788 


90,89±0,98 

79 


9,11±0,98 

Fosfat

 

(n=379) 

157 


41,42±2,53 

122 


32,19±2,40 

73 


19,26±2,03 

27 


7,12±1,32 

327 


86,28±1,77 

52 


13,72±1,77 

 

Cədvəl 4. Mineral duz tərkibinə əsasında SDX olan xəstələrin peşə fəaliyyəti üzrə bölgüsü 



Daşların mineral duz 

tərkibi 

Xəstələrin peşə fəaliyyətinə görə bölgüsü 

Fiziki  

Oturaq  

Tələbə/şagird 

İşləmir Təqaüdçü 

Əlil 

Oksalat 

(n=1059) 

153 


14,45±1,08 

280 


26,44±1,36 

67 


6,33±0,75 

379 


35,79±1,47 

150 


14,16±1,07 

30 


2,83±0,51 

Urat

 

(n=867) 

107 


12,34±1,12 

167 


19,26±1,34 

68 


7,84±0,91 

338 


38,99±1,66 

167 


19,26±1,34 

20 


2,31±0,51 

Fosfat

 

(n=379) 

37 


9,76±1,52 

96 


25,33±2,23 

19 


5,01±1,12 

136 


35,88±2,46 

81 


21,37±2,11 

10 


2,64±0,82 

 

Cədvəl 5. Mineral duz tərkibinə əsasında SDX olan xəstələrin sidiyinin ümumi analizinin bəzi tərkib hissələri üzrə 

bölgüsü. 

Daşların mineral 

duz tərkibi 

Xəstələrin sidiyinin ümumi analizinin bəzi tərkib hissələrinə görə bölgüsü 

Selik  

Bakteriya  

Maya göbələyi Duz 

 

Oksalat 

(n=1059) 

370 


35,00±1,47 

190 


19,81±1,29 

117 


11,05±0,96 

1059 


100,00±0,00 

Urat

 

(n=867) 

313 


36,23±1,64 

143 


17,65±1,34 

79 


9,11±0,98 

867 


100,00±0,00 

Fosfat

 

(n=379) 

183 


48,54±2,57 

127 


35,38±2,52 

84 


22,16±1,13 

379 


100,00±0,00 

 

Sidik daşlarının duz tərkiblərinə görə mü-



qayisəli təhlili ilə statistik dürüstlük nəticələrinə 

baxsaq, qan qrupu üzrə  urat-fosfat  χ

2

=0,215 


p>0,05,  oksalat-fosfat  χ

2

=1,214 p>0,05, okslat-



urat  χ

2

=2,063 p>0,05. Rezus üzrə  urat-fosfat 



χ

2

=5,953 p<0,05, oksalat-fosfat  χ



2

=10,5 p<0,01, 



okslat-urat χ

2

=0,721 p>0,05. 



Oksalat, urat və fosfat mineral duz tərkibli 

daşların formalaşmasında xəstələrin rezus fakto-

runun rolunun olması yuxarıdakı  cədvəldən də 

əyani görünür. Belə ki, hər üç halda da Rh

+

  xəstə 


sayı kəskin fərqlə üstünlük təşkil etmişdir. Ümumi 

olaraq belə bir nəticə demək olar ki, SDX olan 

xəstələrdə Rh

olanlar ciddi fərqlə üstünlük təşkil 



etmişdir.  

Sidik daşlarının mineral tərkibinə görə ten-

densiyası və rezus faktoru üzrə paylanma səviyyəsi 

ilə daşların yaranması arasında bağlılığa baxsaq, 

statistik dürüstlük nəticəsi χ2=10,760 p<0,05 olaraq 

müəyyən edilmişdir.  Əhalisinin ümumi sayı 

əsasında deyə bilərik ki, bu bölgələr üzrə oksalat, 

urat və fosfat mineral tərkibli daşları olan xəs-

tələrdə qanlarının  Rh

olabilmə ehtimalı daha yük-



səkdir. Beləliklə, alınmış yüksək statistik dürüstlük 

nəticəsi göstərir ki, Azərbaycan Respublikasının 

Şimal və Şimal-Qərb bölgələrinin əhalisində SDX-

nin yaranması ilə onların qanlarının rezus faktoru 

arasında  əlaqə vardır və bu eyni zamanda daşların 

mineral tərkibinə də öz təsirini göstərmiş olur.  

İnsanın peşə  fəaliyyətinin onun sağlamlığında 

müstəsna rolunun olması haqda tibb elmində çox-

saylı elmi tədqiqat işləri aparılmış  və müxtəlif 

nəticələr əldə edilmişdir. İnsanın peşə fəaliyyəti nö-

vünün SDX-nin yaranmasında mühüm rolu vardır. 

Əldə edilmiş  nəticələr müxtəlifliyi ilə seçilir. Bu 

baxımdan, Şimal və Şimal-Qərb bölgələrinin əhali-

sində SDX-nin yaranması ilə onların peşə  fəaliy-

yətinin  əlaqəliliyini araşdırmaq məqsədilə  tədqi-

qatlar aparılmış  və  əldə edilmiş  nəticələr 4 saylı 

cədvəldə əyani təsvir edilmişdir.  

Sidik daşlarının duz tərkiblərinə görə müqa-

yisəli təhlili ilə statistik dürüstlük nəticələrinə bax-

saq, urat-fosfat mineral duz tərkibli daşlar arasında 

χ

2

=10,52 p<0,05. Oksalat-urat  χ



2

=23,06 p<0,001. 



Oksalat-fosfat χ

2

=14,64 p<0,01.  



4 saylı  cədvəldən də göründüyü kimi, oksalat 

mineral tərkibli daşları olan xəstələrin arasında 

oturaq (280 xəstə: 26,44±1,36%) və işləməyən (379 

xəstə: 35,79±1,47%) qruplarında xəstə sayı 

digərləri ilə müqayisədə kəsin fərqlə üstünlük təşkil 

etmişdir. 

Urat mineral tərkibli daşları olan xəstələr ara-

sında oturaq (167 xəstə: 19,26±1,34%), təqaüdçü 

(167 xəstə: 19,26±1,34%) və işləməyən (338 xəstə: 


İmamverdiyev və Hüseynzadə 

64 


38,99±1,66%) qruplarda xəstə sayı digərləri ilə 

müqayisədə kəsin fərqlə üstünlük təşkil etmişdir. 

Fosfat mineral tərkibli daşları olan xəstələr 

arasında oturaq (96 xəstə: 25,33±2,23%), təqaüdçü 

(81 xəstə: 21,37±2,11%) və  işləməyən (136 xəstə: 

35,88±2,46%) qruplarda xəstə sayı digərləri ilə 

müqayisədə kəsin fərqlə üstünlük təşkil etmişdir. 

Oksalat, urat və fosfat mineral duz tərkibli 

daşların formalaşmasında xəstələrin peşəsinin 

rolunun olduğu cədvəl 4-dən  əyani görünür. Belə 

ki, hər üç halda zəif hərəki aktivlikli peşə ilə məş-

ğul olan xəstə sayı  kəskin fərqlə üstünlük təşkil 

etmişdir. Buradan da ümumi olaraq belə bir nəticə 

ortaya çıxır ki, SDX olan xəstələrdə az hərəkətli 

olan xəstələr üstünlük təşkil etmişdir. 

Sidik daşlarının mineral tərkibinə görə tenden-

siyası və peşə fəaliyyəti növü üzrə paylanma səviy-

yəsi ilə daşların yaranması arasındakı bağlılığa 

baxsaq, statistik dürüstlük nəticəsi  χ

2

=17,282 



p<0,000 olaraq müəyyən edilmişdir. Buradan belə 

bir nəticə ortaya çıxır ki, Azərbaycan Respubli-

kasında  Şimal və  Şimal-Qərb bölgələrinin  əhalisi-

nin ümumi sayı əsasında deyə bilərik ki, bu zonalar 

üzrə oksalat, urat və fosfat mineral tərkibli daşları 

olan xəstələrdə az hərəkətli peşə fəaliyyəti növünün 

olabilmə ehtimalı daha yüksəkdir. Beləkilə, alınmış 

yüksək statistik dürüstlük nəticəsi göstərir ki, Şimal 

və  Şimali-Qərb bölgələrinin  əhalisində SDX-nin 

yaranması ilə onların peşə fəaliyyəti növü arasında  

əlaqə vardır və bu eyni zamnda daşların mineral 

tərkibinə də öz təsirini göstərmiş olur.  

SDX-nin formalaşmasında epidemioloji risk 

faktorlarının təhlili zamanı sidikdə olan dəyişik-

liklər də araşdırılmışdır. Bunun üçün SDX olan 

xəstələrdə sidiyin ümumi analizinin nəticələri  əsa-

sında təhlil həyata keçirilmişdir. Bu təhlilə sidikdə 

selik, bakteriya, maya göbələyi və duzlar daxildir. 

Tədqiqatımızda sidiyin mikrobioloji tərkibi ilə 

SDX-nin yaranması arasındakı əlaqə araşdırılmış və 

əldə edilmiş nəticələr 5 saylı cədvəldə əyani təsvir 

edilmişdir.   

Sidik daşlarının duz tərkiblərinə görə müqayi-

səli təhlili ilə statistik dürüstlük nəticələrinə baxsaq, 



urat-fosfat mineral duz tərkibli daşlar arasında 

selik  χ


2

=16,59 p<0,001, duz χ

2

=1246 p<0,001, 



bakteriya  χ

2

=43,98 p<0,001, maya göbələyi 



χ

2

=39,51 p<0,001. Oksalat-urat selik χ



2

=0,31 


p>0,05, duz χ

2

=1926 p<0,001, bakteriya χ



2

=1,338 


p>0,05, maya göbələyi  χ

2

=0,061 p>0,05. Oksalat-



fosfat selik χ

2

=21,49 p<0,001, duz χ2=1438 



p<0,001, bakteriya χ

2

=34,64 p<0,001, maya 



göbələyi χ

2

=0,057 p>0,05. 



Oksalat, urat və fosfat mineral duz tərkibli 

daşların formalaşmasında xəstələrin sidiyində selik, 

bakteriya və maya göbələyin  əhəmiyyətli rol oy-

nayır. Belə ki, hər üç halda selik, bakteriya və maya 

göbələyi olan xəstə sayı  kəskin fərqlə üstünlük 

təşkil etmişdir. Buradan da ümumi olaraq belə bir 

nəticə ortaya çıxır ki, SDX olan xəstələrdə selik, 

bakteriya və maya göbələyi olan xəstələr üstünlük 

təşkil etmişdir. 

Sidik daşlarının mineral tərkibinə görə ten-

densiyası, selik, bakteriya və maya göbələyin üzrə 

paylanma səviyyəsi ilə daşların yaranması ara-

sındakı bağlılığa baxsaq, statistik dürüstlük nəticəsi 

selik üzrə χ

2

=27,339 p<0,000, bakteriya  χ



2

=65,266 


p<0,000, maya göbələyi  χ

2

=42,158 p<0,000 olaraq 



müəyyən edilmişdir. n Şimal və Şimal-Qərb region-

larının əhalisinin ümumi sayı əsasında deyə bilərik 

ki, bu bölgələr üzrə oksalat, urat və fosfat mineral 

tərkibli daşları olan xəstələrdə selik, bakteriya və 

maya göbələyin olabilmə ehtimalı daha yüksəkdir. 

Beləkilə, alınmış yüksək statistik dürüstlük nəticəsi 

göstərir ki, Azərbaycan Respublikasının  Şimal və 

Şimali-Qərb bölgələrinin  əhalisində SDX-nin ya-

ranması ilə onların selik, bakteriya və maya göbə-

ləyi arasında  əlaqə vardır və bu eyni zamnda daş-

ların mineral tərkibinə də öz təsirini göstərmiş olur.  

Daşların mineral duz tərkibinə  gəldikdə isə, 

oksalat və urat mineral duz tərkibli sidik daşları 

daha çox qeydə alınmışdır. Bu statistik olaraq da öz 

təsdiqini tapmışdır-χ2=2305 p<0,000. Buradan da 

belə bir nəticə ortaya çıxır ki, Azərbaycan Res-

publikasının  Şimal və  Şimali-Qərb bölgələrinin 

əhalisi arasında oksalat və urat mineral duz tərkibli 

sidik daşların olabilmə ehtimalı daha yüksəkdir.  

 

 

YEKUN 

 

Tədqiqatımızın yekunu olaraq deyə bilərik ki, 



SDX olan xəstələrin cinsi, yaş  səviyyəsi, BKİ, re-

zus faktoru, peşə  fəaliyyəti və sidikdə olan bakte-

rioloji dəyişikliklər ilə sidik daşı yaranma prosesi 

arasında yüksək statistik əlaqə  təsdiq edilmişdir. 

Demək, epidemioloji risk faktorları ilə SDX-nin 

formalaşması arasında yüksək əlaqə mövcuddur. 



 

 

ƏDƏBİYYAT 

 

Ketabchi A, Azizolahi GH. (2005) Prevalence of 

symptomaticurinary calculi in Kerman. Iran. J. 



Urology, 5: 156-160. 

Shirazi F, Shahpourian F, Khachian A, et al. 

(2009) Personal characteristics and urinary stones. 



Hong Kong J. Nephrol., 11: 14-19. 

Başar H., Özgür S. və. b. (1990) Üriner sistem taş 

hastalığı nedeniyle opere edilen 1000 olgunun 

retrospektif incelenmesi. Türk Üroloji Dergisi

16(4): 439-442. 

Straub M., Hautmann R.E. (2008) Developments 

in stone prevention. Curr. Opin. Urol.,  15(2): 

119-26.  


Azərbaycan Respublikasının Şimal Və Şimali-Qərb 

65 


Prezioso D., Illiano E., Piccinocchi G., Cricelli C. 

et al. (2014)  Urolithiasis in Italy: an epide-

miological study. Arch. Ital. Urol. Androl., 86(2): 

99-102. 

Taylor E.N., Stampfer M.J., Curhan G.C. (2005) 

Obesity, weight gain, and the risk of kidney 

stones. JAMA, 293: 455–462. 

 

 

Итоговые Результаты Анализа Мочекаменной Болезни По Эпидемиологическим Факторам 

Риска Среди Населения Северных И Северо-Западных Регионов Азербайджанской Республики 

 

С.Б. Имамвердиев, Р.T. Гусейн-заде 

 

Азербайджанский медицинский университет  

 

Под эпидемиологическими факторами мочекаменной болезни (МКБ) подразумеваются пол, возраст, 



вес,  индекс  массы  тела  (ИМТ),  группа  крови,  профессия  и  др.  характеристики  больного.  

Исследовательская  работа  проведена  на  базе  кафедры  урологии  Азербайджанского  Медицинского 

Университета  при  Республиканской  Клинической  Больнице  имени  академика  М.А.Миргасымова,  а 

также  на  базах  центральных  больниц,  входящих  в  Северную  и  Северо-Западную  географические 

зоны  Азербайджанской  Республики.  Предмет  клинического  наблюдения  составляют  пациенты, 

которым  было  проведено  обследование  и  лечение  по  диагнозу  МКБ  за 2007-2011 гг.  В  целом, 

наблюдалось 2305 пациентов, из которых 1505 (65,29±0,99%) составили мужчины, 800 (34,71±0,99%) 

–  женщины.  χ

2

=2305  и p<0,001. 867 пациентов (37,61±1,01%) входят  в  группу  городского, 1438 



(62,39±1,01%) – сельского  населения.  При  рассмотрении  распределения  пациентов  по  половому 

признаку, 565 пациентов  мужского  пола (37,54±1,25%) относятся  к  группе  городского, 940 

(62,46±1,25%) – сельского, и 302 пациента женского пола (37,75±1,71%) – к группе городского, 498 

(62,25±1,71%) – сельского населения. χ

2

 =0,01 и p>0,05. В заключение нашего исследования можем 



утверждать, что статистическая закономерность встречаемости МКБ в зависимости от пола, возраста, 

ИМТ, резус фактора и профессиональной деятельности больного нашла свое подтверждение. А это 

является,  в  свою  очередь,  показателем  того,  что  между  эпидемиологическими  факторами  риска  и 

формированием МКБ имеется связь. 



 

Ключевые слова: Мочекаменная болезнь, индекс массы тела, возраст, пол 

 

 



Final Results Of the Analysis For Epidemiological Risk Factors Of Urolithiasis Among People  

In the Northern And North-West Regions Of the Azerbaijan Republic 

 

S.B.Imamverdiev, R.T.Huseynzade 



 

Azerbaijan Medical University  

 

Epidemiological factors of urolithiasis (IBC) refer to gender, age, weight, body mass index (BMI), blood 

type, profession and other characteristics of the patient. The research has been performed on the basis of the 

central hospitals of regions which are entered into Northern and North-West geographical zones of the 

Azerbaijan Republic and on the basis of the Republican Clinical Hospital named after academician 

M.A.Mirgasimov, Urology Department, Azerbaijan Medical University. Subjects of the clinical observations 

were patients examined and cured from urolithiasis by 2007-2011. Generally 2305 patients have been 

observed: 1505 male patients (65.29±0.99%) and 800 (34.71±0.99%) female patients. χ

2

=2305 and p<0.001. 



867 patients (37.61 ± 1.01%) belong to the urban group, and 1438 (62.39 ± 1.01%) to the rural group. When 

considering the distribution of patients by sex, it was established that 565 male patients (37.54 ± 1.25%) 

belong to the urban group, 940 (62.46 ± 1.25%) to the rural group, and 302 female patients (37.75 ± 1.71%) 

– to the urban group and 498 (62.25 ± 1.71%) to the rural group. χ2 = 0.01 and p> 0.05. In conclusion, we 

can say that the statistical pattern of occurrence of IBC depending on gender, age, BMI, Rh factor and the 

professional activity of the patient was confirmed. It indicates that between epidemiological risk factors and 



the formation of IBC has a connection. 

 

Key words: Urolithasis, body weight index, age, sex 


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə