Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Texniki Universiteti



Yüklə 1,11 Mb.
səhifə1/2
tarix15.05.2022
ölçüsü1,11 Mb.
#58085
  1   2
Metrologiya,st. ser. sərbəst iş


Azərbaycan Respublikasının Təhsil Nazirliyi

Azərbaycan Texniki Universiteti

 

 



Kafedra: Maşınqayırma texnologiyası

Fakültə: Maşınqayırma və robotexnika

Fənn: Metrologiya,standartlaşdırma və sertifikasiya

İxtisas: Sənaye mühəndisliyi

Qrup: 540a

Kurs: 2


 

Sərbəst iş

 

 



Müəllim: Əhmədli Şükufə

Tələbə: Əhmədov Məmməd

 

Bakı – 2022


Metrologiya


Metrologiya ölçmə haqqında elmdir. Ölçmə isə dərk etmənin ən böyük üsullarından biridir. O, müasir cəmiyyətdə müstəsna rol oynayır. Elm, sənaye, iqtisadiyyat ölçməsiz fəaliyyət göstərə bilməz. Dünyada hər saniyə milyardlarla ölçmə əməliyyatları yerinə yetirilir. Onların nəticələri buraxılan məhsulun keyfiyyətinin və texniki səviyyəsinin təmin edilməsin-də, nəqliyyatın təhlükəsiz və qəzasız işləməsində, tibbi və ekoloji diaqnozların əsaslandırılmasında, məlumat axınlarının analizində geniş istifadə edilir. Faktiki olaraq insan fəaliyyətinin elə bir sahəsi yoxdur ki, orada ölçmənin, sınağın və nəzarətin nəticələrindən istifadə edilməsin. Onların alınması üçün milyonlarla insanların əməyindən və böyük maliyyə vəsaitlərindən istifadə edilir.

Təyinatından asılı olaraq metrologiyanı üç əsas hissəyə, nəzəri, qanunverici və tətbiqi metrologiyaya ayırırlar. Nəzəri metrologiyada bu elmin fundamental əsaslarını öyrənirlər.

Qanunverici metrologiyada ölçmənin vahidliyinin və lazım olan dəqiqliyin təmin edilməsinə istiqamətlənmiş fiziki kəmiyyət vahidlərinin, etalonların, ölçmənin metod və vasitələrinin tətbiqi üçün vacib olan texniki və hüquqi tələblər müəyyənləşdirilir. Təcrübi (tətbiqi) metrologiya nəzəri işlərin təcrübədə tətbiqini və qanunverici metrologiyanın müddəalarını işıqlandırır.



Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin