Azərbaycan Respublikasının Təhsil Nazirliyi Bakı Dövlət Universiteti


Siyasi partiyaların müharibəyə yanaşması



Yüklə 235,68 Kb.
səhifə4/16
tarix02.01.2022
ölçüsü235,68 Kb.
#40647
1   2   3   4   5   6   7   8   9   ...   16
Rusiya Birinci dünya müharibəsində

Siyasi partiyaların müharibəyə yanaşması

Siyasi partiyalar da qazanılmamış bir zəfər sərxoşluğu içindəydilər. 1905-07 illəri arasında çox dəyişik qrupların mənfəətlərini müdafiə edən geniş yelpikdəki siyasi partiyalar ölkənin siyasi həyatında əhəmiyyətli aktyorlar halına gəlmişdilər. 1906-cı ilə gəlindiyində ölkədəki partiya sayı təxminən 50 ikən 1917-ci ildə bu say 70-ə çatmışdı. Müxalif konstitusiya demokratların ("kadet") Peterburqskaya qəzetində nəşr etdirdiyi 22 İyul 1914 tarixli məlumatda belə deyilirdi: "Prioritetli vəzifəmiz ölkəmizin birliyini və bölünməzliyini qorumaq. Bütün daxili çəkişmələri bir tərəfə buraxaq, düşmənə aramızdakı görüş ayrılığına ən kiçik şəkildə belə ümid bağlamağa fürsət verə bilməyəcəyik və indi ilk və tək vəzifəmizin sakit bir gümrahlıqla və ümidlə döyüşçüləri haqq işimizə inandırmamızdır. Bütün yurdumuz ordumuza mənəvi dəstəyi əlindən gələn qədər güclüü versin və bizim müdafiəçilərimizin gözləri narahatlıqla arxada qalmasın, əksinə zəfərə və gözəl gələcəyə doğru cəsarətlə getsin. "11 Vətənpərvərlik küləyi sol dairələrin bir çox nümayəndəsini bu formada ağuşuna almışdı. Sosial-demokrat düşərgənin qabaqda gələnlərindən G. V. Plehanov "Alman militarizminə qarşı mübarizə" çağırışı etmişdi. Müharibəyə qarşı səslərini yüksəldən yalnız Leninin öndərliyindəki kiçik Bolşevik qrup idi. Eserlərdən Boris Savinkov və Trudoviklerden A. F. Kerenski də eyni şəkildə Müharibə hökumətini dəstəkləyirdi. Sol axın içində yalnız Bolşevikler, sosial-demokratların 1907, 1910 və 1912 konqreslərində alınan Müharibə əleyhdarı qərarlara sadiq qaldılar. Bolşeviklərə görə kapitalist sistem yıxılmanın eşiyinə gəlmiş və dünya səviyyəsində proletaryat inqilabının qalib gəlməsi üçün müsbət şərtlər ortaya çıxmışdır. Lenin əməkçi xalq və işçi sinifi baxımından Çar hakimiyyətinin və ordusunun məğlub olmasının daha az zərərli olacağı fikirini müdafiə edərkən, "imperialist Müharibənin vətəndaş müharibəsinə çevrilməsi" şüarını irəli sürürdü. Şübhəsiz, Rusiyanın mövcud siyasi mühitində bu çağırışa qulaq asan az insan vardı. O günün vətənpərvərlik havasında çox da eşidilməyən bu çağırış, əslində qısa müddət sonra Rusiyanın taleyini təyin edərək Müharibənin seyrində əhəmiyyətli rol oynayacaqdı. Müharibə tərəfadır tutum yalnız Rus cəmiyyətinə xas bir vəziyyət deyildi. I Dünya Müharibəsi ərəfəsində nə Qərbdə nə də Rusiyada Müharibəyə maneə törədəcək və ya aradan qaldıracaq heç bir güc yox idi. Avropada 27 sosialist partiyanın bir yerdə olduğu II Beynəlxalq konfransın qanunlarına zidd, milliyyətçi bir tutum sərgiləyərək Müharibədə öz hökumətlərinı dəstək verdilər. I Dünya Müharibəninə qarşı çıxa biləcək bir gücün olmadığı açıq bir şəkildə ortadaykən rəhbərliklər, orduların qərargah heyəti, ziyalılar və siyasətçilərin əhəmiyyətli bir qisimi, Müharibənin gətirəcəyi təxribatların ölçüsünü təxmin edə bilmədilər.



  1. Yüklə 235,68 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin