Azərbaycan Respublikasının Vergi Məcəlləsi


Maddə 99. Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir



Yüklə 212,08 Kb.
səhifə92/197
tarix18.04.2022
ölçüsü212,08 Kb.
#55678
1   ...   88   89   90   91   92   93   94   95   ...   197
VM2017

Maddə 99. Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir

99.1. Muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən, gəlirlərdən ibarətdir.

99.2. Sahibkarlıq fəaliyyətindən gəlirə aşağıdakılar aiddir:

99.2.1. sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsindən gəlir;

99.2.2. sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanmasına razılıq verilməsinə görə alınan gəlir;

99.2.3. əsas vəsaitlərin təqdim edilməsindən alınan və bu Məcəllənin 114.7-ci maddəsinə uyğun olaraq gəlirə daxil edilən məbləğlər;

99.2.4. bu Məcəllənin 141-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılan kompensasiya edilən məbləğlərdən və ya ehtiyatların azalmasından gəlir.

99.3. Qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə, o cümlədən aşağıdakılar aiddir:

99.3.1. faiz gəliri;

99.3.2. dividend;

99.3.3. əmlakın icarəyə verilməsindən gəlir;

99.3.4. royalti;

99.3.5. vergi ödəyicisinə bağışlanmış borcun məbləği, bu Məcəllənin 98.2.4-cü maddəsində göstərilənlər istisna olmaqla;

99.3.6. sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir;

99.3.7. təqvim ili ərzində alınan hədiyyə və mirasların məbləği bu Məcəllənin 98.2.2-ci maddəsində göstərilənlər istisna olmaqla;

99.3.8. vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir(təqdim olunduğu və ya vergitutma məqsədləri üçün amortizasiya hesablandığı təqdirdə) — əmək haqqından başqa.

99.3.9. həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq;

99.3.10. xüsusi notarius tərəfindən aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlar;

99.3.11. vəkillik fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən bu fəaliyyətlə bağlı göstərilən xidmətə görə alınan haq;

99.3.12. idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından əldə edilən uduşlar.


Yüklə 212,08 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin