Azərbaycan Respublikasının Vergi Məcəlləsi


Maddə 144. Gəlirin və ya zərərin qəbul edilməməsi



Yüklə 212,08 Kb.
səhifə129/197
tarix18.04.2022
ölçüsü212,08 Kb.
#55678
1   ...   125   126   127   128   129   130   131   132   ...   197
VM2017

Maddə 144. Gəlirin və ya zərərin qəbul edilməməsi

144.1. Vergi tutulan gəlir müəyyən edilərkən aşağıdakı hallarda gəlir və ya zərər nəzərə alınmır:

144.1.1. aktivlər ər və arvad arasında verildikdə;

144.1.2. aktivlər keçmiş ər-arvad arasında boşanma prosesində verildikdə;

144.1.3. aktivin ləğv edildiyi, yaxud özgəninkiləşdirildiyi ildən sonrakı ilin axırınadək daxilolmaları analoji aktivə və ya eyni xarakterli aktivə təkrar investisiya etməklə aktiv qərəzsiz, yaxud onun sahibinin iradəsindən asılı olmayaraq məhv edildikdə, ləğv olunduqda və ya özgəninkiləşdirildikdə.

144.2. Bu Məcəllənin 144.1.3-cü maddəsində göstərilən əvəzedici aktivin dəyəri əvəz olunan aktivin məhv edildiyi, ləğv olunduğu və ya təqdim edildiyi vaxtdakı ilk dəyəri nəzərə alınmaqla müəyyənləşdirilir.

144.3. Bu Məcəllənin 144.1.1-ci və ya 144.1.2-ci maddələrinə uyğun olaraq mənfəətin vergi məqsədləri üçün nəzərə alınmadığı əqdin nəticəsində alınan aktivin dəyəri əqd günündə onu verən tərəf üçün də aktivin dəyəri sayılır.

144.4. Bu maddə bir kateqoriyaya aid olan aktivlərin hamısının eyni vaxtda verildiyi hallar istisna edilməklə, bu Məcəllənin 114-cü maddəsinin müddəalarına uyğun olaraq kateqoriyalar üzrə amortizasiya olunan aktivlərə tətbiq edilmir.


Yüklə 212,08 Kb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin