Azərbaycan Respublikasının Vergi Məcəlləsi


Maddə 36. Vergi yoxlamaları



Yüklə 212,08 Kb.
səhifə33/197
tarix18.04.2022
ölçüsü212,08 Kb.
#55678
1   ...   29   30   31   32   33   34   35   36   ...   197
VM2017

Maddə 36. Vergi yoxlamaları Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi

36.1 Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər.

36.2 Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.

36.3. Səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər.

Vergi yoxlaması keçirildikdə, vergi orqanının vergi ödəyicisinin üçüncü şəxslərlə əlaqədar fəaliyyəti barədə vergi yoxlamasının predmetinə aid olan məlumat alması üçün sənədlərlə təsdiq edilmiş zərurət yarandığı halda, vergi orqanı həmin şəxslərdən yoxlanılan vergi ödəyicisinin fəaliyyətinə aid olan sənədlər ala bilər. Bu hərəkətlər üçün vergi orqanının əsaslandırılmış qərarı olmalıdır.



Bu zaman tələb yönəldilən üçüncu şəxs və ya onun səlahiyyətli nümayəndəsi müvafiq sənədləri və ya məlumatları təsdiq edərək, tələbnaməni aldığı gündən 10 iş günü müddətində vergi orqanına təqdim etməyə borcludur.

36.4 Vergi ödəyicisi olan hüquqi şəxslərin ləğvi və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxsin sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti ilə bağlı və bu Məcəllənin 38.3-cü maddəsində göstərilən hallarda keçirilən yoxlamalar istisna olmaqla, vergi orqanı tərəfindən yoxlanılmış vergi dövrü üçün vergi ödəyicisinin ödədiyi və ya ödəməli olduğu vergilər üzrə səyyar vergi yoxlamalarının keçirilməsi qadağandır.



36.5 Vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar vergi yoxlamasının keçirilməsini tələb edə bilərlər. Bu halda növbədənkənar vergi yoxlaması vergi orqanlarının əvvəlki yoxlamanı keçirmiş vəzifəli şəxsləri tərəfindən keçirilə bilməz.

36.6 Vergi ödəyicilərinin vergi orqanları tərəfindən həyata keçirilən vergi yoxlamaları üzrə məhkəməyə müraciət etmək hüququ vardır.



36.7. Vergi orqanı vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl edilməsini təmin etmək məqsədilə maliyyə institutlarında vergi monitorinqi apara bilər.

36.8. Maliyyə institutlarında vergi monitorinqinin aparılması, nəticələrinin rəsmiləşdirilməsi, sənədlərin tələb edilməsi və materiallarına baxılmanın nəticələri üzrə qərarın çıxarılması, o cümlədən maliyyə sanksiyasının tətbiqi bu Məcəllənin    36-49-cu maddələrində nəzərdə tutulan qaydada həyata keçirilir.


Yüklə 212,08 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin