Azərbaycan Respublikasının Vətəndaşların Əmək



Yüklə 265,18 Kb.
Pdf görüntüsü
səhifə1/4
tarix22.04.2017
ölçüsü265,18 Kb.
#15478
  1   2   3   4

 

1

 



 

 

 



Azərbaycan Respublikasının                                 Vətəndaşların Əmək  

  Əmək və Əhalinin Sosial                                    Hüquqlarını Müdafiə 

      Müdafiəsi Nazirliyi                                                      Liqası 

 

 



 

 

 



 

 

 

ƏLİLLİYİ OLAN ŞƏXSLƏRİN  

ƏMƏK BAZARINA ÇIXIŞININ  

ASANLAŞDIRILMASI  

SAHƏSİNDƏ  

SİYASƏT 

 

 

 

 



 

 

 



 

 

 



 

                                 

BAKI-2012 

 

 



 

 

 



 

 

 



Ümumi redaktə və tərtibat: Sahib  Məmmədov 

 

 



 

Sənəd  Əmək və  Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 

sifarişi ilə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası 

tərəfindən həyata keçirilən “Əlilliyi olan şəxslərin  əmək 



bazarına çıxışının asanlaşdırılmasına  ictimai dəstək” 

layihəsi çərçivəsində hazırlanmışdır. 

Sənədin hazırlanmasında  Əmək və  Əhalinin Sosial 

Müdafiəsi Naziliyinin mütəxəsisləri iştirak etmişdir. 

 

 

 



 

 

 



 

 

 



 

 

İSBN: 978-9952-8085-7-5  



 

 

          ©  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 

          © 

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası 



 

3

MÜNDƏRİCAT 



 

Xülasə................................................................................................

 



Əlilliyi olan şəxslərin əməyi və məşğulluğunun  



təmin olunmasına dair beynəlxalq  yanaşma ................................. 

 

 



Açıq (rəqabətli) əmək bazarında məşğulluq,  

o cümlədən özünüməşğulluq ............................................................

 

 



Müdafiə olunan məşğulluq ...............................................................

 

11 


Dəstək verilən məşğulluq .................................................................

 

13 



Sosial müəssisələrdə  məşğulluq ......................................................

 

13 



Azərbaycan Respublikasında əlilliyi olan  

şəxslərin əmək bazarına çıxış imkanları,  

Qanunvericilik, onun tətbiqi praktikası və problemlər .....................

 

 



 

17 


Əlilliyi olan şəxslərin əmək bazarına çıxışının 

məhdudlaşdıran əsas səbəblər ..........................................................

 

 

28 



Tövsiyyələr........................................................................................

 

29 



Əlavə..................................................................................................

 

32 



 

 

 



Xülasə 

 

Dünya ölkələrində bir milyarddan artıq insan bu və ya digər 



şəkildə əlillik forması ilə yaşayır ki, bunlarından 200 milyondan 

artığı ciddi  hərəkət çətinliyi olan əlilliyi olan insanlardır. 

Qarşıda gələn illərdə əlillik daha çox narahatçılıq doğuracaqdır, 

belə ki, onun artımı müşahidə olunur. Bu artım əsasən əhalinin 

yaşlaşması, ahıl insanlar arasında əlilliyin artma riski, həmçinin 

diabetin, ürək-damar xəstəliklərinin, xərçəngin və psixi 

pozğunluq hallarının qlobal artımı ilə əlaqədardır. 

Əlilliyi olan insanlar dünyanın hər yerində    sağlamlıq 

sahəsində  aşağı  nəticələrə malikdir və  təhsil sahəsində  aşağı 

göstəricilərlə  fərqlənirlər. Onlar həmçinin, iqtisadi fəallıq 

baxımindan aşağı  nəticələr göstərirlər və  əlil olmayanlara 

nisbətən  daha yüksək yoxsulluq göstəricilərinə malikdirlər.

1

 

 



Əlilliklə bağlı milli və müvafiq beynəlxalq normalarda da  

anlayışlar verilmişdir. Fransada yerləşən  əlilliyin və sosial 

uyğunsuzluğun tədqiqi üzrə Milli Mərkəzin  əlilliklə bağlı 

verdiyi anlayış belədir:  

Əlillik –fiziki, psixoloji, sensor, sosial, mədəni, hüquqi və ya 

digər maneələrlə müşayət olunan məhdudiyyət olmaqla, əlilliyi 

olan  şəxslərə başqaları ilə  bərabər inteqrasiya olmağa, ailə  və 

ictimai həyatda fəal iştirak etməyə imkan vermir. Bu hərəkətlə, 

görmə ilə, eşitmə ilə, psixi və psixoloji xəstəliklər və 

pozuntularla  ifadə olunur və bir insanda mövcud olan  bir neçə 

məhdudiyyət amilini özündə birləşdirən  haldır.

2

 



                                                 

1

 



Всемирный доклад об инвалидности. Всемирная организация 

здравоохранения, 2011 г. 

2

 

Доступ инвалидов к социальным правам в Европе. Составлено  



Г-ном  Марком  Модине  Директором  Национального  центра  по 

исследованиям инвалидности  

и социальной неприспособленности (CTNERHI), Париж, Франция 

 

 



 

5

Təssüflə qeyd olunmalıdır ki, bütün milli normalarda və insan 



hüquq və azadlıqlarına dair Beynəlxalq razılaşmalarda əks olunan 

hüquq və azadlıqlar hər hansı fərq qoyulmadan  hər kəsə aid olsa 

da, faktiki həyatda bu hüquq və azadlıqların bir hissəsinə  əlilliyi 

olan insanların faktiki çıxışı yoxdur. İstər milli normalarda, istərsə 

də beynəlxalq razılaşmalarda insan hüquq və azadlıqları ilə bağlı 

kollektiv zəmanət verilsə də, praktikada faktiki bərabərliyin təmin 

olunmasında ciddi problemlər qalmaqdadır. Bu baxımdan 

dövlətlərin üzərinə    ayrı-seçkiliyi istisna edən normalar qəbul 

etmək və mexanizmlər yaratmaqla yanaşı, həmçinin, tam və 

effektiv bərabərliyi təmin etmək üçün ayrı-ayrı sosial qruplara 

yönələn əlavə tədbirlərin həyata keçirilməsi  vəzifəsi də düşür. 

Hər bir dövlət səy göstərməlidir ki, sosial vəziyyətindən asılı 

olmayaraq bütün insanların ölkədəki bütün hüquq və rifaha 

maksimum bərabər çıxış imkanı olsun. 

Hazırda müasir dünyada əlilliyi olan şəxslərin üzləşdikləri 

problemlər içərisində xüsusi aktuallıq kəsb edəni  onların 

ləyaqətli əməyə çıxışının təmin olunmasıdır. Əməyə çıxış hər bir 

şəxsin və onun ailəsinin yaşayışını  və rifahını  təyin edən  əsas 

faktor olmaqla yanaşı, həmçinin  əmək hər bir şəxsin özünü 

cəmiyyətdə, başqaları  və öz personu qarşısında  təsdiqi üçün 

əsas amildir. 

Əlilliyi olan insanların ləyaqətli məşğulluğunun təmin 

olunmasına yönələn çoxsaylı beynəlxalq normalar, 

bəyannamələr, qərarlar vardır. Beynəlxalq  Əmək Təşkilatının 

müxtəlif  əllilik növləri üzrə bir sıra Konvensiyaları vardır. 

Bununla belə BMT Baş  Məclisi 13 dekabr 2006-cı il tarixində 

Əlilliyi olan şəxslərin hüquqlarına dair Konvensiya qəbul etmiş 

və onu ratifikasiya üçün açıq elan etmişdir. 

Konvensiyada əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının 

təmin olunası, onların başqaları ilə birgə  cəmiyyətə inteqrasiya 

olunması, ləyaqətli həyat, ləyaqətli məşğulluqlarının təmin 

olunmasına yönələn müddəalar daxil edilmişdir. Konvensiyanı 

ratifikasiya edən dövlətlər öz üzərlərinə  Əlilliyi olan insanların 

hüquq və azaldıqlarının təmin olunmasına və onlara 



 

münasibətdə mövcud olan açıq və gizli ayrı-seçkilik hallarının 



aradan qaldırılmasına yönələn  tədbirləri həyata keçirməyi 

öhdəlik olaraq götürürlər. 

Bu tədqiqat, Əlilliyi olan insanların  hüquq və azadlıqlarının 

təmin olunması və cəmiyyətin bərabər hüquqlu üzvləri olmaları 

üçün vacib olan bir sahəni  əlilliyi olan insanların  əmək və 

məşğulluğunun təmin olunma vəziyyətinə dairdir. Tədqiqatda 

əlillərin hüquqlarına dair beynəlxalq standartlar, bu standartların 

tətbiqi istiqamətində xarici ölkələrin təcrübəsi və Azərbaycanda 

əlilliyi olan insanların  əmək bazarına çıxışı ilə bağlı olan 

problemlər təhlil olunur. 



 

Əlilliyi olan insanların  əməyi və  məşğulluğunun təmin 

olunmasına dair beynəlxalq yanaşma  

 

Əlilliyi olan şəxslərin hüquqlarına dair BMT 

Konvensiyasının 27-ci maddəsi əmək və məşğulluğa dairdir. 

Maddənin 1-ci bəndində göstərilir ki, “ İştirakçı dövlətlər 

digər şəxslərlə bərabər, Əlilliyi olan insanların əmək hüququnu 

tanıyırlar; bu hüquq əmək bazarının və istehsalat mühitinin 

əlillər üçün açıq, inklüziv və  əlverişli  şəraitdə  əlilin sərbəst 

seçdiyi və ya razılıq verdiyi əməyi ilə özünü təmin etmək 

hüququnu ehtiva edir. İştirakçı dövlətlər həmçinin  əmək 

fəaliyyəti zamanı istehsalat 

zədəsi almış  Əlilliyi olan insanlar də daxil olmaqla, zəruri 

tədbirlərin, o cümlədən qanunvericilikdə 

nəzərdə tutulmuş qaydada, tədbirlərin görülməsi vasitəsilə 

əmək hüququnun həyata keçirilməsini aşağıda göstərilən 

məqsədlər üçün təmin edir və həvəsləndirirlər: 

  işə  qəbul, məşğulluq, işin qorunması, xidməti vəzifədə 

irəliləmə, təhlükəsiz və sağlam əmək şəraiti də daxil olmaqla 

məşğulluq növləri ilə bağlı bütün məsələlərə münasibətdə 

əlillik əlaməti üzrə ayrı-seçkiliyin qadağan olunması; 

  Əlilliyi olan insanların  ədalətli və əlverişli əmək şəraiti, 

o cümlədən bərabər  şərait və eyni dəyərli  əməyə görə 


 

7

bərabər mükafatlandırılma, təhlükəsiz və sağlam  əmək 



şəraiti, o cümlədən sataşma hallarından müdafiə  və 

şikayətlərin təmin edilməsi hüquqlarının digər  şəxslərlə 

bərabər qorunması; 

  Əlilliyi olan insanların  əmək və  həmkarlar təşkilatı ilə 

bağlı hüquqlarını digər  şəxslərlə  bərabər həyata keçirə 

bilməsinin təmin edilməsi; 

  Əlilliyi olan insanlar ümumi texniki və peşə yönümlü 

proqramlara, işədüzəltmə xidmətlərinə  və peşəkar, fasiləsiz 

təhsil prosesinə qoşulmaq imkanının verilməsi; 

  əmək bazarında  Əlilliyi olan insanların işlə  təminatı, 

xidməti vəzifədə irəliləmə imkanlarının genişləndirilməsi, 

eləcə  də  işin axtarılması, tapılması, saxlanması  və 

bərpasında onlara yardım göstərilməsi; 

  fərdi əmək fəaliyyəti, sahibkarlıq, kooperativlərin inkişaf 

etdirilməsi və  şəxsi işin təşkili üçün imkanların 

genişləndirilməsi; 

  Əlilliyi olan insanların dövlət sektorunda işə  qəbul 

edilməsi; 

  pozitiv fəaliyyət proqramları, stimul və digər 

tədbirlərdən ibarət ola bilən zəruri strategiya və  tədbirlərin 

köməyi ilə  Əlilliyi olan insanların özəl sektorda işə  qəbul 

edilməsinin stimullaşdırılması; 

  Əlilliyi olan insanların iş yerində  səmərəli vasitələrlə 

təmin edilməsi; 

  açıq  əmək bazarı  şəraitində  əlilliyi olan insanlar 

tərəfindən iş təcrübəsinin mənimsənilməsinin  

həvəsləndirilməsi; 

  Əlilliyi olan insanlar üçün peşəkar və ixtisas 

reablitasiyası, iş yerlərinin qorunması və işə qaytarılma üzrə 

proqramların təşviqi. 

 


 

2.  İştirakçı dövlətlər  Əlilliyi olan insanların qul kimi və ya 



asılı  vəziyyətdə saxlanılmamasını  və digər  şəxslərlə  bərabər, 

icbari və məcburi əməkdən müdafiə olunmasını təmin edir. 

 

Beynəlxalq  Əmək Təşkilatının 168 saylı tövsiyəsində 



göstərilir ki, “Əlilliyi olanlar onun şəxsi seçiminə  və  fərdi 

imkanlarına, həmçinin onun xidməti yüksəlişinə  uyğun olan iş 

əldə etmək və iş yerini saxlamaq, baxımından bərabər imkanlara 

malik olmalıdırlar. Buraya, onların fərdi imkanları  nəzərə 

alınmaqla  əlilliyi olmayanlarla birgə azad əmək bazarında  işə 

düzələ bilmələri də daxildir.  Əlilliyi olan insanın  şəxsi seçimi 

və ya onun məhdud yararlı olması halında ixtisaslaşmış 

müəssisələrdə  və ya əlavə yardım edilməklə onlar üçün şərait 

yaradılmışdır. Bir sıra ölkələrdə belə  məşğulluq üçün ənənə  və 

mədəniyyət, sosial-iqtisadi şərait,  əmək bazarının vəziyyəti, 

sosial təminat üzrə müavinət sistemi, hazırlığı olan personalın 

olması  və maraqlı  tərəflərin təsiri, həmçinin  əlilliyi olanların 

təşkilatlarının mövcudluğu amilləri nəzərə alınmaqla alternativ 

məşğulluq formaları üçün  çoxsaylı variantlar vardır.

3

 

Məhdud imkanları olan şəxslər üçün  dörd formada geniş 



məşğulluq variantı vardır: Bunlar: 

 

Açıq (rəqabətli) əmək bazarında məşğulluq, o cümlədən 



özünüməşğulluq  

 

Beynəlxalq  Əmək Təşkilatının məlumatına görə açıq  əmək 

bazarında, yəni əlilliyi olmayan şəxslərlə bərabər və rəqabətlilik 

şəraitində işləyən əlilliyi olan şəxslərin sayı çox deyildir. 

Bunun müxtəlif səbəbləri vardır.  

Ölkələrdən asılı olaraq aşağı iqtisadi fəallığın olmasının 

müxtəlif amilləri ola bilər.  Əsas amillər sırasında işləmək 

                                                 

3

 

Məhdud imkanlı insanlar üçün layiqli əmək. Beynəlxalq Əmək Bürosu. 



Müəllif Artur O`Reyli. Cenevrə 2008 

 


 

9

arzusunda olanların  “pensiya tələsi” və  işləyəcəyi halda 



pensiyanı  və digər müavinətləri itirəcəyi ilə bağlıdır. Digər 

mümkün amil isə əlilliyi olan şəxsləri işə götürməklə iş yerinin 

uyğunlaşdırılmasına çəkəcəyi xərclərə  və onların işdən azad 

edilməsinin mürəkkəbliyi ilə bağlı  işəgötürənlərin bu kateqoriya 

şəxsləri arzulamamağıdır

4



Bu baxımdan  əksəriyyət ölkələrdə  işsizlik göstəriciləri 

əlilliyi olan şəxslər arasında, əlilliyi olmayanlara nisbətdə  daha 

yüksəkdir. 

Azərbaycan Respublikasında da analoji vəziyyətdir. 

Beynəlxalq  Əmək  Təşkilatının təhlillərinə görə  əlilliyi olan 

şəxslər arasında iqtisadi fəallığın aşağı olmasının əsas səbəbləri 

aşağıdakılardır: 

  Təhsili və peşə hazırlığının aşağı olması; 

  İxtisassız işlərə tələbin aşağı olması; 

  İri müəssisələrdə  və xidmət sferasında işçilərin 

sayının azalması; 

  Mümkün bədbəxt hadisələrə və sığorta xərclərinə 

görə narahatlıq; 

  İnsanların  əlilliyi olan şəxs kimi qeydiyyatdan 

keçmək istəməməyi; 

  İşə düzəlmə və iş yerlərinə dair məlumatsızlıq: 

  İşəgötürənlərin  əlilliyi olan şəxslərin tələbləri və 

qabiliyyətləri barədə məlumatsız olmaları; 

  “Pensiya tələsi” 

  Pensiya və müavinəti itirmək qorxusu; 

  İş axtarmaq cəhdlərinin uğursuzluğundan yaranan 

ümidsizlik və ya kök salmış mənfi obrazlar; 

  Texniki və  fərdi dəstəyin kifayət səviyyədə 

olmamağı 

                                                 

4

 



Məhdud imkanlı insanlar üçün layiqli əmək. Beynəlxalq Əmək Bürosu. 

Müəllif Artur O`Reyli. Cenevrə 2008 

 

 


 

10 


 

Göründüyü kimi əlilliyi olan şəxslərin əmək bazarında aşağı 

fəallıq göstərməsinin xeyli səbəbləri mövcuddur. Bu baxımdan 

göstərilən səbəblərin aradan qaldırılması dövlətlərin prioritet 

fəaliyyət istiqamətlərindən olmalıdır. Hazırda bir çox ölkələrdə  

passiv tədbirlər üçün çəkilən xərclər aktiv fəaliyyətlər üçün 

çəkilən xərcləri üstələyir və dövlətin sosial istiqamətdəki 

xərclərini artırır. . 

Bir sıra dövlətlər  məhdud imkanları olan şəxslər arasında 

işsizlik səviyyəsinin artmasından və onlar arasında aşağı iqtisadi 

fəallığın olmasından və bunun nəticəsində sosial xərclərin 

artmasından narahatçılıq ifadə edirlər. 

Məhz  buna görə də aşağıdakı tədbirlərin həyata keçirilməsi 

məqsədəuyğun hesab olunur: 

 

  Sosial müavinətlərdən asılılığı azaldan və 



müstəqilliyi təşviq edən tədbirlərin həyata keçirilməsi; 

  Əlilliyi olan şəxslərin  əlilliyi olmayan insanlara 

yönələn işə düzəltmə xidmətlərinə, peşə hazırlığına 

yönəldilməsi; 

  Peşə hazırlığı, işə düzəlmə  və  təhsillə bağlı 

müxtəlif təşəbbüslərin stimullaşdırılması; 

  İşəgötürənlərin iştirakının genişləndirilməsi; 

  İşə düzəltmə xidmətlərinin işinin 

təkmilləşdirilməsi; 

  Ayrı-seçkilik  əleyhinə Qanunun daha effektiv 

tətbiqi; 

  Mövcud kvota sisteminin daha ciddi tətbiqi.

5

 

 



 

 

 

                                                 

5

 

Məhdud imkanlı insanlar üçün layiqli əmək. Beynəlxalq Əmək Bürosu. 



Müəllif Artur O`Reyli. Cenevrə 2008 

 

11

Müdafiə olunan məşğulluq 



 

Hamılıqla qəbul olunur ki, açıq və rəqabətli əmək bazarı heç  

də bütün əlilliyi olan şəxslər üçün əlverişli deyildir.  Əlilliyi olan 

şəxslərin  işə düzəldilməsi imkanlarını genişləndirməyə çağırış 

edən BƏT-in 168 saylı göstərir ki, bütün tədbirlər həmçinin 

“hökumətlər tərəfindən ixtisaslaşmamış müəssisələrdə  işləmək 

imkanı olmayan əlilliyi olan şəxslər üçün müxtəlif növ 

ixtisaslaşdırılmış müəssisələrin yaradılmasına dəstək 

verilməlidir”. BMT-nin əlilliyi olan insanlar üçün bərabər 

imkanların yaradılması üzrə standart qaydalarda göstərilir ki,  

bütün hallarda qarşıya məqsəd kimi əlilliyi olan şəxslərin açıq 

əmək bazarında işlə  təmin olunması  məqsəd kimi qarşıya 

qoyulsa da, “ açıq  əmək bazarında işləmək imkanı olmayan 

əlilliyi olan şəxslər üçün  məşğulluğun təmin edilməsi üçün 

müvafiq işə düzəltmə vasitələri təqdim etməklə böyük olmayan 

təsərrüfat vahidlərinin yaradılması  məqsədəuyğundur” BƏT 

168-ci Konvensiyasında  göstərilir ki, ixtisaslaşmış 

müəssisələrdə müdafiə olunan məşğulluğun təmin olunması 

üçün müxtəlif məşğulluq növlər ola bilər.

6

 



Müdafiə olunan məşğulluqla bağlı geniş anlayışı Avropa 

Şurası vermişdir. 

“Müdafiə olunan məşğulluq dəstəklənən və ya 

dəstəklənməyən adi iş  əldə edə  və saxlaya bilməyə imkanı 

olmayan  əlilliyi olan hər bir şəxs üçün əlçatan olmalıdır. 

Müdafiə olunan məşğulluq anlayışı  müxtəlif fərqli şəraitləri, o 

cümlədən  əmək mərkəzləri və ixtisaslaşmış emalatxanaları 

nəzərdə tuta bilər. Müdafiə olunan əmək təyinatı olan 

müəssisənin qarşısında iki məqsəd olmalıdır:  əlilliyi olan 

şəxslərə faydalı əməklə məşğul olmağa imkan  vermək və imkan 

                                                 

6

 



Məhdud imkanlı insanlar üçün layiqli əmək. Beynəlxalq Əmək Bürosu. 

Müəllif Artur O`Reyli. Cenevrə 2008 

 

 


 

12 


daxilində onları  adi şəraitdə işləməyə hazırlamaq. Bunun üçün 

dəstəklənən məşğulluqdan adi məşğulluğa keçmək üçün  bütün 

mümkün üsullardan, məsələn  əmək mərkəzlərində olan 

istehsalat sahələrinin və ya ixtisaslaşmış emalatxanalarda əmək 

mərkəzlərinin, adi müəssisələrdə ixtisaslaşmış istehsalat 

sahələrinin və ya əmək mərkəzlərinin  yaradılması üsullarından. 

habelə ixtisaslaşmış emalatxanaların və ya əmək mərkəzlərində 

işləyənlərin fərdi və ya kollektiv şəkildə adi müəssisələrə ezam 

olunması üsulundan   istifadə olunmalıdır” 

Bununla belə müxtəlif ölkələrdə müdafiə olunan məşğulluğa 

müxtəlif anlayışlar verilir. Məsələn İrlandiyada müdafiə olunan 

məşğulluq üçün əlilliyi olan  şəxslərin əməyinin təşkili məqsədi 

ilə yaradılan xüsusi komitə  aşağıdakı anlayışlardan istifadə 

edirlər: 

Bu və ya digər formada mükafatlandırmanı  nəzərdə tutan, 

lakin məşğulluq və sosial sığorta haqqında qaydaların təsiri 

altına düşməyən tapşırıqları yerinə yetirmək üçün təşkil olunan-

əmək; 

Haqqı ödənilən iş olmaqla məşğulluğum müdafiəsinə dair 

qanunun və sosial siğorta ödəmələri və  gəlir vergisi haqqında 

qaydaların təsiri altına düşən-Məşğulluq; 



 

Müdafiə olunan əmək-  Əlilliyi olan insanlar tərəfindən 

onlar üçün xüsusi olaraq yaradılmış emalatxanalarda yerinə 

yetirilən iş. Belə yerlərdə işləyaənlər sosil sığorta üzrə müavinəti 

almaqda davam edirlər. Onlar bir qayda olaraq işəgötürəndən də 

həftəlik mükafat alırlar.  Əlilliyi olan insanlar üçün nəzərdə 

tutulan emalatxanalarda yerinə yetirilən iş muzdlu əmək hesab 

olunmur və məşğulluğun mudafiəsinə dair qanunun təsiri altına 

duşmür. 


 

Müdafiə olunan məşğulluq-Xüsusi dövlət fondları 

tərəfindən maliyyələşən və  əlilliyi olan insanların işə 

düzəlməsinə xidmət edən müəssisələrdə məşğulluq. 


 

13

Bir çox ölkələrdə də buna oxşar müdafiə olunan məşğulluq 



formaları mövcud olsa da son dövrlərdə  əlilliyi olan şəxslərin 

məşğulluğunun təmin olunmasına yönələn yeni formalar 

fonunda bu məşğulluq növü bir qədər əhəmiyyətini itirməkdədir. 

Bu məşğulluq növünun formalaşması  və inkişafı  könüllü 

fondların və yardımların hesabına olur. 

 

Dəstək verilən məşğulluq 

 

Dəstək verilən məşğulluq və ya dəstəklənən məşğulluq 



əsasən ağır formada  əlilliyi olan şəxlərin məşğulluğunun təmin 

olunmasına yönələn və bu qəbildən olan digər məşğulluq 

növlərinə bir növ, alternativ olan bir məşğulluq növüdür. 

Müxtəlif ölkələrin təcrübəsinə  nəzər saldıqda görmək 

mümkündür ki, dəstəklənən məşğulluq növlərinə müxtəlif növ 

məşğulluq aiddir. Buraya fərdi işədüzəltmə, anklavlarda iş, 

mobil fəhlə briqadalarda iş, kiçik müəssisələrin təşkili və s. 

Anklav-əsasən adi müəssisələrdə  təşkil olunan əlilliyi olan 

şəxslərin peşə  vərdişlərinə yiyələnməsi və  əmək fəaliyyəti ilə 

məşğul olmaları üçün təlim qruplarıdır. Belə qruplarda bir və ya 

bir neçə  rəhbər ola bilir. Belə qruplar əsasən  əhaliyə müxtəlif 

xidmət növləri təklif edirlər. 

Lakin, elə ölkələr var ki, əlilliyi olan şəxslərin briqada (qrup) 

halında deyil, fərdi qaydada işə düzəlmələri üçün proqramlar 

hazırlayır və həyata keçirirlər. Bu formaya əsasən ABŞ da daha 

çox üstünlük verilir. 

Bu növ məşğulluq  əsasən intelektual geriliyi və ya psixi 

problemləri olan şəxslərin cəlb olunmasına daha çox təsadüf 

edilir. 

 


Yüklə 265,18 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin