III FƏSĠL
GƏNCLƏRĠN ÇAĞIRIġAQƏDƏRKĠ HAZIRLIĞI
(ĠBTĠDAĠ HƏRBĠ HAZIRLIQ) MƏġĞƏLƏLƏRĠNDƏ
ġAGĠRDLƏRĠN ÜMUMTƏHSĠL FƏNLƏRĠ ÜZRƏ ƏLDƏ
ETDĠKLƏRĠ BĠLĠKLƏRDƏN ĠSTĠFADƏ PRĠYOMLARI
(FĠZĠKA VƏ RĠYAZĠYYAT FƏNLƏRĠ NÜMUNƏSĠNDƏ)
3.1. Fizika və riyazi biliklərdən ibtidai hərbi hazırlıq kursu üzrə
materialların izahında istifadənin əsas mərhələləri
X-XI siniflərdə gənclərin çağırışaqədərki hazırlığı (ibtidai hərbi
hazırlıq) kursunun tədrisi şagirdləri fizika və riyazi biliklərdən
istifadəyə hazırlıq işi ilə başlana bilər. Doğrudur, gənclərin çağırışa-
qədərki hazırlığı (ibtidai hərbi hazırlıq) kursunun X sinifdən tədrisinə
qədər məktəblilər həm ibtidai (məsələn, 2-ci sinifdə sinifdənxaric
mülki müdafiə məşğələləri), həm də V-IX siniflərdə müxtəlif
məzmunlu çalışmaların həlli zamanı hərbi biliklərlə fizika və riyazi
bilikləri, bu biliklərin tətbiqi dairəsini müəyyən dərəcədə əlaqəli
şəkildə öyrənirlər. Lakin bu prosesdə onlar hərbi materialları fizika
və riyazi biliklərlə əlaqələndirməyə dair ilk zəruri biliklərə kifayət
qədər malik ola bilmirlər. Ona görə də şagirdlərin əksəriyyəti hərbi
materialları fizika və riyazi biliklərlə düzgün və səmərəli əlaqələndir-
məkdə çətinlik çəkirlər. Bu da ki, yalnız hərbi biliklərin deyil,
həmçinin fizika və riyaziyyat kursunun mənimsənilmə keyfiyyətinə
müsbət təsir göstərə bilmir. Həmin cəhəti nəzərə alaraq, hərbi rəhbər
fizika və riyazi biliklərdən hərbi hazırlıq məşğələlərində istifadə
olunmasına, şagirdləri bu işə hazırlamağa xüsusi diqqət yetirməlidir.
Lakin belə bir cəhət də hökmən nəzərə alınmalıdır ki, I-IX
sinif riyaziyyat və VII-IX sinif fizika kursundan öyrədilən bilikləri
yalnız sadəcə təkrar etdirməklə kifayətlənmək olmaz. Məktəblilər
gənclərin çağırışaqədərki hazırlığı (ibtidai hərbi hazırlıq) məşğələlə-
136
rində fizika və riyazi biliklərdən müntəzəm şəkildə istifadəyə hərtə-
rəfli hazır olmalıdırlar.
Bu baxımdan ilk növbədə şagirdlər gənclərin çağırışaqədərki
hazırlığı (ibtidai hərbi hazırlıq) məşğələlərinin keçirilməsi zamanı
digər fənlərdən, o cümlədən, fizika və riyazi biliklərdən istifadə
prosesi ilə qarşılaşdırılmalı, bu prosesdən keçmənin zəruriliyini gör-
məlidirlər. Sonra fizika və riyazi bilikləri tətbiq etmənin hərbi anla-
yışların möhkəm və şüurlu mənimsədilməsindəki rolu məktəblilərə
başa salınmalıdır. Bunun üçün əvvəlcə hərbi materialın izahında
bilavasitə istifadə olunacaq fizika və riyazi bilikləri hərbi rəhbər özü
qruplaşdırır, bu anlayışların necə təkrar etdiriləcəyini müəyyənləş-
dirir, sonra həmin anlayışların müsahibə yolu ilə təkrarına keçir.
Təkrar prosesində bu anlayışların fizika və riyaziyyat kurslarından
öyrədilən biliklər olduğu şagirdlərə bir daha xatırladılır və təkrarın
yekunlaşdırılması yeni hərbi hazırlıq materiallarının şərhinə başlan-
ğıc olur. Bu prosesdə hərbi materialların yüksək səviyyədə mənim-
sənilməsi üçün şagirdlərə öz fizika və riyazi biliklərində istifadəyə
tələbat tərbiyə edilir. Belə bir tələbat tərbiyəsi gənclərin çağırışaqə-
dərki hazırlığı (ibtidai hərbi hazırlıq) kursunda “Dövləti müdafiənin
əsasları” bölməsi üzrə (xüsusən, əvvəlki dərsliyin “Azərbaycan
Silahlı Qüvvələri, onların xarakteri və əsas xüsusiyyətləri”, “Atəş
hazırlığı” üzrə) ilk mövzuların tədrisi zamanı həyata keçirilməlidir.
Yeni hərbi materialın fizika və riyazi biliklərin köməyi ilə
izahından sonra məktəblilərdə bu fənlərə dair hansı biliklərə müra-
ciət olunduğu soruşulur. Şagirdlər isə bu biliklərdən necə istifadə
etdiklərini öz başa düşdükləri kimi aydınlaşdırırlar. Hərbi rəhbər
məktəblilərin cavablarını diqqətlə izləyir və yeri gəldikcə onlara
düzəliş verir. Bu mərhələ X sinifdə bilavasitə fizika və riyazi bilik-
lərlə əlaqəli öyrədilən hərbi mövzuların tədrisində xüsusən qabarıq
şəkildə öz əksini tapmalıdır.
XI sinifdə tədris ilinin birinci yarısında “hansı riyazi biliklər-
dən istifadə edildi?” sualı yeni hərbi dərsin izahı prosesində də
verilir. Qoyulmuş sual şagirdlərin yaş xüsusiyyətlərindən asılı ola-
137
raq didaktikanın asandan çətinə, sadədən mürəkkəbə prinsipi əsasın-
da tərtib edilir.
Hərbi materialların tədrisində məktəblilərin uyğun fizika və
riyazi biliklərindən istifadə prosesinə bilavasitə həmin biliklərin
təkrarı ilə başlamaq lazımdır. Təkrara başlamazdan əvvəl, yəni hər-
bi rəhbər yeni dərsə hazırlaşarkən əvvəlcə tədris materiallarını ciddi
təhlil edir. Hərbə dair anlayışlardan hansılarının digər tədris fənləri
ilə əlaqələndiriləcəyini müəyyənləşdirir, onların adlarını göstərir.
Müraciət ediləcək ümumtəhsil fənn anlayışı məlum olduqdan sonra,
bu anlayışın hərbi məşğələlərdə istifadə edilən məzmunu dəqiqləş-
dirilir. Bu məzmun konkret və qısa olmalı, tədris materiallarına
əlavə yük rolunu oynamamalıdır. Göstərilən məzmunun təkrarı ya
müsahibə, ya da fizika və riyazi anlayışların mahiyyətinin qısaca
şərhi yolu ilə aparıla bilər. Buna görə də hərbi rəhbər müsahibəyə
ciddi hazırlaşmalı, sualları qabaqcadan müəyyənləşdirməlidir. Sual-
lar elə tərtib edilməlidir ki, alınan cavablar istifadə olunacaq fizika
və riyazi biliklərin məzmununa tam uyğun gəlsin və şagirdlər bu
biliklərdən istifadənin formasını aydın görə bilsinlər. Müvafiq fizika
və riyazi anlayışların qısa izahı zamanı isə hərbi rəhbər onların əsas
mahiyyətini, bu biliklərdən istifadənin zəruriliyini və formasını gös-
tərir, sonra yeni hərbi anlayışın fizika və riyazi anlayışlar əsasında
şərhinə keçir. Bu zaman şagirdlərin fizika və riyazi biliklərindən elə
istifadə edilməlidir ki, məzmunca yaxın anlayışlar məntiqi olaraq
uyğunlaşdırılsın, şagirdlərin əqli və praktik fəaliyyətində, o cümlə-
dən, hərbi üzrə fizika və riyazi məzmunlu nəzəri və praktiki çalış-
maların həllində də bu biliklər tətbiq oluna bilsin. Tətbiq zamanı
şagirdlərin fizika və riyaziyyat kursundan mənimsədikləri biliklərin
elmi dəqiqliyi gözlənilməli, bu anlayışların təhrif olunmasına yol
verilməməlidir.
Fizika və riyazi biliklərin sual-cavablar vasitəsilə təkrarı pro-
sesində bu biliklər şagirdlərin beynində tam canlandırıldıqdan sonra
onların tətbiqinə keçmək daha məqsədəuyğundur. Tətbiqin sonunda
bir daha ümumiləşdirmə aparıla bilər. Bu zaman hərbi rəhbər nəzərə
almalıdır ki, ümumiləşdirilən hərbi və ümumtəhsil fənn biliklərinin
138
məzmunu oxşar anlayışlardakı fərqli əlamətlərin atılması hesabına
yoxsullaşır, lakin həmin məzmun anlayışlardakı oxşar əlamətlərin
aşkara çıxarılması hesabına isə genişlənir. Buradan aydın görünür
ki, prof. N.M.Kazımovun sübüt etdiyi kimi, “ümumiləşdirilən
cisimlərdəki oxşar və fərqli əlamətləri nəzərə almadan ümumiləşdir-
mələr aparmaq mümkün deyil. Deməli, nəzərdən keçirilən fərqli
cisimlərdə (hadisələrdə) oxşar əlamətlərin üzə çıxarılması və anlayış
formasında ifadə olunması ümumiləşdirmədir” (50, s.39). Belə
pedaqoji ümumiləşdirmələr hərbi məşğələlərdə böyük mövzuların
fizika və riyazi biliklər ilə əlaqəli tədrisindən bilavasitə sonra,
əsasən riyazi və hərbi, həmçinin fizika və hərbi anlayışların müqayi-
səsi yolu ilə həyata keçirilməlidir. Çünki, tədqiqat zamanı N.M.Ka-
zımov tərəfindən elmə gətirilmiş belə bir qanunauyğunluq burada
da müşahidə olundu: “müqayisədən nə qədər əsaslı və ardıcıl
istifadə edilərsə, müqayisə olunan cisimlərin anlaşılması səviyyəsi
bir o qədər yüksəlir” (50, s.44). Ona görə də şagirdlər mahiyyətcə
yaxın (məs. hərbi topoqrafiya və homotetik inikas) hərbi anlayışlar-
la fizika və riyazi anlayışların oxşar və fərqli cəhətlərini, onların bir-
birilə əlaqəsini müqayisə yolu ilə daha asan öyrənə bilirlər. Təcrübə
göstərdi ki, bu zaman mənimsənilən hərbi biliklər, doğrudan da,
şagirdlərin yadında daha möhkəm qalır. Müqayisə ya konkret hərbi
anlayışların (məs. güllənin atılma prinsipinin) fizika və riyazi
anlayışlarla (biliklərlə) əlaqəli tədrisindən bilavasitə sonra, ya da
məşğələnin sonunda aparıla bilər. Müqayisədə şagirdlər mənimsə-
dikləri hərbi anlayışlarla fizika və riyazi anlayışları oxşar və fərqli
əlamətlərinə görə qarşılaşdırır və müqayisə edirlər.
Hərbi biliklərin mənimsədilməsində məktəblilərdə fizika və
riyazi biliklərindən istifadə bacarıqları fizika və riyazi məzmunlu
hərbi çalışmaların və praktik tapşırıqların icrası prosesində forma-
laşdırılir. Bu çalışmalar və praktik tapşırıqlar həm yeni hərbi mate-
rialların tədrisindən bilavasitə sonra, yəni yeni biliyin möhkəmlən-
dirilməsi zamanı, həm də ev tapşırıqları kimi verilə bilər.
Deməli, belə qənaət hasil olur ki, fizika və riyazi biliklərdən
istifadə, fizika və riyazi məzmunlu hərbi çalışmaların və praktik
139
tapşırıqların məqsədyönlü şəkildə yerinə yetirilməsi hərbi anlayışla-
rın möhkəm və şüurlu mənimsənilməsini asanlaşdırır. Bu işdə hərbi
rəhbərin məlumatlılıq səviyyəsi, pedaqoji ustalığı, metodik hazır-
lığı, şəksiz, mühüm əhəmiyyət daşıyır. Lakin şagirdlərin təlimə,
çağırışaqədərki hazırlığı (ibtidai hərbi hazırlıq) məşğələlərinə ma-
rağı, fizika və riyaziyyat fənləri üzrə bilik səviyyələrinin rolu da az
deyildir. Bu maraq və həvəsi oyatmaq, bilik, bacarıq və vərdişləri
aşılamaq, əlbəttə, hərbi rəhbərlə yanaşı, fizika və riyaziyyat müəl-
limlərinin də borcudur.
3.2. “Taktiki hazırlıq” bölməsi üzrə mövzuların tədrisi prosesində
şagirdlərin fizika və riyazi biliklərindən istifadə
“Taktiki hazırlıq” bölməsinin tədrisinə, əvvəlki proqram üzrə
oğlanlar üçün 30 saat, qızlar üçün isə 12 saat vaxt ayrılırdı. X sinif-
də oğlanlar və qızlar birlikdə 12 saatlıq, XI sinifdə isə yalnız oğlan-
lar üçün 18 saatlıq məşğələ keçilirdi. Hazırki tədris proqramında bu
bölmə “Əsgərin döyüşdə davranış qaydaları” adlandırılmış, tədris
materialının məzmunu əsaslı şəkildə azaldılmış, bəsitləşdirilmiş və
cəmi 10 saatlıq vaxt ayrılmışdır.
“Taktiki hazırlıq” bölməsinin fizika kursu ilə əlaqələndirilmə-
sinin zəruriliyi proqrama əlavədə də göstərilir. Burada hərbi hissə-
nin silahları və döyüş texnikası haqqında məlumatların fizikanın 6-
cı sinif kursundan “havada uçma” və 8-ci sinif kursundan “Reaktiv
hərəkət, təyyarə qanadının qaldırıcı qüvvəsi” kimi mövzularla
əlaqələndirilməsi tövsiyə olunur. Ancaq mövcud tədris proqramının
nə izahat vərəqində, nə də mızmununda fənlərarası əlaqə abu-havası
hiss olunmur. İndiki dərsliklərin bu bölmə ilə bağlı məzmunu da
çox bəsitdir. Biz əlaqənin imkanlarını əvvəlki dərsliyin məzmunu
əsasında müəyyənləşdirməyi daha elmi və gənclərin hərbi xidmətə
hazırlanması baxımından daha məqsədəuyğun hesab edirik.
Göstərilən tədris proqramının, dərsliyin və məktəb təcrübəsi-
nin təhlili göstərdi ki, “Taktiki hazırlıq” bölməsinin tədrisinin daha
səmərəli təşkilində riyazi fənlərlə əlaqənin də geniş imkanları
140
vardır. Belə ki, bu bölmənin tədrisində I-XI siniflərdə riyaziyyat
fənnindən öyrədilən natural və tam ədədlər, adi və onluq kəsrlər,
mütənasib (düz və tərs) asılılıqlar, müstəvidə təsvir olunan həndəsi
fiqurlar (dairə və çevrə, onların radiusu, bucaq, bucaqların dərəcə-
lərlə ölçülməsi), sadə riyazi hesablamalar və s. kimi riyazi anlayış-
lardan istifadə etmək mümkündür.
Respublikada, məktəblərimizin bir çoxunda yaxşı hazırlıqlı,
pedaqoji, fizika və ya riyazi təhsili olan hərbi rəhbərlərimiz də var.
Onlar hərbi hazırlıq dərsliyində verilən fizika və riyazi düsturlardan
və həmçinin, şagirdlərin fizika və riyazi bilik dairəsindən daha
səmərəli istifadə etmək imkanlarına malikdir. Belə hərbi rəhbərlər-
dən biri Gəncə şəhəri 15 saylı məktəbin hərbi rəhbəri, ali təhsilli
riyaziyyat müəllimi idi. O, məşğələləri tətqiqatçı tərəfindən hazır-
lanmış metodika əsasında aparmışdır. Hərbi rəhbər “Düşmənin
havadan hücum vasitələri ilə mübarizə üsulları” mövzusunun tədri-
sinə xarici ölkə, əsasən də ABŞ, Rusiya, İngiltərə, Almaniya və s.
dövlətlərinin ordularında olan hərbi-hava qüvvələri, onların tərkibi
(təyyarə və vertolyotları) haqqında məlumatla başlayır. Məlumat
nəqletmə metodu ilə verilir. Şagirdlər öyrənirlər ki, hazırda dövlət-
lərin hərbi aviasiyasının əsasında səsdən iti uçan müxtəlif təyinatlı
qırıcı-bombardmançı təyyarələr dayanır. Onlar hərəkət edən hətta
kiçik ölçülü hədəfləri belə raket zərbələri ilə dağıtmaq üçün nəzərdə
tutulub. Bu təyyarələr düşmənin təyyarə və vertolyotları (eləcə də
helikopterləri) ilə havada da yaxşı mübarizə apara bilir. Qırıcı-
bombardmançı təyyarələr yerüstü hədəfə bomba tökür, həmin
hədəfi təyyarə topları və pulemyotları, idarə olunan və idarə olun-
mayan aviasiya raketləri, həmçinin yandırıcı və dağıdıcı bombaları
ilə məhv edir. Hərbi rəhbər məktəblilərlə birgə xarici dövlətlərin
ordularındakı qırıcı-bombardmançı təyyarələrin və döyüş vertolyot-
larının (helikopterlərinin) taktiki və texniki xüsusiyyətlərini nəzər-
dən keçirir. Bu keyfiyyətləri daha aydın başa düşmək üçün fizika və
riyaziyyatdan bir sıra anlayışlar yada salınır. Hərbi rəhbər sinfə
müraciətlə deyir: Siz sürət anlayışı ilə fizika kursundan tanışsınız.
Kim deyər, sürət nəyə deyilir? (sürət ədədi qiymətcə vahid zamanda
141
edilən yerdəyişməyə bərabər fiziki kəmiyyətdir). Sürət hansı
düsturla ifadə olunur? (V=S/t düsturu ilə. Burada, V-sürət, S-gedi-
lən yol, t-bu yolu getmək üçün sərf olunan vaxtdır). Sürət hansı va-
hidlə ölçülür? (m/san, m/dəq, km/saat və s.). Riyaziyyatdan isə
uzunluğu, uzunluq vahidlərini, onluq kəsr şəklində ifadə olunmuş
həqiqi ədədləri, çevrəni, onun diametrini bilirsiniz. Kim deyər
uzunluq vahidləri hansılardır? (mm, sm, dm, m, km). 7,62 ədədi
hansı şəkildə ifadə olunmuş ədəddir və necə oxunur? (Bu ədəd on-
luq kəsr şəklində ifadə edilmiş həqiqi ədəddir və “yeddi tam yüzdə
altmış iki” kimi oxunur). Kalibrin 7,62 mm olması nə deməkdir?
(Yəni silahın lüləsinin diametri 7,62 mm-dir). Hərbi rəhbər:
– Fizika və riyaziyyatdan indicə təkrar etdiyimiz anlayışlar
əsasında ABŞ-ın, Böyük Britaniyanın, Fransanın, Almaniyanın qı-
rıcı-bombardmançı təyyarə və döyüş vertolyotlarının taktiki və tex-
niki xüsusiyyətlərini öyrənəcəyik – deyə öz şərhinə davam edir: -
ABŞ-ın əsas qırıcı-bombardmançı təyyarəsi F-4E “Fantom”-2-dir.
Bu təyyarənin 2 ekipajı olur. Onun havada ən böyük uçuş sürəti
2300 km/saat, yerdə sürəti isə 1400 km/saatdır. Bir uçuşda təyyarə
4000 km yol qət edə bilir.
O, 18000 m hündürlüyə qalxmağa və 7250 kq bomba götür-
məyə qadirdir. Bu tip təyyarələr bir ədəd 20 mm-k kalibrli aviasiya
topu, 18 idarə olunan və 285 idarə olunmayan aviasiya raketləri ilə
silahlandırılmışdır.
Sonra hərbi rəhbər F-IIIE (ABŞ), “Xarrier” GR-3 (Böyük
Britaniya), “Yaquar” (Fransa, Böyük Britaniya), “Miraj” – IIIE
(Fransa) qırıcı-bombardmançı təyyarələrinin və AH-1G “Xyu-Kob-
ra”(ABŞ), WG-13”Links”(Böyük Britaniya), B
0
-105 P (AFR) dö-
yüş vertolyotlarının taktiki və texniki xüsusiyyətlərini konkret və
dəqiq rəqəmlərlə analoji qaydada aydınlaşdırır.
Daha sonra ABŞ-ın, Rusiyanın, Boyük Britaniyanın, Fransa-
nın və Almaniyanın hərbi hava qüvvələrinə məxsus döyüş təyyarə-
lərinin fərqləndirmə nişanları əks olunmuş plakat nümayiş etdirilir.
Plakat üzrə başa salınır ki, döyüş təyyarələrinin və vertolyotlarının
fərqləndirici nişanları müxtəlif həndəsi fiqurlarla (məsələn, dairə,
142
düzbucaqlı, ulduz, zolaq, xaç və s.) və müxtəlif rənglərlə (qara, qır-
mızı, mavi, sarı və s.) işarə edilir (Sonrakı izahat dərslikdəki kimi
aparılır).
Şagirdlərdə belə inam formalaşır ki, təyyarələrin fərqləndirmə
nişanlarını hər bir Azərbaycan əsgəri bilməlidir. Çünki, mübarizə
aparılan döyüş təyyarəsinin hansı ölkəyə məxsus olmasını bilmək
həmin təyyarənin tipini müəyyən etməyə imkan verir. Təyyarənin
tipi müəyyənləşdikdə isə onun döyüş xüsusiyyətlərini və onlarla
aparılacaq mübarizə üsullarını bilmək asan olur.
Bununla da birinci məşğələ yekunlaşdırılır.
İkinci məşğələyə başlamazdan əvvəl hərbi rəhbər bütün
şagirdləri təlim avtomatları və yaxud onun maketi ilə təmin edir,
istifadə üçün bir təyyarə və bir vertolyot maketi, nişanalma qayda-
larını və atəş üsullarını göstərən plakatlar götürür. Bundan başqa,
şagirdlər havadan hücum vasitələrinə atəş açmağı praktik surətdə
yerinə yetirsinlər deyə, mülki müdafiə meydanını hazırlayır. O,
məktəblilərin sıra ilə düzüləcəyi xəttin qarşısında iki hündür dirək
və bunların arasında bir alçaq dirək yerləşdirir. Bu dirəklərin
yuxarısında rolik olur. Həmin roliklərdən məftil çəkilir və məftildən
təyyarə və vertolyotun maketləri asılır. Təyyarə və vertolyotun
maketi asılmış məftil əl ilə dartılaraq hərəkət etdirilir.
Hərbi rəhbər məşğələyə avtomat və əl pulemyotları vasitəsilə
alçaqdan uçan düşmən təyyarə və vertalyotlarını, həmçinin paraşüt-
çülərini havada müvəffəqiyyətlə məhv etməyin mümkünlüyü haq-
qında məlumatla başlayır. Göstərir ki, hər bir əsgər düşmənin təy-
yarə, vertolyot və başqa havadan hücum vasitələrini tanımalı, onlara
qarşı avtomat və pulemyotlarla mübarizə aparmağı bacarmalıdır.
Bunun üçün havadan hücum vasitələrinə atəş açma priyomlarını
bilmək, mətin və cəsarətli döyüşçü olmaq lazımdır.
Daha sonra göstərilir ki, yüksək sürətlə alçaqdan uçan təyyarə
və vertolyotlar atəş zonasında çox az müddətdə (4-8san) olurlar.
Məhz bu vaxt ərzində düşmən təyyarələrini (vertolyotlarını) vurmaq
lazımdır. Təyyarəni vurmaq üçün ən əlverişli məsafə isə 500-600
m-dir. Bu zaman təyyarənin yerdən yüksəkliyi (hündürlüyü) 400m-
143
dən, əsgərin dayandığı yerdən təyyarəyə qədər olan maili məsafə
500-600 m-dən çox olmamalıdır Əks halda, avtomatlardan atəş
açmağın mənası yoxdur. Çünki, yerin cazibə və havanın müqavimət
qüvvələri güllənin sürətini və öldürücü enerjisini azaldır, 500-600
m-dən sonra güllələr təyyarəni deşə bilmir. Təyyarəyə avtomat-
lardan atəş açarkən nişangah 3 və ya “П” vəziyyətinə qoyulur.
Hərbi rəhbər müxtəlif plakatlardan istifadə edərək şagirdlərə
havadan hücum vasitələrinə atəşaçma üsullarının mahiyyətini
aydınlaşdırır. Göstərir ki, hücuma keçən düşmən təyyarəsinə (və ya
vertolyotuna) iki üsulla atəş açmaq mümkündür: güllələrlə çəpər
çəkməklə (bir qədər irəliyə atəş açmaqla təyyarənin qarşısına
“çəpər” çəkilir) və hədəfi müşahidə etməklə atəşaçma.
Uzaqdan yaxınlaşan düşmən təyyarəsinin sürəti 150 m/san-
dən (540 km/saat-dan) çox olanda atəş açmanın güllələrlə çəpər
çəkmə üsulundan istifadə əlverişlidir. Bu üsul tətbiq edilərkən qa-
baqlama məsafəsi (təyyarə ilə nişan alınan nöqtə arasındakı məsafə)
təyyarənin uzunluğundan bir neçə dəfə böyük olmalıdır. Aydındır
ki, məsafəni gözlə dəqiq təyin etmək çətindir. Ona görə də əsgər
vaxtında təyyarəni və onun hərəkət istiqamətini (hərəkət düz xəttini)
müəyyənləşdirməli, dərhal da təyyarənin uçma istiqamətində (hərə-
kət düz xətti üzərində) və ondan xeyli irəlidə yerləşən bir nöqtəni
nişan almalıdır. Təyyarə ilə həmin nöqtə arasındakı məsafə təxmi-
nən 800-900m olanda əsgər atəş açır. Güllələr atəş nöqtəsinə çat-
dıqda təyyarə də atəş xəttinə daxil olacaq və güllələrə tuş gələ-
cəkdir. Təyyarə atəş zonasından keçənə kimi bu qaydada fasiləsiz
atəş açma davam etdirilir. Atəş vaxtı silah eyni vəziyyətdə saxla-
nılır. Lakin güllənin trayektoriyasından aydın görünsə ki, güllələr
təyyarənin uçuş istiqamətindən aralı keçir, onda atəşi dayan-
dırmadan silahın istiqamətini təyyarəyə tərəf çevirmək və təyyarə
güllələrlə toqquşana kimi (təyyarəyə dəyənə kimi) atəş kəsilmir.
Sonra hərbi rəhbər avtomatlardan atəşin müşayətedici forma-
sının izahına keçir. Göstərilir ki, bu üsul havadan hücum vasitələri
(vertolyot, yük təyyarəsi, paraşütçü) yavaş sürətlə uçarkən tətbiq
olunur. Bu zaman avtomatçılar (pulemyotçular) vaxt itirmədən
144
qabaqlama məsafəsinin uzunluğunu gözəyarı təyin etməli, təyya-
rənin hərəkət istiqamətində və ondan qabaqlama məsafəsi qədər
irəlidə yerləşən nöqtəni mümkün qədər dəqiq nişan almalı və dərhal
da həmin istiqamətdə fasiləsiz atəş açmalıdır. Təyyarə yerini dəyiş-
dikdə güllələr bir növ təyyarəni izləyir. Həmin qaydada atəş açma
təyyarə vurulana kimi və yaxud, atəş zonasından uzaqlaşana qədər
davam etdirilir. Bundan sonra atəş açmaq və güllələri boş yerə sərf
etmək lazım deyil. Yadda saxlamaq lazımdır ki, yavaş və alçaqdan
uçan təyyarəyə bu üsul ilə avtomatlardan atəş açmaq daha
əlverişlidir.
Şagirdlərə bildirilir ki, fizika kursundan öyrəndikləri və bun-
dan əvvəlki məşğələdə təkrar etdikləri V = S/t düsturundan burada
da istifadə olunacaq. Dərsdə belə bir sual irəli sürülür: əgər yuxarı-
dakı düsturda sürət və vaxt məlumdursa, onda gedilən yol necə
tapılır? (S = Vt düsturunun köməyi ilə)
Düşmənin təyyarə və vertolyotları ilə mübarizə zamanı
qabaqlama məsafəsi bu düstura əsasən hesablanır və qabaqlama
məsafəsini göstərən kəmiyyət S = V
n
t
s
ilə təyin olunur. Burada V
n
-
hədəfin (təyyarə və yaxud vertolyotun) sürəti (m/san), t
s
güllənin,
(həmçinin təyyarənin) nişan alınan nöqtəyə çatma vaxtıdır. Bu
düstur onu göstərir ki, təyyarə V sürəti ilə uçarsa, o, S qabaqlama
məsafəsini t
s
müddətinə keçərək nişan alınan nöqtəyə çatacaqdır.
Avtomatdan atılan güllələr də t
s
müddətinə nişan alınan nöqtəyə
çatmalıdır ki, hədəfə (təyyarəyə) dəyə bilsin. Deməli, t
s
vaxtı hər iki
hərəkət edən obyekt (təyyarə və güllələr) üçün eyni olmalıdır. Ona
görə də təyyarəyə (vertolyota) atəş açma anı S qabaqlama məsa-
fəsinə görə nizamlanmalıdır. Bu izahatdan aydın olur ki, düşmənin
havadan hücum vasitələrinə qarşı öyrəndiyimiz hər iki mübarizə
üsulu (çəpər çəkmə və müşayiət etmə) S = V
n
t
c
düsturuna əsas-
lanır.Yəni, bu mübarizə üsullarının elmi əsasını sürət, zaman və yol
arasındakı S = VT asılılığı (funksiyası) təşkil edir. Ona görə də,
güllənin və təyyarənin hərəkət sürəti məlum olduqda qabaqlama
məsafəsini asanlıqla hesablamaq mümkündür.
145
Adətən qabaqlama məsafəsi gözəyarı təyin olunur. Çünki,
döyüşlər zamanı bunu dəqiq müəyyənləşdirmək mümkün deyildir.
Ona görə də məsafələrin gözəyarı ölçülməsi sahəsində çoxlu məşq
etmək lazım gəlir. 500 metrlik atəş uzaqlığında qabaqlama məsafəsi
60-80 metr (təyyarənin uzunluğundan 5-7 dəfə böyük) olmalıdır.
Tədris materialının şərhindən sonra hərbi rəhbər düşmənin təy-
yarə və vertolyotlarına yerdən atəş açma priyomlarının məşq etdiril-
məsinə keçir. Məşqlər əmrvermə və dərhal onun icrası formasında
aparılır. Hərbi rəhbər müxtəlif vəziyyətlərə uyğun əmrlər verir.
Məsələn, “Bölmə, ağacın üzərində, vertalyota, üç fiqur irəli, müşa-
hidə etmə üsulu ilə ATƏŞ” , “Bölmə, kəndin üzərində çəpər çəkmə
üsulu ilə - ATƏŞ” və s. Komandalara uyğun olaraq şagirdlər əvvəlcə
cüt-cüt, sonra isə manqalarla (Manqa-əksər ölkələrin hərbi
qüvvələrində ilk (ən aşağı) taktiki bölmədir. 6-12 nəfərdən ibarət
manqa bir qayda olaraq matorlaşdırılmış atıcı və piyada, minaatan,
paraşüt-desant və s. taqımların tərkibinə daxil olur) məşq edirlər.
Məktəblilərdən kimsə verilən komandaları səhv yerinə yetirsə, hərbi
rəhbər bütün manqanı saxlayır, onun səhvini göstərir və sonra məşqi
davam etdirir. Digər manqanın şagirdləri isə onları müşahidə edirlər.
Birinci manqanın məşqindən sonra ikinci manqanın məşqinə keçilir.
Məşğələnin sonunda hərbi rəhbər ümumiləşdirici söhbət apa-
rır və qeyd edir ki, alçaqdan uçan havadan hücum vasitələrinə atəş
açma qaydalarını yaxşı bilmək, düşmənin təyyarə və vertolyotlarını
tez aşkara çıxarmaq, onların hansı ölkəyə mənsub olmasını tanımaq
və tipini müəyyənləşdirmək, öz silahının döyüş imkanlarını müəy-
yən etmək və bu imkanlardan bacarıqla istifadə etmək düşmənin
havadan hücum vasitələri ilə mübarizədə müvəffəqiyyət qazanma-
ğın başlıca şərtidir.
Bununla da hərbi rəhbər məşğələni yekunlaşdırır və ev tapşı-
rığını verir. Ev tapşırığına həm də aşağıdakı çalışmalar daxildir:
1.
Nə üçün havadan hücum vasitələrinə atəş açmaq üçün ən
əlverişli məsafə 500-600 metrdir və nə üçün nişangah 3 (üç) və ya
“П” vəziyyətinə qoyulur?
146
2.
Kalaşnikov avtomatından hədəfə qabaqlama üsulu ilə atılan
güllə 2 saniyədən sonra 280 m/san sürətilə hərəkət edən düşmənin
yük təyyarəsinə dəymişdir. Qabaqlama məsafəsi nə qədər olmuşdur?
“Taktiki hazırlıq” bölməsinin əsas mövzularından biri də
“Kəşfiyyat” mövzusudur. Eksperimental siniflərdə bu mövzunun
izahına hərbi rəhbər şifahi şərhetmə metodu ilə başlayır. O, məş-
ğələni üç başlıca hissəyə ayırır, bu, şagirdlərə elan edilmir: başlan-
ğıc, əsas və yekunlaşdırıcı hissələr. Hər bir hissədə hərbi rəhbərin
şifahi şərhi və müsahibə aparması xüsusi yer tutur. O, mövzunu elan
etdikdən sonra dərsin məqsədini bildirir və məktəblilərin əvvəlki
hərbi və riyazi biliklərini yada salmaq məqsədilə sual-cavablar
aparır. Sorğu bilavasitə yeni biliyin öyrədilməsi zamanı istifadə
edilən hərbi və riyazi anlayışlara aid olur:
-
Kəşfiyyatçı əsgər kəşfiyyat zamanı ən çox hansı obyekt-
lərə fikir verməlidir? (Kəşfiyyatçı ən çox hərbi əhəmiyyətli obyekt-
lərə fikir verməli, onları yadda saxlamalı və ya qeyd etməlidir. Mə-
sələn, körpüləri, dəmir yol xətlərini, yaşayış məntəqələrini, teleqraf
xətlərini və s.).
-Kəşfiyyatçı ən çox hansı keyfiyyətlərə malik olmalıdır? (yax-
şı yaddaşa, diqqətə, müşahidə qabiliyyətinə, fiziki hazırlığa və s.)
Hərbi rəhbər bu qayda ilə sual-cavab aparır və müsahibəni ye-
kunlaşdıraraq yeni mövzunun izahına başlayır: “Uşaqlar, müşahidə
kəşfiyyat zamanı istifadə olunan əsas üsullardan biridir”. O, dərsin
əsas hissəsində tədris materialını şifahi şərh etmə və müxtəlif əyani
vəsaitlərdən istifadə zamanı nümayiş etdirmə üsullarını seçir. Hərbi
rəhbər bu üsulların köməyilə “müşahidə”nin forma və üsullarını
(müxtəlif şəraitlərdə) aydınlaşdırmağa başlayır. Kəşfiyyatçının ge-
yimi üzərində dayanır və eyni obyektin müxtəlif şəraitlərdə müşahi-
dəsini plakatların köməyi ilə başa salır. Plakatlardakı şəkillərdə
müşahidənin həm düzgün, həm də düzgün olmayan müşahidə for-
maları olur. Həmin formaları şagirdlərə çatdırmaq üçün müqayisə
priyomunun köməyi ilə yaradılan problem situasiyadan istifadə
edilə bilər. Problem situasiya yaradılarkən sual belə qoyulur: “De-
yin görək bu müşahidə formalarından hansı düzgündür? Nə üçün?”
147
(Hərbi rəhbər eyni bir obyektin müxtəlif formalarda müşahidəsini
əks etdirən şəkilləri göstərir).
Sual şagirdləri düşünməyə, şəkillərdəki müşahidə formalarını
bir-biri ilə tutuşdurmağa (oxşarlıqda fərqi tapmağa) vadar edir.
Nəticədə problemli situasiya yaranmış olur. Məktəblilər fikirləşərək
aşağıdakı cavabları verirlər:
-
Ağacın yanında və yaxud kolun dibində uzanaraq müşahi-
də etmək, ayaq üstə dayanıb müşahidə etməkdən daha düzgündür.
Çünki birinci halda müşahidəçi tez nəzərə çarpmır. Ikinci halda isə
əksinə, düşmən onu tez görə bilir.
-
Hasarın taxtaları arasından müşahidə etmək düzgündür.
Hasarın üstündən müşahidə etmək isə təhlükəlidir və s.
Bu işi yekunlaşdırdıqdan sonra hərbi rəhbər özünə mövqeseç-
mə və məsafəni təyin etmə anlayışlarının öyrədilməsini aşağıdakı
ardıcıllıqla həyata keçirir. Əvvəlcə şifahi şəkildə izahat verir ki,
müşahidə olunan nöqtədən hədəfə qədər olan məsafə müxtəlif for-
malarda təyin edilə bilər. Bu formalardan ən tez və sadə yerinə
yetiriləni gözəyarı seçmə üsuludur. Hər bir əsgər (o cümlədən, hərbi
hazırlıq keçən hər bir şagird) 50, 100, 200, 400, 800, 1000 metrə
bərabər olan məsafələri tez bir zamanda gözəyarı müəyyənləşdir-
məyi bacarmalıdır. Bunun üçün şagirdlər çoxlu məşq etməli və
yaxud müxtəlif obyektlərin görünmə məsafələrini göstərən cədvəli
bilməlidir. Bütün bu məlumatlardan sonra hərbi rəhbər məktəb-
lilərin diqqətini xüsusi hərbi əhəmiyyətə malik əşyaların görünmə
məsafələrini səciyyələndirən cədvələ yönəldir:
Dostları ilə paylaş: |