I FƏSĠL
GƏNCLƏRĠN ÇAĞIRIġAQƏDƏRKĠ HAZIRLIĞI
KURSUNUN ÜMUMTƏHSĠL FƏNLƏRĠLƏ ƏLAQƏLĠ
TƏDRĠSĠNĠN NƏZƏRĠ VƏ PRAKTĠK MƏSƏLƏLƏRĠ
1.1. Orta ümumtəhsil fənlərinin əlaqəli tədrisinin
elmi-pedaqoji və psixoloji əsasları
Orta ümumtəhsil məktəblərində təlimin elmi-nəzəri səviyyəsi-
nin yüksəldilməsi vəzifəsinin yerinə yetirilməsi bir sıra didaktik
problemlərin, o cümlədən ayrı-ayrı fənlərin tədrisi prosesində fən-
lərarası əlaqənin həyata keçirilməsini tələb edir. Keçmiş SSRİ mə-
kanında bu problemə xüsusilə çox diqqət verilməyə başlanmış,
ümumtəhsil fənlərinin əlaqəli tədrisinə həsr olunmuş xeyli elmi-
nəzəri konfranslar keçirilmişdir (1973-cü ildə Alma-Ata, 1976-cı
ildə Çelyabinsk, 1975, 1980-ci illərdə Moskva şəhərində və s.).
Ümumtəhsil fənlərinin tədrisində fənlərarası əlaqənin reallaşdırıl-
masına həsr edilmiş bir neçə məqalələr məcmuəsi, çoxlu miqdarda
jurnal və qəzet məqalələri nəşr edilmiş, namizədlik və doktorluq
dissertasiyaları müdafiə edilmiş, müəllimlər konfransında tez-tez
söhbətlər getmişdir. İndi də bu istiqamətdə respublikamızda müəy-
yən işlər görülməkdədir.
Lakin əvvəlcədən demək istərdik ki, ümumtəhsil fənlərinin
əlaqəli tədrisi problemi tam həcmdə bu günə qədər həll edilməmiş və
bu böyük problem təhsilin keyfiyyətini yüksəltmək üçün müəllimlər
tərəfindən indi də, lazımınca qiymətləndirilmir. Səbəbi isə müxtəlif-
dir. Bəziləri problemin əhəmiyyətini yaxşı bilmir, digərləri bilsələr də
onu yerinə yetirməkdə çətinlik çəkdiklərindən ona məhəl qoymur,
üçüncülər “onsuz da keçinərik” deyə əlavə əmək sərf etmirlər. Nəha-
yət, obyektiv səbəb kimi milli zəmində hazırlanmış fənn proqramla-
rının və dərsliklərin qüsurlu olması, milli dərsliklərin müəyyən müd-
dətdə eksperimentdən keçirilmədən istifadəyə verilməsidir.
18
Təlim-tərbiyə prosesinin qarşılıqlı əlaqədə olan komponent-
lərinə həm ayrılıqda, həm də sistemli, əlaqəli şəkildə diqqət yetiril-
məsinə, bundan ötrü müxtəlif forma və üsulların tətbiqinin əhəmiy-
yətinə aid fikirlərə Y.A.Komenski, A.V.Disterveq, İ.F.Herbart,
K.D.Uşinski, A.S.Makarenko və b. əsərlərində rast gələ bilərik. Mə-
sələn, didaktikanın əsasını qoymuş dahi çex pedaqoqu Y.A.Komen-
ski deyirdi: “Qarşılıqlı əlaqədə olan hər şey bu cür əlaqədə də öyrə-
dilməlidir. Predmet və hadisələrin üzvi əlaqədə öyrənilməsi, araş-
dırılması məzmunun açılmasını reallaşdırır” (13, s.134). Fənlərin
əlaqəli tədrisi probleminə klassik pedaqoqlardan olan K.D.Uşinski
də böyük əhəmiyyət vermişdir. Sxolastik tərzdə gedən təlim işlərini
tənqid edərək o qeyd edirdi ki, belə təlimin nəticəsində şagirdin
başında hərc-mərclik əmələ gəlir, öyrənilmiş anlayışlar, hətta ideya-
lar “onun başında elə cansız şəkildə düzülür ki, elə bil rəvayətə görə
“donub qalmış qaranquşlardır”; onların biri o birinin yanında yıxılıb
qalıb, amma birinin o birindən xəbəri yoxdur; bunun kimi də bir-
birinə çox yaxın, çox həmcins olan ideyalar, əslində, belə tutqun
başda on illərlə qalır və bir-birini görmürlər” (28, s.296).
K.D.Uşinski fənlərin sistematik surətdə öyrənilmə zəruriyyəti
ideyasını irəli sürməklə yazırdı: “Əlbəttə, ancaq səmərəli, fənnin öz
mahiyyətindən doğan sistem biliklərimiz üzərində bizim tam haki-
miyyətimizi təmin edə bilər. Pərakəndə, əlaqəsiz biliklərlə dolduru-
lan baş elə bir ambara bənzəyir ki, orada hər şey qarma-qarışıq hal-
dadır və onun sahibi belə istədiyini tapa bilmir; biliklə deyil ancaq
sistemlə yüklənən baş isə elə bir dükana bənzəyir ki, orada hər yeşik
üzərində şeyin qiyməti yazılmış, amma yeşiklər boşdur”. Belə bir
vəziyyətdən uzaq olmaq üçün Uşinski göstərir ki, “Həqiqi pedaqo-
gika ifratçılıqdan qaçaraq şagirdlərə bilik verir və onu topladıqca da
sistemə salır. Bilik nə qədər çox çeşiddə toplanarsa, sistem də bir o
qədər yüksək olur və nəhayət, məntiqi və fəlsəfi müddəaların mü-
cərrədlik dərəcəsinədək çıxır, şagirdlərin başında belə dünyagörü-
şünün əmələ gəlməsində, əlbəttə, fənn müəllimlərinin hamısı iştirak
edir...” (28, s.355).
19
Buradan aydın olur ki, müxtəlif mənbələrdən alınan biliklər
arasında sıx əlaqə yaratmaq, bilikləri səmərəli sistemə salır, onları
“məntiqi və fəlsəfi müddəalara” çatdırır, şagirdlərin başında “dün-
yagörüşü yaranmasını” təmin edir və bu işdə bütün müəllimlərin
iştirakı tələb olunur.
Bu prosesdə Uşinski, təbiət fənlərinin əlaqəli tədrisinə toxun-
mur, fənlərarası əlaqədə mühüm rolu ana dilinin tədrisi üzərinə qo-
yur (28, s.356).
Bu problem məşhur Azərbaycan maarifçisi Həsən bəy Zərda-
binin də diqqətini cəlb etmiş, o göstərmişdir ki, məktəbdə əl əməyi
təlimini başqa elmlərin tədrisi ilə paralel aparmaq lazımdır. Bu iki
proses bir-birini tamamlamalıdır.
A.S.Makarenko tədris fənləri arasında əlaqənin süni xarakter
daşıdığını qeyd etmiş və onun əleyhinə çıxmışdır. O, əlaqənin şagird-
lərin şüurunda öz-özünə yaranacağını söyləyərkən təlim və iş zamanı
bu sahədə xüsusi təşəbbüs göstərilməsini yersiz hesab edirdi (14).
A.S.Makarenkonun bir fənnin təliminin başqa fənlərlə süni
şəkildə əlaqələndirilməsi əleyhinə çıxması pedaqoji cəhətdən əhə-
miyyətli olsa da, hər cür əlaqəni inkar etməsi qəbuledilməzdir.
XX əsrin 60-cı illərində sovet pedaqoqları M.M.Mehdizadə,
M.Ə.Muradxanov, A.K.Qonçarov, İ.F.Yesipov, İ.T.Oqorodnikov,
M.N.Skatkin, P.R.Atuşov və b. tədris planının tətbiqi, orada fənlərin
yeri və əlaqəsi haqqında qiymətli fikirlər söyləmişlər.
Lakin ümumtəhsil fənlərinin müasir hərbi-texniki biliklərlə
qarşılıqlı – əlaqəli tədrisi yolları tam şəkildə müəyyənləşdirilməmiş-
dir. Çünki, problemin aktuallığına baxmayaraq nə sosial şərait, nə
də ki, pedaqoji elmin özünün səviyyəsi bunun üçün lazımi şərait ya-
rada bilməmişdir.
Müasir pedaqogika bu problemin həlli ilə də istər təbii, istərsə
də anlayışlar arasında dialektik əlaqənin mövcud olmasına istinad
edərək məşğul olmağa başladı. Beləliklə, fizika, riyaziyyat, ibtidai
hərbi hazırlıq fənləri arasında olan əlaqə az-çox işıqlandırılmış oldu
(prof .A.A.Abbaszadə, prof. Ş.T.Tağıyev, dos. Ə.H. Məmmədov,
dos. Q.B.Bəylərov, dos. İ.C.Alverdiyev və b.).
20
Milli istiqlaliyyət qazandıqdan, məktəblərimizdə təhsil yeni
məzmun aldıqdan sonra fənlərarası əlaqə problemi yenidən pedaqoji
ictimaiyyətin qarşısına qoyulmuş, bu sahədə müəyyən irəliləyiş
olmuşdur. Lakin bu gün məktəb fənlərinin hərbi anlayışlarla əlaqəli
tədrisi baxımından daha da təkmilləşdirilməyə ehtiyacı vardır. Ona
görə ki, təlimin millilik və müasirlik baxımından ideya-nəzəri sə-
viyyəsini yüksəltmək üçün bütün imkanlar, o cümlədən fənlərarası
əlaqənin təkmilləşdirilməsi səfərbər edilməlidir. Fənlərarası əlaqə-
nin mahiyyətinə dair onu da qeyd edək ki, V.N.Fyodorovanın (29)
göstərdiyi kimi, bu problemin mahiyyətini şərh etməkdə alimlər
arasında yekdillik yoxdur.
“Fənlərarası əlaqə” kateqoriyasının mahiyyətinə elmi-peda-
qoji ədəbiyyatda olan yekdil münasibəti müəyyən etmək üçün müx-
təlif dövrlərdəki pedaqoq və metodist alimlərin fikirləri tədqiqata
cəlb edilmişdir. Son dövrlərdə aparılan və internet səhifələrində
yayımlanan tədqiqatlardan aydın olur ki, “Pedaqoji ədəbiyyatda
“fənlərarası əlaqə” kateqoriyasına 30-dan artıq tərif var, onun
pedaqoji qiymətinə və müxtəlif tərzdə qruplaşdırılmasına ən müxtə-
lif yanaşmalar mövcuddur”. Müəllif N.N.Sotnikova bir neçə yanaş-
ma tərzini nəzərdən keçirərək yazır ki, müəlliflərin böyük bir qrupu
fənlərarası əlaqəyə didaktik şərt kimi baxır (F.P.Sokolova,
V.N.Fyodorova, D.M.Kiryuşkin). (Сотникова Н.Н. Межпредмет-
ные связи в обучении. 29.04.2010. http://www. student.ru, s.1)
Fənlərarası əlaqəni həm vasitə (V.P.Şuman), həm iş sistemi
(P.Q.Kulakin), həm də təhsilin məzmununun xüsusiyyəti (K.L.Ko-
rolyova), həm didaktik şərait (N.M.Çərkəzzadə), həm də təhsilin
məzmununun xüsusi quruluşu (N.S.Antonov) və s. kimi şərh edən
tədqiqatçılar (29, 21, 22, 27) var.
V.N.Fyodorova yazır ki, göstərilən təriflərdən daha çox məq-
bul olanı N.M.Çərkəzzadənin irəli sürdüyü tərifdir, çünki, “fənlər-
arası əlaqənin yerinə yetirilməsi həqiqətən elə bir didaktik şəraitdir
ki, bu əlaqəni əvvəlcədən düşünülmüş və ardıcıl şəkildə həm tədris
materialının məzmununa (xüsusilə elmi anlayışın, qanunun, nəzə-
riyyənin mahiyyətini işıqlandıranda), həm də muxtəlif təlim metod-
21
larına daxil etməyi tələb edir” (21, s.7-8). Başqa təriflər haqqında
danışmağa dəyməz, çünki, onlarla V.N.Fyodorova özü də razı
deyildir, ona görə ki, o təriflərdə mahiyyət etibarilə problemin özü
haqqında deyil, onun nəticələri və ya başqa fənlərlə olan münasibəti
haqqında söhbət gedir.
N.M.Çərkəszadənin təklifinə bir çox başqa alimlər də, o cüm-
lədən A.V.Usova da şərik olur. Fənlərarası əlaqənin tətbiqinin, təlim
prosesində müxtəlif fənlər arasında olan obyektiv əlaqələrin, həm-
çinin elmlər arasında mövcud olan əlaqənin inikası olduğunu qeyd
edərək A.V.Usova yazır: “Hazırda fənlərarası əlaqə təlimin elmi-nə-
zəri səviyyəsini yüksəltmək, şagirdlərin yaradıcı qabiliyyətlərini in-
kişaf etdirmək, biliyin mənimsənilməsini optimallaşdırmaq və nəti-
cədə bütün prosesi təkmilləşdirmək şəraiti hesab edilir” (27, s.24).
İlk dəfə İ.D.Zveryev və V.N.Maksimova (11, 12, 15) fənlər-
arası əlaqəni prinsip hesab etmişdir. İ.D.Zveryev yazır: “Fənlərarası
əlaqə prinsipi şagirdlər üçün müxtəlif fənlərdən bilik və bacarıqların
tətbiqi və sintezinə istiqamətlənmiş problemin, sualların, vəzifə-
lərin, tapşırıqların formalaşmasına yönəlir” (11, s.31).
Akademik M.M.Mehdizadə yazırdı: “Biz nə N.M.Çərkəszadə,
nə də onun tərifini məqbul hesab edən V.N.Fyodorova ilə razılaşa
bilərik, çünki fənlərarası əlaqəni didaktika ilə bağlamaqda haqlı hə-
rəkət etmiş olsalar da, bunu “didaktik şərait” hesab etməyə, fikri-
mizcə, heç bir əsas yoxdur. Bizə didaktikanın prinsip və qaydaları
məlumdur, lakin “didaktik şərait” kateqoriyası təlim nəzəriyyəsində
məlum deyildir” (6, s.141).
“İbtidai hərbi hazırlıq kursunun ümumtəhsil fənlərilə əlaqəli
tədrisi problemi” adlı monoqrafiyamızda fənlərarası əlaqəni belə
qəbul etmişik: “İbtidai hərbi hazırlıq kursunda fənlərarası əlaqənin
nəzərə alınması həmin fənnin vahid strukturunun gözlənilməsi şərti
ilə təlimin ümumi məsələlərinin həyata keçirilməsi üçün tətbiq olu-
nan bir işdir, prinsipdən irəli gələn didaktik tələblərdən biridir. Bu
tələb ibtidai hərbi hazırlıq məşğələlərində şagirdlərin təbiət-riyaziy-
yat elmləri üzrə qazandıqları biliklərdən istifadə prosesinə də tama-
milə aiddir” (8, s.14).
22
Bu barədə V.N.Fyodorovanın da məqaləsində danışılır (20,
s.8). Bütün bunlar fənlərarası əlaqənin əhəmiyyətinə aiddir. Lakin
bu keyfiyyətlər heç də onun spesifik tərəflərini açmır, onu müstəqil
bir pedaqoji hadisə kimi şərh etmir. Pedaqoji ədəbiyyatda fənlərara-
sı əlaqəyə verilən başqa tərif bilmirik. Hətta “Pedaqoji ensiklopedi-
ya”da belə bu anlayış nəzərdən qaçırılmışdır. Amma “Pedaqoji
lüğət”də (1960) buna diqqət yetirilmişdir. Lakin təəssüf ki, bunda
da fənlərarası əlaqə tam səciyyələndirilmir, “təlim proqramlarının,
elmlər sistemi və didaktik məqsədlərlə şərtləşən qarşılıqlı uzlaşma-
sı” adlandırılır (25, s.681). Burada problemin bir qədər işıqlandırıl-
dığını inkar etmirik, lakin o çox məhduddur, primitivdir və yarım-
çıqdır. Əgər məsələyə tədqiq etdiyimiz problem baxımından yanaş-
saq, onda işi ancaq “gənclərin çağırışaqədərki hazırlığı (ibtidai hərbi
hazırlıq) və digər ümumtəhsil fənləri üzrə proqramların qarşılıqlı
uzlaşması” ilə bağlamaq, bu mühüm didaktik hadisənin əhəmiyyəti-
ni yarıtmaz qiymətləndirmək olardı.
Son zamanlarda həm pedaqogika nəzəriyyəsinə, həm də fənlə-
rin tədrisi metodikasına dair nəşr olunan çox məzmunlu məqalə-
lərdə də bu problemin düzgün tərifinə rast gəlmirik (halbu ki, bu
məqalələrdə problemin bir sıra mühüm cəhətləri çox dərin şərh
edilmişdir). Burada, hər şeydən əvvəl, Q.V.Vorobyovun məqaləsini
nəzərdə tuturuq. Orada fənlərarası əlaqə: “Hadisələr qrupları arasın-
da qanunauyğun əlaqələr yaradan maddi aləmin vəhdətinə aid elmi
mənzərəni açan elmlər tərkibidir” və ya “müxtəlif fənlər üzrə bilik-
lər məzmununun və təlim-əmək fəaliyyətinin əlaqəsidir” deyə səciy-
yələndirilir (19, s.5-6). Bu cür tərifə etiraz etmək çətindir, çünki
burada problemin müəyyən cəhətləri işıqlandırılır. Lakin problemin
hansı didaktik kateqoriyaya mənsub olmasına dair müəllif söz de-
mir. Bu problemə dair V.M.Korotovun da çox məzmunlu məqaləsi
dərc edilmişdir. Fənlərarası əlaqənin bir çox prinsipial cəhətləri bu
məqalədə elmin tələblərinə müvafiq işıqlandırılmışdır: O yazır:
“Yeni tədris proqramları və dərsliklərin tətbiqinə başlanılan ümumi
orta təhsilin məzmununun sabitləşdiyi indiki vaxtda təlim-tərbiyə
prosesində fənlərarası əlaqənin tətbiq edilməsinin düzgün istiqamət-
23
lərini axtarmaq, təlim və tərbiyənin keyfiyyətini yüksəltmək, şagird-
lərdə dialektik-materialist dünyagörüşünün formalaşdırılması uğ-
runda mübarizənin ən aktual yollarından biri hesab edilir” (23,
s.119). Təəssüf ki, bu samballı məqaləsində o da problemə tərif
verməmişdir. Ancaq onu qeyd edir ki, “fənlərarası əlaqə problemi
ümumtəhsil orta məktəblərinin elə ümumi məqsədləri ilə əlaqədar-
dır ki, onlar tədris etdiyi fəndən asılı olmayaraq hər müəllimin işin-
də mühüm cəhətdir, hər şeydən əvvəl, bu – şagirdlərin elmi dünya-
görüşünün formalaşdırılması, təlimin həyatla əlaqələndirilməsi
vəzifələrinin həyata keçirilməsi yoludur” (23, s.120).
Fənlərarası əlaqəni V.M.Korotov da didaktikanın əsas prob-
lemlərindən biri hesab edir (23, s.121). Buna da etiraz edən yoxdur.
Lakin problemin hansı didaktik koteqoriyaya aid olduğunu dəqiq-
ləşdirmək lazımdır.
Akademik M.M.Mehdizadə fənlərin əlaqəsinin mahiyyətinə
dair öz mövqeyini bildirərək yazır: “Biz belə bir fikrə gəlirik ki, tət-
biqi indi son dərəcədə zəruri olan, didaktik əhəmiyyəti ümumən qə-
bul edilmiş olan fənlərarası əlaqəni didaktik prinsiplər kateqoriya-
sına aid etmək elmi baxımdan məqsədə daha müvafiq olar” (6,
s.143). Ənənəvi təlim prinsipləri sırasında bunun olmaması
M.M.Mehdizadənin təklifinə etiraz etməyə əsas vermir. Əvvəla ona
görə ki, təlim nəzəriyyəsində alimlərin didaktik prinsiplərin siyahısı
haqqında yekdil rəyləri yoxdur. Məsələn, “Məktəb pedaqogikası”
adlı dərsliyində prof. N.Kazımov 13 qanunauyğunluqdan törəyən 13
prinsipin adlarını (47, s.146) göstərir, öz fikirlərini dərin elmi əsas-
larla sübut edir. Prof. A.Abbasov təlimin prinsiplərini iki qrupa bö-
lərək altı prinsipin olduğunu göstərir və onların mahiyyətinə aydın-
lıq gətirir (5, s.121-134). Məlumdur ki, təkcə pedaqogika dərsliklə-
rində deyil, həm də didaktika üzrə nəşr edilmiş monoqrafiyalarda da
didaktika prinsipləri müxtəlif siyahı ilə verilir. Bunların arasında
fənlərarası əlaqənin bir prinsip kimi göstərilməməsi heç də bunu
prinsip saymamağa əsas vermir Ona görə ki, təlim prosesində fən-
lərarası əlaqə də başqa ənənəvi prinsiplər kimi, məsələn, təlimdə el-
milik, sistematiklik, şüurluluq kimi müəyyən didaktik vəzifə daşı-
24
yır. Bu məsələ ilə əlaqədar prof. Z.İ.Qaralov yazır: “Fənlərarası əla-
qə prinsipinə görə bütün orta məktəb kursları əlaqəli tədris olunma-
lıdır ki, şagirdlərin bilik və bacarıqlarında tamlıq və ümumilik ol-
sun. Lakin əlaqələrin xarakteri, elmi mahiyyəti, bu əlaqələri təmin
etməyin mexanizmi tam öyrənilmədiyindən əlaqə imkanlarından
bütövlükdə istifadə edilmir” (3, s.236). Fənlərarası əlaqə haqqında
çıxış edən müəlliflər yekdilliklə bunun didaktik əhəmiyyətini qeyd
edirlər. Məsələn, A.V.Usova yazır: “Fənlərarası əlaqənin əhəmiyyə-
tini biz, hər şeydən əvvəl, tədrisin elmi səviyyəsini yüksəltməkdə,
şagirdlərin dialektik təfəkkürünü inkişaf etdirməkdə, onlarda elmi
dünyagörüşünü formalaşdırmaqda, bilik, bacarıq və vərdişlərin
geniş bir surətdə köçürülməsi üçün şərait yaratmaqda görürük” (21,
s.24). V.N.Fyodorova yazır: “Fənlərarası əlaqə təlimin elmiliyi və
müvafiqliyinə, şagirdlərin idrak fəaliyyətinin gücləndirilməsinə,
məktəblilərin bilik, bacarıq və vərdişlərinin keyfiyyətini yaxşılaşdır-
mağa xidmət edir, şagirdlərin elmi-metodik görüşlərini və inamla-
rını təkmilləşdirir və inkişaf etdirir” (21, s.8).
V.M.Korotov yazır: “Fənlərarası əlaqənin tətbiqi təlim və tər-
biyənin effektliyini yüksəltməyə imkan verir, bilik, bacarıq və vər-
dişlərin hərtərəfli tətbiqini və möhkəmləndirilməsini təmin edir...
şagird əməyinin səmərəliliyini yüksəldir (23, s.127).
Fənlərarası əlaqənin əhəmiyyətinə dair müxtəlif müəlliflərdən
iqtibas edilmiş rəylərin düzgün olmasına şübhə edilmir. Onları ço-
xaltmaq da olardı (94). Bütün bu rəylər, eyni zamanda, ənənəvi di-
daktik prinsipləri də səciyyələndirir. Məhz ona görə də, əksər ən-
ənəvi prinsiplər kimi fənlərarası əlaqə də təlimin elmi-nəzəri səviy-
yəsini yüksəltməyə xidmət edirsə, o zaman bunu təlim prinsipləri
kateqoriyasına daxil etməməyin səbəbi aydın olmur. Bizim fikri-
mizcə, fənlərarası əlaqənin bu kateqoriya sırasına daxil edilməsinə
tam əsas vardır.
Onu da deməliyik ki, müasir pedaqogikada və nəzəri metodi-
kada təlimin müasir səviyyəsi baxımından didaktik prinsiplərin tər-
kibini yenidən gözdən keçirmənin vaxtı çoxdan çatmışdır. Məsələn,
prof. Z.İ.Qaralov çox haqlı olaraq göstərir ki, “təlim və tərbiyənin
25
həyatla, müasir quruculuğumuzla əlaqəsi”ni bəzi didaktların konser-
vatizm əlaməti olaraq təlim prinsipləri sırasına daxil etməmələrinin
səbəbi qaranlıqda qalır. “Biliyin sistemliliyi bir tərəfdən hər bir fən-
nin tədrisi ilə, digər tərəfdən bu fənlər arasında möhkəm qarşılıqlı
əlaqənin yaradılması ilə təmin edilir. Tədris fənlərinin qarşılıqlı
surətdə əlaqələndirilməsi tədrisdə ehkamçılığın aradan qaldırılması-
na, qanunların şüurlu mənimsənilməsinə səbəb olur” (3, s.259).
Didaktikaya həsr edilmiş əsər müəllifləri (məsələn, Skatkin M.N. və
b.) bu barədə doğru hərəkət etdiklərini sübut etmək üçün təlim prin-
sipləri sırasında “sistematiklik və praktika ilə əlaqə” prinsipinin ol-
duğunu göstərirlər (10, s.132). Lakin bunu kifayət hesab etmək
çətindir. Ona görə ki, “təlimin praktika ilə əlaqəsi”, “təlim və tərbi-
yənin həyatla, müasir quruculuğumuzla əlaqəsi” müadil deyildir.
İkinci anlayış birinciyə nisbətən çox genişdir. Ona görə ki, bu vacib
prinsipi “sistematiklik” prinsipinə yardımçı rolda göstərmək düzgün
deyildir.
Fənlərarası əlaqəni məharətlə tətbiq edən respublikanın fənn
müəllimlərinin və hərbi rəhbərlərin təcrübəsindən də misallar göstə-
rə bilərik. Lakin bu heç də o demək deyildir ki, bütövlükdə ayrı-ayrı
fənlərin tədrisində hərbi-texniki biliklərin verilməsi, yaxud gənclə-
rin çağırışaqədərki hazırlığı fənninin tədrisində ümumtəhsil fənn
biliklərindən istifadə qənaətbəxş vəziyyətdədir. Təəssüf ki, məktəb-
lərimizin bir qismində problemin həlli böyük maneələrlə rastlaşır.
Ona görə yox ki, fənn müəllimləri bu problemlə məşğul olmaq
istəmirlər, ona görə ki, bir çoxu bu didaktik prinsipin əhəmiyyəti və
mahiyyətini hələ dərindən dərk etmir, onu həyata keçirmək üçün
zəruri bilik və təcrübə ilə, üsul və vasitələrlə silahlanmamışlar.
Fənn müəllimlərinin başqa bir qrupu isə müvafiq dərslərdə
hərbi-texniki biliklərin şagirdlərə öyrədilməsinin əhəmiyyətini dərk
etdikləri, təlim prosesində onun az-çox pedaqoji faydasını gördüklə-
ri üçün həyata keçirməyə çalışır, lakin bundan kifayət qədər
faydalana bilmirlər. Bəzən də səhvə yol verirlər. Belə müəllimlərə
kömək etmək didaktikanın vəzifəsidir.
26
Fənlərarası əlaqədən təlim prosesində səmərəli istifadə edil-
məsi, həm də bu didaktik prinsipin psixoloji əsaslara istinad edilmə-
sini bilməyi tələb edir. İ.P.Pavlov və İ.M.Seçenovun beynin fəaliy-
yəti haqqında kəşfi fənlərarası əlaqə prosesində əqli fəaliyyətin
psixoloji-fizioloji əsaslarını nəzərə almağa imkan verir. İ.P.Pavlov
və İ.M.Seçenovun kəşfi təfəkkür və qavrayışın vəzifələrinin psixo-
logiyasını anlamağa əsas verir. Akademik İ.P.Pavlovun ali sinir
fəaliyyətinin daxili mexanizmini açması, dinamik stereotip haqqın-
da təlimi fənlərarası əlaqənin daxili təbiətini başa düşməyə, əhəmiy-
yətini anlamağa imkan verir. İ.P.Pavlov təliminə görə dinamik ste-
reotipin meydana gəlməsi baş beyinin qabığının sintetik və analitik
fəaliyyətinə əsaslanan şərti reflekslərin uzunmüddətli məşqi nəticə-
sində baş verir. O yazmışdır: “Əgər bir nöqteyi-nəzərdən böyük ya-
rımşar qabığına hazırkı anda müəyyən fizioloji rola malik saysız-
hesabsız ayrı-ayrı məntəqələr kütləsindən ibarət bir mozaika kimi
baxmaq mümkün olsa idi, digər nöqteyi-nəzərdən biz onda daim
birləşməyə, inteqrasiyaya və birləşmiş fəaliyyətin stereotipliyinə
can atan çox mürəkkəb dinamik sistem görərdik” (9).
Fənlərarası əlaqənin psixoloji əsaslarını təsəvvürlər və anla-
yışların assosiasiyası təşkil edir. Yeni biliklər əvvəl mənimsənilmiş
biliklərə istinad edir, onların kökləri üstündə bitir, ona görə də
alınan biliklərlə mənimsənilmiş biliklər arasında əlaqə təlim prose-
sində labüddür. Deməli, məktəb fənlərinin tədrisi prosesində də
fənlərarası əlaqənin zəruriliyi təfəkkürün təbiətindən irəli gəlir, ali
sinir fəaliyyətinin psixologiyası və fiziologiyanın obyektiv qanun-
ları ilə tənzim edilir. Bu isə, ümumiyyətlə, biliyi mənimsəmə prose-
sinin əsasında duran psixoloji qanunauyğunluqlar və xüsusən, təsəv-
vürlər və anlayışların assosiasiyası ilə əlaqədardır. Bu barədə irəli
sürülən fikirlərə nəzər salaq. Assosiasiya – latınca, birləşdirilən, əla-
qələndirilən mənasını verən “associo” sözündən alınmışdır. Psixolo-
giyada, sadəcə olaraq, individin xarici mühitdən, real həyatdan siq-
nal sistemləri vasitəsilə aldığı təsəvvürlərin əlaqələri – assosiasiya
adlanır. Assosiasiya haqqında bu sadə anlayışı dəqiqləşdirib təkmil-
ləşdirərək S.L.Rubinşteyn yazır: “Assosiasiya iki təsəvvürün sadəcə
27
əlaqəsi deyil. Assosiasiyanın real hissələri individin aləmlə, obyek-
tiv reallıqla qarşılıqlı əlaqəsindən ibarətdir” (26, s.208). Məhz bu
qarşılıqlı əlaqənin zəminində şüurda alınan təsəvvürlər arasında da
əlaqə yaranır. Məlum olduğu üzrə, çox zaman təsəvvürlərin üç növ
əlaqəsi olduğu qeyd edilir: təsəvvürlər zaman və ya məkan etibarilə
bir-birilə səsləşdikdə, belələri qonşuluq assosiasiyası, bir-birinə
oxşadıqda – oxşarlıq assosiasiyası, təzad təşkil edəndə ziddiyyətli
assosiasiya adlanır. Bunların hər biri təsəvvürlərin assosiasiyasında
işlənir. Lakin ən çox işə yarayan ilk ikisi hesab olunur.
Məlum olduğu üzrə, təsəvvürlərin assosiasiyasının fizioloji
əsasını böyük rus fizioloqu İ.P.Pavlov qoymuşdur. O yazır ki, “şərti
əlaqələr, yəqin ki, bizim eyni zamanda baş verən adlandırdığımız
assosiasiyalardır. Şərti əlaqəni ümumiləşdirmə, oxşarlıq assosiasi-
yası ilə səsləşməyə cavab verir. Şərti reflekslərin (assosiasiyaların)
tərkibi və təhlili – mahiyyət etibarilə bizim zehni fəaliyyətimizin
əsas prosesləridir” (69, s.135). İ.P.Pavlovun nəzəriyyəsinə görə, tə-
səvvürlərin assosiasiyası müvəqqəti əsəb əlaqələri mexanizmindən,
yəni baş beyin qabığında iki məntəqə arasında, əsəb oyanmalarının
kontaktından ibarətdir (9, s.272).
Beləliklə, Pavlov biliyin mənimsənilməsinin fizioloji mexa-
nizminin baş beyin qabığında mürəkkəb və müvəqqəti əlaqələr sis-
teminin əmələ gəlməsindən ibarət olduğunu göstərir. Müvəqqəti
əsəb əlaqəsini (şərti refleksi) o, psixologiyada assosiasiya adlanan,
obyektiv varlığın əşya və hadisələrinin beyinə birgə təsiri nəticəsin-
də əmələ gələn psixi proseslərlə eyniləşdirir. Pavlov yazır: “Bütün
təlim müvəqqəti əlaqələrin əmələ gəlməsindən ibarətdir – bu da dü-
şüncə, təfəkkür, bilikdir” (20, s.45).
Pavlovun nəzəriyyələrinə görə, hər cür təlim, yeni əlaqələr
assosiasiya yaratmağa bağlıdır. Yeni biliklər əvvəllər verilən təlim
və əmək fəaliyyəti prosesi nəticəsində alınıb artıq şüurda saxlanan
məlumatla hərtərəfli əlaqəyə girir və sonra bilik dərəcəsinə çatır.
Problemin bu cəhətinə vaxtilə sovet psixoloqu A.S.Vıqotski də nə-
zər salmışdır. O qeyd etmişdir ki, ümumiləşdirmənin hər bir inkişaf
dərəcəsi özündən əvvəl əldə edilmiş ümumiləşdirmə dərəcələrinə
28
istinad edir. Ümumiləşdirmənin dərəcəsi özündən əvvəlki dərəcə
əsasında meydana çıxır” (20, s.45).
Buradan, sadəcə olaraq belə bir nəticə çıxır ki, hər hansı
ümumiləşdirmə biliklərlə silahlanmaq nəticəsində olduğu kimi,
məktəb fənlərinin qarşılıqlı-əlaqəli tədrisində də hər hansı yeni
biliklər özlərindən əvvəl mənimsənilmiş biliklərə istinad edir, onla-
rın necə deyərlər “kökləri üstündə bitir”, ona görə də alınan biliklər-
lə alınmış biliklər arasında əlaqə təlim prosesində labüddür.
Buradan A.S.Viqodski həm də belə bir nəticə çıxarır ki,
fənlərarası əlaqənin zəruriliyi təfəkkürün öz təbiətinə daxil edil-
mişdir, ali əsəb fəaliyyətinin – psixologiya və fiziologiyanın obyek-
tiv qanunları tərəfindən irəli sürülmüşdür (20, s.47).
Psixoloq Y.A.Samarin bunu pedaqoji baxımdan daha açıq bir
surətdə şərh edərək yazırdı: “Fənlərarası assosiasiyaların mənbəyi
əlaqədar təlim fənləri sisteminin daxilində yerləşir. Hər bir təlim
fənninin daxilində bir sıra başqa təlim fənninin rüşeymi artıq yer
tutur. Başqa cür desək, formalaşmaqda olan bilik, B.Q.Ananyevin
dediyi kimi, müxtəlif sistemlərin elementlərindən, mürəkkəb olan
komponentlərdən ibarətdir”. Bunu aydınlaşdırmaq üçün Samarin
misallar da gətirir.
O, daha sonra göstərir: “Meydana gələn bütün bu assosiasiya
sistemləri qarşılıqlı əlaqədə olaraq bəzi biliklərin təməlini təşkil
edir, digərləri üçün gələcəkdə təməl olacaqları imkanını saxlayır”
(20, s.299-300).
Bütün bu deyilənlərdən ümumi nəticə çıxarıla bilər. Assosia-
siya şüurda biliklərin, fikirlərin səsləşməsi olmaqla, başqa sözlə de-
sək, əsəb-psixi hadisələrin qanunauyğun əlaqəsi formasında, varlı-
ğın əşya və hadisələrinin qarşılıqlı əlaqələrinin şüurda inikası ol-
maqla orta ümumtəhsil fənləri arasında qarşılıqlı əlaqələrin reallaş-
dırılması prosesində müstəsna dərəcədə əhəmiyyət kəsb edir. Bili-
yin qarşılıqlı-əlaqəli mənimsənilməsi, mahiyyət etibarilə, şagirdin
əvvəlki təcrübəsinə daxil olan təsəvvür və anlayışların yeni öyrənil-
məkdə olanlarla əlaqəsinin də yaradılmasından ibarətdir. Buna görə
də fənlərarası əlaqənin məqsədyönlü reallaşdırılması zamanı yeni
29
öyrədilən bilikləri keçmiş biliklərlə bağlamaq, onların arasında olan
oxşarlıqları və fərqləri aydınlaşdırmaq zəruridir. Yeni materialın əv-
vəllər öyrənilənlərə nisbətən oxşarlığı aydın olmasa onlar şagirdin
hafizəsində zəif qalacaq və qeyri-dəqiq şəkildə mənimsədiləcəkdir.
Yeni təlim materialını mənimsətmənin ən mühüm şərti isə, “Peda-
qoji ensiklopediya”da qeyd etdiyi kimi, onu hərtərəfli başa salmaq-
dan, onun mövcud əlaqələrini və münasibətlərini aydın şərh etmək-
dən ibarətdir (24, s.135).
Dostları ilə paylaş: |