Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
22
VERBAL FRAZEOLOGĠZMLƏRĠN AFFĠRMATĠV-NEQATĠV TRANSFORMASĠYASI
Aslanova U.B.
Azərbaycan Dillər Universiteti
Alman və Azərbaycan dillərinin frzeoloji sistemini təşkil edən sabit söz birləşmələrini struktur tiplər
üzrə bölsək, hər iki dildə feili frazeoloji birləşmələrin say etibarı ilə çox olduğunu görürük.
Neqativ frazeoloji birləşmələrin tədqiqi belə bir faktı da deməyə imkan verir ki, müqayisə olunan hər
iki dilin frazeoloji sistemini təşkil edən frazeoloji birləşmələrin 4:3 hissəsi təsdiq quruluşa malik olan feili
frazeoloji birləşmələrdir. Bəs təsdiq quruluşlu feili frazeoloji birləşmələri necə inkar etmək olar? Və burada
müəyyən bir qayda və ya prinsipə əməl olunmalıdırmı?
Aparılan tədqiqatlar göstərir ki, təsdiq strukturlu feili frazeologizmlərin inkar olunması müəyyən
məhdidiyyətlərə malikdir, yəni heç də bütün feili frazeoloji birləşmələr eyni dərəcədə inkar oluna bilmir.
Belə olan halda yenə bir neçə sual meydana çıxır:
1. Affirmativ verbal frazeologizmlər hansı inkar elementlərlə birləşə bilər?
2. Bütün affirmativ verbal frazeoloji birləşmələr inkar elementlərlə işlənə bilərmi? Yoxsa, müəyyən
məhdudiyyətlər mövcuddur?
3. İnkar elementlərin yerinə dair hansı qanunauyğunluqlar vardır?
Bu sualları alman dilinin materialı əsasında belə izah etmək olar. Ayrı-ayrı feli frazeoloji birləşmələr
üzərində aparılan təhlillərə əsaslanaraq demək mümkündür ki, birinci və ikinci sualların feili frazeoloji
birləşmələrin sabitlik və idiomluq xüsusiyyətlərindən asılılığı nəzərə çarpır. Araşdırmalar həm də verbal
frazeoloji birləşmələrin inkar elementlərlə əlaqələnməsi və sərbəst ifadələrin xüsusi və ümumi inkarlığı
arasında köklü fərqlərin mövcudluğunu göstərir.
Feili frazeologizmlərin inkar elementlərlə işlənməsi heç də sərbəst sintaktik birləşmələrdə olduğu kimi
sadə deyildir. V.Flayşer belə bir fərziyyə irəli sürür: ―Frazeologizmlərin inkarı mümkündür, bu, o deməkdir
ki, inkar element bu halda frazeolojiləşməmiş olsun. Yəni inkar element frazeologizmin komponenti
olmasın. Onu da götür-qoy etmək lazımdır ki, heç də bütün frazeoloji vahidlər inkar sözlərlə birləşmək
imkanına malik deyildir. Burada frazeologizmlərin semantik və struktur xüsusiyyətlərindən və onların tərkib
hissələrinin semantik məhdudluğundan asılılıq başlıca rol oynayır‖ (W.Fleischer, 91).
Qeyd etmək lazımdır ki, alman dilində feli frazeologizmlər inkar olunduğu zaman xüsusilə nicht inkar
ədatından və kein inkar sözündən istifadə olunur. Bunlarla yanaşı, müxtəlif zərf, əvəzlik və bağlayıcılar
qüvvətləndirici amillər şəklində özünü göstərir. Einfach, einmal, ganz, gerade, mehr və nach elementləri
nicht inkar ədatına əlavə olunaraq birləşmə daxilində inkarın güclənməsinə səbəb olur. Bu intensivlik
elementlərinin bəziləri fakultativ xarakter daşıyır. Deyilənləri nümunələrdə nəzərdən keçirək:
(1) nicht (einfach) vom Himmel fallen = seine Vorbedingungen haben, nicht grundlos entstehen –
halva-halva deməklə ağız şirin olmaz: Eine erfolgreiche Karriere fällt nicht einfach vom Himmel („Sonntag
Aktuell―, 2006, Nr. 14).
(2) nicht (einmal) piep sagen = kein Wort von sich geben, sich nicht äussern – çıqqırını çıxartmamaq:
Die Ziege von Schwiegertochter sagte den ganzen Weg nicht einmal piep (K.Kant „Das Impressum―, 147).
(3) nicht (ganz) ohne sein = 1. nicht so harmlos sein – hamar olmamaq: Der Weg über den Gletscher
ist für Anfänger nicht ohne („Tagesschau― Fernsehsendung).
Alman dilində isim və müəyyən artikldən əmələ gəlmiş feili frazeoloji birləşmələr kəmiyyətcə çoxluq
təşkil edir və onların inkar olunmasında nicht inkar ədatından istifadə olunur. Məsələn: die Flinte ins Korn
werfen – nicht die Flinte ins Korn werfen; die Klappe halten – nicht die Klappe halten; sich an etw. die
Zähne ausbeißen – sich an etw. nicht die Zähne ausbeißen; in einem Boot sitzen – nicht in einem Boot sitzen
və s.
Azərbaycan dilinin materialında aparılan təhlil burada da belə verbal frazeoloji birləşmələrin olduğunu
göstərir. Başqa sözlə desək, Azərbaycan dilində də inkar olunması mümkün olan təsdiq strukturlu bir qism
feili frazeoloji birləşmələr vardır. Belə affirmativ verbal frazeologizmlərin inkar olunmasında – ma, - mə
inkar şəkilçisi aparıcı mövqedə durur. Nümunələrə nəzər yetirək: ümidini kəsmək - ümidini kəsməmək;
aman vermək - aman verməmək; burnunu soxmaq – burnunu soxmamaq; göz yummaq – göz yummamaq;
xəyanət etmək – xəyanət etməmək; kələk gəlmək – kələk gəlməmək və s.
Nümunələrdən görünür ki, bu təsdiq strukturlu feili frazeoloji birləşmələrin inkar olunması
mümkündür.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
23
Onu da qeyd etmək lazımdır ki, alman dilində verbal frazeoloji birləşmənin tərkib komponenti olan ein
kompleks xarakterə malikdir. Bunun nəticəsidir ki, tərkibində ein olan bəzi affirmativ verbal frazeoloji
birləşmələr də vardır ki, onların da inkarı zamanı nicht inkar ədatından istifadə etmək olur. Məsələn: eine
Sprache sprechen - nicht eine Sprache sprechen; einer Sprache dienen - nicht einer Sprache dienen; etw.
geht bei jmdm. zum einen Ohr hinein und zum anderen hinaus - etw. geht bei jmdm. nicht zum einen Ohr
hinein und zum anderen hinaus və s.
Tərkibində zwei sayı olan feli frazeoloji birləşəmlər kəmiyyətcə çox deyildir və bu tipli birləşmələrin
inkarında nicht inkar ədatı tətbiq edilir. Nümunələrə nəzər salaq: zwei Eisen im Feuer haben - nicht zwei
Eisen im Feuer haben; zwei Fliegen mit einer Klappe schlagen - nicht zwei Fliegen mit einer Klappe
schlagen; zwei linke Hände haben – nicht zwei linke Hände haben.
Verbal frazeoloji birləşmələrin inkar olunmasının tədqiqi bir maraqlı vəziyyətin olduğunu da aşkara
çıxardı. Elə affirmativ verbal frazeologizmlər də vardır ki, onları inkar etmək üçün həm nicht inkar
ədatından, həm də kein inkar sözündən istifadə etmək mümkündür. Məhz bu halı V.Flayşer belə izah edir.
Müəllif yazır: ―Hər iki inkar daşıyıcı bəzi frazeologizmlərin inkar olunmasında bərabərhüquqlu tərzdə
istifadə oluna bilir‖ (W. Fleischer, 93).
Bunu nümunələrdə nəzərdən keçirək:
(1) reinen Wein einschenken – a) nicht reinen Wein einschenken
b) keinen reinen Wein einschenken;
(2) das Gras über etw. wachsen lassen – a) nicht das Gras über etw. wachsen lassen
b) kein Gras über etw. wachsen lassen;
(3) ein Aufheben vom jmdm. / etw. machen – a) nicht ein Aufheben vom jmdm./
etw. machen
b) kein Aufheben vom jmdm. / etw. machen;
Azərbaycan dilinin frazeoloji inventarını struktur baxımdan təhlil edərkən burada da sayların
affirmativ feili frazeoloji birləşmələrin komponent tərkibi kimi işləndiyini görmək mümkündür. Alman
dilində olduğu kimi, belə verbal frazeologizmlər Azərbaycan dilində də sayca azdır. Azərbaycan dilində
komponentlərindən biri say olan affirmativ feili frazeologizmlərin inkarından bəhs edərkən alman dilindən
fərqli bir vəziyyət nəzərə çarpır. Azərbaycan dilində belə affirmativ feili frazeologizmlərin bəzilərini inkar
etmək qeyri-mümkündür. Ona görə ki, onlar güclü idiomluq və sabitlik dərəcəsinə malik frazeologizmlərdir.
Deyilənləri nümunələr üzərində nəzərdən keçirək: bir könüldən min könülə aşiq olmaq - * bir könüldən min
könülə aşiq olmamaq; dördnala çapmaq - * dördnala çapmamaq; bir daş altdan bir daş üstdən qoymaq –
* bir daş altdan bir daş üstdən qoymamaq.
Lakin bu hal heç də tərkibində say olan affirmativ feili frazeologizmlərin hamısına şamil edilə
bilməz. Çünki komponentlərindən biri saydan ibarət olan bəzi affirmativ feili frazeologizmlərin inkarda
işlənməsi mümkündür.
Tədqiqat zamanı müəyyən olmuşdur ki, bütün təsdiq strukturlu verbal frazeologizmlərin təsdiq-inkar
transformasiyası mümkün deyildir. Çünki ancaq müəyyən sintaktik və semantik şərtlər daxilində feili
frazeoloji birləşmələri inkar etmək olar. Bu şərtlərdən ən mühümü inkarlaşma prosesinin frazeologizmin
idiomluq və sabitlik dərəcəsindən asılılığıdır. Qeyd etmək lazımdır ki, güclü idiomluq dərəcəsinə malik olan
verbal frazeologizmlərin təsdiq-inkar transformasiyası qeyri-mümkündür.
ĠSA HÜSEYNOVUN ƏSƏRLƏRĠNDƏ XAN TĠTULU
Bağırova A.S.
Sumqayıt Dövlət Universiteti
Görkəmli sənətkarımız İsa Hüseynovun əsərlərində müşahidə edilən türk mənşəli titullarından biri
xandır. Yazıçının əsərlərində xüsusi, əsl adlarla birlikdə işlənmiş xan titulu daha çox üstünlük təşkil edir.
Sənətkarın ―Məhşər‖ romanında müşahidə edirik: ―Yer üzünün bir qismində Teymurləng, digər bir qismində
Tamerlan adı ilə tanınan Səmərqənd əmiri ilk yürüşlərini başa vurub İranı, Azərbaycanın cənub torpaqlarını,
Ərməni və Qaxeti fəth edib, Kür çayı boyunca Azərbaycanın şimalına gəlib, burada gözlənilmədən
Şirvanşah İbrahimlə müqavilə bağlayıb Səmərqəndə qayıtmış, səltənətinin düşməni-Qızıl Orda hakimi
ToxtamıĢ xanla növbəti vuruşmalardan sonra yeni böyük yürüşə başlayıb bu dəfə Bağdada qədər gedib
çıxmış‖ [1, s.7]; ―Müqaviləyə əsasən, Miranşahın ulusunda - Dərbənddən başlamış Bağdada və
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
24
Həmədandan Rum sərhədinə qədər, vaxtilə Çingiz xan törəməsi Qazan xan Hülakunun hökmranlıq etdiyi
böyük ərazidəki hakimlər arasında təkcə şirvanşaha müstəqil ordu saxlamaq ixtiyarı verilmişdi, vəliəhd
Miranşah isə hakimiyyətə qiyamla gəlmiş İbrahim kimi tədbirli bir adamın Hülaku ərazisi daxilində
müstəqilliyinə dözmür, şahla bütün görüşlərində ona açıq-aydın nifrətlə baxıb, sinirli, hətta çılğın danışırdı‖ .
Eyni zamanda İsa Hüseynovun ―Qəbiristan‖ əsərində Fətəli xan Xoyski antroponimik birləşməsinin
tərkibində də xan tituluna rast gəlinir: ―Həqiqi milli hökumətin lideri Fətəli xan Xoyskinin öldürülməsini
bolşeviklərin üstünə yıxıblar‖.
Nümunələrdən göründüyü kimi, sənətkar ―Məhşər‖ və ―Qəbiristan‖ əsərlərində Toxtamış xan, Qazan
xan, Çingiz xan, Fətəli xan Xoyski kimi antroponimlərin tərkibində ―xan‖ titulunu ən yüksək funksiyada
işlətmişdir.
Məlumdur ki, bu titul türk xalqlarında, o cümlədən Azərbaycan ictimai həyatında qədim dövrlərdən
mövcuddur. Orta əsrlərdə Şərqdə feodalların adlarının sonuna əlavə edilirdi. Türk tayfa başçıları, monqol
sərkərdələri Xan adlanırdı. A.Bakıxanov ―xan‖ titulunun monqol sözü olduğunu və fars dilinə monqol
dilindən keçdiyini qeyd etmişdir.
Lakin XI əsrin görkəmli dilçi alimi Mahmud Kaşğari ―Divani-lüğəti-it türk‖ əsərində xan sözünü belə
izah edir: ―Xan:Türlerin ən böyük başbuğu Afrasyab oğullarına da ―xan‖ denir. Afrasyab ―xakan‖dır. Bu
adın verilməsində uzunca tarihsel bir hikaye vardır‖.
Qədim türk lüğətlərində xan sözünün mənşəyi izah edilərkən Mahmud Kaşğariyə istinad edilmişdir:
1)Xan-xan, hökmdar, hakim,
2)Qan-xan, hökmdar, hakim, padşah, amir, başçı,
Qan-şəxs adlarının komponenti.
―Kitabi-Dədə Qorqud‖ dastanında ―hökmdar‖ mənasını ifadə edən xan titulu Orxan-Yenisey
abidələrində ―ata‖ mənasını ifadə etmişdir:
1)...anta kisre Kanım kağan uçdu (...ondan sonra xaqan atam ―oldu‖)/Moyun Çur abidəsi;
2)Kanım kağan yiti yegim erin taşırmış (Xaqan atam on yeddi əsgərlə çıxmış...)/GülTegin abidəsi.
Əlisa Şükürlü də Kan sözünün qədim türk yazılı abidələrində ―ata‖ mənasında işləndiyini qeyd
etmişdir.
―Azərbaycan Sovet Ensiklopediya‖sında xan sözü haqqında yazılır: ―Xan (türk dillərində xaqan,
xakan, kaqan-hakim, monarx)-orta əsrlərdə şərqdə feodalların adlarının sonuna əlavə edilən titul. Türk tayfa
başçıları, monqol sərkərdələri xan adlanırdı. Monqol istilasından sonra Azərbaycanda rəis, əmir sözlərini xan
sözü əvəz etdi. Orta Asiyada, Azərbaycanda (xanlıqlar dövründə) hökmdar mənasında işlədilirdi‖.
―Xan‖ istilahı Səfəvilər hakimiyyətinin ilk dövrlərində mövcud olsa da, o, titul kimi işlənmirdi. Xan
titulu XVI əsrin ikinci yarısından təsis edilən və bu vəzifəyə təyin edilən bəylərbəyilərə şahın fərmanı ilə
verilirdi. Bu titulun verilməsi müvəqqəti xarakter daşımırdı, bir dəfə verildikdən sonra bu titul sahibinin
mənsub olduğu tayfa həmin titulun sahibi olaraq nəsildən nəslə ötürür və irsən onun sahibi olurdu. Qeyd
etmək lazımdır ki, məmləkətin idarəçiliyində xüsusi rola və səlahiyyətə malik olan əmirlər özü də təyin
olunduğu vəzifədən asılı olaraq, status baxımından 4 yerə bölünürdü:1.Valilər; 2.Bəylərbəyilər; 3.Xanlar;
4.Sultanlar. Valilər bəylərbəyilərə, bəylərbəyilər xanlara, xanlar isə sultanlara nisbətən daha geniş
səlahiyyətə və nüfuza malik idilər.
Çox maraqlıdır ki, fars dilində də a) süfrə, xonça; b) oxuyan, oxuyucu; c) karvansara məna çalarını
özündə birləşdirən xan sözü mövcuddur.
Aparılan tədqiqatlardan aydın olur ki, ―Kitabi Dədə Qorqud‖da işlənən xan sözünün fars dilində
mövcud olan xanla heç bir əlaqəsi yoxdur. Güman etmək olar ki, mənşəyi etibarilə qədim türk sözü olan xan
leksemi hələ Səfəvilər dövründən əvvəl fars dilində işlənməkdədir.
A.Paşayevin fikrincə, ―yer üzünü idarə edən‖ ―xan‖la insan orqanizmini idarə edən ―qan‖ sözü
arasında sıx əlaqə vardır. Fars dilində isə qana ―xun‖ deyilir. Yəqin ki, ―xun‖ və ―xan‖ sözləri ―qan‖ın
fonetik dəyişikliyə uğramış formasıdır.
―Şəxs adları lüğəti‖ndə də qeyd edilmişdir: ―Xan-―kaan‖, ―kağan‖dan yaranmışdır. Xaqan sözünün
qısaldılmış biçimidir. ―Kağatur‖, ―hakan‖, ―Xaqan‖ biçimlərində də işlənmişdir. Çin, monqol, hind, türk və
başqa dövlət başçılarına verilən ünvan (titul, ad) olmuşdur. İmperator, kral, şahənşah, hökmdar anlamlarında
işlənibdir. Sonralar Azərbaycan xanlıqlara bölündükdə, həmin xanlıqların başında da xanlar dururdu...‖.
―Azərbaycan şəxs adlarının izahlı-etimoloji lüğəti‖ndə xan sözünün bir sıra məna çaları verilmişdir:
―Xan(türk)-hökmdar, hakim; titul; arı pətəyi; ailə; ev əşyaları; mehmanxana; yumşaq dəri növü; birja; bazar;
stansiya‖.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
25
Beləliklə, tədqiqatlardan da göründüyü kimi, xan titulu türk mənşəli olub, hal-hazırda arxaikləşmişdir.
Bu söz yalnız tarixi mənbələrdə və yazılı ədəbi əsərlərdə titul kimi işlənmişdir. Əvvəldə qeyd etdiyimiz
kimi, İsa Hüseynov da əsərlərində xan sözünü yüksək sənətkarlıqla titul kimi işlətmişdir.
MÜASĠR AZƏRBAYCAN DĠLĠNDƏ ÜSLUBĠ, KONTEKSTUAL SĠNONĠMĠYA MÜVƏQQƏTĠ NĠTQ
HADĠSƏSĠ KĠMĠ VƏ YA ĠDĠOLEKT FAKTORU HAQQINDA
Bağırova S.
Gəncə Dövlət Universiteti
Sinonim cərgəsinə daxil olan sözlər arasındakı üslubi və kontekstual fərqlilik dilçilər tərəfindən ən
fərqli interpretasiyalarda təqdim olunur. Belə ki, ―dilin əksərən öz daşıyıcılarına rəngarənglik və alternativ
seçim imkanı‖ tanıdığını qeyd edən F.Veysəlli yazır: ―Mütləq sinonim olmasa da dildə tez- tez sosial və
ekspressiv mənaların verilməsində ekvivalentlər mümkündür. Qismən sinonimik ifadələri üslubi variantlar,
daha dəqiq desək, üslubi qeyri – ekvivalent variantlar adlandırırlar‖. Bədii əsəsrlərdə sinonimlərdən istifadə
mətnin kompozisyon tələbləri ilə, süjetin daha dolğun açılması, personajın xarakteristikasının
dəqiqləşdirilməsi ehtiyacı ilə bağlı faktorlardan qaynaqlanır. Müəyyən dəqiqləşdirmə mövqeyində leksik si-
nonim olmayan sözlərin yaxın və əlaqəli məna kəsb etməsi də, məhz yaradıcı şəxsin öz adresatına, yəni
oxucusuna daha düzgün, dəqiq və adekvat informasiyanın çatdırılması ilə bağlıdır.
Çoxdandır bu cür ətirli, təzə çörək yemirəm. Verilmiş kontekst çərçivəsində, yəni yenicə bişmiş
çörəyin səciyyələndirməsi məqamında təzə və ətirli sözlərinin üslubi sinonimliyi heç bir şübhə doğurmur.
Lakin İ.Şıxlı qələmindən çıxan bu kontekstual yaxınlaşma faktlarını da sinonimlər lüğəti çərşivəsində
araşdırsaq, fərqli mənzərə ilə qarşılaşmış olarıq. Belə ki, ―Azərbaycan dilinin sinonimlər lüğəti‖nə istinad
etsək, təzə sözünün sinonimlərinin ― cədid, tər, yeni‖, ətirli sözünün sinonimlərinin isə ― müəttər, qoxulu‖,
eləcə də qoxulu, iyli, rahiyədar, rayihəli, ətirli sözləri olduğunu müəyyən edərik. Maraqlıdır ki, təzə
sözünün leksik sinonimi kimi nəzərdən keçirilən tər sözü, dilimizin izahlı lüğətinə əsasən aşağıdakı mənaları
ifadə edir.1) Xüsusi dərialtı vəzilərin ifraz etdiyi şəffaf maye., 2) Daha yüksək temperaturu olan hava mühiti
ilə təmas etdikdə əşyaların üzərində əmələ gələn yaşlıq, II sif. və zərf. Hələ solmamış, təzə, təravətli (gül,
göyərti və s. haqqında). Tər göy soğan. Tər bənövşə. Yəni, təzə-tər olan bitkinin yaş, nəm olmasından doğan
assosiasiyanın sinonim yarada bilmə gücü etiraf edilir. Lakin eyni imtiyaz təzə olan çörəyin ətirli olması
baxımından təzə və ətirli sifətlərinə tanınmır. Bunun isə çox sadə bir izahı vardır: flora və faunada müşahidə
edilən təbii hadisələrin metaforikləşmə potensialı məişət zəminində yer alan lokal xarakterli hadisələrdən
qat-qat daha güclüdür. Bu mənada ətirli çörəyin təzəliyi arasında əlaqə, təzə dərilmiş çiçəyin tərliyi, yaşlığı
ilə əlaqə qədər asan deşifrə edilə bilən semantik bağlılıq yarada bilmir. Onu da qeyd edək ki, əgər sadalama
intonasiyasına uyğun olaraq kontekstual sinonimlərin yan-yana düzülməsi əsas etbarilə nəzm əsəsrləri üçün
xarakterikdirsə, əlavə izahat məqamına istinad edən sinonimlərə müraciət halları nəsr əsərlərində daha çox
üstünlük təşkil edir. Azərbaycan dilində qələmə alınmış bədii əsərlərin, o cümlədən İ.Şıxlının əsərinin kon-
tekstual sinonimlərinin təhlili burada ikincilərə daha çox üstünlük verildiyini əyani şəkildə ortaya qoyur.
Müqayisə üçün onu da əlavə edək ki, kontekstual sinonimlərin geniş üslubi çalarlıq ifadə etmə bacarığı bədii
əsərlərdə leksik sinonimlərinin üslubi imkanlarının məhdud olması anlamına gələ bilməz. Belə ki, bədii
əsərlərin dilində idioqrafik sinonimlər eyni müvəffəqiyyətlə ekpressiyanın güclənməsinə, eləcə də məna də-
qiqləşdirməsinə xidmət göstərə bilərlər. Məsələn: Salatın anasının ani olaraq köks ötürdüyünü, qollarını
yanına salıb dayandığını və, beləliklə də, Mələyin daha gözəl, daha cazibədar olduğunu dərk etdiyini
duydu. Lakin bununla belə, onu da etiraf etmək lazımdır ki, üslubi-kontekstual sinonimlərin bədii əsərlərin
dilinin zənginləşməsində oynadığı müstəsna rol onu digər qrup sinonimlərdən əhəmiyyətli dərəcədə
fərqləndirir.
Sinonimlərin kontekstə nəzərən ―münasibət‖indən bəhs edərkən, idiolekt törəməsi kimi meydana çıxa
biləcək bir qrup maraq doğuran halları da diqqətdən kənarda qoymaq istəməzdik. Söhbət müəllif
interpretasiyasında daşlaşmış sinonim cütlüklərin verilmiş kontekst çərçivəsində fərdi yaradıcı təxəyyül
tələbi ilə yenidən tərtiblənməsindən gedir. Məsələn: B.Vahabzadənin idiolektinin leksik özəlliklərini tədqiq
etmiş S.Alməmmədova Azərbaycan ədəbi dilində bir qisim sinonimlərin birgə işləkliyinin mürəkkəb sözlərin
(məs: ad-san; dost-tanış; dərd-azar; abır-həya; qədir-qiymət; açıq-aydın, ac-yalavac, dinməz-söyləməz;
dinsiz-imansız və s.) formalaşmasına gətirib çıxardığını qeyd etməklə yanaşı, şairin idiolektində həmin
cütlüklərin alışılan ―qəlib‖in pozulması tendensiyasının da hökm sürdüyünə diqqət çəkir. Xatırladaq ki,
müasir Azərbaycan dilində sintaktik yolla düzələn leksik vahidlərin ―bu tipi iki sözün birləşməsindən əmələ
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
26
gələrək, tərəfləri təşkil edən sözlərin leksik mənasına uyğun olaraq topluluq, ümumilik, ekspressivlik ifadə
edir. Qoşa sözlərin hər iki tərəfi müstəqil sözlərdən ibarət olduqda tərəflər bir-birilə sinonim münasibətdə
olur; məs.: səs-küy, gül-çiçək, qanun-qayda, qəm-qüssə və s.‖ ―Bəxtiyar Vahabzadənin əsərlərində
sinonimliyin hər şeydən əvvəl ifadə gözəlliyi yaratdığını‖ qeyd edən S.Alməmmədova yazır: ―O, bir fikri
ifadə etmək üçün dilin bir çox imkanlarına müraciət edir. Şair fikri aydın, obrazlı, dəqiq ifadə etmək üçün
ümumxalq dilinin leksik, frazeoloji və qrammatik sinonimliyinin üslubi ifadəlilik imkanlarını səfərbərliyə
alır, onları ölçüb-biçir və işə yarayan variantı seçir.
Baxışın qəlbimə od saldı, yandım,
Mən də öz dərdimi, qüssəmi andım.
Əslində dərd və qəm sözləri müəyyən mənada sinonim kimi işlənən sözlərdir (müqayisə et: dərd-qəm).
Doğrudur, qəm-qüssə mürəkkəb ifadəsi də vardır və o, tərkib hissələrinin sinonimliyi zəminində
formalaşmışdır. Ancaq hər halda dərd-qüssə cütü qeydə alınmamışdır. Tam dəqiq olmaq istəsək, deyə bilərik
ki, şeirdə bu sözlər sinonim sözlərdən tərtib olunmuş mürəkkəb ifadə kimi yox, həmcins üzvlər kimi təqdim
olunmuşdur‖. Əgər idiolektin ―ayrıca nəzərdən keçirilən individium nitqini səciyyələndirən təkrarsız
xüsusiyyətlərlə bərabər, nitq qüsurlarını da ehtiva etdiyini‖ də xatırlasaq, bu zaman S.Alməmmədovanın
təbirincə desək, ― bu cür yerinə düşməyən əvəzetmələrin‖ sırf ideostil, yəni idiolekt üslubunun tələbi ilə
meydana çıxdığını aydın şəkildə yəqinləşdirmiş olacağıq. Göründüyü kimi, sinonimlərin kontekst
çərçivəsindəki davranışı nitqi ifadə edənin intensiyasından, yəni ifadə məramından yetərincə asılıdır.
Müəyyən üslubi məqamda qoşa istifadədə sabitləşərək uzual norma statusuna qalxan ―münasibət‖lər, digər
idiolekt zəminində uzual ―bağları‖ qopararaq əvvəlki müstəqil korrelyasiya münasibətlərinə qayıda bilər.
Azərbaycan dilində qoşa sözlərin struktur-semantik xüsusiyyətlərini, habelə onların linqvopoetik
özəlliklərini araşdırmış M.S.Əlizadə də bu qrup leksik vahidlərin meydana gəlməsində sinonimiya hadisə-
sinin müstəsna rol oynadığına diqqət çəkmişdir. Dilçi yazır: ―qoşa sözlərin əmələ gəlməsində çox zaman
leksik kombinasiyalara yol verilir, yəni eyni bir söz paralel olaraq bir neçə qoşa sözün tərkib hissəsi kimi və
ya, əksinə, bir neçə söz eynimənalı qoşa sözün komponenti kimi çıxış edə bilir. Nəticədə, yaxın mənalı
sözlərin zənciri əmələ gəlir: qəm-qüssə, qəm-kədər .. və s.‖ Göründüyü kimi, M.Əlizadə də qüssə və kədər
sözlərinin ayrı-ayrı qoşa sözlərin kombinasiyasında mövcudluğunu təsbit etmişdir. Bu isə bir daha
B.Vahabzadə ideolektində qafiyə, vəzn tələbilə müəllifin uzuallaşmış iki fərqli kombinasiya vahidlərinin
bəzi tədqiqatçılara görə ilk baxışdan ―yerinə düşməyən‖ tərzdə parçalanması, yəni siononim əsaslı qoşa
sözlərin üslubi sinonimlərə bölünməsi mümkün olmuşdur.
Təqdim edilən nümunələr üslubi və kontekstual sinonim anlayışları arasında bərabərlik işarəsinin
qoyulmasının mümkünsüzlüyünü ortaya qoyur. Məlum olur ki, üslubi sinonimlər uzual olduğu halda,
kontekstual sinonimlər idiolektə bağlı olub okkozial səciyyə daşıyır. Habelə bəlli olur ki, üslubi sinonimlər
dayanıqlı semantik korrelyasiyanı əks etdirdiyi halda, kontekstual sinonimlər müvəqqəti xarakterə malikdir.
Dostları ilə paylaş: |