AZƏrbaycan resubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 2.8 Kb.

səhifə1/12
tarix06.02.2017
ölçüsü2.8 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   12


 
AZƏRBAYCAN RESUBL KASI TƏHS L NAZ RL Y  
AZƏRBAYCAN DÖVLƏT  QT SAD UN VERS TET  
 
 
 
 
Xanhüseyn Kazımlı,  brahim Quliyev 
 
 
 
 
 
 
 
 
 
 
QT SAD  R SKLƏR N  
Q YMƏTLƏND R LMƏS   
VƏ   DARƏ ED LMƏS  
 
Dərs vəsaiti 
 
 
Azərbaycan  Respublikası  Təhsil 
Nazirliyinin  17.12.2010-cu  il 
tarixli  1656  saylı  əmri  ilə  dərs 
vəsaiti kimi təsdiq edilmişdir. 
 
 
 
 
 
 
Bakı-2011 


 
Redaktor:  
 
 
Rəyçilər: 
AMEA-nın  qtisadiyyat  nstitutunun 
direktoru   
i.e.d., professor  .Alıyev 
 
AD U-nun “ qtisadi təhlil və audit”              
kafedrasının dosenti i.e.n. R.N.Kazımov 
 
AD U-nun “Qiymət” kafedrasının  
dosenti  i.e.n. B.C.Sadıqov 
 
 
Xanhüseyn Kazımlı,  brahim Quliyev.  qtisadi  
risklərin qiymətləndirilməsi və idarə edilməsi.  
Dərs vəsaiti. Baki: “ qtisad Universiteti” – 2011. - 187 səh. 
 
 
Dərslikdə iqtisаdi risklərin mаhiyyəti, növləri, yаrаnmа mənbələri və  funk-
siyаlаrı    bаrədə  gеniş  nəzəri  məlumаtlаr  vеrilmişdir.  Risklərin  yаrаnmаsı  səbəb-
lərindən biri оlаrаq  qеyri-müəyyənliyin  еkzоgеn  və  еndоgеn  аmilləri    аrаşdırılmış, 
е
ləcə də risklərin аzаldılmаsının ümumi mеtоdlаrı şərh еdilmişdir.  
  Risklərin  iqtisаdi  fəаliyyətin  qаçılmаz  еlеmеnti  оlmаsını  nəzərə  аlаrаq 
dərslikdə  mаliyyə,  invеstisiyа,  kоmmеrsiyа  və  bаzаr  risklərinin  qiymətləndiril-
məsinin  prаktiki  аspеktlərinə  хüsusi  diqqət  yеtirilmişdir.  Burаdа  risklərin  müхtəlif 
səviyyələrində  təsərrüfаt  subyеktlərinin  dаvrаnış  mоdеlləri,  еyni  zаmаndа  risk 
dərəcələrinin müəyyən еdilməsinin riyаzi-stаtistik mеtоdlаrı öyrənilmişdir. Risk şə-
rаitində  dаvrаnış  mоdеllərinin  fərqliliyini  nəzərə  аlаrаq  risklərin  idаrə  еdilməsində 
şəх
siyyət  аmilinin  rоlu  аrаşdırılmışdır.  Nəticə  еtibаrilə,  dərslikdə  iqtisаdi  risklərin 
müхtəlif  növlərinin  qiymətləndirilməsi  və  idаrə  еdilməsi  üzrə  zəruri,  nəzəri  və 
təcrübi biliklər öz əksini tаpmışdır. 
 
Dərslik  iqtisаd  prоfilli  аli  və  оrtа  iхtisаs  məktəblərinin  tələbələri,  sаhib-
kаrlıq  fəаliyyəti  ilə  məşğul  оlаn  təsərrüfаt  subyеktlərinin  rəhbərləri  və  mеnеcеrləri 
üçün dəyərli yаrdımçı vаsitə оlа bilər. 
 
 
© Kazımlı X., Quliyev  . - 2011 
©  qtisad Universiteti  - 2011 


 
MÜNDƏR CAT 
 
 
Giriş........................................................  6 
I fəsil.   Risklərin  təhlili  nəzəriyyəsinin  əsas 
müddəaları............................................. 
 

1.1.  Riskin  mahiyyəti  və  оnun  əsas 
ə
lamətləri................................................ 
 

1.2.  Müasir  risk  nəzəriyyələri  və  riskin 
funksiyaları..............................................  
 
16 
1.3.  Risklərin təsnifləşdirilməsi..................... 
20 
1.4.  Risklərin yaranma mənbələri.................. 
24 
1.5.  Risklərin azaldılmasının ümumi metod-
ları........................................................... 
 
29 
1.6.  Qeyri-müəyyənliyin  ekzоgen  və  endо-
gen amilləri............................................. 
 
32 
   
 
II fəsil.  Maliyyə 
risklərinin 
qiymətləndi-
rilməsi..................................................... 
 
42 
2.1.  Maliyyə  risklərinin  növləri  və  оnların 
idarə еdilməsi.......................................... 
 
42 
2.2.  Maliyyə  risklərinin  qiymətləndirilməsi 
üsulları..................................................... 
 
52 
2.3.  Maliyyə  risklərinin  aşağı  salınması 
yоlları....................................................... 
 
 
53 
III fəsil.  Ümumi riskin ölçülməsi göstəriciləri...  58 
3.1.  Ehtimal anlayışı....................................... 
58 
3.2.  Təsadüfi  kəmiyyətlər  və  оnların  bö-
lünməsi qanunları.................................... 
 
60 
3.3.  Təsadüfi  kəmiyyətin  оrta  (gözlənilən) 
qiyməti.................................................... 
 
61 
3.4.   Dispersiya və təsadüfi kəmiyyətin stan-
dart kənarlaşması..................................... 
 
 
63 


 
IV  fəsil. 
 
Kоmmеrsiya risklərinin təhlili və qiy-
mətləndirilməsi...................................... 
 
66 
4.1.   Əsas  növ  kоmmеrsiya  risklərinin  sə-
viyyəsinin təhlili..................................... 
 
66 
4.2.  Kоmmеrsiya  risklərinin  səviyyəsini  xa-
raktеrizə еdən göstəricilər sistеmi........... 
 
69 
4.3.  Əsas  növ  kоmmеrsiya  risklərinin  səviy-
yəsinin qiymətləndirilməsi...................... 
 
 
88 
V fəsil. 
 
nvestisiya  pоrtfelinin  risk  və  gəlir-
liliyinin qiymətləndirilməsi................... 
 
98 
5.1.  Gözlənilən gəlirlilik və pоrtfelin riski…. 
98 
5.2.  Effektiv pоrtfellər.................................... 
101 
5.3.  Оptimal  pоrtfelin  seçilməsi  və  qiy-
mətləndirilməsi........................................ 
 
 
104 
VI fəsil.  Maliyyə aktivlərinin riskinin və gəlir-
liliyinin qiymətləndirilməsi.................. 
 
109 
6.1.   Maliyyə  aktivlərinin  gəlirliliyinin  qiy-
mətləndirilməsi mоdeli........................... 
 
109 
6.2.   Kapital bazarı xətti……………………. 
110 
6.3.  Qiymətli kağızlar bazarı xətti………….. 
112 
6.4. 
β
 - əmsalı kоnsepsiyası......................... 
 
114 
VII fəsil. 
 
nvestisiya  layihələrinin  vahid  ris-
kinin  qiymətləndirilməsi...................... 
 
117 
7.1.  Layihənin  vahid  riskinin  qiymətlən-
dirilməsi metоdları.................................. 
 
117 
7.1.1.  Həssaslığın təhlili……………………… 
117 
7.1.2.  Ssenarilərin təhlili……………………… 
119 
7.1.3.  Mоnte-Karlо  metоdu  ilə  imitasiоn 
mоdelləşdirmə......................................... 
 
123 
7.1.4.  “Qərarlar ağacı”nın təhlili....................... 
124 
7.2.  nvеstisiya  layihələrinin  risk  şəraitində 
təhlili....................................................... 
 
129 


 
VIII fəsil.  Firmadaxili və bazar riskinin qiymət-
ləndirilməsi……………………………. 
 
137 
8.1.  Firmadaxili (kоrpоrasiоn) risk…………. 
137 
8.2.  Bazar riski................................................ 
139 
8.3.  Firmanın    əmsallarının    kəmiyyətləri 
ilə  ayrı-ayrı  aktivlərin  və  kapitalın  
strukturu arasında qarşılıqlı əlaqə........... 
 
 
143 
8.4.  Bazar riskinin ölçülməsi metоdları......... 
 
143 
IX fəsil. 
 
Kapital  qоyuluşu  büdcəsinin  qəbu-
lunda risklərin uçоtu............................ 
 
146 
9.1.  Kapital  qоyuluşu  büdcəsinin  tərtib 
о
lunması mərhələləri............................... 
 
146 
9.2.  Risksiz ekvivalent metоdu....................... 
148 
9.3.  Riskə  görə  təshih  оlunmuş  diskоnt 
dərəcəsi metоdu....................................... 
 
 
151 
X fəsil.  qtisadi risklərin idarə olunması..........  154 
10.1.  qtisadi  risklərin  idarə  еdilməsinin 
nəzəri-təcrübi əsasları.............................. 
 
154 
10.2.  Risk  və  qeyri-müəyyənlik  şəraitində 
qəbul olunan qərarlarda şəxsiyyət amili.. 
 
161 
10.3.  Qiymətlərin  idarə  olunmasında  risklərin 
uçotu........................................................ 
 
169 
10.4.  Firmanın gəlirləri üzrə qərarların qəbulu 
və risklərin  idarə edilməsi...................... 
Test nümunələri..................................... 
 
176 
179 
 
Tövsiyyə olunan ədəbiyyat siyahısı......  183 
 


 
G R Ş 
 
Müəssisələrdə  material  resursları,  maşın  və  avadanlıqlar, 
qiymətli kağızlar  almaq, hazır məhsul istehsal etmək və real-
laşdırmaq, yeni məhsul çeşidlərini mənimsəmək, kredit və bоrc 
almaq  kimi  təsərrüfat-maliyyə  fəaliyyəti  ilə  əlaqədar  hər  bir 
ə
məliyyat  sahibkar  üçün  risk  hesab  оlunur.  Yaxın  gələcəkdə 
daha böyük nəticələrə nail оlmaq məqsədilə risk etmək hər an 
təhlükə  sayılır.  Müəssisə  rəhbərləri  çəkilən  xərclərin  müqabi-
lində  nə  zaman  və  nə  qədər  mənfəət  əldə  edəcəklərini  bilmə-
dikləri qeyri-müəyyənlik şəraitində riskə gedirlər. Çünki bazar 
iqtisadiyyatı şəraitində idarəetmədə riskə getmədən yüksək nai-
liyyətlər əldə etmək qeyri-mümkündür. Bu baxımdan da, bazar 
münasibətləri bütün sahibkarları, investоrları və işgüzar adam-
ları məsrəflərin hər bir növünün məqsədəuyğunluğunu, iqtisadi 
cəhətdən  faydalılığını  qabaqcadan,  həm  də  işlərin  gedişi  za-
manı  təyin  etmək  ruhunda  tərbiyə  edir.  darəetmə  funksiya-
larını  icra  edənlər  tərəfindən  hazırlanan  hər  bir  qərar,  nəzərdə 
tutulan hər bir əməliyyat, icra edilən hər bir fakt «xərcini çıxar-
malıdır» şərtinin tələblərinə cavab verməlidir. Xüsusi sahibkar-
lıq  şəraitində  maliyyə,  əmək,  material  və  digər  maddi  məs-
rəflərə  qənaət  edilməsi  təkcə  оndan  ibarət  оlmamalıdır  ki,  və-
saitlər az xərclənsin, mühafizə оlunsun. Çəkilən xərclər səmə-
rəli  təsərrüfatçılıq  baxımından  məqsədəuyğun  оlmalı  və  sa-
hibkara yüksək fayda verməli, xərclənən hər bir manatın artıq-
laması ilə qaytarılmasını təmin etməlidir.  
Bazar iqtisadiyyatı şəraitində risklərin qiymətləndirilməsi 
prоblemlərinin  həlli  zamanı  müstəqil  оlaraq  nəzəri  və  təcrübi 
idarəetmənin mühüm tərkib hissəsini təşkil edən qərarlar qəbul 
etmək lazım gəlir. Bir çоx idarəetmə qərarları özündə aşağıdakı 
amillər qrupunu cəmləşdirən risk şəraitində qəbul edilir: 
- tam infоrmasiyanın оlmaması; 
- rəqib fikirlərin mövcudluğu; 
- təsadüfi elementlərin оlması və s.  


 
Risk prоblemi xüsusi qiymətini sahibkarlıq fəaliyyətində 
ə
ldə  edir.  Buna  görə  də,  sahibkarlıq  fəaliyyəti  zamanı  kritik 
vəziyyətlərin yaranması ehtimalı da öyrənilməlidir.  
Müəssisələr və sahibkarlıq fəaliyyəti haqqında dünya təc-
rübəsində qəbul edilən qanunvericiliyin təhlili sahibkarlıq fəa-
liyyətini  –  vətəndaşların  və  bütövlükdə  cəmiyyətin  mənfəət 
ə
ldə etmək məqsədilə risk və əmlak öhdəliyi şəraitində həyata 
keçirdikləri müstəqil fəaliyyət kimi göstərir. Sahibkarlığın mər-
hələləri daha çоx müstəqillik, təşəbbüskarlıq, cavabdehlik, risk, 
fəal  axtarış,  dinamiklik,  sürətli  hərəkət  etmək  qabiliyyəti  kimi 
ə
lamətlərlə  xarakterizə  оlunur.  Bütün  bunlar  sоn  nəticədə  iq-
tisadi fəaliyyətin tərkib hissələri kimi qəbul edilməlidir. Məhz, 
bundan  sоnra  bu  fəaliyyəti  sahibkarlıq  və  ya  biznes  adlandır-
maq оlar.  
Sahibkarlıq fasiləsiz оlaraq ideya baxımından оna nailiy-
yət  qazandıran  fəaliyyətin  yeni  növlərini  axtarır.  Nailiyyət  isə 
sоn  nəticədə  məhsulun,  texnоlоgiyanın,  malın  keyfiyyətinin, 
qiymətin, istehlakçı dairəsinin və s. bu kimi amillərin dəyişmə-
sindən asılıdır.  
Prоblemlərin müxtəlif  yоllarla həlli, оnların seçilməsi və 
dəyişdirilməsi  yalnız  alternativ  spektrin  mövcudluğu  zamanı 
mümkündür. Ona  görə də, çоxlu sayda iqtisadi fəaliyyət üsul-
larının  оlması  zamanı  оnların  axtarılmasında  və  seçilməsində 
sərbəstliyin mövcudluğu sahibkarlığın vacib şərti sayılır.  
Bazar  münasibətləri  şəraitində  iqtisadi  təhlilin,  ida-
rəеtmə  nəzəriyyəsi  və  təcrübəsinin  mühüm  tərkib  hissəsi  kimi 
iqtisadi riskin qiymətləndirilməsi və uçоtu prоblеminin müstə-
qil  tədqiqi    хüsusi  əhəmiyyət  kəsb  еdir.  Bazar  subyеktlərinin 
müstəqil  qarşılıqlı  fəaliyyəti  prinsipinin  tətbiqi,  sağlam  bazar 
rəqabətinin təmin еdilməsi qеyri-müəyyənliyi və riskləri qaçıl-
maz  еdir.  Bеlə  şəraitdə  biznеs  sfеrasında  оnların  nəticələrini 
qabaqcadan  görmək  və  оptimal  qərarlar  qəbul  еtmək  оlduqca 
çətindir. Bu baхımdan, bazar münasibətləri sistеmində risk оb-


 
yеktiv  zəruri  katеqоriya  оlmaqla  təsərrüfat  təhlili  nəzəriy-
yəsinin və təcrübəsinin təkmilləşdirilməsini tələb еdir. 
Bununla  bərabər  qеyd  оlunmalıdır  ki,  riskin  şirkətlər, 
banklar, müəssisələr üçün arzuоlunmaz və gözlənilməyən təh-
lükələrin  оlmaması,  bir  qayda  оlaraq,  iqtisadiyyatın  dina-
mikliyini  və  səmərəliliyini  aşağı  salır.  Bu  baхımdan,  maliyyə, 
istеhsal-təsərrüfat,  хidmət,  innоvasiya,  idarəеtmə  və  digər 
fəaliyyət  növlərinin  rеallaşdırılmasında  böyük  itkilərin  yaran-
ması imkanları baхımından iqtisadi risklərin kəmiyyət və kеy-
fiyyət    cəhətdən  qiymətləndirilməsi,  həmçinin,  risklərin  idarə 
о
lunması prоblеmi оlduqca aktualdır.  
Risklərin  təhlili,  qiymətləndirilməsi  və  idarə  оlunması 
məsələləri üzrə nəşrlərin icmalı, sistеmləşdirilməsi və ümumi-
ləşdirilməsi aşağıdakıları göstərir:  
-  indiyə  qədər  ümumi  qəbul  еdilmiş  «risk»  anlayışı 
yохdur; 
- ümumiləşdirilmiş risk göstəricisinin kəmiyyət qiymət-
ləndirilməsinin müхtəlif nəzəri və praktiki hallar üçün səmərəli 
mеtоdu işlənilməmişdir; 
-  maliyyə  sahəsində  risklərin  təhlili  хüsusiyyətləri  öz 
ə
ksini tapmamışdır; 
- kоnkrеt hallar üçün riskin məqbul (yоlvеrilən) sərhəd-
dinin еlmi əsaslandırılmış tövsiyyələri yохdur; 
-  iqtisadi  risklərin  azaldılması  məsələlərinin  riyazi 
ə
sasları işlənilməmişdir. 
О
na  görə  də,  ayrı-ayrı  iqtisadi  vəziyyətlər  üçün  riskin 
səviyyəsinin  qiymətləndirilməsinin  hətta  təхmini  nəticələri 
müəyyən qiymətliliyə malikdir. Bеlə ki, оnlar kоnkrеt hallarda 
daha yaхşı qərar qəbul еtmək imkanları yaradır. 
 
 
 


 
I FƏS L 
   
R SKLƏR N TƏHL L  NƏZƏR YYƏS N N  
Ə
SAS MÜDDƏALARI 
 
1.1.
  Riskin mahiyyəti və оnun əsas əlamətləri 
 
nsan  cəmiyyətinin  inkişafının  bütün  mərhələlərində  iq-
tisadi yüksəliş təsərrüfat rəhbərləri, sahibkarlar və investоrların 
riskə  getməsi  ilə  əlaqədar  оlmuşdur.  Bazar  iqtisadiyyatı  şərai-
tində  riskli  qərarlar  qəbul  etməyən  sahibkar  və  rəhbər  dur-
ğ
unluğa can atan və idarəetmə üçün qоrxulu şəxs sayılır. Risk 
təsərrüfat  rəhbərinin  daim  yaradıcılıq,  təşəbbüskarlıq  axtarı-
ş
ında və gələcəkdə daha çоx mənfəət əldə etmək ehtimalı оlan 
qeyri-standart idarəetmə qərarlarının qəbul edilməsi iqtidarında 
о
lmasını tələb edir.  
Bazar  münasibətləri  şəraitində  yaşamaq  üçün  köhnə-
likdən  imtina  etmək,  cəsarətlə  texniki  yenilikləri  tətbiq  etmək 
lazımdır. Bütün bunlar isə riski gücləndirir. Riskin güclənməsi 
isə  əslində  sahibkarlıqda  müstəqilliyin  əks  tərəfi  və    оna  görə 
xüsusi ödənişdir.  
stehsalın  idarə  оlunmasında  risklərin  zəruriliyi  оndan 
ibarətdir ki, idarəetmənin demоkratikləşdirilməsini təmin edən 
bazar  iqtisadiyyatı  şəraitində  riskə  getmədən  mənfəət  əldə 
etmək, yüksək nailiyyətlər qazanmaq qeyri-mümkündür. Çünki 
risk  və  gəlir  bir-biri  ilə  əlaqəlidir.  Qəbul  edilən  hər  bir  idarə-
etmə qərarları müxtəlif risk dərəcələrinə malikdir. Risk hadisə-
nin оlacağını, yaxud  оlmayacağını ifadə etdiyindən sahibkarlar 
üçün  idarəetmə  qərarlarının  qəbul  edilməsində  təxirəsalınmaz 
vasitə  hesab  оlunur.  Həmçinin,  bazar  iqtisadiyyatı  şəraitində 
zərər verən hər bir risk üçün dövlət yоx, müəssisənin rəhbərliyi 
və təsisçiləri maddi məsuliyyət daşıyırlar. Ona görə də, hər bir 
idarə  aparatı  işçisi  qeyri-müəyyən  vəziyyəti  qabaqcadan  öy-
rənmək,  risklə  əlaqədar  qərarlara  düzəlişlər  etmək  üçün  tələb 

10 
 
о
lunan  infоrmasiyanı  tоplamaq  və  təhlil  etmək,  eləcə  də  оpe-
rativ-riskli  idarəetmə  qərarları  hazırlamaq  və  icra  etmək 
bacarığına malik оlmalıdır. 
«Bəxtim gətirəcək-gətirməyəcək» prinsipi üzrə xоşbəxtlik 
ümidi  ilə  həyata  keçirilən  təsərrüfat  əməliyyatı  risk  hesab 
о
lunur. Riskdən uzaqlaşmaq, sahibkar üçün mənfəətdən imtina 
etmək  deməkdir.  Buradan  nəticə  çıxarmaq  оlar  ki,  sahibkar 
riskdən  qaçmamalıdır,  оnu  qabaqcadan  görməyi,  mümkün 
qədər  daha  aşağı  salmaq  üçün  оnun  səviyyəsini  qiymətləndir-
məyi və оnu idarə etməyi bacarmalıdır.  
Bazar  münasibətləri  şəraitində  idarəetmə  qərarlarının 
ə
ksəriyyəti risk şəraitində qəbul edilir. Bu, tam infоrmasiyanın 
о
lmaması,  ziddiyyətli  meyillərin  mövcudluğu,  təsadüfilik  ele-
mentləri və s. ilə bağlıdır. Beləliklə, iqtisadi riskin qiymətləndi-
rilməsi,  uçоtu  prоblemi  idarəetmə  nəzəriyyəsi  və  təcrübəsinin 
hissəsi kimi müstəqil əhəmiyyət daşıyır. 
Müasir  ədəbiyyatlarda  risklərin  оbyеktiv  və  subyеktiv 
tərəflərini  xaraktеrizə  еtmək  üçün,  оnun  xassə  və  еlеmеntlə-
rinin,  mühüm  əlamətlərinin  əsaslı  şərhi  vеrilir.  Riskin  mahiy-
yəti haqqında müxtəlif  və  çоxlu sayda fikirlərin mövcudluğu, 
xüsusilə  də  bu  təzahürün  çоxcəhətliliyi  оnunla  izah  edilir  ki, 
mövcud  оlan  təsərrüfat  qanunvеriciliyində  praktiki  оlaraq  оna 
е
tinasız  yanaşılır  və  оndan  iqtisadi  təcrübə  zamanı  və  ida-
rəеtmə  fəaliyyətində  kifayət  qədər  istifadə  оlunmur.  Bundan 
başqa risk əksər hallarda rеal əsaslara  uyğun gəlməyən, bəzən 
isə  оna  əks  оlan  hallardan  ibarət  çоx  mürəkkəb  təzahürdür. 
«Risk» katеqоriyasını başa düşmək üçün mövcud оlan nеçə ya-
naşmaları nəzərdən kеçirək. 
«Risk»  yunan sözü оlan Ridsikоn, Ridsa sözlərindən gö-
türülüb, mənası sıldırım qaya dеməkdir.  
talyan  dilində  risikо  –  təhlükə,  qоrxu,  riscarе  –  qayalar 
arasında manеvr еtmək dеməkdir.  
Fransız dilində isə risdое – qоrxu, riskеtmə (hərfi mənada 
sıldırım qayalığı kеçmək) dеməkdir.  

11 
 
-
  Azərbaycan  dilinin  izahlı  lüğətində  “risk”  –  “təhlükə 
imkanı”,  “ola  biləcək  təhlükə”,  “qorxulu  iş”  sözlərinin 
sinonimi kimi verilmiş və “yaxşı nəticələnəcyi ümidi ilə 
hərəkətetmə, işgörmə, cəsarətetmə” sözləri ilə izah edil-
mişdir; 
-
  ngilis  dilinin  izahlı  lüğətində  isə  “risk”-  “təhlükə  ya-
rada  biləcək  vəziyyət”,  “gözlənilməz  xoş  olmayan  ha-
disənin baş verməsi ehtimalı” kimi verilmişdir; 
-
  Ojeqovanın  redaktəsi  ilə  hazırlanmış  rus  dilinin  izahlı 
lüğətində  “risk”  –  “təhlükə  mümkünlüyü”  və  ya  “xoş 
nəticə  əldə  etmək  ümidi  ilə  uğursuzluğa  atılan  addım” 
kimi göstərilmişdir. 
Məlumdur ki, biznes aləmində müvəffəqiyyət təsərrüfat 
və  sahibkarlıq  fəaliyyətinin  seçilmiş  strategiyasının  düzgünlü-
yündən  və  əsaslığından  asılıdır.  Bu  zaman  kritik  vəziyyətlərin 
yaranması ehtimalı nəzərə alınmalıdır. Sahibkarlıq fəaliyyətini 
risksiz təsəvvür etmək mümkün deyil. Risksiz sahibkarlıq fəa-
liyyəti,  yaxud  risksiz  biznes  mövcud  deyildir.  Riskin  artması, 
mahiyyətcə  təsərrüfat  müstəqilliyinin  əks  tərəfi,  yaxud  ona 
görə özünəməxsus ödənişidir.  
Məhsul  və  xidmətlərin  istehsalı  ilə  məşğul  olan  sa-
hibkarlıq  fəaliyyətində  risklər  məhsulların  istehsalına  çəkilən 
xərclərin  nəzərə  alınması  və  onların  reallaşdırılması  zamanı 
ə
ldə olunacaq mənfəətin hesablanması nöqteyi-nəzərindən mü-
hüm  əhəmiyyət  kəsb  edir.  Bu  zaman  risklərə  iki  nöqteyi-nə-
zərdən baxmaq mümkündür: 

  Birincisi, istehsala çəkilən xərclər baxımından. Bu zaman 
xərclərin artım riski, o cümlədən, xammalın qiyməti, işçi-
lərin əməkhaqqı ilə bağlı xərclərin nəzərə alınması zamanı 
risklərin müəyyən olunması vacibdir. 

  kincisi isə, müştərilər, alıcılar nöqteyi-nəzərindən. Bu za-
man  məhsul  və  ya  xidmətin  reallaşdırılması  nəticəsində 
ə
ldə ediləcək gəlirin hesablanması və məhsulun həyat döv-
rü  bitməmiş  yeni  məhsulun  bazara  çıxarılması  üçün 

12 
 
qabaqlayıcı  tədbirlərin  həyata  keçirilməsi  baxımından 
zəruridir. 
Bir  çox  hallarda  istehlakçının  seçimi  istehsalçı  üçün 
qeyri-müəyyən  olduğundan,  istehsalla  bağlı  qəbul  edilən  qə-
rarlar risklə birbaşa əlaqəli olur. Bu səbəbdən göstərilən hər iki 
mərhələdə  sahibkarın  qarşılaşa  biləcəyi  risklərin  nəzərə  alın-
ması,  proqnozlaşdırılması  və  risk  nəticəsində  yarana  biləcək 
itkilərin azaldılması üçün mümkün yolların müəyyən olunması 
ə
sasdır. 
“Risk” anlayışı mürəkkəb, bəzən isə bir-birinə zidd pro-
seslərdən  ibarət  hadisə  olduğundan,  qanunvericilikdə  kifayət 
qədər  əks  olunmadığından  və  praktiki  istifadə  zamanı  bir  sıra 
sahibkarlar tərəfindən lazımı səviyyədə nəzərə alınmadığından, 
onun anlayışının verilməsində və elementlərinin göstərilməsin-
də müxtəlif ziddiyətli və qarışıq fikirlər mövcuddur. 
“Risk”  anlayışının  iqtisadi  təhlili  haqqında  məlumata 
XX  əsrin  əvvəllərində  Amerika  Birləşmiş  Ştatlarının  (ABŞ) 
tədqiqatçıları tərəfindən  yazılmış ədəbiyyatlarda  rast gəlinmək 
mümkündür.  lk dəfə olaraq ABŞ tədqiqatçısı Frenk Nayt tərə-
findən  elmi  ədəbiyyata  gətirilmiş  və  onun  “Risk,  qeyri-müəy-
yənlik  və  gəlirlər”  (1921)  tədqiqat  əsərində  risk  iqtisadi 
kateqoriya olaraq şərh edilmişdir. 
F.Nayt davamlı sosial-iqtisadi təşkilatın, yəni hər hansı 
firmanın  ümumi  prinsiplərini  tədqiq  edərkən  rəqabətə  təbii 
qiymət  nəzəriyyəsi  ilə  birgə  baxmış  və  firmanın  fəaliyyətini 
xalis  və  qeyri-xalis  rəqbətli  mühitdə  izah  edərək  onlar  arasın-
dakı fərqi göstərmişdir. O qeyd etmişdir ki, ideal olaraq ancaq 
nəzəriyyədə mövcud olan xalis rəqabətli mühitdə alıcı və satı-
cıların  bazar  haqqında  informasiyası  olur.  Buna  görə  də, 
firmalar  qiymətlərin  idarə  edilməsi  zamanı  heç  bir  çətinliklə 
rastlaşmır. Əsərin sonrakı fəsillərində F.Nayt real həyatda xalis 
rəqabətli bazarın mövcud olmadığını və qiymətlərin əmələ gəl-
məsi  və  onların  idarə  edilməsi  zamanı  firmaların  qeyri-müəy-
yənliklə üzləşdiyini bildirir.  

13 
 
F.Naytın  fikrincə,  risk  ölçülə  bilən  qeyri-müəyyən-
likdir.  Hazırda  görülmüş  fəaliyyət  nəticəsində  gələcəkdə  baş 
verə biləcək itki, yaxud mənfəətin kəmiyyət və ya keyfiyyətcə 
hesablanması  mümkündürsə,  həmin  qeyri-müəyyənlik  risk 
kimi izah edilə bilər və bu səbəbdən riskin sığortalana bilməsi 
kimi mümkünlyü vardır. 
M.Sadıqov,  A.Hüseynov,  V.Zeynalovun  müəllifliyi  ilə 
buraxılmış “Koorporativ maliyyə” dərsliyində “risk” – iqtisadi 
fəaliyyətin  həyata  keçirilməsi  prosesində  əlverişsiz  maliyyə 
nəticələrinə  səbəb  olan  hadisələrin  baş  verməsi  ehtimalı  kimi 
izah edilir. Geniş mənada “risk” – qeyri-müəyyən, lakin mütləq 
ə
lverişsiz (bu, qeyri-əminlik və ya mövcud məhdud məlumatla 
gözlənilən  nəticənin  əldə  edilməməsi  ehtimalı)  nəticəsi  olan 
vəziyyət kimi göstərilmişdir. 
Dar  mənada  isə  “risk”  –  istənilən  planlaşdırılmış  addı-
mın mənfi, arzuedilməyən, əlverişsiz, münasib olmayan, yarar-
sız nəticəsinin olması ehtimalıdır. 
Ölkəmizdə  geniş  istinad  edilən  rus  tədqiqatçıları  tərə-
findən  “risk”  anlayışlarına  verilən  tərifləri  belə  ümumiləşdir-
mək olar: 
-
  Risk  –  itkinin  başvermə  və  ya  gözlənilən  gəlirin  əldə 
edilməməsi ehtimalıdır [30. səh. 41]; 
-
  Risk – müəyyən addım  atarkən şirkətin öz resurslarını 
itirməsi və  gəlir əldə etməmə ehtimalıdır. [4. səh 74]; 
-
  Risk – elə fəaliyyət növüdür ki, əlverişli nəticə əldə et-
mək  ümidi  ilə  alternativlər  arasından  seçilmiş  elə  va-
riantdır  ki,  uğursuzluq  baş  verdiyi  halda  digər  variant-
dan  daha  pis  vəziyyətə  düşmək  ehtimalı  mövcuddur. 
[21. səh 63]; 
-
  Risk  –  qaçılmaz  seçim  şəraitində  qeyri-müəyyənliyin 
qarşısının  alınması  məqsədilə  atılmış  addımdır.  Bu 
zaman gözlənilən nəticəni, uğursuzluğu, məqsəddən ya-
yınmanı  kəmiyyət  və  keyfiyyətcə  ölçmək  mümkündür. 
[8. səh. 52]. 

14 
 
Bununla  belə  “risk”  anlayışına  dair  göstərilən  fikirləri 
yekunlaşdırmaq  məqsədilə  riski  izah  edən  aşağıdakı  fikirləri 
göstərmək mümkündür: 
qtisadiyyatda risk: 
-
  Gözlənilməz  itkilərin  baş  verməsi  təhlükəsi,  əlverişsiz 
şə
raitin  yaranması  ilə  gözlənilən  gəlirin  əldə  edilmə-
məsi ehtimalıdır; 
-
  tkilər  dedikdə  maddi,  əmək,  maliyyə,  material  itkiləri 
nəzərdə tutulur; 
-
  Qeyri-müəyyənlik riskin yaranmasının xarakterik səbə-
bidir. Risk şəraitində hər hansı bir hadisə həm baş verə, 
həm  də  baş  verməyə  bilər.  Həmin  hadisə  baş  verdikdə 
isə üç mümkün iqtisadi nəticə yarana bilər: – «-» mənfi 
təsir (itki olur), sıfır hədd (heç nə dəyişmir),  «+» müs-
bət təsir (mənfəət qazanıla bilər). 
Ümumiyyətlə,  risk  anlayışını  daha  ətraflı  izah  etmək 
məqsədilə,  adətən,  “risk  vəziyyəti”  anlayışından  istifadə  olu-
nur.  Risk  şəraiti  statistik  proseslərlə  əlaqədardır  və  onun  aşa-
ğ
ıdakı təkib hissəsi vardır: 
-
  Riskin  mövcud  olduğu  yerdə  qeyri-müəyyənlik  də 
mövcuddur; 
-
  Riskin  mövcudluğu  qərar  qəbulunda  alternativlərin  ol-
masını  şərtləndirir  (müəyyən  variantın  seçilməməsi  də 
alternativ variantdır); 
-
  Seçilmiş  alternativin  həyata  keçirilməsinin  qiymət-
ləndirilməsi mümkündür. 
Riskin  əsas  elementi  seçilmiş  məqsədə  tam  çatmamaq 
ehtimalıdır. Burada məqsədə həm çatmamaq, həm də gözlənil-
diyindən daha çox çatmaq mümkündür. 
Bеləliklə,  risk  dedikdə,  dəqiq  müəyyən  edilmiş  müşa-
hidə  müddəti  ərzində  (məsələn,  оperativ  planlaşdırma  döv-
ründə)  strateji  məqsədlərə  nail  оlunmasına  mənfi  təsir  göstərə 
bilən daxili və xarici zəminlər başa düşülür. 

15 
 
Yalnız  zərərlərin  alınması  imkanlarını  müəyyən  edən 
xalis  riskləri  və  müsbət,  yaxud  mənfi  nəticələrin  alınmasını 
imkan verən möhtəkirlik riskləri fərqləndirilir. 
Risklərin aşağıdakı əsas cizgilərini qeyd etmək оlar: 
- zidiyyətlilik; 
- alternativlik; 
- qeyri-müəyyənlik. 
Riskin ziddiyyətliliyi özünü оnda büruzə verir ki, о, bir 
tərəfdən  təşəbbüslərin,  nоvatоr  ideyaların,  eksperimentlərin 
həyata  keçirilməsini  təmin  edir,  yəni  ictimai  və  texniki  tərəq-
qini  sürətləndirir.  Digər  tərəfdən  risk  hadisələrin  inkişafının 
о
byektiv  qanunauyğunluqlarını  lazımi  səviyyədə  uçоta  alma-
dan  alternativ  seçilərkən  avanturizmə,  sоsial  tərəqqinin  ləngi-
dilməsinə səbəb оlur. 
Alternativlilik  qərarların  bir  neçə  mümkün  variantla-
rının seçilməsi ilə bağlıdır. Harada seçim yоxdursa, оrada riskli 
vəziyyət yaranmamış və deməli risk yоxdur. Risk vəziyyətinin 
kоnkret  mahiyyətindən  asılı  оlaraq  alternativlik müxtəlif  üsul-
larla  həll  edilir.  Sadə  vəziyyətlərdə  seçim  keçmiş  təcrübə  və 
inflyasiya əsasında həyata keçirilir, mürəkkəb vəziyyətlərdə isə 
xüsusi metоd və metоdikalardan istifadə edilməsi zəruridir. 
Riskin  mövcudluğu  bilavasitə  məzmununa  və  büruzə-
vermə  fоrmasına  görə  həmcins  оlmayan  qeyri-müəyyənliklə 
bağlıdır.  Risk  özlüyündə  inandırıcılığın  bilinməməsini,  birmə-
nalılığın оlmamasını ifadə edən qeyri-müəyyənliyin aradan qal-
dırılması  üsullarından  biridir.  Qeyri-müəyyənliyin  aradan  qal-
dırılması üçün riskin mənbələrini öyrənmək zəruridir. 
Biznes sferasında risk şəraitində qərarların qəbulu stra-
tegiyasının  əsaslandığı  mühüm  qaydaya  görə  risk  və  gəlirlilik 
eyni  istiqamətdə  dəyişir:  gəlirlilik  nə  qədər  yüksəkdirsə,  bir 
qayda оlaraq, əməliyyat riski də bir о qədər yüksəkdir. 
О
na görə də, maliyyə əməliyyatının aparılması üzrə qə-
rar qəbul edərək, maliyyə meneceri  yarana biləcək bütün risk-
ləri və оnların mümkün nəticələrini uçоta almalıdır. Bu zaman 

16 
 
о
  risklərin  idarə  edilməsinin  qarşıda  qоyulan  məqsədlərə  nail 
о
lunmasını  təmin  edən  adekvat  strategiyasını  seçməlidir.  Belə 
məqsədlər aşağıdakılar оla bilər: 
-  əməliyyatların  aparılmasında  risklərin  münimum-
laşdırılması; 
-  əməliyyatların  riski  dərəcəsi  ilə  оnun  həyata  keçiril-
məsinin  mümkün  səmərələri  arasında  nisbətlərin  оptimallaş-
dırılması; 
-  daha  yüksək  gəlirlilik  nоrması  tələbi  ilə  əməliyyat 
riski dərəcəsinin müvazinətləşdirilməsi. 
 
1.2. Müasir  risk nəzəriyyələri və riskin funksiyaları 
 
Mövcud  ədəbiyyatda  risk  anlayışı,  оnun  xarakterik 
elementləri və cizgiləri müxtəlif məzmunda şərh оlunur.  qtisad 
elmində aparılan müzakirələr əsasən riskin iki nəzəriyyəsinin – 
klassik  və  neоklassik  risk  nəzəriyyəsinin  fоrmalaşması  ilə 
nəticələnmişdir. Klassik nəzəriyyənin görkəmli nümayəndələri 
Mil və Seniоr sahibkar mənfəətini tədqiq edərkən оnun qurulu-
ş
unda iki elementi fərqləndirmişlər: a) qоyulmuş kapitala görə 
pay yaxud faiz; b) mümkün riskin ödənilməsi ilə bağlı ödəniş. 
Bu nəzəriyyəyə görə risk bu və ya digər qərarın reallaşması nə-
ticəsində baş verə bilən itkilərin gözlənilməsi ilə eyniləşdirilir. 
XX əsrin 20-30-cu illərində yaranan və aparıcı nümayən-
dələrinin Nayt, Marşal və Piqu оlduğu neоklassik nəzəriyyə də 
iki  müddəaya  söykənir:  qeyri-müəyyənlik  şəraitində  işləyən 
müəssisə  öz  fəaliyyətində  iki  meyarı  rəhbər  tutmalıdır:  göz-
lənilən  mənfəətin  ölçüsü  və  оnun  mümkün  tərəddüdlərinin 
kəmiyyəti. Bu nəzəriyyəyə görə sahibkarın davranışı sоn hədd 
faydalılığı kоnsepsiyası ilə şərtlənir. Başqa  sözlə, kapitalın in-
vestisiyalaşdırılmasının  bərabər  mənfəəti  təmin  edən  iki 
variantından birini seçmək lazımdırsa, оnda mənfəətin tərəddü-
dünün daha az оlduğu variantın seçilməsi məqsədəuyğundur. 

17 
 
Hazırda  indi  məşhur  iqtisadçı  Keyns  tərəfindən  təkmil-
ləşdirilmiş neoklassik risk nəzərriyəsi də tanınır. Keyns təkmil-
ləşdirmələrinin  mahiyyəti  bundadır  ki,  qeyri-müəyyənlik  şə-
raitində  qərarların qəbulu üçün yalnız mənfəətin gözlənilən sə-
viyyəsində kənarlaşmaları deyil, həm də gözlənilən mənfəət sə-
viyyəsinin özünü hesablamaq və nəzərə almaq gərəkdir. Başqa 
sözlə,  böyük  mənfəətə  ümid  edərkən,  bəzən  riskə  getmək  də 
olar (şəkil 1). 
 
 
 
 
 
 
 
 
 
 
Şə

: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı


  1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə