Taxta Nişanı Təlimi. Bu təlim Beynəlxalq təlim Standartları üzrə həyata keçirilir və hər bir yaş qrupu (Mauqli skaut, Skaut, Cəngavər skaut) üçün səmtləşdirilmişdir və üç pillədən ibarətdir: i) Praktiki təlim sessiyası (6 gün müddətli), ii) Tezis (Skaut dəyərləri və Skaut Metodu (3), Skaut Metodunun Dəstə (Mauqli skaut, Skaut, Cəngavər skaut) fəaliyyətləri və gənclər proqramını nəzərdə tutan praktiki yollar ilə tətbiq olunması (5)və Dəstədə Rəhbərin yükü (məsuliyyəti) (2) ilə bağlı 10 suala/ və ya problem təhlilinə yazılı formada cavab vermək), iii) Skaut fəaliyyətlərinin qiymətləndirilməsi (onlardan ən az 2-sinin). Ii) və iii) mərhələləri zamanı ASA təlim heyətinin bir üzvü (Təlimçi və ya Rəhbər Təlimçi) təlim alanlara onların Taxta nişanı əldə etmələri məqsədi ilə öz tapşırıqlarını bitirmələri üçün məsləhətçi kimi kömək edir.